Alimlikdən təsisçiliyə gedən uzun yol...
Oxunub: 1169
22 Jun 2021 | 12:46
Alimlikdən təsisçiliyə gedən uzun yol...
Nəzəriyyə ilə təcrübə vəhdət təşkil edirsə...
 
Uzun illik elmi-pedaqoji fəaliyyətim və təhsilin müxtəlif idarəetmə strukturlarında çalışdığım müddətdə qazandığım çoxillik təcrübə belə qənaətə gəlməyimə əsas verir ki, hər hansı bir təhsil müəssisəsinin uğuru hər şeydən daha çox, bu müəssisəyə başcılıq edən rəhbərin kimliyindən və nəçiliyindən asılıdır.
 
Necə deyərlər, insan öz əməli ilə tanınır. Körpü tikdirmək, bulaq çəkdirmək, yol salmaq, məktəb açmaq babalarımızdan bizə gəlib çatan xeyirxah işlərdir. Belə dünya görmüş insanlar öz xeyirxah əməlləri ilə tarix boyu xatırlanır və unudulmur.
Pedaqoji fəaliyyət isə elə bir sosial-ictimai sahədir ki, onun təşkilatçısı, aparıcısı göz önündədir. Bu fəaliyyətin nəticələri cəmiyyətə, dövlətin sabahına ünvanlanır. Pedaqoji prosesə elmi cəhətdən düzgün təşkil olunmuş səmərəli rəhbərlik, obyektiv və planlı nəzarət isə bu işdə çox əhəmiyyətli rol oynayır.
Haqqında söhbət açdığım dəyərli ziyalılarımızdan biri tanınmış pedaqoq, innovator, riyaziyyatçı alim, “İdrak” liseyinin həm Sumqayıtda, həm də Bakıda yaradıcısı və təsisçisi, pedaqoji elmlər doktoru, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs vəsaiti və 60-dan çox elmi-publisistik məqalələrin müəllifi, Bakı Dövlət Universitetinin informatika kafedrasının professoru Mönsüm Ədil oğlu Alışovdur.
Hər iki liseyin uğurları haqqında uzun-uzadı danışmağa ehtiyac duymuram. Bircə onu demək kifayət edər ki, təsis olunduqları son dərəcə qısa zaman kəsiyində bu liseyləri bitirmiş məzunlar yüksək ballarla Azərbaycanın, eləcə də dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində pulsuz dövlət sifarişli ixtisaslarında təhsil alırlar.
Alışov Mönsüm Ədil oğlu 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1976-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikası Maarif Nazirliyinin əmri ilə Qubadlı rayonuna riyaziyyat müəllimi işləməyə təyinat alıb. 1980-ci ildə ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçmüş, Üzvü Sintez Birliyində mühəndis riyaziyyatçı, Sumqayıt Maarif şöbəsinin MTİK-da proqramlaşdırma müəllimi, 12-saylı orta məktəbdə informatika müəllimi işləmişdir.
 
Elmə və tədqiqatçılığa olan marağı və həvəsi onu 1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına gətirib çıxarmış, oranı bitirdikdən sonra elə həmin institutun Təlimin Texniki Vasitələri Şöbəsində elmi işçi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə Sumqayıt şəhərində ilk özəl orta ixtisas təhsil müəssisəsi - Sumqayıt Pedaqoji Seminariyasını təsis etmiş və ona rəhbərlik etmişdir.
2001-ci ildə “Kompüter texnikasının köməyilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. M.Alışov ümumtəhsil məktəblərində kompüter texnikasından istifadə etməklə fizika və riyaziyyat fənlərinin tədrisi zamanı “problemli-modullu təlim” texnologiyasından istifadə etməklə şagirdlərdə idrak fəaliyyətinin yüksəldilməsi metodikasını işləyib hazırlayıb.
Məlum olduğu kimi, bu gün müxtəlif sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Bu isə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərə yiyələnməyi zəruri edir. Orta məktəbdən İKT-nin tədrisini başlamaq, bu biliyə mükəmməl yiyələnməyin ən yaxşı yolu hesab edilə bilər. Bu baxımdan onun hazırladığı dərs vəsaiti müəllimlərimizin və şagirdlərimizin həlli çətin problemlərlə üzləşməsinin həlli baxımından çox faydalıdır.
Onun “Tədris prosesində elektron lövhə və elektron laborator proqramlarından istifadə” adlı dərs vəsaitini isə Əməkdar elm xadimi, professor Şahlar Əsgərov interaktiv lövhə ilə işləyən müəllimlər üçün yazılan və yazılacaq vəsaitlərin “pioneri” adlandırmışdır. Professor qeyd etmişdir ki, sürətli informasiya əsrində yaşadığımızdan yeni nəslin öyrənmə imkanları günü-gündən genişlənir və bu sahədə bələdçilik məktəbin, müəllimin öhdəsinə düşür.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər. Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, şagirdlərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması müasir dövrün tələbidir.
Bu gün dünya iqtisadiyyatı biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəkildə bir neçə mərhələdə islahatlar aparılır. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.
“Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya” Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Artıq Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atılıb.
Qeyd edək ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) biliyinə mükəmməl yiyələnməyin ən optimal yolu məhz orta məktəbdən keçir. Məktəb illərində bu texnologiyalara yiyələnmək informasiya cəmiyyəti quruculuğunda onların fəal iştirakını təmin etmiş olur. Heç şbhəsiz ki, yetişməkdə olan gənc nəsil təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi, o, təhsili davam etdirməyə böyük həvəs hiss edəcək.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin informatlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bütün bunlar dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük qayğının nəticəsidir. “İdrak” liseyində məhz bu istiqamətdə aparılan işlər isə, Respublikamızın hər bir məktəbi üçün nümunə sayıla bilər.
Mönsüm Alışovun gərgin əməyi və çoxillik zəhməti hesabına ərsəyə gətirilən 3 cilddən ibarət “Təhsil və cəmiyyət” kitabı təhsilimizin inkişafı və tərəqqisi yoluna bir daha yaxından nəzər salmağa imkan verir. Kitabda cəmiyyət üzvlərinin potensial inkişafının fopmalaşmasında təhsilin müstəsna əhəmiyyəti, yüksək intellektə malik insan kapitalının davamlı inkişaf etdirilməsində təhsilin rolu və əhəmiyyəti yeni yanaşmalarla əsaslandırılır.
Bir şəxsin timsalında bir liseyin nümunəsini qələmə almaqda məqsədim müəsisə rəhbərinin şəxsi keyfiyyətlərinin və yaradıcı potensialının rəhbərlik etdiyi müəsisənin və bütövlükdə təhsilimizin inkişafında və uğurlarında nə qədər önəmli olmasını göstərməkdir. Ayrı-ayrı dövrlərdə, ayrı-ayrı şəxslər tərəfindən deyilmiş “Kadrlar hər şeyi həll edir” kəlamı bu günümüz üçün xüsusi aktuallıq kəsb edir. 
 
Təhsilsiz elm, elmsiz təhsil yoxdur – deyiblər. Elm və təhsilin qoşa addımlamasını Mönsüm Alışovun təsis etdiyi “İdrak” liseyinin nümunəsində əyani şəkildə görür, hörmətli professorumuzu doğum günü münasibətilə səmimi təbrik edirik.
 
Nadir İsrafilov
Oxşar xəbərlər
20:50, Bu gün
32 ildən sonra Laçında ikinci toy - FOTO
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün