Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı...
Cəmiyyət
Oxunub: 1398
20 Jun 2021 | 12:27
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı...
Müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə indiyə kimi 6 dəfə seçki keçirilib. Hər dəfə 125 deputatdan formalaşmış parlament üzvlərinin hamısı təbii ki, yadda qala bilməz… Çünki onların hamısı aktiv fəaliyyət göstərməyib. Hətta elə deputat olub ki, mandat daşıdığı 5 il boyunca plenar iclaslarda nə bircə dəfə çıxış edib, nə hansısa təklif irəli sürüb, nə müzakirələrə qatılıb, nə də seçicilərini yada salıb. Sadəcə,  səsvermə zamanı düyməni basmaqla işini bitmiş hesab edib.
 
Bu səbəbədən də sabiq deputatların arasında cəmiyyədə tanınanlar da olub, tanınmayanlar da…
 
Bu yazıda Moderator.az  modern.az -a istinadən yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.
 
Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə Milli Məclisin üzvü olmuş şəxslərdən bəhs edirik.
 
Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Milli Məclisə bitərəf kimi seçilmiş Həsən Mirzəyevdir.
 
Əsən Qərbi Azərbaycandan olan Həsən Mirzəyev Milli Məclisin hörmətli deputatlarından olub. O, həm də Qərbi azərbaycanlıların ən nüfuzlu ağsaqallarından biri idi.
 
1957-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə daxil olub. 1990-cı il 24 yanvarda, 20 yanvar qırğınından sonra bu partiyanın üzvü olmaqdan imtina edib.
Yeni Azərbaycan Partiyasını (YAP) yaradan məşhur “91”-lərin ağsaqqallarından biri idi. 21 noyabr 1992-ci ildən YAP-ın üzvü olan H.Mirzəyev partiyanın üç qurultayında qurumun Siyasi Şurasına üzv seçilib.
 
Həsən Mirzəyev YAP üzvü kimi iki çağırış Milli Məclisin üzvü seçilib. I çağırışda 9 saylı Birinci Xətai seçki dairəsindən, II çağırışda 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat mandatı qazanıb.
 
Həsən İbrahim oğlu Mirzəyev (Həsən Mirzə) 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində anadan olub. 1948-ci ildə orta məktəbi, 1950-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu, 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1977-ci ildə Marksizm-Leninizm Universitetini fərqlənmə diplomları ilə bitirib, 1965-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 200-dən çox elmi əsərin, o cümlədən 25 kitabın (10-u monoqrafiyadır), 8 tədris proqramının müəllifidir. Siyasətlə bağlı xeyli (60-dan artıq) publisistik məqaləsi var. O, 42 monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və tədris proqramının elmi redaktoru, 6 bədii əsərin redaktoru, 9 dərslik və dərs vəsaitinin, bir sıra əsərlərin rəyçisi, 14 elmlər namizədi və elmlər doktorunun opponenti olub, xeyli elmlər doktoru və elmlər namizədi yetişdirib. 
 
Respublikanın 70-dən çox şairi onun şəxsiyyətinə və yaradıcılığına 100-dən artıq şeir və 2 poema həsr edib.
 
Ömrünün 45 ilini ali məktəb auditoriyalarında mühazirə oxuyan Həsən müəllim 55 ildən artıq əmək fəaliyyəti dövründə bir çox vəzifələrdə çalışıb.
 
Həsən Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və dogma Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib.
Həsən Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin İnstitutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.
 
Azərbaycan Milli EA-nın Dilçilik İnstitutunda, Bakı Dövlət Universitetində dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü olub. 
 
Respublika ali məktəb əlaçısı, Əmək veteranı, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olub.
 
Həsən Mirzəyev xeyli müddət Respublika Ağsaqqallar Şurasının sədr müavini kimi fəaliyyət göstərib. 1959-cu ildə kənd sovetinə, 1990-cı ildə Bakı Şəhər Sovetinə, 1995-ci ildə birinci çağırış, 2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
 
Parlamentdə Təhsil, Etika və Toponimika komissiyalarının üzvü olub. O, ağsaqqal millət vəkili kimi ikinci çağırış Milli Məclisin ilk iclasına (Milli Məclisin sədri seçilən iclasın) sədrlik edib.
 
1998-ci ildə Məşhəd, 2000-ci ildə Həcc ziyarətində olub.
 
Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin özünəməxsus yeri var. Həsən Mirzəyev dilçi alim kimi türkologiya sahəsində feil mövzusunun görkəmli tədqiqatçısı olub O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun, həmçinin folklorşünaslıq sahəsində fəaliyyəti təqdirə layiqdir.
 
Həsən Mirzəyev aşıq yaradıcılığında apardığı müxtəlif araşdırmalarla milli-mənəvi dəyərlərimizə alim və vətəndaş sədaqətini nümayiş etdirib.
 
O, xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz illik tarixini, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” ideyasını, ermənilərin mənfur, təhlükəli siyasətini, müxtəlif yollarla tarixi saxtalaşdırmalarını Qərbi Azərbaycanın Dərələyəz mahalı üzrə araşdırdı. “Qərbi Azərbaycanın Dərələyəz mahalı” kitabının iki cildini yazdı.
 
Təcrübəli siyasətçi, nüfuzlu ictimai və dövlət xadimi olan Həsən Mirzəyev Heydər Əliyevin apardığı siyasət yolunda Həsən Mirzəyev cəfakeşlərdən biri idi.
 
Həsən Mirzəyev bir deputat kimi fəaliyyət göstərdiyi dövrlərdə öz çıxışları və ictimai-siyasi fəaliyyəti ilə həmişə diqqət mərkəzində olub.
 
O, Respublika ali məktəb əlaçısı, əmək veteranı, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olub, “Qızıl qələm” və “Şərəf” media mükafatlarının sahibidir.
 
2002-ci ildə “Şöhrət” orderninə, 2007-ci ildə Əməkdar elm xadimi fəxri adına, 2009-cu ildə Prezidentin fərdi təqaüdünə laiq görülüb. 2009-cu ildə Borçalı Cəmiyyəti tərəfindən Borçalı elinin fəxri vətəndaşı seçilib. 16 aprel 2010-cu il tarixində Almaniyanın Hanover şəhərindəki Avropa Akademiyasının həqiqi üzvü seçilib.
Türk Dünyası ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətlərinə görə Uluslararası Qızıl Ulduz medalı ilə təltif edilib.
 
Həsən Mirzəyev şair, şifahi xalq yaradıcılığının bilicisi, milli-mənəvi dəyərlərimizin daşıyıcısı və təbliğatçısı idi. O, Həsən Mirzə imzasıyla şair, qoşmalar ustası kimi də tanınırdı.
 
Qərbi Azərbaycanın bir parçası olan Dərələyəzdə dünyaya gəlmiş Həsən Mirzəyev doğma yurdunun işğalda olması ilə barışa bilmir, bu dərdini şeirlərinə səpirdi:
 
Düşmən əlindədir müqəddəs yerim,
Ləlim, cəvahirim, abidəm, pirim,
Qoy ayağa qalxsın igidim, ərim,
Bəlkə bu şad xəbər silə dərdimi.
 
Babamın o yerdə izi qalıbdır,
Nənəmin nəğməli sözü qalıbdır,
Türk-oğuz yurdunun gözü qalıbdır,
Töksəm də aparmaz Nilə dərdimi.
 
Onu tanıyanlar öz xatirələrində Həsən Mirzəyevi yaxşı insan, səmimi dost, dəyərli məsləhətçi, qayğıkeş, tələbkar müəllim, hörmətli ağsaqqal kimi xarakterizə edirlər.
 
Tanınmış ictimai xadim və pedaqoq, filologiya üzrə elmlər doktoru, professor, sabiq deputat, Həsən Mirzəyev 2015-ci il fevralın 25-də ömrünün 88-ci ilində vəfat edib.
 
Həsən Mirzəyev 4 övlad atası idi. Mərhum İkinci Fəxri xiyabanda dəfn olunub.(Modern.az)
Oxşar xəbərlər
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 10:00
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 09:54
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:22
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
03 May 2024 | 10:13
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 10:00
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 09:54
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:22
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
03 May 2024 | 10:13
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb