A MOLLALAR, MƏNİ NİYƏ DÖYÜRSÜNÜZ?- Yaxud sosial medianın “Yarməmməd”ləri
Cəmiyyət
Oxunub: 1380
19 Apr 2021 | 13:59
A MOLLALAR, MƏNİ NİYƏ DÖYÜRSÜNÜZ?- Yaxud sosial medianın “Yarməmməd”ləri
Allah hər iki Mirzəyə rəhmət eləsin! Həm Cəlilə, həm də İbrahimova!
 
Adətən bunu fəxrlə, bəzən isə nə gizlədək, qəribə bir təəccüblə söyləyirik ki, bizim üçün böyük Mirzə Cəlil, Üzeyir bəy, Sabir, o biri Kişilər həmişə klassik olduqları qədər də müasirdirlər. Niyə? Çünki onların bir əsr əvvəl yazdıqları, söylədikləri bu gün də aktualdır, günümüzün obyektiv gerçəklikləri, sərt reallıqları ilə qibtəediləcək dəqiqliklə, daha doğrusu, təəssüf ediləcək dəqiqliklə, yüzdə-yüz üst-üstə düşür. Bəlkə də burada bir qəribəlik axtarmağa lüzum da yoxdur, çünki dəyişən yalnızca zəmanədir, bizsə elə həminkiyik, həmişəkiyik, nə idiksə, oyuq. Çuxanı kostyuma, çarığı ayaqqabıya, börkü “panama”ya dəyişsək də, onillər öncə necə varıydıqsa, eləcə də qalmışıq.
 
Niyə durduğumuz yerdə keçmişi yada saldıq?! Günümüzün istər ənənəvi, istərsə də internet mediasını “vərəqləyəndə” adını çəkdiyim və çəkmədiyim Kişilərin yazdıqları yada düşür, yaratdıqları tiplər göz önündə cərgələnir.
 
Mirzə Cəlil nə istəyirdi? Onu “döyənləri” heç məhkəməyə, pristava da şikayət eləmirdi. Eləcə deyirdi ki, a mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? ... Hərçənd ki, siz də mollasınız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var.
 
Bəli, Mirzə Cəlil də, Sabir də, o birilər də bu millətə irfan, maarif işığı bəxş etdiklərinə, sözləri ilə dümsükləyib qəflət yuxusundan ayıltmağa çalışdıqlarına görə nadan və cahillərin tənqidinə tuş gəlirdilər.
 
Günümüzdə belələri yoxdurmu? Var, özü də bir ambar – işbilməzlər, qəlbiqaralar, içixıltlılar, özgə gözündə tir axtaranlar, ətrafdakı yaxşını, ağı, işığı, inkişafı, yanındakının uğurunu sinirə bilməyənlər!...
 
Neyləyirlər? – Öndə gedənlərin cərgəsinə can atmaq, faydalı bir işin qulpundan yapışmaq, yaxşı bir işə çiyin vermək, uğura sevinmək, qaranlığı aydınlatmaq əvəzinə, yazırlar, Hövsan aerasiya stansiyasının “ətrini” verən təhqir, təhniz, latayır, şər-böhtan yağdırırlar. Lap o “mənim olmayan, viranə qalsın” məsəlindəki kimi.
 
Nədən yazırlar? – Narazı qaldıqları, əllərinin çatmadığı hər şeydən!
 
Kimdən yazırlar? – Ortabab məmurundan tutmuş ən başda qərar tutanına qədər hamıdan!
 
Kim yazır? – iki eşşəyin arpasını bölə bilməyəndən başlamış ta ki aliminədək!
 
Özü də indi yaxşıdı, çox rahatdı, imzanı gizlətməyə, xətti dəyişməyə, uşağa yazdırmağa ehtiyac yoxdur; yum gözünü, aç ağzını, kimdən istəyirsən, necə istəyirsən, yaz, döşə, biabır elə. Heç Rza bəyin “cəridə”sinə də ehtiyac yoxdur. İnternetin canı sağ olsun, “feysbuk”-filan var.
 
İnformasiya texnologiyalarının inkişafının məhsulu olan sosial messencerlərin həyatımıza girməsi isə “samizdat” xiridarları üçün lap göydəndüşmə oldu. Sübh tezdən şalvarını əyninə keçirməmiş aç, tutaq ki, “feysbuk”u, min alaşa atını və çap köndələninə; ifraz elə içindəki hikkəni, yalan-böhtanı, çirkinliyi... onsuz da bu seqmentin kommunxozu-zadı da yoxdu ki, tökdüyün möhtəviyyatı süpürüb atsın.
 
Mövzu da ki, boldur. Çox uzağa getməyək, götürək elə bəzi “klaviatura qəhrəmanları”nın yazmaqdan çürüyünü çıxartdıqları Ali Attestasiya Komissiyası mövzusunu. Bəli, son vaxtlar mediologiyanın “vətəndaş jurnalistikası” adlandırdığı seqmentdə – sosial şəbəkədə AAK-la bağlı müxtəlif fikirlər səsləndirilir, onun fəaliyyəti, yaxud fəaliyyətsizliyi barədə “dürlü-dürlü” rəylər bildirilir, haqlı yaxud ədalətsiz qənaətlər tirajlanır.
 
Həzərat, desək ki, bu, ölkə gündəmini zəbt etmiş, ictimai auditoriyanın dilindən düşməyən, ölkənin iqtisadi-siyasi, sosiomədəni, humanitar inkişafının vazkeçilməz, təməl mövzusudur, bilmərrə yox!
 
Bəli, lazımdır, vacibdir, yüzlərlə tədqiqatçı, alim gözünü bu qurumun “iki dodağının” arasından çıxacaq sözə dikib.
 
Bəli, bu sahədə əməlli-başlı “intizar” problemi də yaşandı. Ancaq zərurət idi! Ölkə həyatının bütün tərəflərini, seqmentlərini ağuşuna almış islahat dalğası bu təşkilatdan yanmı keçməli idi? Məgər həmin binanın divarları arasında hansı korrupsiyanın, bürokratiyanın, dəstəbazlığın, ədalətsizliyin “qıy vurub, qanad saldığını” bilən yoxdumu? Heç şübhəsiz, bəzi-para ağzını “allah yoluna” qoyanlar var ki, bəlkə də onların işinə, bazarına yarıyırmış o cür dərəbəylik.
 
Ancaq bu gün həmin qurumu “gözünü yumub, ağzını açmaq” prinsipi ilə tənqid etmək, Rza bəy sayağı “dədələrinə od vurdum” əxlaqı ilə dilə-dişə salmaq, mənasız və auditoriyasız müzakirələrə mövzu pərçimləmək çirkin bir qərəzdən, məkrli oyunlardan xəbər verir.
 
Söhbətin istiqamətini niyə AAK mövzusuna yönəltdik?! Bu yaxınlarda sırf təsadüf nəticəsində “facebook”da bir nəfərin bəhsi gedən qurumla bağlı statusunu gördüm. Diqqətimi çəkdi və başladım “FB şəcərə”sini vərəqləməyə. Adamın rəsmi bir “AAKşünas” olduğu üzə çıxdı. Nəsrlə yazıb, nəzmə çəkib, ürəyi soyumayıb özünü həcvdə sınayıb, bəs eləməyib, “açıq məktub” ünvanlayıb. Kəsəsi, elə bil qədim yunanlar epistolyar janrı məhz bu “yuzer” üçün icad edibmişlər.
 
Maraqlandım, adam sıradan biri, diplomu gecikən zavallı, yaxud işi qaytarılmış hansısa narazı birisi olsa idi, bəlkə də yeri vardı, düşünərdin ki, bəs acıqlıdır, neynəsin, o da ürəyini bu cür boşaldır. Heyhat, adam qosqoca professor, alim, müəllim, keçmiş ittifaqın nüfuzlu bir ali məktəbinin məzunu, sahəsi üzrə nadir mütəxəssislərdən biri idi – Həbib Zərbalıyev!
 
Görünəni budur ki, hörmətli professor öz “FB” səhifəsini artilleriya batareyasına çevirib və dayanmadan AAK-ın mövqelərinə yaylım atəşi açır. Hədəfsə nə elmdir, nə də müdafiə gözləyən tədqiqatçılar, birbaşa qurumun sədri professor Famil Mustafayevdir. Statusların üslubu, müraciətin forması, atmacalardakı ədviyyatın tündlüyü, təhkiyədəki laüba və s. bunu sübut edir. Maraqlıdır, niyə, nə üçün? AAK sədri nə yeyib, nə içib ona verməyib ki, bu söz “kanonir”inin qəzəbinə tuş gəlib? Və ümumiyyətlə, nə isə verməlidirmi? Belə bir öhdəliyi varmı?
 
Biz Həbib Zərbalıyevin “FB” yaradıcılığının məhz Ali Attestasiya Komissiyası ilə bağlı “qol”u ilə yaxından tanış olduq. Dörd onilliyə yaxın peşəkar mətbuat təcrübəsi olan birisi kimi cəsarətlə söyləyə bilərəm ki, yazdıqları birə-bir müasir medianın bədxassəli şişinə çevrilmiş “reket jurnalistika”sı təsnifatına uyğun gəlir. Hər sətirdən qərəz, təmənna, qane edilməmiş tələb püskürür və püskürdükcə də adamın içindəki xıltı, pası, çürüyü qovub bayıra çıxarır. Dilçi alimin dilin mənfi enerjisi və leksik “xəzinəsi” ilə silahlanıb “vizavi”sinə saldırmasını, sözün qəhrini çəkəcək, urvatını, abır-həyasını qoruyacaq birisinin “söz hərəkəti qaydalarını” pozaraq “avtoş”luq eləməsini müşahidə etmək həqiqətən utancvericidir. Görəsən, hardandır bu müştəbehlik, kim verib ona bu ixtiyarı, bu səlahiyyəti? Hədəf seçdiyi şəxsin mədəniyyəti, ziyalılığı, həlimliyimi? Bunca etikadan kənar ifadə və replikaları, ürəkbulandıran atmacaları, hərzə-hədyan ifadələri nəinki alim, professor, ziyalı, heç “tolkuçka” alverçisi belə özünə yaraşdırmazdı. Amma Zərbalıyev yaraşdırır. Zərbəni zərbə dalınca endirir.
 
Bəs umacağı, qarnının ağrısı nədir, adamın? Yazdıqlarına inansaq, fədaidir, elmin “Danko”sudur, yanar ürəyini məşəl edib AAK-ın guya tədqiqatçıların üzünə bağladığı yolları işıqlandırmaqla məşğuldur. Bu yolla özünə həmfikir axtarır, bəlkə də qolunu gücləndirmək, AAK-ı daha “effektiv” üsullarla yola gətirmək məqsədilə gənc tədqiqatçıların çarəsiz durumundan sui-istifadə etməyə, ətrafına narazı “elektorat” toplamağa çalışır.
 
Mübahisə etmirik; professorun AAK-ın Əsasnaməsindəki bəzi müddəalarla, texniki məqamlarla bağlı söylədiyi fikirlərin bir qismi konstruktiv sayıla bilər, hətta bölüşürük də. Lakin həmin faydalı irad və tövsiyələrini ifadə edərkən belə müəllif tendensiyalı olduğunu gizlədə bilmir. Məsələn, bu il martın 17-də bir il əvvəl uzaq İndoneziyada qələmə aldığı uzun bir statusu – Açıq məktubu təkrar paylaşıb. Anlaşılan odur ki, Telman, Muğan, Rövşən isimli bir neçə alim AAK-ın fəaliyyəti ilə bağlı müsbət bir yazı yazıb və bu da onlara cavab verir: təbiri caizsə, “neprav” çıxarır, düz yolla yürümədiklərini söyləyir, “həyatı başa salır”, “likbez” dərsi keçir, hətta arada bir “düdəmeyi-hindi” gəlməkdən də özünü saxlaya bilmir. Hətta müəlliflərdən birini az qala şantaj da edir: “Sizin əsərlərinizə edilmiş (yaxud edilməmiş) istinadlarla bağlı internetdə apardığım axtarışlar isə heç bir nəticə vermədi”. Soruşan gərək ki, atam-qardaşım, məgər bu AAK mövzusu əmtəə-zaddır ki, inhisara alıb heç kimə fikrini yazmağa mafar verməyəsən?! Olmaya sən elmin “OBXSS”-i-zadısan ki, camaatın elmi fəaliyyətini ələkdən keçirəsən?
 
Allah-allah! Adamda özgüvənin olması pis şey deyil də, amma bu qədər ambisiya, “mənəm”lik səhhətə də ziyandır!
 
Ən pisi isə odur ki, sən demə, Həbib Zərbəliyev dava döydüyü AAK sədri ilə el-obalı imiş: “...bizim oxuduğumuz iki qonşu məktəbin...” Neynək, anlaşılandır! Əsil xain qonşuya, paxıl məktəb yoldaşına xas davranışdır – ellisinin uğuruna sevinmək, təəssübünü çəkmək əvəzinə, üstünə “çəllək dığırlatmaq”, badalaq gəlmək!
 
Etiraf edim, media təsərrüfatında ilk növbədə öz həmyerlilərindən hərzə-hədyan yazan jurnalistlərin bu əcaib hərəkəti məni həmişə təəccübləndirib. Səbəbini soruşanda da cavabları bu olub ki, əşşi, öz yerlimizdi, məhkəməyə-zada vermiyəcək ha! Təbii ki, bu cür kəmfürsətliyin, nadürüstlüyün arxasında gizlənən əsas məqsəd, bir qayda olaraq, andıra qalmış maraq, lənətə gəlmiş “gödən” davası olub.
 
Qəribədir, bir neçə min kilometr uzaqda yerləşən bir ölkədə belə Zərbalıyevə havanı, suyu, istirahəti haram eləyib, yerinə qor salan, yuxusunu ərşə çəkən aqressiyanın səbəbi nədir ki, qollarını çırmayıb girişib “FB”-yə, “Nə yemisən? - Turşulu aş! – döşəyir AAK-ın keçmiş rəhbərlikdən miras qalmış problemlərin ağırlığından təzə-təzə düzələn qəddinə.
 
Adamın Allahı olar, axı, Ali Attestasiya Komissiyası hələ heç “bismillah” eləyib düz-əməlli işə başlamayıb da ki, haqqında nələrisə iddia edə biləsən. Bir də ki, görünəni odur ki, daha əvvəlki “təşti-tabaq sınıb”, bazar bağlanıb, qapısına da yepyekə bir “İstanbul qıfılı” vurulub.
 
Professor yazır ki, “çıxışın mənə göndərilmiş fraqmentlərindən”... Belə bəlli olur ki, kimlərsə uzaq İndoneziyada da adama rahat oturmağa mafar vermir, təzə-tər “komplo”larla təchiz edir. Sanki bütöv bir şəbəkə qurulub, sindikat fəaliyyətdədir.
 
Evrika! Bəlkə “Zərbəliyev & K0”-nı rəncidə salan da elə budur – AAK-ın indiki fəaliyyətindəki şəffaflıq, ciddilik, məsuliyyət, ədalət, elmi etika, prinsipiallıq və s.?!
 
Məhz müraciət icabı, hörmətli professorun yaxınlarda qələmə aldığı təzə-tər opuslardan biri “Nağıl timsallı Ali Attestasiya Komissiyası” adlanır. Bəli-bəli, təəccüblənməyin, adamın AAK-la bağlı fundamental yaradıcılığı artıq multiddissiplinar xarakter alıb, şifahi xalq ədəbiyyatının janrları ilə də zənginləşib: bayatı var, ağı var, nanay, tapmaca, artıq nağıl da var, çox keçməz holavar, düzgü, tapmaca, dastan da yazar.
 
Gələk nağıla. Oxucularına “Cırtdan” nağılı danışan filoloq-alim Mirzə Cəlilin Novruzəlisindən, “İtqapan” kəndindən, “mina xəritəsi”ndən”, “maska”dan, “... alim olmaq istəyənlər ordusunun da Famil Müstafayevin onların yolunda basdırdığı "mina"ları "dron"larla partladıb AAK-yə elm bayrağını sancmaq fikrində” olduqlarından bir növ alleqorik şəkildə bəhs edir. Hətta arada, “Görək F.Mustafayevin zavodu (onun şəxsi zavodunu demirəm, elmə qarşı silah istehsal edən zavodunu nəzərdə tuturam) ...” kimi bir cümlə quraraq mövzuya dəxli olmayan mətləblərə sapand atır. Artıq bunun adı hər nədirsə, alimlik, ziyalılıq, obyektivlik deyil. Bir başqasının dilindən çıxsa idi, deyərdik ki, tərbiyəsizlikdir, mərifətsizlikdir, fatmanisəxalalıqdır, işgüzar nüfuza xələl gətirməkdir, nəhayət, kişiliyə yaraşmayan sifətdir! Zira, kişi olan kəs sübut edə bilməyəcəyi sözü qələt eliyib ağzına almaz.
 
Və nəhayət, ağlınca hamını qabağına qoyub dərs keçən müəllim nağıllara belə mehr salıbsa, bilməli idi ki, Cırtdanın nənəsi uşaqlara qovurğa verməmişdi, yağ yaxmacı vermişdi, yəni dürmək. Yox, bir popkorn, qamburger!
 
Yaxud müdafiəqabağı elmi seminardan AAK sədrinin təzyiq vasitəsi kimi istifadə etməsi ilə bağlı mühakimə nə qədər obyektivdir, nə qədər ağlabatandır? Bu nə xəstə təxəyyüldür, idbar zehniyyətdir, zərərli propaqandadır?!
 
Zərbalıyev yazır: “Famil Mustafayevin bircə eyhamı ilə bu doktorlardan biri, yaxud ikisi müxtəlif bəhanələrlə seminarın iclasına gəlmir. Bundan sonra iddiaçının qara günləri başlayır. ... bu, Famil Mustafayevin iddiaçılara qurduğu tələdir və onunla əlbir olan müəssisə rəhbərlərinin də işinə yarayır. Eyni hal dissertasiyaların müzakirəsini keçirən şuralarda da təkrar olunacaqdır”.
 
İnanmağı belə dəhşətlidir, ağlasığmazdır ki, bu cür sərsəm, reallıqla heç bir əlaqəsi olmayan, elmi ictimaiyyət arasında düşmənçilik, təfriqəçilik toxumu səpməyə hesablanmış zərərli fikirlər bir alimin, müəllimin, yaşlı-başlı adamın beynindən çıxır. Məgər ali məktəb və elmi-tədqiqat institutlarındakı seminar, yaxud müdafiələri Famil Mustafayevmi təşkil edir? Yaxından-uzaqdan əlaqəsi belə yoxdur! Bu iş elmi müəssisələrin öz səlahiyyətindədir. Məgər AAK sədri müdafiə gözləyən yüzlərlə iddiaçının düşmənidirmi? Axı, niyə görə hamı birləşib müdafiə ərəfəsində olan iddiaçılara “badalaq gəlir”, bircə Həbib Zərbalıyev, əstağfirullah, Xızır peyğəmbər misalı, yetişib kömək etmək istəyir?!
 
Həbib Zərbalıyev və onun AAK mövzusunu saqqıza çevirmiş digər “AAKşünas” qələm yoldaşı, o da dilçi-professor İdris Abbasov elmi seminar və müdafiə mərhələlərinin texniki prosedurlarından bəhs edərkən unudurlar ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”, eləcə də “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” AAK sədri Famil Mustafayev tərəfindən deyil, Azərbaycan Respublikasi Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Qavramaq və dərk etməklə bağlı problemləri olan adamlar üçün kiçik bir izahat verək ki, həmin normativ sənədin altında ölkə Prezidenti cənab İlham Əliyevin imzası durur. Yaxşı, siz təvazökarlıq barədə bütün etik anlayışları görməzdən gəlib özünüzü Famil Mustafayevdən ağıllı saya bilərsiniz, əcəba, ölkə başçısındandamı?
 
Hə, bir də unutmamış, soruşa bilərsiniz ki, bu “Yarməmməd” söhbəti nə idi, atmısınız ortaya? Mirzə İbrahimovun “Böyük dayaq” romanı yadınızda olar. Ən azından filmini görmüsünüz. Yastı Salmanın, Kələntər lələşin fitvası ilə kolxoz sədri Rüstəm kişinin haqqında donosu donosa calayan Yarməmməd ifşa olunanda “raykom” katibinə “yazıçılığının” səbəbini belə izah edir: “Azarım var, yoldaş Aslan, yazmasam dura bilmirəm. Hərənin bir azarı olan kimi, mənim də var. Biri çaxır içir, biri qumar oynayır, o biri arvad ölüsüdür, mənimki də budur. Əlim geyişir: eşitdiyimi yazıb göndərirəm üzü yuxarı. Qoy yuxarılar yoxlasın, düz çıxar yaxşı, düz çıxmaz canınız sağ olsun. Kimdən nə gedir ki...”
 
Bəli, bu gün Azərbaycan elminin təmizliyinin, “milli maraqlarının” keşiyində duran Ali Attestasiya Komissiyasından yazanların məqsədi kimlərəsə kömək etmək deyil, əsla, fəaliyyətini yeni qayda və prinsiplər əsasında qurmuş bu quruma çirkab atmaqdır, ətrafında mənfi rəy yaratmaqdır. Unudurlar ki, inqilabları avantüristlər edir, hakimiyyətəsə bir qayda olaraq “ələkçinin qıl verənləri” yiyələnirlər.
 
P.S. Sonda maraqlı, həm də ibrətamiz bir məqama toxunmaq istərdik. Həbib Zərbalıyev AAK-la bağlı “əsərlərindən” birində riyaziyyatdan misal gətirərək yazır: “Pifaqor “4” sayını ilk kvadrat (2-nin kvadratı), ədalət simvolu kimi qəbul edirdi”. Və bir dəxilsiz remarkadan sonra həmin fikri rusca da ifadə edir: «Cогласно Пифагору, 4 – это справедливость, это первый квадрат, воздаяние равным за равное».
 
Biz böyük riyaziyyat alimi Əl-Xarəzmidən misal gətirəcəyik. İnsanın dəyəri ilə bağlı suala o belə cavab verir: “Əgər insanın əxlaqı varsa, bu, 1 rəqəmi deməkdir; əgər insan həm də gözəldirsə, 1-in yanına sıfır da artır = 10; əgər insanın həm də pulu varsa, bura daha bir sıfır artır = 100; əgər insan həm də əsil-nəcabətlidirsə, daha bir sıfır artır = 1000. Alınan rəqəmdən 1 (yəni, əxlaq) getsə, insanın qiyməti yerdə qalan sıfırlara bərabər olacaq. Deməli, hər şey insanın əxlaqından asılıdır”.
 
Həyatda da, elmdə də, yaradıcılıqda da əxlaq birinci şərtdir!
 
O ki, qaldı rusca tərcüməsinə, yaxşısı budur, “Leninin dilində” fransız yazıçısı Anatol Fransa aid bir müdrik kəlamı səsləndirim: «Дьявол столь необходим святым, как и Бог, ибо без искушений и соблазнов их жизнь была бы лишена всякой заслуги».
 
Xalid NİYAZOV
Oxşar xəbərlər
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - FOTO/VİDEO
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
11:48, Bu gün
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
11:44, Bu gün
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
11:40, Bu gün
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
11:35, Bu gün
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
11:31, Bu gün
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
11:25, Bu gün
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
11:22, Bu gün
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
11:20, Bu gün
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
11:15, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır
11:10, Bu gün
Əfqanıstanda məscidə hücum - Ölənlər var
11:05, Bu gün
20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirri AÇILDI - FOTO
11:00, Bu gün
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
10:56, Bu gün
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır  - VİDEO
10:52, Bu gün
Rubl və avro ucuzlaşaraq GÖRÜN NEÇƏYƏ OLDU
10:49, Bu gün
Natiq Həsənov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir ƏMR İMZALADI
10:42, Bu gün
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul edib
10:36, Bu gün
DİN məlumat yaydı
10:30, Bu gün
Çaykənd əməliyyatından 33 il ötür
10:21, Bu gün
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
10:15, Bu gün
Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 
10:04, Bu gün
Mayda bizi hansı sınaqlar gözləyir? Bütün bürclər üçün ulduz falı
09:59, Bu gün
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
09:48, Bu gün
Bu həftə 6 gün işləyəcəyik?
09:44, Bu gün
Neftin bu günə olan qiyməti
09:39, Bu gün
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
09:35, Bu gün
Bu ərazilərdə qaz olmayacaq
09:30, Bu gün
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
09:21, Bu gün
Keçmiş daxili işlər naziri saxlanıldı
09:13, Bu gün
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
09:04, Bu gün
Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?
09:02, Bu gün
DÜNYABu ölkədə homoseksuallar həbs ediləcəklər
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
08:07, Bu gün
Laçına növbəti köç karvanı yola düşdü - FOTO
08:01, Bu gün
“Polis tərəfindən insan hüquqlarının pozulması halları 20 faiz artıb...”- “Johovurd”
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
07:17, Bu gün
Xarabalığı xatırladan sağlamlıq mərkəzi:  10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
06:55, Bu gün
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
06:35, Bu gün
Telefonsuz qalmaq qorxusu...
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 21:04
Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlandı
GÜNLÜK
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 15:12
"Cəbhədə vəziyyət ağırdır, lakin hələlik nəzarət altındadır" - Sırski
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 15:38
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:49
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
29 Apr 2024 | 14:57
Azərbaycanın Əməkdar jurnalisti VƏFAT ETDİ
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
AYLIQ
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 15:12
"Cəbhədə vəziyyət ağırdır, lakin hələlik nəzarət altındadır" - Sırski
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 15:38
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:49
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
29 Apr 2024 | 14:57
Azərbaycanın Əməkdar jurnalisti VƏFAT ETDİ
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı