"Ermənistan hakimiyyəti və cəmiyyəti öz əkdiklərinin acı bəhrəsini dadmaqdadır..."
Müsahibə
Oxunub: 3713
27 May 2021 | 18:17
Millət vəkili Ülvi Quliyev Moderator.az-ın suallarını cavablandırıb:
 
- Yayılan rəsmi məlumata görə, mayın 27-də Ermənistan silahlı qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsinin altı üzvü Kəlbəcərin Yuxarı Ayrım kəndi istiqamətində tərksilah edilərək saxlanılıb. Bu, birinci hadisə deyil və görünən odur ki, Ermənistan müharibəni uduzsa da, təxribatlarından əl çəkmir. Sizcə, hərbi imkanlarının indiki acınacaqlı durumunda Ermənistan ölkəmizi yeni müharibəyə çəkməyəmi çalışır?
 
- 30 il ərzində Azərbaycan səbrlə davrandı. Görəndə ki, bu cür yanaşma Ermənistan tərəfindən adekvat qarşılanmır, əksinə, Ermənistan daha da azğınlaşıb “yeni ərazilər uğrunda yeni müharibə” seçimini edir və BMT-nin məlum qətnamələrini saya salmır, həmsədrlər isə ya mandatlarını yerinə yetirmir, ya da onlardan kimlərsə açıq-gizlin şəkildə işğalçının tərəfini tutur, müzəffər ordumuzun haqq savaşına çıxmaqdan savayı yolu qalmadı. Prezident İlham Əliyevin siyasi iradəsinə xalqımızın birmənalı dəstəyi və möhtəşəm birliyimiz hesabına, şəhidlərimizin həyatı, qazilərimizin qanı bahasına tarixi ədalət və beynəlxalq hüququn tələbləri təmin edildi. 
     
Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirməkdən əl çəkməsə, şübhə etməməlidir ki, bunun cavabı daha ağır olacaq. Azərbaycan hakimiyyəti ölkələrimiz arasındakı sərhədlərin delimitasiya və demarkasiyasının sivil normalar çərçivəsində aparılmasına tərəfdar olduğunu dəfələrlə bəyan edib. Ermənistanda kimlərsə bu yanaşmanı zəiflik kimi qəbul edib yenidən gördüyümüz təxribat yolunu seçirsə, bu, o deməkdir ki, belələri üçün erməni analarının göz yaşları mənasızdır və erməni gənclərini növbəti dəfə ölümün ağuşuna atmaq həmin dırnaqarası siyasətçiləri zərrə qədər narahat etmir. Bu,mənəvi dəyərlər arasında edilən seçimdir, daha doğrusu, mənəviyyatsızlığın göstəricisidir. Lakin Ermənistan cəmiyyəti və ilk növbədə,erməni anaları bilməlidirlər ki, Azərbaycan xalqının səbri ilə oynamaq istəyənlərə fürsət vermək olmaz, əks təqdirdə, övladlarının  cəsədini yenidən onları ölümə göndərənlərdən tələb etmək məcburiyyətində  qalacaqlar.
 
- İndiki durumunda Ermənistanın bu cür ağılsız təxribatlarının səbəb və məqsədi nədir?
 
- Bununla bağlı ölkəmizdəki siyasətçilərin,politoloq və ekspertlərin səsləndirdikləri müxtəlif rəy və şərhlər mövcuddur.Erməni  təxribatlarını qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri ilə əlaqələndirənlər və bu səfərin əngəllənməsi məqsədilə törədildiyini deyənlər var.Bəzi ekspertlər isə, Dağlıq Qarabağdan kənarda yeni münaqişə ocağının yaradılmasında Ermənistanın maraqlı olduğunu bildirirlər.Məqsəd yeni münaqişəni daha çox beynəlmiləlləşdirmək, xarici oyunçuları aktiv şəkildə münaqişəyə cəlb etməkdir.Erməni siyasi-hərbi dairələrinin xislətinə bələd olduğumuz üçün,bütün bu səbəblərin ayrı-ayrılıqda,yaxud toplum halında mövcudluğunu daha ciddi dəyərləndirməliyik.Bununla yanaşı, məncə,onun da üzərində düşünməliyik ki, seçkilərə hazırlaşan Ermənistanda həmin seçkilərin baş tutmamasında maraqlı olan qüvvələr də var.Sirr deyil ki,Ermənistan tarixən müstəqil olmayıb,son 30 ildə isə  vassallıq seçimi özünü daha qabarıq göstərib.Bu,həm də o deməkdir ki, orada kimin hakimiyyətə gətirilməsində maraqlı olan xarici qüvvələrin də seçimləri bir-biri ilə toqquşur. 44 günlük müharibədə ağır hərbi məğlubiyyətə uğradıqdan sonra Ermənistan cəmiyyəti daha çox parçalanıb. Qərbə və Rusiyaya meyilli olan qüvvələr arasında açıq savaş gedir.Təsadüfi deyil ki,Qaragöl ətrafında baş verənlərdən sonra Paşinyan əvvəlcə KTMT-yə,daha sonra isə əks-hərbi blokun-NATO-nun qərargahına müraciət edib onların hər ikisindən kömək istədi. Məqsəd təkcə əks düşərgələri üz-üzə qoymaqdan, kiçik epizodu beynəlmiləlləşdirməkdən, həmişə olduğu kimi,daha güclünün ətəyindən yapışmaq deyildi.Zənnimcə, Paşinyan bu müraciətlə erməni cəmiyyətinə və siyasi rəqiblərinə həm də onu göstərmək istəyirdi ki,hansı blokun təmsilçiləri hansı mövqedədir və onlardan kim daha çox Ermənistanın yanındadır. Müşahidə etdiyimiz ondan ibarət oldu ki, ermənipərəst mövqeyi ilə həmişə fərqlənən və NATO üzvü olan Fransa siyahıya başçılıq etdi. Ermənistandakı daxili siyasi proseslərə kənardakı beyin mərkəzlərinin,xüsusən, erməni diasporasının müdaxilə imkanları da istisna olunmamalıdır. Sözsüz ki,Ermənistanın yeni təxribatlarının qarşısının ölkəmiz tərəfindən indiki kimi qətiyyətlə alınacağı, maraqlı dairələr tərəfindən əvvəlcədən proqnozlaşdırılır.O da proqnozlaşdırılır ki,Azərbaycanın zərərsizləşdirib saxladlğı istənilən erməni əsgərinin görüntüsü erməni cəmiyyətində yeni çaxnaşmaya səbəb olacaq.Düşünürəm ki,siyasi çaxnaşmanın daxildə silahlı toqquşmaya keçəcəyini proqnozlaşdıran və bunu arzulayanlar da var.Hadisələr bu istiqamətdə inkişaf edərsə,fövqəladə vəziyyətin tətbiqi və seçkilərin təxirə salınması qaçılmaz olacaq.Bu,daha çox kimin,Qərbə, yoxsa Rusiyaya meyilli namizədlərin xeyrinə işləyəcək,indidən birmənalı fikir bildirmək doğru olmazdı. Çünki Ermənistan cəmiyyətində aparılan sosioloji sorğuların reallığı nə dərəcədə əks etdirdiyinə heç xarici dairələrin özləri də əmin deyillər. Hər bir halda, Ermənistan hakimiyyəti və cəmiyyəti öz əkdiklərinin acı bəhrəsini dadmaqdadır.
 
-Ülvi müəllim,Ermənistandakı hadisələrin hansı səmtə,sivil müstəviyə,yoxsa daxili silahlı münaqişəyə  yönələcəyi ilə bağlı şəxsi proqnozunuz necədir?
 
- Bayaq dediyim kimi,indidən birmənalı proqnoz vermək doğru olmazdı.Lakin hər iki seçimin reallaşma ehtimalı yüksəkdir.Verilən rəsmi məlumatlara görə,iyunun 16-da,Ermənistandakı seçkilərə qədər, ABŞ və Rusiya Prezidentlərinin Cenevrə görüşü gözlənilir.Yenə də rəsmi açıqlamalara görə,müzakirə ediləcək məsələlərdən biri də regional münaqişələrlə bağlı olacaq.Böyük ehtimalla Ermənistana yönəlik siyasi maraqlara da aydınlıq gətiriləcək.Düşünmək olar ki,bu cür təxribatlar həm də məsələnin gündəlikdən çıxmamasına yönəlib və həmin səbəbdən Ermənistan tərəfindən yeni təxribatların bundan sonra da törədiləcəyini, həmişə olduğu kimi,bu hadisələrin ətrafında özünə sərfedəcək şəkildə hay-küy salınacağını istisna etmək olmaz...
     
Azərbaycanın mövqeyi isə məlumdur.Prezident İlham Əliyev beynəlxalq hüquqa və etibarlı əməkdaşlığa söykənən ölkəmizin mövqeyini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi ictimai müzakirələrdə konkret şəkildə açıqlayıb: ”Biz tam anladıq ki,maraqlar ola bilər və onlar bir-biri ilə toqquşa bilər.Lakin bizim siyasətimiz ondan ibarətdir ki,Azərbaycan toqquşma məkanı deyil,əməkdaşlıq yeri olmalıdır...Lakin ,eyni zamanda,indi ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda xüsusilə aydın görünür ki,münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Beləliklə ,müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır”. İnanıram ki, Prezidentin həmin tədbirdə verdiyi növbəti açıqlama da Qafqazda marağı olan supergüclərin diqqətindən yayınmayıb:
 
”Hər iki ölkə ilə bizim strateji əhəmiyyət kəsb edən münasibətlərimiz var.Sözsüz ki,gündəlik fərqlidir,lakin çox açıq,çox aydındır və gözlənilməz heç bir hal baş vermir...Çünki biz hər zaman nəzərdə tutduğumuzu deyirik və hər zaman dediyimiz sözün arxasında dayanırıq”. Əminəm ki,Prezident İlham Əliyevin ölkəmizin mövqeyini ifadə edən bu cür ciddi və səmimiyyətə söykənən birmənalı açıqlamaları diqqətlərdən yayınmayıb.
 
- Son vaxtlar yerli mediada,sosial şəbəkələrdə dartışılan məsələlərdən biri də Ermənistanda kimin hakimiyyətə gəlməsinin ölkəmizə daha sərfəli olması ilə bağlıdır.Siz necə hesab edirsiniz?
 
- Məncə, dediyiniz məsələyə ən doğru və beynəlxalq-hüquqa uyğun olan münasibəti Prezidentimiz bildirib. Dövlətimizin başçısının haqlı olaraq qeyd etdiyi kimi,bu gün Ermənistan hakimiyyətini və müxalifətini birləşdirən yalnız bir amil var,o da azərbaycanofobiyadır. Ona görə,bu cür fobiyalardan azad olmayan istənilən şəxs təkcə Azərbaycan üçün deyil,həm də Qafqazda davamlı sülhə və sabitliyə təhlükədir.Seçim məsələsi, təhlükəlilərdən daha az təhlükəlisini,pislərdən daha az pisini seçmək erməni cəmiyyətinin daxili işidir...
     
Lakin Ermənistan ictimaiyyəti və onun sağlam mühakimə yürütmək qabiliyyətini itirməmiş təmsilçiləri, orada belələri də yox deyil,bilməlidirlər ki,revanş təşəbbüsləri erməni xalqını yeni,daha ağır faciələrə sürükləyir,təxribatlarının qarşısı isə Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alınacaq.Xarici İşlər Nazirliyimizin bəyanatında Ermənistanın son təxribatı 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatın pozulması kimi qiymətləndirildi. Bu,Ermənistan üçün seçdiyi yolun təhlükəlilik səviyyəsinə açıq işarədir və rəsmi xəbərdarlıq deməkdir.Bundan düzgün nəticə çıxarmayacağı təqdirdə,Ermənistan üzləşə biləcəyi daha acı reallığı indidən proqnozlaşdıra bilər.Ən əsası,az inandırıcıdır ki,Bəyanatlarla zaminlik öhdəliyini öz üzərinə götürən Rusiya siyasi nüfuzuna erməni təxribatları ilə kölgə salındığını nəzərə almasın.O da arzuolunandır ki,regionda maraqlarını təmin etməyə çalışan beynəlxalq oyunçular 28 il danışıqlar masasında olduğu kimi deyil,daha açıq və birmənalı şəkildə Ermənistanı yeni hərbi-siyasi təxribatlardan çəkindirmək üçün mövqe ortaya qoysunlar. Nəzərə alsınlar ki,Ermənistandan fərqli olaraq, Azərbaycan Qafqazda davamlı sülhün və sabitliyin, beynəlxalq-hüquq normaları əsasında dinc birgəyaşayışın tərəfdarıdır.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bunun üçün qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması şərti ilə ölkəmiz sülh sazişinə də hazırdır.Ermənistan bu tarixi fürsəti əldən verəcəksə və kommunikasiyaların açılması yolu ilə regional inteqrasiyadan imtina edib iqtisadi blokadada qalmaq yolunu yenidən seçəcəksə, bunun zərərli və ilk növbədə, təhlükəli seçim olduğunu indidən bilməlidir.İkili standartlar kənara atılıb obyektiv yanaşmaya üstünlük verilərsə, Qafqazda həqiqətən də davamlı sülhün və iqtisadi rifahın tərəfdarı olan beynəlxalq güc mərkəzləri Ermənistanın bu seçiminə ictimai təpki göstərərlərsə,o zaman səmimi niyyətə və bitərəfliyə şübhə qalmaz. Əgər bunun şahidi olacağıqsa,hər şey öz sivil axarına daha tez düşəcək,tarixi ədalətə və beynəlxalq hüquqa bəslənilən ictimai inam üzərindən kölgələrin qaldırılması naminə mühüm addımların atıldığını çox qısa zamanda görə biləcəyik.                                                            
Oxşar xəbərlər
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB