İctimai Nəzarət Mərkəzindən mütərəqqi toy modeli yaradılması zərurəti ilə bağlı BƏYANAT
Oxunub: 4644
28 Jun 2021 | 12:07
İctimai Nəzarət Mərkəzindən mütərəqqi toy modeli yaradılması zərurəti ilə bağlı BƏYANAT
İctimai Nəzarət Mərkəzinin mütərəqqi toy modellərinin yaradılması zərurəti ilə bağlı  
 
BƏYANATI
 
Artıq il yarımdır ki, koronavirus təhlükəsi səbəbindən, ölkəmizdə toy mərasimlərinin keçirilməsi dayandırılmışdı. Əhali, xüsusi ilə gənclərimiz böyük intizarla ölkəmizdə toyların yenidən keçirilməsi üçün şəraitin yaranmasını, qadağanın ortadan götürülməsini gözləyirdi. Hökumətin yenicə qəbul edilmiş qərarı ilə cari ilin iyul ayının 1- dən toy mərasimlərini keçirmək mümkün olacaqdır. Biz, İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti toy qadağasının aradan qaldırılmasını alqışlayırıq. Lakin böyük narahatlıqla qorxunc sosial bəlaya çevrilmiş, xalqımızın nüfuzuna ləkə olan və Koronavirus Pandemiyasına qədər Azərbaycanda keçirilən toy ənənələrinin bərpa olunacağı təhlükəsindən çox narahatıq.
Dinimizin qadağan etdiyi, ağıllı insanların etirazla qarşıladığı böyük israfçılıqla keçirilən belə toy mərasimləri hər gün ölkəmizin ərzaq ehtiyatına ciddi zərbə vurur. Minlərlə ton yeyinti məhsulları yararsız hala salınır. Sanitar-gigiyenik qaydaların tez-tez pozulduğu mətbəxlərdə hazırlanan, əksər hallarda stolların üstündən yığılaraq sonrakı toy mərasimləri üçün saxlanılan növbə-növ yeməklər (bəzən 50-dən çox müxtəlif yeməklər, salatlar və s)  növbəti toy mərasimi keçirənlərə əslində  zorla satılır. Toydan sonra toy sahibinə stolların üstə qalan məhsullara – qidalara, şirniyyata, içkilərə, çiçəklərə əl vurmaq, onları götürmək qadağan edilir. Bu sadəcə cinayətdir və biz bu cinayətə son qoyulmasını təkid və tələb edirik! İcazə verilmiş qaydalar çərçivəsində keçiriləcək toylarda şadlıq evlərinin sahibləri tərəfindən bu cinayət əməlləri davam edərsə, ölkənin hüquq-mühafizə orqanları dərhal bu adamlar barəsində cinayət işi başlamalıdırlar. Çünki bu əməl yüzlərlə şahidin gözləri önündə baş verən açıq oğurluq, açıq soyğunçuluqdur.
Hər kəsə məlumdur ki, əhalinin böyük əksəriyyətinin doğru yollarla qazandığı əməkhaqqı günü-gündən bahalaşan  belə toylarda iştirak etməyə imkan vermir. Onlar toylarda iştirak etmk üçün lazım olan pulu əldə etmək məqsədilə qeyri-qanuni, bəzənsə, hətta kriminal yollara əl atmağa məcbur olurlar. 
Böyük hay-küylə keçən belə toylar qonaqların və eyni zamanda bəylə gəlinin əsəblərində ciddi gərginlik yaradır. Yaşlı və müəyyən xəstəlikləri olan kişilər əksər hallarda, mərasim zallarından çıxıb, girişdə bir kənarda oturmaqla canlarını qurtarır. Yaşlı və müəyyən xəstəlikləri olan xanımlarsa toy zalında saatlarla psixoloji sarsıntıya məruz qalır. Bu sırada məqsədyönlü şəkildə musiqinin səsinin qulaqları batıran səviyyədə yüksək edilməsi insanları bu məclisi daha tez tərk etməyə məcbur edir ki, bu da şadlıq sarayı sahiblərinə masaların üzərindən daha çox məhsul yığışdırmağa, əslində oğurlamağa şərait yaradır. Şadlıq sarayı sahiblərini gənclərin, onların valideynlərinin, doğmalarının ovqatı yox, özlərinin gəlirləri daha çox maraqlandırır. Xörək paylayanlar, fotoqraflar, video çəkənlər təhrik edilir ki, müxtəlif xoşagəlməz yollarla insanlardan daha çox “pul qoparsınlar”. Toydan sonra toy sahibinin dostlarından, qohumlarından toplanan böyük məbləğdə pul şadlıq sarayının sahiblərinə və musiqiçilərə ödənir. Bəzən isə bu toplanmış pul bəs etmir. Ona görə də bəy və gəlinin “lazımi məbləğ çatdırılana qədər girov götürüldüyü”  kimi hadisələr baş verir. 
İndiki toy modeli musiqimizə böyük zərbə vurmuşdur. Bu toyların hesabınadır ki, artıq 60-70-ci illərdə yaranan, milli musiqimizdən bəhrələnən, müasir dünya musiqisinin tələblərinə uyğun olan mahnılarımız yaranmır. Çiddi ifaçılar, bəstəkarlar yetişmir. Belə toyların hesabına TV–lərdə bayağı musiqilər get-gedə daha çox yer alır. Belə toylarda ecazkar azərbaycan musiqisi əvəzinə zövqsüz, böyük səs-küy  effekti ilə öz nöqsanlarını ört-basdır edən, janrı məlum olmayan musiqilər meydan sulayır. Belə toylarda gənclərin estetik, musiqi zövqü xeyli korlanır, uşaqların və yaşlı insanların əsəbləri pozulur. Xalqımızın mənəvi- psixoloji  rahatlıq gətirən, romantik, zəngin folklorumuz əsasında  keçirilən  toy adət-ənənələri  sıxışdırılıb ortadan çıxarılır. Belə toylarda iştirak edən elə müğənnilər var ki, onların bir neçə saatda əldə etdikləri pul, professorun 2 illik əməkhaqqına, kəndilinin 7-10 illik qazançına bərabərdir.
Bu toylar həm də ölkədə maddiyatçılığın, meşşanlığın artmasına, mənəvi dəyərlərin sıxışdırılmasına səbəb olur. Bir sözlə, belə toylar cəmiyyət üçün ciddi bir sosial bəladır. Onların bir daha təkrar edilməsinə yol vermək daha xoşagəlməz nəticələrə aparıb çıxara  bilər. Belə toyların ortadan götürülməsi vətəndaşlarımıza onların sosial müdafiəsinin yaxşılaşdırılması baxımından da böyük dəstək olar.
Ölkənin 70-dən çox nüfuzlu Qeyri Hökumət Təşkilatının təsis etdiyi İctimai Nəzarət Mərkəzinin İdarə Hetəti olaraq belə hesab edirik ki, cari ilin iyul ayının 1-dən icazə verilmiş toylarda iştirakçıların sayından asılı olmayaraq, Koronavirus  pandemiyası başlayana qədər ölkəmizdə keçirilmiş toy məclislərində yer almış və mahiyyət etibarilə insanların nifrətini qazanmış adət ənənələrə dur deməyin zamanı çatmışdır. Biz yaxşı başa düşürük ki, bazar iqtisadiyyatı şəraitində belə məsələlər tərəflər arasında qarşılıqlı razılaşma əsasında həll edilməlidir. Lakin ölkədə formalaşmış mövcud toy modeli və şadlıq evləri sahiblərinin yaratdığı “dəyişməz qaydalar” öz bayağılığı ilə bütün məntiqi normaları dəfələrlə aşdığından, indiki durumda problemin həllini yalnız müəyyən qaydalar çərçivəsində mümkün hesab edirik. Bu məqsədlə cari ilin iyul ayının 1- dən toyların müəyyən şərtlər çərçivəsində keçirilməsini etiva edən hökumət qərarına aşağıdakı mühüm əlavələrin olunmasını təkidlə tələb edirik: 
- toyların keçiriləcəyi şadlıq evləri sahiblərinə toy edən insanlara toyda hansı yeməklərdən və nə qədər istifadə etmək kimi qanuna, məntiqə və insanlığa sığmayan tələbin qoyulması qadağan edilsin.  Toy məclislərinin keçirilməsi üçün vahid, məhdudiyyətli məbləğdə menyu normativləri hazırlansın və onun tətbiqi bütün şadlıq evləri və toy edən vətəndaşlar üçün məcburi olsun. Biz yaxşı başa düşürük ki, bazar iqtisadiyyatı şəraitində belə məhdudiyyətlərin qoyulması normal hal sayılmaya bilər. Şadlıq evlərinin sahibləri bu qadağanı pozarlarsa onlar barəsində dərhal cinayət işi başlansın;
- Toy məclisi bitdikdən sonra toy edən vətəndaşlara onlar tərəfindən dəyəri ödənilmiş bütün ərzaq və qeyri-ərzaq məhsullarını özləri ilə götürməyə, öz istədikləri şəkildə istifadə etməyə orta əsirlər dövrünün təfəkkürü ilə qoyulan qanunsuz və cinayət mahiyətli qadağa ortadan qaldırılsın, bu qadağanı qəbul etməyən şadlıq evləri sahiblərinin hərəkətləri quldurluq əməli kimi qiymətləndirilsin və onlar Cinayət Məcəlləsinin uyğun maddələri ilə cəzalandırlsın;
- Toylarda  musiqiçilərin indiki qiymət siyasətinə son verilsin və bunun üçün  məntiqə uyğun meyarlar tətbiq edilsin, toy mərasiminin keçirildiyi zallarda musiqi səsinin insan səhhətinə, estetik zövqünə ziyan vurmayan həddi müəyyən olunsun;
- Toy məclislərinin soyğunçuluq yox, həqiqi mənada şadlıq məclisi, bir mədəniyyət hadisəsi olması üçün hər cür tədbirlər görülsün.
İctimai Nəzarət Mərkəzi olaraq hesab edirik ki, indiki şəraitdə toylar müasir tələblərə uyğun olaraq, daha çox açıq havada, xalqımızın əsrlər boyu formalaşan adət-ənənələrinə, əsasən musiqi məclislərinin, folklor nümunələrinin nümayiş etdirildiyi  və bununla da mədəniyyətimizin inkişafına kömək göstərən bir tədbirə çevrilməlidi. Böyük israfçılığa və möhtəkirliyə, əhali arasında psixoloji, mənəvi, iqtisadi çətinliklərə səbəb olan movcud toy mərasimlərinin keçirilməsini qətiyyətlə pisləyir, yeni, daha mütərəqqi, insanların ürəyincə olan yeni toy modelinin hazırlanıb həyata keçirilməsini vacib hesab edirik. 
Ölkə başçısı cənab İlham Əliyevin ictimai nəzarəti, ictimai qınağı gücləndirmək çağrışlarına böyük dəstək verərək, uyğun dövlət qurumlarını, televizyaları, müxtəlif informasiya vasitələrını, jurnalistləri, QHT–ləri, ictimai təşkilatları, əhalinin hər bir nümayəndəsini belə utancverici toylara qarşı mübarizəyə çağırırıq.  
 
İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti
Oxşar xəbərlər
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
GÜNLÜK
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
AYLIQ
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO