Şəhərdə və ya ucqar kənddə yaşayan tamaşaçı ilə anlaşıqlı dildə əlaqə qurmaq çox vacibdir- XANIM YADİGARLI
Cəmiyyət
Oxunub: 1308
21 Apr 2021 | 22:01
Şəhərdə və ya ucqar kənddə yaşayan tamaşaçı ilə anlaşıqlı dildə əlaqə qurmaq çox vacibdir- XANIM YADİGARLI
Xəzər tv-nin məşhur aparıcısı Xanım Yadigarlı Media.az saytına müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:
 
17 yaşınızdan televiziyada fəaliyyətə başlamısınız. Həmin günləri necə xatırlayırsınız?
 
– Bəli, televiziya fəaliyyətimə 17 yaşımda başlamışam. Həmin günlər mənim üçün çox böyük təsadüf idi. Çünki kimlərinsə televiziya uşaqlıqdan arzusu olub. Amma məndə belə deyildi. Zalda qonaq kimi əyləşdiyim bir verilişdə televiziyada çalışmaq təklifi aldım. Qarşımdakı peşəkarlar  məni bu işin alınacağına inandırmışdılar, belə də oldu. Çünki onlar iti kamera gözünə malik televiziyaçı idilər. Hər birinə minnətdaram. İlk efirimdə həyəcanlanmamışdım, bilmirəm niyə. Hətta verilişi birinci cəhddə çəkmişdik. İkinci efirimdə isə sevincdən həyəcanlanmışdım. Çünki efirə 5 dəqiqə qalmış dəhlizdə rəhbərimizi gördüm və mənə “İlk efiri belə gözləmirdik, səndə çox yaxşı alındı, tamaşaçı ilə səmimisən” dedi. Elə həmin bağ 17 yaşımdan bu günə kimi davam edir. Həmin vaxt çalışdığım kanalda yaşca hamıdan kiçik idim. Qarşımda jurnalistikada sözünü demiş insanlar var idi. Onlardan nələrsə öyrənməyə çalışırdım. “ANS” mənə səhvlərdən qorxmamağı, onları analiz edərək doğru istiqaməti müəyyən etməyi öyrətdi. 
 
“Xəzər” televiziyasına gəlişinizdən, xəbər aparıcısı kimi fəaliyyətə başlamağınızdan bəhs edə bilərsinizmi?
 
– Xəbər aparıcılığım “Xəzər” televiziyasında başlamayıb. 2014-2016-ci illərdə “ANS” telekanalında “Xəbərçi” proqramını gündəlik təqdim edənlərdən biri olmuşam. “Xəzər” televiziyasında isə 1 sezon səhər informasiya proqramını (“Xəzərin səhəri”) aparmışam. Daha sonra 2017-ci il avqust ayından “Xəzər Xəbər”in əsas buraxılışına çıxmışam. Eyni zamanda “Xəzər” və “Araz FM” radio dalğalarında da hər saat xəbərləri təqdim edənlərdən biriyəm. Məlumat çatdırmaq mənim üçün bir missiyaya çevrilib. Harada olmağımdan asılı olmayaraq bu missiyaya münasibətim dəyişməzdir. Buraxılışlarda təqdimatlarımı özüm yazıram. Tamaşaçıyla kontakt qurarkən süniliyə yol verməməyə çalışıram. Mən xəbərləri izləyən insanlarla sadəcə söhbət edirəm. Bəzən süjetdən sonra şərhimi bildirirəm. Təbii ki, qərəzə yol verməmək şərti ilə. Şəhərdə və ya ucqar kənddə yaşayan və xəbərləri izləyən tamaşaçı ilə anlaşıqlı dildə əlaqə qurmaq çox vacibdir. Mənim “Xəzər Xəbər”dəki yolum bundan ibarətdir. 
 
Xəbər aparıcısını digər aparıcılardan nələr fərqləndirir? Hansı 3 xüsusiyyətin xəbər aparıcısında olmasını vacib hesab edirsiniz?
 
– Xəbər aparıcısı üçün peşəkarlıq populyarlıqdan əvvəl gəlməlidir. Təəssüf ki, indi bunun əksi daha çox gözə dəyir. Xəbər aparıcısı xəbər duyumlu biri olmalıdır. Çünki xəbərin mətbəxini bilmədən onu təqdim edəndə ortadakı incə bağ qırılır və diqqətli tamaşaçı bunu hiss edir. Kameraya təkcə alət olaraq baxmayın. O hər şeyi ən kiçik detallarına qədər tamaşaçıya ötürür. Aparıcının savadından tutmuş, təqdim etdiyi xəbərin mahiyyətindən hali olub olmadığına qədər. Xəbər aparıcılığı həm də xarakterdir, duruşdur. İnsanın özü buna meyilli olmalıdır. Təkcə ekranda yox, eyni dərəcədə həyatda da. 
 
Canlı efir zamanı başınıza gələn hadisələrdən birini bölüşə bilərsinizmi?
 
– 10 ili geridə qoymuşam. Dəyərini heç bir ölçüyə sığdıra bilmədiyim illərdir. Birbaşa yayımda başıma çox şey gəlib. Dəfələrlə suflyor itib və tamaşaçıya hiss etdirmədən xəbərin təqdimatını özüm etmişəm. Hətta bu adi hala çevrilib. Yayım zamanı studiyada işıq partlayıb, kameranı tutan ştativ qırılıb. Digər bir hadisədə isə efir vaxtı operator studiyada yıxılıb və bunu görə-görə mən ölüm xəbəri təqdim etmişəm. Müharibə zamanı xəbər buraxılışına hazırlanırdım, qrim otağında idim, rəhbərim gəldi. Bərdədə terror baş verdiyini və vaxt itirmədən efirə çıxmalı olduğumu dedi. Üzümdə yarım makiyaj, əlimdə heç bir məlumat olmadan canlı yayıma çıxdım. Bərdəyə birbaşa bağlandıq, terrorun görüntülərini göstərirdik və mən ürəyimdə ağlaya-ağlaya şərh edirdim. Bu efir 3 saatdan çox çəkdi. Tamaşaçı efiri gördü. Qalan şeylər isə məndə qaldı.
 
Qələbə xəbərini ilk çatdıran aparıcılar sırasında siz də varsınız. Həmin an nə hiss etdiniz?
 
– Qələbə xəbərini çatdırmaq hər bir xəbər aparıcısının arzusu idi. Mənim də həmçinin. İllərdir bu günü gözləyirdik. Bu, peşəm qarşısında imtahanım idi. 44 gün efirdə oldum. Hər gün yuxu kimi idi. İlk dəfə sentyabrın 27-si Murov zirvəsinin azad olunması xəbərini çatdırdım. Müharibənin davamında Cəbrayılın azad olunması xəbəri gəldi. Efirə qoşulduq, qələbə anında bir vətəndaş olaraq nə eşitmək istəyirdimsə, onu da tamaşaçıya dedim. “Gözün aydın, Azərbaycan! Cəbrayıl ev sahibini salamlayır. Azərbaycan əsgərinin ayağı bu dəqiqələrdə doğma torpaqlarımızdadır.”  İndi də fərq etməz, nə zaman hansı işğaldan azad olunan ərazi ilə bağlı efirdə dediyim ifadələri  soruşsanız, əzbər söyləyə bilərəm. O anlar yaddaşıma əbədi yazılıb. Cəbrayılın ardınca digər doğma rayonlarımızda da həmçinin. Şuşanın azad olunması xəbərini çatdıranda dünya mənim oldu. Allaha o qədər şükür etdim ki. Ondan sonrakı efirlərdə də istər Zəfər günü, istər mübarək şəhidlərimizin anım günü, Kəlbəcər, Laçın, Ağdam təhvil veriləndə – hamısında eyni həyəcan, eyni məsuliyyət. Müharibə zamanı informasiya təminatı sahəsində çalışmaq şərəf idi. Allah hər zaman qələbə xəbərləri çatdırmağı nəsib etsin. 
Peşənizlə bağlı hansı arzunuzu gerçəkləşdirməyi çox istərdiniz?
 
– Peşəmlə bağlı böyük bir arzum qələbə xəbərini çatdırmaq idi və bu gerçəkləşdi. İnsan yaşayırsa, arzular da doğulur, boy atır, məqamı gələndə çin olur. Mən çalışdığım sahədə yararlı bir fərd olmaq istəyirəm. Hər şey xəbər təqdimatı ilə məhdudlaşmamalıdır. Müasir çağın tələbləri ilə ayaqlaşmaq, öyrənmək və öyrətmək. Biliklərimi paylaşmaq – məqsədim budur. Çünki ali təhsil müəssisələrində radio və televiziya fakültəsi yoxdur. Bu peşələrə yiyələnənlər çətinlik çəkirlər. Məncə televiziyanı evi bilən şəxsləri də bu məsələ narahat etməlidir. Gələcək üçün də çalışmalıyıq. Mən nəzəri, daha sonra isə iş təcrübəmdə qazandığım bilikləri bu sahədə peşəkar fəaliyyətə yönələn şəxslərlə bölüşmək istəyirəm. Bu yolla seçdiyim sahəyə vicdan borcumu yerinə yetirmiş olacağam.
 
Hər kəsin bilməsində xeyirli gördüyünüz həyat təcrübəsi nədir?
 
– Bu elə bir şeydir ki, insan onu ən yaxınında hiss etməyincə tam anlaya bilmir. Məsələn, bir hadisə sənə əziz bir insanın başına gələ bilər və sən bundan heç bir nəticə çıxarmaya bilməzsən və ya adi sıradan təsir bağışlayar. Hadisənin paylaşılacaq həyat təcrübəsinə çevrilməsi nisbi anlayışdır. Psixoloji tərəfləri var. Yalnız onu deyə bilərəm ki, bütün pis və ya xoş təcrübələrə rəğmən vicdanını itirməmək, haradan və necə başladığını unutmamaq, həyata neqativ tərəfdən yanaşmamaq, əlində və yanında olanlara şükür etmək vacibdir. Həyata gülümsəmək lazımdır, çünki içində sevdiklərimiz var. 
 
Kitab oxumağı sevirsinizmi? Sevirsinizsə, hansı kitabları məsləhət görərdiniz?
 
– Kitab oxumağı sevmiriksə belə vərdiş etmək məsləhətdir. Düzü, 10 ildir kitabı xəbərlə əvəzləmişəm. Hər gün sayını itirdiyim qədər məlumat oxuyuram. Lakin sevdiyim kitablar da var. Bu daha çox avtobioqrafik, psixoloji və şəxsi inkişafla bağlı kitablardır. Məsləhət görə biləcəyim Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”  kitabıdır. Xanımlar üçün Elif Şafak “Qara süd” də ola bilər. 
 
Əgər bir kitabı başdan sona qədər əzbərləmə şansınız olsaydı, o hansı kitab olardı?
 
– Əzbərləməsəm də, Xalid Hüseynin “Çərpələng uçuran” əsərindən özümə götürdüyüm pay olub. Uşaqlarla, həqiqi dostluqla, yalan qarşısında susmamaq, həqiqəti danmamaqla bağlı. Bir sözlə, insanlıqla əlaqəli: “Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.”
 
Həmin kitabdakı bu hissənin mənası mənim üçün çox dərindir. Bu kitabdan xoşladığım digər bir hissə isə “Dedikləri sözün arxasında duran insanların əsas nöqsanı budur, onlar düşünür ki, hər kəs onlar kimidir”.  
 
Ən böyük xəyalınız və gerçəkləşdirmək istədiyiniz planlarınız nələrdir?
 
– Bütün hədəflərimin kökü yararlı olmaqdır. Xəyallar və planlar yaşa və zamana görə dəyişə bilir. Bu gün əlçatmaz görünən sabah adi gələ bilər. Ona görə anı yaşamaq lazımdır. Amma bütün baş verənlər sonda bir kitab halına gəlsə və ya gətirə bilsəm nə xoş mənə. Çünki yaxşı hisslər və  müsbət enerji bölüşülməlidir. Ümid ola bilmərik, amma ümidi ötürə bilərik.  
 
Günlük həyat tərzinizdə nələri etməyi adət halına gətirmisiniz? Peşəkar inkişafınız üçün nələr edirsiniz?
 
– Belə bir deyim var: “Televiziya yalnız iş yeri deyil, həm də həyat tərzidir”. Günlük həyatımın ayrılmaz hissəsi xəbərdir. Gündəmi izləmək, baş verənlərdən xəbərdar olmaq işimlə bərabər, həm də məşğuliyyətimdir. Digər hallarda adət etdiklərim sırasında gündəlik piyada gəzmək, hər gün 2 litr su qəbulu var. Bunlar 3 ildən çoxdur ki, dəyişməyən gündəlik vərdişlərimdir. Son vaxtlar yeni adətlərimdən biri onlayn dərslərdir. Bu daha çox peşəmlə bağlı olur. Media çox dinamik inkişafda olan bir sahədir. Bu istiqamətdə yeniliklərdən bixəbər olmaq geridə qalmaq kimi bir şeydir. Buna görə mütəmadi paralellər aparıram. Bilik və bacarıqların inkişafı istiqamətində həm də mental sağlamlıq üçün şəxsi inkişafıma hədəflənən nələrsə öyrənmək, araşdırmaq mənim üçün hədsiz xoşdur. Nə qədər ki, enerjimiz, sağlamlığımız var, nələrsə öyrənməliyik.  
 
Sizcə, peşəkar aparıcı olmaq üçün hansı amillər şərtdir?
 
– Peşəkar aparıcı təbii olaraq peşəkar jurnalist olmalıdır. Təəssüf ki, ölkəmizdə ali təhsil müəssisələrində teleaparıcılıqla bağlı bir fakültə yoxdur. Bu boşluq özünü çox kobud formada efir məkanında biruzə verir. Nitq mədəniyyəti, efir etikasından uzaq insanlara şans verilir. Beləliklə, tamaşaçı ilə ünsiyyət zənciri qırılır. Aparıcı çatdırdığı məlumata hərtərəfli hakim olmalıdır. Tamaşaçını təqdim etdiyi xəbərə inandırmağı bacarmalıdır. Düşünən beyin, inandırıcılıq qabiliyyəti, respondentlə ünsiyyətdə özünəinam – bu xüsusiyyətlər aparıcını tamamlamalıdır.  “Çıxdım efirə məlumatı üzündən oxudum, işim bitdi” yanaşması qəbulolunmazdır. Müasir və peşəkar televiziyaçılıq potensiallı kadrlara hədəflənib və “kukla aparıcı” modelini çoxdan gözdən çıxarıb. Biz də çıxarmalıyıq. 
 
Gözəl nitqə sahib olmaq, nitqimizi inkşaf etdirmək üçün nə etmək lazımdır?
 
– Hər şey ana dilini sevməkdən başlayır. Bu dil bizim genetik yaddaşımızdır. Azərbaycan türkcəsi qədim və ahəngdardır. Biz hər dəfə efirə çıxanda öz dilimizi təmsil edirik. Dilimizi sevməklə bərabər gözəl nitq üçün öyrənməli olduğumuz bir çox detal var. Doğru diksiya üçün qarın boşluğundan nəfəs almaq lazımdır. Bunun üçün müəyyən məşqlər etmək mütləqdir. Nəfəsdən  əvvəl ağızda dişlərin, damaq və çənənin quruluşu kimi məsələlər gəlir. Burda iş valideynlərin də üzərinə düşür. Çünki süd dişləri töküləndən sonra uşaqların çənə və diş quruluşunu diqqətdə saxlamaq, problemlər olduqda aidiyyəti üzrə ixtisas həkiminə müraciət etmək vacibdir. Təbii ki, ləhcə olmamalıdır. Söz bazası üçün mütaliəyə üstünlük verilməlidir. Hərflərin doğru tələffüzü üçün artikulasiya məşqləri etmək lazımdır. Qısacası, gözəl və səlis olması üçün nitqimiz üzərində mütləq qaydada işləmək lazımdır. Hər efirə çıxan insan bunları nəzərə alsaydı, mənzərə tamam başqa olardı. 
 
Jurnalistika fakültəsində oxuyan tələbələrə nəzəri və təcrübi hansı tövsiyələriniz olacaq?
 
– Əvvəla, hər birinə uğur arzu edirəm. Məsləhətim isə o olardı ki, ilk növbədə, Vətənlərini çox sevsinlər. Azərbaycana yararlı olmaq ən ümdə məqsəd olsun. Bu yolda daim öz üzərilərində çalışsınlar. Tənqidə açıq olsunlar. Zəif tərəflərinin inkişafına meyl etsinlər. Bir dil bir insandır. İkinci Qarabağ müharibəsi də göstərdi ki, informasiya cəbhəsində mübarizə nə dərəcədə vacibdir. Haqq səsimizi dünyaya duyurmaq üçün xarici dil və beynəlxalq jurnalistikaya istiqamət almaq lazımdır. Çətinliklərdən çəkinməsinlər. Çox bəyəndiyim bir ifadə var. ‘’Çətin olanı seç. Bu yolda rəqiblər azdır və ən böyük rəqabət bəlkə də özünlədir’’.
Oxşar xəbərlər
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
GÜNLÜK
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
AYLIQ
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO