Təmassız müharibənin misilsiz qəhrəmanlarının dünya hərb tarixi üçün "Qarabağ" dərsi...
Oxunub: 4387
05 May 2021 | 13:45
Təmassız müharibənin misilsiz qəhrəmanlarının dünya hərb tarixi üçün
Baş verən son müharibələr, xüsusilə də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı uğurlu döyüş əməliyyatları, müasir müharibələrin və silahlı mübarizə metodlarının dərin deformasiyasına səbəb oldu. Hərb elmi ilə məşğul olanlar Azərbaycanın “Dəmir Yumruğu” sayəsində “təməssız müharibə” termini ilə yaxından tanış oldular. Müharibələrin taleyinin həll edilməsində canlı insan faktoru vacib rol oynasa da, bu yeni silahlı mübarizə metodunun tətbiqi, getdikcə insan faktorunu və bununla bağlı mümkün riskləri minimuma endirmək məqdsədi daşımağa başladı. 
 
Bu dəfə Moderator.az oxucuları “təmassız müharibə”nin əsas qəhrəmanları olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən Müharibəsində Qələbəmizi təmin edən pilotsuz vasitələrlə tanış olacaqlar. Əvvəlcə qısaca olaraq ilk pilotsuz vasitələrin yaranma tarixinə qısaca nəzər salaq. 
 
İlk pilotsuz vasitələr 
 
Dünyada havada havaya qalxan ilk pilotsuz hava vasitəsi, avstriyalıların 22 avqust 1849-cu ildə Venesiyadakı İtalya mövqelərinə atdıqları bomba ilə doldurulan hava şarları olub. Şarlar idarəolunmaz idi, yalnız külək istiqamətində hərəkət edirdilər, lakin elektromaqnit bazalı primitiv bomba atan mexanizmlə təchiz olunurdular.
 
Pilotsuz hava vasitələrinin tarixindəki növbəti mərhələ birbaşa PUA-larla əlaqəli deyildi, amma indi yaxşı tanıdığımız aparatların inkişafına böyük bir təkan verib. 1889-cu ildə ixtiraçı, fizik və mühəndis Nikola Tesla dünyanın ilk radiosiqnal ilə idarəedilən kiçik gəmisini nümayiş etdirdi. Bu texnologiyanın inkişafı radio ilə idarə olunan torpedalar yaratmağa imkan verdi, bundan sonra isə məsafədən idarə olunan hava vasitələri inkişaf etdirilməyə başladı. 1897-ci ildə isə Britaniyalı Ernest Vilson dirijablın naqilsiz idarə edilməsi üçün hazırlanan texnologiyanın  patentini əldə etdi, lakin onun praktiki tətbiqinə dair məlumatlara rast gəlinmir. 
 
Bundan 13 il sonra, 1910-cu ildə ABŞ hərbi mühəndisi Çarlz Ketter saat mexanizmi ilə təchiz edilən bir vasitə yaratmağı təklif etdi. Bu aparat müəyyən bir zamanda qanadlarını kənara ataraq düşmənin üstünə düşməli idi. Bu ideya həyata keçirildi, lakin heç bir uğur qazana bilmədi, buna görə də hərbi əməliyyatlarda tətbiq olunmadı. Lakin bu ideya fərqli ölkələrdən ixtiraçıları bu istiqamətdə inkişafa davam etməyə ruhlandırdı və 1916-cı ildə “uçan bomba” və ya “hava torpedosu” kimi tanınan “Hewitt-Sperry” avtomatik təyyarəsi ilk uçuşunu etdi. Müasir qanadlı raketlərin erkən versiyası olan təyyarənin kosmik məkandakı vəziyyəti giroskopik sistemdən istifadə ilə idarə edilirdi.
 
Birinci Dünya Müharibəsindən sonra bir neçə təyyarə ABŞ mühəndisləri tərəfindən pilotsuz təyyarələrə çevrildi. Bu müvəffəqiyyəti sayəsində, artıq 1933-cü ildə İngilislər “Fairey IIIF” kəşfiyyat təyyarələri bazasında hazırlanan “Fairey Queen” təkrar istifadə edilə bilən radio idarəetməli hədəfini sınaqdan keçirdilər. 
 
Müasir PUA-lar və Qarabağ “dərsi”
 
Beləliklə, pilotsuz texnologiyalar 1849-cu ildən bu günə qədər mövcud olmaqla bərabər hazırda inkişafının pik dövrünə qədəm qoyur. Əvvəllər PUA mürəkkəb, riskli və bahalı idi. Son 30 ildə bu sahədə həqiqətən bir sıçrayış baş verib. Elektron hesablama sistemlərinin miniatürləşdirilməsi və peyk naviqasiyasının inkişafı (GPS / GLONASS / Beidou) PUA ölçülərini, çəkisini və ən əsası dəyəri əvvəlkindən daha az olan vasitələri yaratmağa imkan verdi. Əlçatanlıq baxımından PUA texnologiyaları yalnız hərbi versiyada deyil, həm mülki versiyalarda məişət texnologiyaları səviyyəsinə yaxınlaşır. Çünki PUA-lar monoton və ya təhlükəli fəaliyyətlərlə səciyyələnən istənilən tapşırıqlar üçün çox perspektivli və unikal vasitə hesab olunur.
Qarabağda və digər ölkələrdə baş verən uğurlu tətbiq fonunda PUA-ya tələbatın artması olduqca təbiidir. Aparıcı ölkələr tərəfindən, hətta bizə qarşı rəqabət aparan ölkələrin hərbi qurumları tərəfindən Azərbaycan və Türkiyənin PUA-lardan istifadə metodları, tətbiqin detalları və praktik təcrübəsi öyrənilir, araşdırılır və onların əks tədbirlər istiqamətində aktiv fəaliyyətləri müşahidə olunur.
Azərbaycanın Qarabağda tətbiq etdiyi PUA-lar
 
İti qovan (PUA)
 
Azərbaycan Sialahlı Qüvvələrinin Vətən Müharibəsində istifadə etdiyi pilotsuz vasitələrdən biri “İti qovan” PUA-ları olub. Əvvəllər “Zərbə” adı ilə istehsal olunan bu vasitələr gəzən sursat sinifinə aiddir. PUA-lar quruda, dənizdə və havada kəşfiyyat vəzifələrini də yerinə yetirə bilir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçicilik qabiliyyətinə malik mobil zirehli maşına quraşdırılmaqla qısa müddətdə istənilən ərazidən düşmənə zərbə endirə bilir.
Konstruksiyası
 
Son zaman modernləşdirildiyi ehtimal olunan PUA-lar partlayıcı yük daşımaq üçün uyğunlaşdırılan gövdəyə malikdir. Onun uçuşu avtomatik idarəetmə sistemi ilə idarə olunur. Aparatda xüsusi izləmə imkanına malik mini optik kamera yerləşdirilir. Aparat xüsusi radioelektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı da dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. 
 
Üstünlükləri
 
“İti qovan” aşağıdakılara üstünlüklərə malikdir:
 
- Kiçik hədəflərə məsafədən zərbə imkanı;
- Mini EO/IR cihazlarından ibarət elektron optik kameraların quraşdırılma imkanı;
- Havaya buraxılmanın müxtəlif sadə üsulları;
- Avtomat paraşüt və təhlükəsizlik yastığı;
- Aşkar edilən görüntülərin yüksək HD formatda onlayn ötürülməsi;
- Analoq və rəqəmsal kommunikasiya üçün nəzərdə tutulan orta mənzilli konfiqurasiya;
- Sistem sənaye standartlarına, o cümlədən video axını üçün H.246, idarəetmə üçün isə NATO-nun STANAG 4586 standartlarına tam uyğunluq.
 
İmkanları
 
Son əməliyyatlarda “İti qovan” özündə əvvəlki “gəzən sursat” ailəsinin müsbət cəhətlərini nümayiş etdirə bildi. “İti qovan” minimal kütləyə, qismən qısa qanad açılımına, normal fəaliyyət radiusuna və optimal yükdaşıma xüsusiyyətinə malikdir. Cəmi 30 sm yüksəkliyi və 1 metr uzunluğunda olan mini PUA-nın qanad açılımı 2.2 metrdir. 5500 metr yüksəklikdə və 50 km radiusda kəşfiyyat xarakterli vəzifələri də yerinə yetirə bilir. 6.5 kq çəkisi olan “İti qovan” 140 km/saat maksimal sürət toplaya bilir. Uçuş müddəti 2-3 saatdır. Bütün görüntülər və əldə edilən video və telemetrik kəşfiyyat məlumatları 12 saatlıq həçmə malik sərt diskə (bu funksiya digər modellərdə əvəz edilib) yazılır. Gəzən döyüş sursatı sinifində aid olan PUA-nın qəlpəli fuqas başlığından ibarət faydalı yükünün kütləsi 2.2-2.6 kq-dır.
 
Döyüş əməliyyatlarında tətbiqi
 
“İti qovan” PUA-sı gecə və gündüz, istənilən hava şəraitində düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnika və canlı qüvvəyə qarşı effektiv olan “İti qovan” həm Aprel əməliyyatında, həm də Vətən Müharibəsində düşmənin 1-ci və 2-ci eşalon bölmələrinə qarşı uğurla tətbiq edilib.  
 
PUA-ları avtomatik idarəetmə sisteminə malik avadanlıqlarla təmin edilib ki, bu da operator tərəfindən idarə edilərək sursatla proqramlaşdırılan trayektoriyanın istənilən nöqtəsinə zərbə endirməyə imkan verir. Buraxılış katapultdan həyata keçirilir. Aşağı səsə malik elektrik mühərrikli “İti qovan” PUA-sını yerdən aşkar etmək asan deyil. Hədəf aşkarlanmadıqda PUA-nın uçuşu dayandırılaraq geriyə bazaya və ya təyin olunan nöqtəyə qaytarılır. Burada isə paraşütdən və yastıqdan istifadə etməklə enmə həyata keçirilir.
 
Taktiki-Texniki Xüsusiyyətləri
 
Qalxma kütləsi: 6.5 kq;
Faydalı yükün kütləsi 2.2-2.6 kq;
Qanad açılımı: 2.2 m;
Uzunluğu: 1 m;
Fəaliyyət radiusu: 50 km;
Maksimum uçuş hündürlüyü: 5500 m;
Maksimum sürəti: 140 km/saat;
Uçuş müddəti: 2-3 saat.
 
Harop
 
Vətən Müharibəsində “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən peşəkar tətbiqi nəticəsində düşmənin müdafiə zolağının dərinliyində yerləşən strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş texnikası, komanda idarəetmə məntəqələri ilə bərabər çoxsaylı canlı qüvvəsi də zərərsizləşdirilib. “Israel Aerospace Industries” (İsrail Aerokosmik Sənayesi) korporasiyasının aerokosmik bölməsi tərəfindən hazırlanan “Harop” yerüstü və dəniz platforması ilə bərabər hava vasitələrindən də  buraxıla bilər. Azərbaycan bu vasitələri yerüstü platformadan buraxılmasına üstünlük verib. Ümumilikdə DSX-nın PUA-ları Vətən Müharibəsi zamanı 290 düşmən hədəfini məhv edib.
 
İmkanları
 
Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək havada 6 saat qala bilir və maksimum 1000 km məsafəyə qədər fəaliyyət göstərə bilir.
 
“Harop” həm avtonom rejimdə, həm də operator tərəfindən idarə edilir. “Harop” avtonom idarəetmə rejimində özünün sensorları vasitəsilə düşmən hədəflərinə kilidlənə bilir. Elektron optik sensorları vasitəsilə onu hərəkətdə və ya sabit vəziyyətdə olan hədəflərə yönəltmək mümkündür. “İti qovan” PUA-larında olduğu kimi “Harop” da “gəzən sürsat” sinifinə aiddir, yəni hədəfi, özünü ona çırpmaqla məhv edir. 
Əlavə olaraq, əsas döyüş başlığı daşıyan aparatlardan fərqli olaraq bu dron özü bütövlükdə döyüş başlığı sayılır, yəni hədəfi özünü hədəfə çırpmaqla məhv edir. “Harop” ya muxtar olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və ya yerüstü idarəetmə məntəqəsindən idarə olunaraq hədəfə zərbə endirir. Hədəf aşkarlanmadığı halda PUA avtomatik rejimdə bazaya qayıdır.
 
Döyüş tətbiqi
 
“Harop” pilotsuz uçuş aparatları ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “4 günlük müharibə” zamanı uğurla istifadə olunub. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixinə ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşüb. Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisi titulunu daşıyır.
 
Taktiki-texniki xüsusiyyətləri
 
Uzunluğu: 2.5 metr;
Qanad açılımı: 3 metr;
Fəaliyyət məsafəsi: 1000 kilometr;
Sürəti: 185 kilometr/saat;
Havada qalma müddəti: 6 saat;
Ümumi kütləsi: 135 kiloqram;
Döyüş başlığı: 23 kiloqram.
 
Hermes-900
 
Vətən Müharibəsi zamanı istifadə edilən “Hermes 900” taktiki uçuş aparatları İsrailin “Elbit Systems” şirkəti tərəfindən 2009-cu idə hazırlanıb. 2012-ci ildən istismar edilən PUA-lar, ilk dəfə Azərbaycanda Dövlət Sərhəd Xidmətinin 2017-ci ilin avqust ayında Xəzər dənizində həyata keçirdiyi geniş miqyaslı təlimlər zamanı görüntülənib. Azərbaycanın 2 ədəd “Hermes-900” PUA-sından və “Elbit Systems UGCS” universal idarəetmə stansiyasından ibarət 1 ədəd kompleksə malik olduğu ehtimal edilir.
Konstruksiyası
 
İkitərəfli peyk rabitə sistemi ilə təhciz olunan “Hermes-900” optik-elektron müşahidə sistemləri, hərəkət edən hədəfləri də ayırd edə bilən sintezləşmiş aperturalı radiolokasiya (SAR) stansiyası, infraqırmızı (termal) tezlik qəbulediciləri, lazer süası ilə hədəfi işarələyən və məsafəni ölçən qurğularla, düşmənin rabitə-kəşfiyyat-müşahidə sistemlərinə radioelektron maneələr təşkil edən vasitələrlə, idarəetmə məntəqəsinə real zaman kəsiyində video və fotomateriallarla mübadilə həyata keçirən avadanlıqlarla təmin olunub.
 
“Hermes-900” modullaşmış konstruksiya şəklində layihələndirildiyindən, əməliyyat şəraitindən asılı olaraq, onun qurğularını və sensorlarını qısa müddətdə lazımi konfiqurasiyada yığmaq mümkündür. PUA yerüstü idarəetmə məntəqəsindən peyk rabitəsi vasitəsilə idarə olunur. Bu tipli idarəetmə kanalı düşmən maneələrinə daha davamlı və GPS idarəetməsindən daha gizli hesab edilir. Çünki rabitə peyki standart rabitə siqnallarını geniş bir rayona şüalandırır. Onların içində hansının kimə məxsus olmasını ayırd etmək çox mürəkkəb kriptoqrafiya avadanlığı və uzun müddət tələb edir. Peyk rabitəsi olmayan halda, PUA yerüstü idarəetmə məntəqəsi ilə 300 kilometrdən birbaşa qorunan rabitə kanalı ilə əlaqə saxlaya bilir. Rabitə əlaqəsi tam kəsilərsə, PUA avtopilot rejimində, inersial naviqasiya sisteminin yardımı ilə öz aerodromuna müstəqil qayıda bilir. 
 
İmkanları
 
Tam 36 saat göydə qala bilən aparat 1500 kilometr uzaqda yerləşən əməliyyat rayonunun üzərində kəşfiyyat apara bilir. Maksimum uçuş kütləsi 970 kiloqram, qanaq açılımı 15 metrdir. 300 kq yük daşıya bilən PUA hər hava şəraitinə uyğun vasitədir. Bu PUA avtomatik qalxma və enmə sisteminə malikdir. Üstün təhlükəsizliyi və etibarlılığı ilə məşhur olan “Hermes 900” pilotsuz vasitələr üçün ən yüksək tələblərə cavab verdiyini Vətən Müharibəsində nümayiş etdirdi.
 
İdarəetməsi
 
“Hermes 900” PUA-ları iki pilotsuz uçuş aparatını idarə edə bilən “Elbit Systems UGCS” universal idarəetmə stansiyası tərəfindən idarə olunur. Onun burnuna, peyk rabitə sistemi yerləşdirilir ki, bu da birbaşa rabitə zonalarından uzaq ərazilərdə dronu idarə etməyə imkan verir. “Hermes 900” sifariş əsasında zərbə vasitəsi kimi təchiz edilə bilər.
 
Döyüşlərdə tətbiqi
 
“Hermes 900” taktiki uçuş aparatı Qarabağda iqlim şəraitindən asılı olmayaraq kəşfiyyat və müşahidə üzrə döyüş tapşırıqlarını yerinə yetirmək imkanını nümayiş etdidi. 9150 metr yüksəklikdə uçan bu vasitə, bütün DZRK və bir çox qoşun ZRK-ları üçün əlçatmaz hündürlükdən döyüş tapşırıqlarını yerinə yetirməsi, əməliyyatlar teatrında fəaliyyət göstərən qoşunlarımıza ciddi üstünlüklər təqdim etdi.
 
Taktiki-Texniki Xüsusiyyətləri
 
Uzunluğu: 9.1 m;
Qalxma kütləsi: 1150 kq;
Qanad açılımı: 15 m;
Sürəti: 222 km/saat;
Faydalı yükün kütləsi: 450 kq;
Fəaliyyət məsafəsi: 4000 km;
Maksimum uçuş hündürlüyü: 9144 m;
Uçuş müddəti: 36 saat.
 
Quzgun
 
“Quzğun” PUA-ları İsrailin ixtisaslaşmış məşhur pilotsuz vasitələr istehsalçısı “Elbit Systems” şirkətinin istehsal edilib. Yeni platforma şirkətinin həssas və üzunmüddətli taktiki həllərini təmin edən geniş təcrübəsinə əsaslanaraq hazırlanıb. Ölkəmizə ixracı zamanı ictimaiyyətə istehsalçının “SkyStriker” adı ilə təqdim edilib. 
 
Konstruksiyası
 
PUA-ların istehsalında aşağı görüntü əmsalına malik kompozit materiallardan istifadə edilir. Yüksək dəqiqlik, uzaq məsafə, kifayət qədər uzun müdət gözləmə rejimi 10 kq-a qədər sursat daşıma imkanı “Quzğun” aparatını öz sinfinin ən güclü PUA-larından birinə çevirir. Onun əməliyyat sistemi istənilən hədəfi, istənilən istiqamətdən, istənilən bucaq altında məhv etməyə imkan verir.
Sistemin elektrik mühərriki isə aşağı akustik siqnala malikdir və aşağı hündürlükdə əməliyyatların gizliliyini təmin edir. Onun əməliyyat sistemi istənilən hədəfi, istənilən istiqamətdən və istənilən bucaq altında məhv etməyə imkan verir. PUA elektrik mühərriki və itələmə qüvvəsi verən pərvanə ilə təchiz edilib.
 
Təyinatı
 
İlk dəfə 2017-ci ildə Parisdəki Le Burje aviasalonunda nümayiş etdirilən bu PUA bir o qədər də böyük olmayan pilotsuz vasitədir. Zərbə tipli “Quzğun” PUA-sı 40 km radiusda düşmənin yerüstü hədəflərini aşkarlamaq, koordinatlarını təyin etmək və onlara zərbə endirmək üçün nəzərdə tutulur. PUA, həmçinin uzaqdan idarəolunan elektro-optik tuşlamaya malik “gəzən sursat” əməliyyat sisteminə malikdir. Yeni platforma “Elbit Systems” şirkətinin həssas və üzunmüddətli taktiki həllərini təmin edən geniş təcrübəsinə əsaslanır. 
 
Konstruksiyası
 
“Quzğun” sadə quruluşa malikdir, onun səhra şəraitində belə sadə istismar qaydalarına malik olması, istifadəçilərə (operatora) düşmən hədəfinə dəqiq hava zərbəsi endirməzdən əvvəl hədəfi izləməyə və onu tam identifikasiya etməyə imkan verir. Onun operatoru zərbədən iki saniyə əvvəl döyüş başlığının istifadə əmrini ləğv edə bilər və ya onu yenidən aktivləşdirə bilər, məhv edilməsi üçün hədəf olmadıqda isə təhlükəsiz şəkildə start mövqeyinə və ya göstərilən koordinatlara qayıda bilər. Geriyə qayıdan PUA-nın avtomat rejimli paraşütlə bərabər təhlükəsizlik yastığından istifadə etdiyi də ehtimal edilir. Onun məsafədən idarə edilməsi, düşmən hədəfinə yönləndirilməsi aşkarlandıqda belə operatorun atəş təsirinə məruz qalmasını istisna edir.
 
5 kq-dən 10 kq-yə qədər döyüş başlığı daşıyan aparatın çəkisi 35 kq-dir. Kamikadze tipli PUA 2 saat havada qalaraq 185 km/saat sürətlə hərəkət edir, bu isə 6 dəqiqə ərzində 20 kilometr məsafə qət etmək deməkdir. PUA elektrik mühərriki və itələmə qüvvəsi verən pərvanə ilə təchiz edilib.
İmkanları
 
PUA-nı idarə edən operator onu hədəfə doğru yönəltmək, praktiki olaraq təmas nöqtəsinə çatdırmaq və eyni zamanda hücumu ləğv etmək imkanına malikdir. Uçuş vaxtı diqqət cəlb edən hədəf müəyyən edilmədikdə operator PUA-nı geri qaytarır və o, paraşütün köməyi ilə yerə enə bilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, radioelektron maneə vasitələrinə qarşı dayanıqlıdır.
 
Taktiki texniki xüsusiyyətləri
 
Kütləsi - 35 kq;
Uçuş məsafəsi - 40 km;
Uçuş müddəti - 2 saata qədər;
Döyüş bağlığının çəkisi - 5-10 kq;
Maksimal üçüş yüksəkliyi - 2000 metr;
Maksimal uçuş sürəti - 180 km/saat.
 
Bayraktar TB2 
 
“Bayraktar TB2” PUA-sı 2014-cü ildə Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanıb. Operatorun nəzarəti altında və ya müstəqil olaraq fəaliyyət göstərə bilən PUA Vətən müharibəsində müxtəlif məqsədlər üçün istifadə olunub. Türkiyənin “Roketsan Roket Sanayii ve Ticaret A.S”. şirkəti tərəfindən istehsal olunan lazerlə idarə olunan MAM-L tipli 4 ədəd bomba daşıyır. Türkiyə bu PUA ailəsi sahəsindəki layihələndirmə, proqram təminatı və istifadə qaydaları baxımından aparıcı dron istehsalçısı olan ölkələrin ilk beşliyinə daxildir. “Mavi Marmara” ilə bağlı 2010-cu ildə İsraillə yaşanan böhran və ABŞ Konqresində “Predator” və “Reaper” tipli dronların Türkiyəyə satışının bloklanması, Ankaranı yerli istehsalı sürətləndirməyə vadar etdi. “Bayraktar TB2” pilotsuz vasitəsi hazırda sinifinin ən yaxşı dronlardan biri, bəlkə də birincisi kimi tanınır.
 
Təyinatı
 
“Bayraktar TB2 PUA-ları kəşfiyyat, müşahidə, tuşlama və düşmən hədələrinə zərbə endirmək üçün nəzərdə tutulur.
 
Konstruksiyası
 
PUA-nın ilkin versiyaları “Rotax 912” daxili yanma mühərriki ilə təchiz olunurdu, sonradan isə Ukrayna ilə birgə Türkiyədə yeni mühərriklərin istehsalına başlandı. Korpusu kompozit materiallardan hazırlanan “Bayraktar” avtomatik qalxma-enmə sistemi ilə təchiz edilir. Çoxkanallı idarəetmə sistemi sayəsində “Bayraktar TB2” PUA-lar düşmənin REM vasitələrinin müdaxilələrinə qarşı dayanıqlıdır.
 
Tətbiqi
 
Hazırda dünya müdafiə sənayesi bazarında Türkiyənin silahlı pilotsuz uçuş aparatlarına böyük maraq yaranıb. Bunun əsas səbəblərindən Azərbaycanın böyük rəşadətlə apardığı 44 günlük Vətən müharibəsində “Bayraktar TB2” PUA-larının döyüş meydanında külli miqdarda düşmən texnikalarını məhv etməklə növbəti döyüş sınağından uğurla çıxması, digəri isə Türkiyə PUA-larının davamlı olaraq texnoloji yeniliklər əsasında təkmilləşdirilməsidir.
 
Xarici ölkələrin, hətta Türkiyə ilə münasibətləri o qədər də yaxşı olmayan ölkələr belə “Bayraktar TB2”-nin son tətbiqindən sonra bu aparata olan maraqlarını gizlətmirlər. Türkiyə isə bu sahədə dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir.
 
Vətən Müharibəsi zamanı bu PUA-lar vasitəsilə Azərbaycan düşmənin 1 milyard dollardan çox dəyərə malik texnikalarını sıradan çıxarıb. Onların əksəriyyəti Silahlı Qüvvələrimiz tərəfindən qənimət olaraq ələ keçirilib, bəziləri isə Hərbi qənimətlər Parkında nümayiş etdirilməkdədir.  
 
Taktiki texniki xüsusiyyətləri
 
Uzunluq: 6.5 m
Qanad genişliyi: 12 m
Maksimum qalxma çəkisi: 650 kq
Yük tutumu: 55 kq
Maksimum sürət: 222 km/saat
Seyredici sürəti: 130 km/s
Fəaliyyət radiusu 150 km
Ən yüksək hədd: 8200 m
Avtonom idarəetmə: 24 saat.
 
Nəticə
 
Azərbaycanın Qarabağda müasir Türkiyə və İsrail PUA-ları ilə müharibənin qazanması, hərb tarixində yeni bir dövrün başlanmasına səbəb oldu. Münaqişənin ilk günündə Ermənistan ordusu özlərinə inamlı görünməyə çalışsada, az sonra onları Azərbaycanın PUA-ları çaxnaşmaya sala bildi. Klassik üsulla müdafiə olunan Ermənistan ordusu, Azərbaycan PUA-larının zərbələri nəticəsində hər gün daha çox texnika və şəxsi heyət itirirməklə geri çəkilməyə məcbur olurdu. Döyüş mövqeləri havadan asanlıqla aşkar edilir və onlar PUA-lar üçün asan hədəflərə çevrilirdi. Ermənilərin bu hücumlara müqavimət göstərmək üçün Rusiyadan “Pole-21”, “Leer”, Krasuxa” və s. kimi REM vasitələri əldə etsədə, onlar Azərbaycan PUA-larına qarşı səmərəli ola bilmədilər. PUA-larımız Qarabağda sadəcə kəşfiyyat və dağıdıcı vasitə kimi deyil, həm də artilleriyanın, tankların və piyadaların əməliyyatlarını əlaqələndirmək üçün istifadə olundu. 
Pilotsuz aparatlar keçən əsrin sonundan münaqişələrdə aktiv istifadə olunsa da, onlar ilk dəfə münaqişə müqəddəratını məhz Qarabağda, həm də Azərbaycan Ordusunun istifadəsi nəticəsində həll etdilər. 
 
Azərbaycan Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün əsasən “Harop” zərbə vasitələrindən geniş istifadə etdi. Köhnə Sovetdən qalma “An-2” biplanlarını avtopilotla təmin edən Azərbaycan, onları havaya qaldırmaqla  Ermənistanın S-300 zenit raket komplekslərini aktiv rejimə keçməyə məcbur etdi, bu isə ZRK-nın aşkarlanmasına və “Harop”un bu vacib hədəfləri yüksək dəqiqlik və yüksək effektvliklə məhv etməsinə imkan verdi. 
 
Düşmənin digər zirehli texnikaları və HHM vasitələri isə Türkiyənin “Bayraktar TB2” PUA-larının hədəfi oldu. Bütün bunlar isə daha çox ölkələri pilotlu və zirehli vasitələrdən daha çox PUA, xüsusilə də Türkiyə istehsalı olan “Bayraktar TB2” aparatları əldə etməyə meylləndirdi. Vətən Müharibəsində orbitdə olan Azərbaycan peyklərinin əhəmiyyətli rolu qeyd edilməlidir. Çünki, Ermənistan ordusu və havadarları üçün ölümcül nəticələnən Vətən Müharibəsində peyklərin, pilotsuz uçuş aparatlarının, aviasiyanın və artilleriyanın qarşılıqlı fəaliyyətini nəzərdə tutan “yeni nəsil müharibə konsepsiyası” tam təsdiqini tapdı. 
 
Azərbaycanın müharibədə PUA-larla, xüsusilə də “Bayraktar” ilə qazandığı tarixi uğurlar, Türkiyə pilotsuz vasitələrinin beynəlxalq müstəvidə daha da populyarlaşdırdı. Azərbaycan Silahlı Qüvvələrinin TB2 PUA-sını Vətən Müharibəsində uğurla tətbiqi, onu pilotsuz vasitələr bazarının əsl ulduzuna çevirib. Onlardan pilotlu aviasiyanın düşmənin məhvetmə zonasının sərhədlərindən kənarda buraxdığı raketlərin hədəfə kilidlənməsində istifadə edilməsi hərbi mütəxəssislər tərəfindən geniş müzakirə olunmaqdadır.
 
ABŞ-ın, Almaniyanın və digər ölkələrin nüfuzlu KİV-lərində “Bayraktar TB2” PUA--larının qazandığı uğurlardan bəhs olundu. Bir çox rəqib ölkələrin hərbi qurum rəhbərləri belə hərbi doktrinalarında dəyişiklik barədə bəyanatlar verdilər. 
İllər keçəcək, zaman dəyişəcək, amma ən azı növbəti müharibə konsepsiyası təsdiqlənənə qədər Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixində “ilk təmassız müharibənin uğurlu müəllifi” kimi qalmaqda davam edəcək. Bu isə qlobal güclərin quruda, suda və havada dünyaya meydan oxuduğu bir vaxtda Azərbaycan Əsgəri üçün çox böyük nailiyyətdir.
 
Ədalət Verdiyev,
Hərbi ekspert, Xüsusi olaraq Moderator.az üçün
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək