”İsgəndər"in qalıqlarının Şuşada tapılmasına məntiqli cavab tapmaq müşkül məsələdir..."
Müsahibə
Oxunub: 2690
21 Apr 2021 | 13:04
”İsgəndər
Milli Məclisin deputatı Ülvi Quliyevin müsahibəsini təqdim edirik:
 
- Ülvi müəllim, bir neçə gün əvvəl Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu.Ermənistan cəmiyyəti bir yana,dərhal Qərb ölkələrinin bəzilərindən belə bir parkın açılışına etiraz səsini eşitdik.Hətta soydaşlarımız arasında “sülh göyərçinləri” tapıldı və təqdir əvəzinə, onların da etirazının şahidi olduq. Bu etiraz səsləri haradan və nədən qaynaqlanır?
 
 - Zəfər paradından sonra hərbçilərlə baş tutan görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, məhv edilən və hərbi qənimət qismində götürülən düşmən texnikası ilə bağlı müəyyən düşüncələri və xüsusi planı var. Aprelin 12-də Prezident öz düşüncələrini, verdiyi bu vədi də Hərbi Qənimətlər Parkının açılışı ilə gerçəkləşdirdi. Ötən günlər ərzində həmvətənlərimizin,eləcə d ə xarici qonaqların Parka olan marağı, Parkın önündəki növbələr bir daha onu təsdiq edir ki,”sülh göyərçinlərindən” fərqli olaraq,cəmiyyətimizin mütləq əksəriyyəti unutqanlığı qəbul etmir. Dövlətimizin başçısı aprelin 13-də ADA Universitetində keçirilən beynəlxalq konfransda açıq şəkildə bəyan etmişdi ki, regionda dayanıqlı sülhün tərəfdarıdır və əgər Ermənistan yeni təxribatlara yol verməzsə, orada revanş meyilləri sıfıra endirilərsə,iqtisadi əməkdaşlığın qurulması üçün mümkün olanları etməyə hazırdır. Eyni zamanda, onu da bildirmişdi ki, Xocalı soyqırımını, 44 günlük Vətən müharibəsində Gəncənin, Bərdənin, Tərtərin, Naftalanın,  Mingəçevirin və digər rayonlarımızın mülki əhalisinə qarşı Ermənistan tərəfindən törədilən müharibə cinayətlərini və 30 ilə yaxın müddətdə milyona yaxın insanımızın qaçqın-köçkün vəziyyətində mənəvi iztirablar içində yaşamasını heç kim xalqımıza unutdura bilməz. Kim bu mövqeni ədalətsiz hesab edirsə, belələrinin nə ədalətdən, nə beynəlxalq hüquqdan, nə də bu illər ərzində xalqımızın torpaq-yurd nisgili ilə bağlı yaşadığı mənəvi iztirabdan xəbəri var. Ermənistan azərbaycanlılara qarşı müharibə cinayətlərini  Parkda sərgilənən elə həmin döyüş texnikası ilə törədib. Yeri boş qalan kaskalar bu texnikadan xalqımıza qarşı istifadə etmiş erməni hərbçilərinin başında olub. Erməni anaları öz rəhbərlərindən daha sərt şəkildə tələb etməlidirlər ki, balalarını başqa  ölkənin-Azərbaycan torpaqlarına göndərib onların taleyi ilə oynamasınlar,gəncləri ölümə məhkum etməsinlər və bu cür təhlükəli avantüralara birdəfəlik son qoysunlar. Bəzi Qərb ölkələrinin etirazına gəldikdə isə, məgər onlar Qarabağın necə viran edildiyini, tarixi və mədəni irsimizin necə məhv olunduğunu, məscidlərimizin, hətta qəbirlərimizin necə dağıdıldığını, daşın-daş üstündə qalmadığını görmürlər?! Görürlərsə, niyə onların etiraz səsi eşidilmir?! Birinci Qarabağ savaşında itkin düşən dörd mindən yuxarı uşaq, qadın, ahıl azərbaycanlının ölüsü ya dirisindən onların doğmalarına xəbər vermək üçün bu illər ərzində nə ediblər?! Niyə Ermənistana demirlər ki, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə növbəti müharibə cinayətini törədir?! Axı, müharibə bitdikdən sonra neçə-neçə əsgərimiz, 100-dən çox mülki azərbaycanlı minaya düşərək həyat və sağlamlığını itirib. Hərbi Qənimətlər Parkının açılışında dövlətimizin başçısı həm də onların yadına saldı ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlılara məxsus şəxsi avtomobillərin nömrə nişanlarından xüsusi lövhə düzəldib xarici türistlərə nümayiş etdirirdilər, heysiyyatımızla oynayırdılar. Bu, yalnız qəsbkar zehniyyətinə uyğun olan hərəkət idi. Bakıdakı Parkda sərgilənən lövhəyə isə ermənilərin döyüş meydanında məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının  nömrə nişanları vurulub. Şəxsi maşınla hərbi texnika arasındakı fərqi görməyənləri heç  qınamağa da dəyməz. Çünki 28 il davam edən danışıqlar masasında Ermənistanın imitasiya oyunlarına göz yumanlar, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyanlar elə belələri idi. Etiraza ən tutarlı cavabı Xarici İşlər nazirliyimiz verdi. Cavabda qeyd olunduğu kimi, Bakıda Park-muzeyin açılışına etiraz edənlər məgər İrəvanın mərkəzində faşist cəlladı Qareginin şərəfinə ucaldılan heykəldən, beynəlxalq səviyyəli terrorçu Melkonyanın qəhrəmanlaşdırılmasından, digər terrorçu Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə ucaldılan abidədən xəbərsizdirlər?! Guya bilmirlər ki, bir çox dünya dövlətlərində belə təcrübə mövcuddur və hərbi muzeylər onilliklərdir ki,oralarda fəaliyyət göstərir. Danimarkada müharibə muzeyi var. Orada İkinci Dünya müharibəsində qəddarlıq törətmiş nasistlərin uniformaları nümayiş olunur. Belə muzeylər Böyük Britaniyada, Polşada da fəaliyyət göstərir. Seulda da hərbi muzey mövcuddur. Parisdə yerləşən Katakomba muzeyində isə milyonlarla insanın kəllə sümüyü sərgilənir. Bu gün kənardan ənənəvi olaraq Ermənistana züy tutanlar, istər xaricdə, istərsə də  içərimizdə “sülh göyərçini” missiyasına iddialı olanlar yaddan çıxarmamalıdırlar ki, dayanıqlı sülhə nail olmağın yolu unutqanlıq və ya unutdurmaq deyil. İstənilən təcavüzkar bilməlidir ki,başqasının torpağına göz dikmək,istənilən işğal və qəsbkarlıq aktı gec-tez acı məğlubiyyətə məhkumdur. Bu cür cinayətlərdə iştirak edənlərin bir çoxunun kaskasının, ya da papağının boş qalması labüddür,müharibənin sərt üzü və öz qanunları var. Bu, eyni həvəsdə olan başqalarına da tarixi ibrət dərsidir. Təəssüf ki,keçmişdə etdiyimiz unutqanlıq və bu gün  Hərbi Qənimətlər Parkı ilə bağlı bizdən istənilən humanistlik zamanında bir çox ərazilərimizin itkisinə səbəb olub. İrəvan, Zəngəzur, Göyçə üzərində qurulan Ermənistan kimi dövlətlərə tarixi saxtalaşdırmaq, növbəti təcavüz aktına imkan verməmək üçün unutqan olmağa haqqımız yoxdur. Hərbi Qənimətlər Parkı tarixi yaddaşımızın şanlı və ləyaqətli səhifəsini əks etdirən bir məkandır. Elə buna görə, həmin məkana hər gün insan axınının şahidi oluruq.İctimai münasibət etiraza ən tutarlı cavabdır.
 
- Rusiya Müdafiə Nazirliyi belə bir məlumat yaydı ki, sülhməramlı kontingent mayın 9-da parad keçirəcək. Cəmiyyətimizin münasibəti birmənalıdır və bunu sülhməramlı missiyanın öz həddini aşması kimi dəyərləndirir. Sizin yanaşmanız necədir?
 
- Rusiyanın sülhməramlıları Qarabağda yerləşdiyi gündən etibarən ictimai yanaşma birmənalı olmayıb. Bayaq unutqanlığın zərərindən danışdıq. Xalqımız 20 Yanvarı,366-cı alayın cinayətlərini unutmayıb və unutması da mümkün deyil.Yaxın tarixi keçmişimizdə, hətta Vətən müharibəsi günlərində Rusiyadan Ermənistana silah daşınması,onun dövlət sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunması, Ermənistan və Rusiyanın eyni hərbi blokda-KTMT-də təmsil olunmaları cəmiyyətimizə yaxşı məlumdur. Bu günlərdə belə bir məlumat da yayıldı ki, Ermənistan ordusu Rusiyanın köməkliyi ilə modernləşdiriləcək. Prezident İlham Əliyev ictimai şəkildə haqlı olaraq belə bir sual verdi: "Kimə qarşı?". Hərbi Qənimətlər Parkında “İsgəndər-M” raketinin qalıqları önündə dövlətimizin başçısı başqa bir sualı da çılpaqlığı ilə səsləndirdi: "Haradandır bu raketlər Ermənistan ordusunda?Bu raketlər olmamalı idi...Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki,cavab ala bilməmişik.Amma alacağıq". ADA Universitetindəki beynəlxalq konfransda Prezident diqqəti Rusiyanın ayrı-ayrı rəsmilərinin ziddiyyətli açıqlamalarına yönəltdi. Açıqlamalar ona görə ziddiyyətlidir ki,”İsgəndər-M”raketinin qalıqlarının Azərbaycan ərazisində aşkar olunmasına məntiqli cavab tapmaq müşgül məsələdir.  Görünür, Ermənistan ordusunun modernləşdirilməsi, 9 may paradı, sualınıza əlavə olaraq, 120 min azərbaycanlının Rusiyadan deportasiyası haqda məlumatlar məntiqli cavabın boş qalan yerini doldurmaq istəyindən irəli gəlir.
 
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına dünənki müsahibəsində açıqladığı yeni məlumatlar bir daha təsdiq edir ki, Rusiya rəsmiləri məntiqli cavab tapmaqda çətinlik çəkirlər, verdikləri izahat isə dolğun və inandırıcı deyil. Elə bu səbəbdən, Prezident müsahibədə xüsusi olaraq qeyd etdi: "Bu, əslində, bizim məktuba olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki,ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb?..Bax,bu suala bizə cavab verilməlidir.Biz bu cavabı gözləyirik,Azərbaycan xalqı gözləyir... Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki,Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki,bu məsələyə aydınlıq gətiriləcək”. Bu açıqlama o deməkdir ki,Azərbaycan hakimiyyəti cəmiyyətimizi ciddi şəkildə narahat edən suallara məntiqli cavabın alınmasında israrlıdır. Prezidentimiz öz təkidi ilə növbəti dəfə sübut edir ki, o, istənilən ünvan qarşısında xalqımızın iradəsini ifadə etmək və onu qorumaq qətiyyətinə sahibdir.  Dövlətimizin başçısı israrlı mövqeyinin motivlərinə də aydınlıq gətirdi:”Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır.Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub,həmişə öz sözünün üstündə durmuşdur,öz sözünü yerinə yetirmişdir”.Heç şübhəsiz,cəmiyyətimizdəki narahatlıqlar, ictimai müzakirə və ünvanlı qınaqlaq Rusiya siyasi elitasının diqqətindən yayınmır.Məhz bu təbəqə Azərbaycan cəmiyətində əminlik yarada bilər ki,strateji tərəfdaşlıq münasibətlərimizə konkret əməllərlə şübhə toxumu səpən şəxslər cəzasız qalmayacaqlar.Təəssüf ki,Rusiyanın dövlət telekanallarında bəzi ekspert,politoloq və jurnalistlərlə yanaşı,hətta rəsmi status daşıyan ayrı-ayrı şəxslərin fərqli açıqlamalarını müşahidə edirik.Xalqımızın ibrətamiz atalar sözləri var:”Dost-dosta tən gərək,tən olmasa gen gərək”,yaxud “örtülü bazar dostluğu pozar”.Eyni məzmunlu,oxşar məsəllər rusların qədim mədəni irsinə də xasdır. Qonşularımız tərəfindən onlardakı hikmətin nəzərə alınıb zəruri korrektələrin edilməsi cəmiyyətimizin haqlı gözləntisinə ədalətli cavab ola bilər...
 
Prezident İlham Əliyev  bundan bir qədər əvvəlki açıqlamalarında sülhməramlıların fəaliyyəti ilə bağlı iradlarından bəzilərini ictimailəşdirmişdi. Şübhəsiz ki,şəxsi təmaslarda həmin iradlar daha detallı müzakirələrin predmeti olub. Prezidentin açıqlamalarını dərindən təhlil etsək görərik ki,o,sülhməramlıların fəaliyyətinin əsasən qane etdiyini bildirir və diplomatik leksikonda vurğu işarəsi məhz “əsasən” sözünün üzərinə düşür. Dövlət başçısının başqa bir çıxışından da sitat gətirmək istəyirəm, çünki, tam yerinə düşür.Prezident dekabrın 1-də xalqımıza etdiyi müraciətində  məhv edilən və qənimət kimi götürülən düşmən texnikasının böyük bir siyahısını elan etmişdi.Həmin siyahıda bir məqam diqqəti xüsusi çəkirdi:”Tank-287-si məhv edilib,79-u qənimət götürülüb, toplam 366 tank”.Həmin uzun siyahıda “toplam” ifadəsi yalnız bir yerdə işlədilmişdi və onun da məhz 366-ya bərabər olduğu təsadüfən vurğulanmamışdı. Lakin Vətən müharibəsi günlərində və müharibədən sonrakı dövrdə baş verənlər imkan verir ki,cəmiyyətimiz reallıqları təhlil edib uyğun nəticələri çıxara bilsin.“Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna imkan vermərik” kimi beynəlxalq hüquqa və tərəfsiz vasitəşilik mandatına zidd olan bəyanatı unutmamışıq.Bu bəyanat müharibə günlərində həmsədrlərdən biri olan Fransadan gəlmişdi. Müharibədən sonra Fransa,Belçika parlamentlərində qondarma “Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə” bağlı ədalətsiz və qanunsuz təşəbbüslərin şahidi olduq.Başqa Avropa dövlətləri də var.Cəmiyyətimiz bütün bunları görür və bir daha əmin olur ki,Ermənistan danışıqlar prosesində tutduğu imitasiya oyunlarında təkcə sərsəm xülyalarının girovuna çevrilməmişdi,həm də kimlərsə onu öz susqunluğu,yaxud bəyanatları və ya güman ki,pərdəarxası vədləri ilə bu oyunlara təşviq edirdi.Bir neçə gün əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Ermənistana səfəri çərçivəsində qanunsuz rejimin dırnaqarası “xarici işlər naziri” Babayanla görüşməsi faktı da acı həqiqətin,ikili standartın növbəti təzahürüdür...
 
Artıq tam çılpaqlığı ilə o da görsənir ki,Qərbin Rusiya ilə qarşıdurması kəskin fazaya keçib. Tarix sübut edib ki,adətən,bu cür qarşıdurmaların reallaşdırılması üçün tərəflər məkan qismində özlərinin deyil,başqa dövlətlərin ərazilərini hədəf seçir və onlardan platsdarm kimi istifadə edir.Yaxın Şərqdə bəzi ölkələrin timsalında bunu görmüşük və hələ də görməkdəyik.Əksəriyyəti təbii sərvətlərlə zəngin olan müsəlman dövlətləridir. Xarici müdaxiləyə hansı adın qoyulmasından və hansı səbəbin göstərilməsindən asılı olmayaraq,həmin ölkələrin dağıdılmış Qarabağı xatırladan mənzərələri göz önündədir.Prezident İlham Əliyevin bəyanatlarından açıq-aydın görünür ki,bu illər ərzində üzləşdiyi bütün  təhdid və təzyiqlərə,ikili və çoxüzlü yanaşmalara baxmayaraq,ölkəmizin qlobal qarşıdurmanın hədəfinə, məkan və alətinə çevrilməməsi üçün siyasi iradə ortaya qoyub.Elə buna görə, qardaş və dost ölkələrlə,strateji müttəfiqlərimizlə bütün sahələrdə əməkdaşlıq formatının daha da dərinləşdirilməsi yolunu seçib.Əməkdaşlığın bütün detallarının ictimailəşdirilməsi,sözsüz ki, ziyanlı ola bilər.Bir var praqmatik siyasət,rəhbərlik etdiyin dövlətə və xalqa görə məsuliyyət hissi,bir də var müxalifətçiyəm deyə populistlik etmək və söylədiyin heç bir ifadəyə görə  məsuliyyət daşımamaq.Bunlar kökündən fərqli olan məfhumlardır.Şübhə etmirəm ki,Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə,dayanıqlı iqtisadi müstəqilliyimiz,qalib Ordumuzun daha da möhkəmləndirilməsi və ən başlıcası,tarixi nailiyyətimiz olan birliyimizin qorunması imkan verəcək ki,yerdə qalan və narahatlıq doğuran problemlər də öz həllini tapsın.Özü də heç kimin əlində alətə və qarşıdurma məkanına çevrilmədən.
 
- Populizm məsələsinə toxundunuz.Yəni ictimai fəalların,siyasətçilərin cəmiyyətimizi narahat edən məsələlərlə bağlı açıqlamalarını yersiz və ya ziyanlı hesab edirsiniz?
 
- İstənilən ictimai müzakirə faydalıdır.Lakin bu cür müzakirələr obyektiv və peşəkar səviyyədə aparıldıqda faydası daha çox olur.Heç kim demir ki, cəmiyyət problemlərə susqunluq nümayiş etdirsin. Əksinə, susqunluq və unutqanlıq,bayaq qeyd etdiyimiz kimi,ziyanlı vərdişdir.Bununla yanaşı,şəxsi fikirlərin ifadəsi zamanı etik həddlərin gözlənilməsi, tənqidlə təhqirin yerinin səhv salınmaması mütləqdir. Ermənistana hələ də himayədarlıq edənlərin əlinə yöndəmsiz açıqlamalarla bəhanə və fürsət  vermək yanlışdır.Bu, təqdir oluna bilməz.O ki, qaldı ziyanlı,qeyri-obyektiv və qeyri-peşəkar yanaşmalara,təəssüf ki,belələri də az deyil.İnanmıram ki,bu cür açıqlama müəllifləri Prezidentin səsləndirdiyi suallardan daha kəskinini verə  və onların cavabını onun kimi qətiyyətlə tələb edə bilsin.Özü də virtual, internet məkanında “like”-bəyənilmələr naminə deyil,real həyatda dövlət maraqları və xalqımızın müqəddəratı naminə.Azərbaycan Televiziyasına dünənki müsahibəsində Prezident İlham Əliyev başqa bir bəyanat da verdi:”Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də,istəməsə də.İstəsə,daha asan həll edəcəyik,istəməsə də zorla həll edəcəyik.Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun,yoxsa sizi zorla çıxaracağıq.Belə də oldu.Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.Bu cür ciddi və birmənalı bəyanatın,deyilən hər bir fikrin,ifadə olunan hər bir cümlənin arxasında siyasi iradə və qətiyyətlə yanaşı,ilk növbədə,dövlət başçısının məsuliyyət hissi dayanır.Populist müxalifətçinin və ya ictimai fəalın bəyanatı Ermənistanda,yaxud ondan kənarda qulaqardına vurula bilər.Prezident bəyanatı isə əsla.Çünki bu cür bəyanatların arxasında yüksək səviyyəli təmaslar,fərqli platformalarda görülmüş konkret işlər,o cümlədən müttəfiqlərlə əldə olunan ciddi razılaşmalar və gərgin zəhmət dayanır.Həm də buna görə,dövlət başçısının məsuliyyəti ilə populistin yanaşması fərqli məfhumlardır.(modern.az)
Oxşar xəbərlər
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
GÜNLÜK
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər