Tarif Şurası dünən axşam verdiyi qəfl qərarla yanacağın qiymətinin artdığını elan etdi. Qurum qiymət artımı barədə qərarları əsasən yeni ilin ilk günləri verdiyi halda bu dəfə niyə tələsidi? Bəzi ekspertlər artıq indidən yeni ildə ölkədə növbəti bahalaşma dalğası olacağını proqnozlaşdırmağa başlayıb.
Moderator.az-a açıqlama verən “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin sədri Zöhrab İsmayıl da yeni ildə ölkədə bahalaşma ehtimalını real hesab etdi:
“Təbii ki, yanacağın qiymətinin artımı ölkədə bir çox sahələrdə bahalaşma ilə nəticələnəcək. Konkret sahələrə gəldikdə isə, suyun, elektrik enerjisinin qiymətində artım ola bilər. Amma gələn il benzini bir daha qaldıracaqlarına inanmıram. Vətəndaşlar bu günə kimi çox şeyə dözüb, amma hər şeyə də dözə bilməzlər.”
Xəyal Əzizov