Fəzail Ağamalı: “Prezident addımını atdı, indi növbə radikal müxalifətindi”
Oxunub: 5159
01 Dec 2013 | 11:39
Fəzail Ağamalı: “Prezident addımını atdı, indi növbə radikal müxalifətindi”

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Moderator.az saytına müsahibə verib, onu təqdim edirik:

-Fəzail müəllim, Vilnüs sammitinin nəticələrini necə şərh edərdiniz?

-Bu sammitin nəticələrini müsbət dəyərləndirmək lazımdır. KİV-lərə Azərbaycan rəsmilərinin vermiş olduğu açıqlamalar göstərirdi ki, Azərbaycan dövləti Avropa İttifaqına doğru düşünülmüş, ölkəmiz üçün problemlər yaratmayan bir posedurla qoşulmaq niyyətindədir. Azərbaycanın Avropaya inteqrasiyası ölkəmizin başlıca strateji xəttidir. Əsası ulu öndərimiz tərəfindən qoyulmuş bu strateji xəttə doğru dövlətimiz addım-addım irəliləyir. Baxın, son günlərədək Ukrayna haqqında hansı ümidlər vardı, proses hansı sonluqla bitdi? Gürcüstan bu inadkarlığına görə hansı faciələrdən keçdi? Moldova isə Rusiya üçün o qədər də əhəmiyyət kəsb edən bir ölkə deyil. Ən azından Ukrayna və Azərbaycanla müqayisədə Moldova Rusiya üçün o qədər də strateji önəm kəsb etmir. Lakin Azərbaycan mahiyyətinə, geostrateji unikallığına görə həm Gürcüstandan, həm də Moldovadan xeyli önəmlidir. Hətta mən deyərdim ki, Azərbaycan Ukrayna ilə müqayisədə bəzi məqamlarda Avropa üçün üstün keyfiyyətlərə və önəmə sahibdir. Azərbaycan ansı istiqamət dövlətimizə, strateji maraqlarımıza və təhlükəsizliyimizin təminatına fayda verəcəksə ilk gündən məhz bu strateji xəttə müvafiq ağıllı, düşünlümüş siyasətini qurdu və Vilnüs sammitinə də ürəklə getdi. Orda da üç istiqamət diqqət mərkəzində idi. Birinci Avropa İttifaqı ilə assosativ üzvlük sazişi imzalamaq, iqtisadi əməkdaşlıq və sadələşdirilmiş viza rejiminin tətbiqi məsələsi gündəmdə idi. Azərbaycan üçüncü bənd üzrə danışıqlara əvvəlcədən hazırlaşdığına görə problemsiz olaraq həmin saziş imzalandı. Ümidvaram ki, viza rejiminin sadələşdirilməsiylə bağlı həmin saziş həm Avropa Parlamentində, həm də Milli Məclisdə ratifikasiya olunaraq həyata vəsiqə alacaq, dövlətimiz üçün əlavə imkanlar qazandıracaq. Düşünürəm ki, digər iki məsələ də növbəti mərhələlərdə həllini tapacaq və biz milli maraqlarımızı və dövlətimizin təhlükəsizliyini nəzərə alaraq gələcəkdə Avropa ailəsinə tam hüquqlu üzv kimi daxil olmaq üçün digər iki mərhələni də keçməyə nail olacağıq.

-Ukraynaya nisbətən Azərbaycanın belə cəsarət sərgiləməsi və ən azı bir addım atması onun cəzalandırılmasına səbəb ola bilərmi? Tutaq ki, sabah gözlənilmədən cəbhənin müxtəlif istiqamətlərində intensiv döyüşlərə rəvac veriləcək təxribatlara əl atıla bilər...

-Məncə Azərbaycanın atdığı bu addım Rusiyanı qıcıqlandırmalı deyil. Yəni sadələşdirilmiş viza məsələsi Rusiyanın strateji maraqlarını inkar etmir və onun əleyhinə deyil.

-Ancaq digər iki məsələ təbii ki, onu narahat etməyə bilməz...

-Növbəti mərhələdə də ölçülü-biçili addımlar atmaqla, eyni zamanda Rusiyadan gələ biləcək təhlükələrin və təhdidlərin qarşısını almaq şərtilə bu işi həyata keçirmək mümkündür. Lakin indiki məqamda Azərbaycanın atmış olduğu addımlar Rusiyanı bu və ya digər şəkildə qıcıqlandırmır.

-Son günlərin ən aktual müzakirə predmetindən biri də bir bazar günü gözlənilmədən prezidentin bir qrup media kapitanını qəbul edərək mühüm açıqlamalarla çıxış etməsi, müxalifətə yönəlik sıcaq mesajlar verməsidir. Sizcə buzları sındırmaq mümkün olacaqmı, hakimiyyət bu günədək ittiham etdiyi, “ünsürlər” adlandırdığı  qüvvələrlə barış mühiti formalaşdırmaq istiqamətində real addımlar atacaqmı?

-Mən prezidentin media təmsilçiləri ilə görüşündəki çıxışını diqqətlə dinlədim. O bu çıxışında təkcə mətbuatla bağlı məsələlərə deyil, demək olar ki, Azərbaycanın daxili və xarici siyasətiylə bağlı bütün xırdalıqlarıyla son dərəcədə mühüm məqamlara toxundu. Prezident bu addımıyla hədisiz səmimiyyətini və bir vətənpərvər olduğunu ortaya qoydu. O bir daha hər kəsə sübut etdi ki, Azərbaycanda hamıdan daha çox demokratik ənənələrin yaranmasında və inkişafında maraqlıdır.  İlham Əliyev beynəlxalq məsələlər üzrə çox güclü bir mütəxəssis olaraq hər kəsdən yaxşı anlayır ki, Azərbaycanın gələcəyi dünyanın demokratik dəyərlərini mənimsəmək və onu bütövlükdə Azərbaycanda tətbiq etməkdir. İlham Əliyevi digərlərindən fərqləndirən ən üstün cəhət onun populizmdən uzaq, radikallığa xidmət etməyən, təkamülə söykənən siyasəti və bu siyasətə uyğun olan ölçülüb-biçilmiş addımlarıdır. Məhz bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində bu prinsip dayanır. Eyni zamanda prezident çıxışında bir vacib məqamı da önə çəkdi ki, bu gün güclənən Azərbaycanın dostları olduğu kimi düşmənləri də az deyil və xaricdə elə antiAzərbaycan qüvvələr var ki, onlar ölkəmizin inkişafını əngəlləmək üçün hər yola baş vururlar. Məhz bu cür qüvvələr bir çox hallarda Azərbaycanın daxilində fəaliyyət göstərən ayrı-ayrı qruplardan, siyasətçilərdən, siyasi partiyalardan, QHT-lərdən yararlanmağa çalışırlar, nəticədə Azərbayacna qarşı xoşagəlməz bir alyans yaranır. Uzağa getməyək, “Avroviziya” yarışması öncəsi baş verənləri xatırlamaq kifayətdir. Gördünüz ki, İlham Əliyevin qətiyyəti sayəsində həmin alyansın niyyətləri puç oldu və Azərbaycan həmin tədbiri çox böyük məharətlə həyata keçirdi. İlham Əliyev nə demək istəyir? O deyir ki, əgər Azərbaycanın hər hansı problemi varsa onu xarici müstəviyə çəkməyək, daxildə həll edək. Yəni ölkənin daxili problemlərini xarici auditoriyaya çıxarmaq doğru deyil və bu, antiAzərbaycan qüvvələrə dəstəvüz verməkdir.

-Prezidentin sonuncü çağırışına da bütün müxalifət dərhal cavab verdi ki, biz əməkdaşlığa və dialoqa, sizin dediyiniz kimi daxili problemləri elə öz aramızda həll etməyə hazırıq.

-Prezident əslində bütün spektrdən olan media mənsublarıyla görüşərkən həm də mesaj vermiş oldu ki, eynilə mən bütün spektrdən olan siyasi müxalifətlə də bir masa arxasında oturmağa hazıram, yetər ki, qarşı tərəf də anoloji səmimiyyəti əsirgəməsin.

-Müxalifət də əsirgəmədiyini izhar etdi.

-Axı radikal müxalifət ölkə prezidentinin legitimliyini qəbul etmirsə, onun ünvanına hər cür sərt ifadələri işlədirsə, hətta təhqirlərdən belə usanmırsa, sizcə prezident belə qüvvələrə doğru addım atmalıdırmı? Məncə artıq prezident bir addım atıb, indi növbə radikal müxalifətindir.

- Son günlərin daha bir aktual və polemika mövzusu Rusiyada yaşayan soydaşlarımızın acınacaqlı durumudur. Çoxlarını bir sual düşündürür ki, niyə deputat dostluq qrupu bu vaxtadək Moskavaya səfər edərək rusiyalı həmkarlarına öz etirazlarını çatdırmırlar, niyə bu problemi ən ali səviyyədə qaldırmırlar və “prezident məşğuldur” deyə hamı sanki yaxasını kənara çəkir?

-Çox haqlı yanaşma və ədalətli sualdır. Siz də parlamentin həmin plenar iclasında iştirak edirdiniz və xatırlyırsınızsa mən hələ hadisələrin ilk dövründə çıxış edərək baş verən xoşagəlməz olayları pislədim, Rusiya hüquq-mühafizə orqanlarının vəhşi davranışlarına etirazımı bildirdim, eyni zamanda da təklif etdim ki, deputat dostluq qrupu Rusiya Dövlət Dumasıyla əlaqə saxlasın və biz Moskvaya gedərək danışıqlar aparaq. Qeyd elədim ki, bizim rusiyalı həmkarlarımızla üz-üzə təmaslarımız və problemin ciddiliyini onların diqqətinə çatdırmağımız gərginliyi xeyli yumşalda bilər. Ancaq təəssüf ki, bu təklifə reaksiya bildirilmədi. Ancaq bu günlərdə mənə belə bir məlumat verildi ki, ola bilsin deputat dostluq qrupu gələn ilin yanvarın ikinci ongünlüyündə Moskvaya səfər edəcək. Təbii ki, həmin səfərdə başlıca mövzu Rusiyada yaşayan azərbaycanlıların üzləşdikləri çeşidli problemlərdən çıxış yollarının aranması və tapılması olacaq. Biz çalışacağıq ki, Dövlət Dumasının nüfuzundan və imkanlarından istifadə edərək orada fəaliyyət göstərən həm Rusiya vətəndaşı olan, həm də miqrant azərbaycanlılara qarşı baş verən xoşagəlməz addımlar aradan qaldırılmasına töhfə verək və normal münasibətlər bərpa olunsun. Eyni zamanda da hesab edirəm ki, biz imkan tapıb ordakı vətəndaşlarımızla, xüsusən də Rusiya bazarlarında çalışanlarla  görüşərək onların qarşısında çıxış etməliyik, onlara başa salmalıyıq ki, siz bu ölkənin ərazisində çalışıb işləyirsinizsə, Rusiyanın qanunlarına uyğun olaraq hərəkət etməlisiniz.

-2014-cü ilin dövlət büdcəsinin parlamentdə qəbulu da xeyli maraqlı nüanslarla yadda qaldı və ən azı maliyyə naziri Samir Şərifovun deputatların çoxsaylı təkliflərinin məhz maliyyə çatışmazlığından nəzərə alınmadığını və qarşıdakı 2-3 il ərzində də baxılmasının mümkün olmayacağını etiraf etməsi xeyli düşündürücü oldu ki, əcaba, Azərbaycanın iqtisadi inkişaf şkalasında enmə mərhələsi başlanıldımı?

-Mən bunu belə xarakterizə etməzdim. Yaddan çıxarmayaq ki, Azərbaycanın neft bumu artıq sona çatmaq üzrədir. Ancaq bu o demək deyil ki, neft istehsalının azalması Azərbaycanın iqtisadi inkişafına, maliyyə durumuna mənfi təsir göstərəcək. Əvvəla, ölkə prezidentinin siyasətinin başlıca xəttini iqtisadiyyatımızın neftdən asılılığını xilas etmək tutur. Qeyri-neft sektorunun inkişafı üçün çoxşaxəli layihələr həyata keçirilib və keçirilməkdədir. Düşünürəm ki, gələcəkdə qeyri-neft sektorunun inkişafına neftdən gələn gəlirlərin yönəldilməsi hesabına iqtisadiyyatımızı ciddi xarakterli kataklizmlərdən qorumaq mümkün olacaq. Eyni zamanda bəzi deputatlar büdcə müzakirələri zamanı əmək haqlarının fantastik məbləğdə artırılması təklifiylə çıxış etdilər, regionlarda digər iritutumli investisiya layihələrindən bəhs etdilər, çox güman ki, Samir Şəfifov məhz bu səpkili təkliflərə cavab olaraq belə bir ifadə işlətdi. Yeri gəlmişkən, bir məqamı xüsusi qeyd etmək istəyirəm və xatırladım ki, parlamentdə də bunu söylədim ki, kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstəmək lazımdır. Əgər kənd təsərrüfatına əsaslı vəsait qoyuluşu, düzgün müəyyənləşdirilmiş strateji xətt götürülsə, kənd təsərrüfatı məhsullarının stimullaşdırılması və onun əlverişli satışının təmin edilməsiylə Azərbaycan iqtisadiyyatı elə bir yüksək səviyyəyə gəlib çata bilər ki, hətta neft yaddan çıxa bilər.İqtisadçılar hesablayıblar ki, kənd təsərrüfatının bütün potensialından istifadə edə bilsək, Azərbaycanın mövcud ərazisi ilə 50 milyon insanı, işğal olunmuş rayonlarsız 30 milyon insanı ən yüksək səviyyədə həyat şəraiti ilə təmin etmək mümkündür. Ancaq etiraf edilməlidir ki, biz bu gün bu potensialın ən yaxşı halda 10-15 faizindən istifadə edirik. Ona görə də bu istiqamətdə təxirəsalınmaz planlar həyata keçirilməlidir. Bir müdddət öncə parlamentin Aqrar Komitəsinin sədri Eldar İbrahimov kənd təsərrüfatı koopertivlərinin yaradılması təklifiylə çıxış edəndə biz bu təşəbbüsü birmənalı şəkildə müdafiə etdik və başa saldıq ki, bu heç də Lenin kooperativləri deyil, bu, fermerlərin könüllü şəkildə birləşməsi hesabına fermer təsərrüfatlarının inkişafına çox böyük töhfə verəcək bir yanaşmadır. Bir daha təkrar edirəm, əgər kənd təsərrüfatının inkişafına əsaslı vəsait qoyuluşu artırılarsa, fermerlərin inkişafına diqqət yönəldilərsə, bu məhsulların istehsalı stimullaşdırılarsa, yəni kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalında enerjidaşıyıcılarının qiymətində, vergilər və ixrac zamanı gömrük rüsumlarında güzəştli qiymətlər tətbiq olunarsa bu sahədə inanılmaz uğurlara imza atmaq mümkündür. 

 

Oxşar xəbərlər
23:17, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
23:17, Bu gün
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
23:16, Bu gün
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
23:11, Bu gün
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
23:09, Bu gün
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
23:03, Bu gün
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
22:59, Bu gün
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
22:51, Bu gün
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:49, Bu gün
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...