103-cü hərbi baza, yoxsa 2008 təkrarlanır?
Oxunub: 6526
16 Apr 2021 | 19:04
103-cü hərbi baza, yoxsa 2008 təkrarlanır?
Hələ keçən əsrin son illərindən bəri Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi baza, işğalçı ölkədə ən geniş müakirə olunan mövzulardan biridir. Bunun səbəbi isə heç kimə sirr deyil: erməni siyasi-hərbi rəhbərliyi Azərbaycanın dinamik inkişaf edən Ordusu qarşısında işğal etdiyi əraziləri nəzarətdə saxlaya bilməyəcəyini anlamaya bilməzdi. Ermənistanda hərbi iştirakın genişlənməsi məsələsinə Qafqaz münaqişələrinin müəllifi olan Rusiya da daim müsbət yanaşıb. Dolayısı ilə Rusiya digər yaratdığı münaqişə zonalarında olduğu kimi, Ermənistanda da işğalçı tərəf kimi, həm də qeyri qanuni yollarla və beynəlxalq konvensiyalarla qadağan olunan silahlarla təchiz edib. Vətən Müharibəsində isə Azərbaycan Ermənistan ordusunu darmadağın etməklə real potensialını nümayiş etdirdi. Müharibə bitər bitməz isə daha əvvəllər də geniş müzakirə olunan 102-ci baza məsələsi təkrar Ermənistanda gündəm oldu. Arada bir miqdar səngiyən bu məsələ rəsmi Bakının Azərbaycan ərazisinə Ermənistandan buraxılan “İskəndər-M” raketi ilə bağlı Moskvadan inadkarcasına “ağlabatan və məntiqli” açıqlama tələbindən sonra yenidən Ermənistan gündəmini zəbt etdi. 
 
Ermənistan mövcudluğunun qarantı
 
Ermənistan davam edən vətən Müharibəsi zamanı məğlubiyyətinin acı nəticələrini qismən azaltmaq üçün yeganə çıxış yolu kimi 102-ci Rusiya hərbi bazasını münaqişəyə cəlb etməyə çalışırdı, lakin buna tam həcmdə nail ola bilmirdi. Bazanın silah və sursat ehtiyatları Ermənistan üçün əlçatan olsada, şəxsi heyətin aşkar şəkildə müharibədə iştirakını təsdiqləyən məlumatlara açıq mənbələrdə rast gəlinmir. Lakin Rusiya ərazisindən müxtəlif yollarla Ermənistana qadağan olunmuş silahların göndərilməsi və onların ölkəmizin mülki obyektlərinə qarşı istifadəsi, Azərbaycanı narahat edən əsas məsələ olaraq qalmaqdadır. 
 
Beləliklə, Ermənistan yeni hərbi bazanı güclənən Azərbaycana qarşı mövcudluğunun qarantı olaraq görür. İkinci bazanın Ermənistanda yerləşməsi həm də Rusiyanın geopolitik ambisiyaları ilə əlaqəlidir. Lakin burada sual yaraır: 102-ci baza və “İskəndər-M” tətbiqi Azərbaycanı hərbi əməliyyatları dayandırmağa nail olmadısa, yeni yaradması müzakirə olunan 103-cü baza və ya genişləndiriləcək 102-ci baza nəyi dəyişəcək? Mövzunun detallarını tam araşdırmaq əvvəlcə Rusiyanın 102-ci hərbi bazasının təyinatına və strukturuna qısaca nəzər salaq. 
 
102-ci baza
 
Ermənistandakı Rusiya hərbi bazasının rəsmi vəzifəsi Rusiyanın cənub cinahının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın müdafiəsini təmin etməkdən ibarətdir. Rusiyanın 102-ci hərbi bazasının işğalçı ölkə üçün əhəmiyyətini isə xüsusi qeyd etməyə zərurət yoxdur. Ermənistan, hazırda mövcudluğuna görə bu bazaya minnətdar olmalıdır. Erəmənistan üçün “İtə yiyəsinə görə hörmət edərlər” prinsipinə əsaslanaraq İrəvanın təhlükəsizliyinə zəmanət verməli olan bu baza, 1995-ci ildə iki müttəfiq arasında imzalanan müqaviləyə uyğun olaraq Ermənistanın Gümrü şəhərində yerləşdirilib. Bazanın şəxsi heyətinin bir hissəsi hazırda “MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi” çərçivəsində döyüş növbətçiliyi də aparır.
 
Rusiya Federasiyası və Ermənistan 20 avqust 2010-cu ildə bazanın yerləşdirilməsinə dair müqavilənin müddətini 2044-cü ilə qədər uzadıb. Məhz bu imzalanma prosesi zamanı Ermənistan “İskəndər” OTRK-nın ödəniş olmadan əldə edilməsi barədə Kremli razı saldığı ehtimal olunur. Dolayısı ilə Gümrüdə uzun müddətli rus iştirakı əvəzində İrəvan “çəkindirmə silahı” əldə etdiyinə inandı.  Sonradan isə bu raketin təyinatına uyğun gəlməməsi məlum oldu, lakin mövzudan yayınmamaq üçün buna toxunmayacam, çünki bu barədə kifayət qədər məlumatlar və analizlər mövcuddur. 
 
102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aeroportundadır. Bu baza Ermənistanda həm də səs-küylü cinayətlər, “razborka”lar və qalmaqallarla yadda qalıb. Məsələn, 2018-ci ilin 2 dekabr tarixində Gümrüdəki Mayakovski küçəsində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu Andrey Razgildeyev, spirtli içki təsiri altında Gümrü sakini Culyeta Qukasyanı başından xəsarət yetirməklə döyüb, daha sonra hadisə yerindən qaçmışdı. Qukasyan aldığı xəsarətlərdən həmin gün Gümrü Tibb Mərkəzində öldü. Hadisənin araşdırılması hələ də başa çatmayıb. 
 
2020-ci ilin iyulun 4-də Ermənistanın Gümrü şəhərində olan mənzillərdən birində 102-ci hərbi bazanın hərbi qulluqçusunun meyiti tapıldı. Baş verənlərə qədər isə bazada xidmət edən Permyakov bir erməni ailəsinin bütün üzvlərini xüsusi qəddarlıqla öldürdü. Qəribədir ki, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya hərbi bazasına girmək hüququna malik deyil. 102-ci hərbi bazasının hərbi qulluqçuları cinayət törətsələr belə, burada aylarla saxlanıla bilir.
 
Baza Rusiya FTX-nin Ermənistandakı regional sərhəd idarəsinin sərhəd dəstələrinə kömək edir. Bu baza Rusiyanın imkanlarından həm NATO-ya (daha doğrusu Türkiyəyə), həm də tez-gec ərazilərini azad etməyə başlayacaq Azərbaycana qarşı strateji çəkindirmə vəzifələrini yerinə yetirmək məqsədi daşıyırdı. Lakin Azərbaycan Ordusunun “Dəmir Yumruğu” ilə bərabər bazaya yaxın ərazidə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusundan dəfələrlə zəif olması, bazanın əzəli müttəfiqlərə qarşı paritetit təşkil etməsinə imkan vermir. Dolayısı ilə Rusiyanın 102-ci hərbi bazası, Ermənistan ərazisinə qanunsuz OTRK təchizatını da nəzərə alsaq belə, hələlik çəkindirmə vəzifəsini yerinə yetirməyə qadir deyil. 
 
Bunu başqa bir nümunə ilə də oxuculara xatırlatmaq istərdim. 10 oktyabr 2013-cü il tarixində “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə 102-ci bazanın komandiri polkovnik A.Ruzinski belə bir bəyanat vermişdi: “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində yurisdiksiyanı güc vasitəsilə bərpa etmək barədə qərar qəbul edərsə, hərbi baza Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində öhdəliklərinə uyğun olaraq silahlı qarşıdurmaya girə bilər”. Belə bir bəyanat Ruzinskinin sonradan, erməni ailənin onun əsgəri tərəfindən öldürülməsi bəhanəsi ilə vəzifəsindən azad edilməsinə səbəb oldu. Bu rus polkovnikdən soruşmaq da yerinə düşür: “Nə oldu, Ruzinski?” Ən yaxşısı bu olardı ki, bəzi rus hərbçilər Kremlin mətbuat üçün olmayan qeyri-rəsmi bəyanatlarını ciddi qəbul edib özlərini biabır etməsinlər. Ə yaxşısı isə Vətən Müharibəsinin nəticələri məlum olandan sonra Ruzinski özünün nə qədər boşboğaz olduğunu etiraf edərdi...
 
Bu baza həm Tovuz hadisələrində, həm də Vətən Müharibəsində Ermənistanın Rusiyanı münaqişəyə cəlb etməsindən ibarət olan yeganə çıxış yolu kimi nəzərdə tutulsa da, bu ideyanı gerçəkləşdirilməsi rəsmi şəkildə mümkün olmadı. Lakin həm əvvəllər, həm də yuxarıda qeyd edilən müddət ərazində Rusiyanın Ermənistana  təchizatından və 102-ci hərbi bazanın imkanlarından erməni ordusunun yararlanması barədə maraqlanan hər kəs məlumatlıdır. 
 
102-ci hərbi bazanın strukturu
 
102-ci hərbi bazanın döyüş və təminat hissələri İrəvan və Gümrü qarnizonlarında yerləşən 13 əsas döyüş hərbi hissəsindən və 17 maddi texniki təminat bölməsindən ibarətdir. Baza əsasən zabit və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komplektləşdirilir. Şəxsi heyətinin ümumi sayı 5000 nəfərə yaxın olan bazanın qarnizonlarının tərkibi aşağıdakılardan ibarətdir:
İrəvan qarnizonunun tərkibində Ermənistan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqəni təşkil edən və həyata keçirən RF Silahlı Qüvvələrinin Döyüş idarəetmə qrupu, 123-cü motoatıcı alay, 3624-cü avia eskadrilya, hospital, mənzil istismar hissəsi, qarnizon məhkəməsi, Federal Poçt Xidmətinin bölməsi, qarnizon məhkəməsi və BKİ-nin radio mərkəzi yer almaqdadır. 
 
Gümrü qarnizonunun tərkibində isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alayı, 988-ci zenit raket alayı, 992-ci artilleriya alayı, həmçinin əlahiddə tank, kəşfiyyat, təmir və bərpa, mühəndis-istehkam, maddi texniki təminat, kimyəvi və bakterioloji mühafizə, tank əleyhinə, radioelektron mübarizə taborları, tibb bölüyü, komendant bölüyü, hospital, mənzilin istismar hissəsi, Federal Poçt Xidmətinin stansiyası, FTX şöbəsi, prokurorluq, sanitariya və epidemioloji stansiya, qarnizon zabitlər klubu, televiziya mərkəzi, maliyyə müfəttişliyi, bank, qrup tabeliyində olan əlahiddə rabitə taboru və mühəndis sursat anbarı mövcuddur. Göründüyü kimi, bu bazanın tərkibində “İskəndər” OTRK-ların yerləşə biləcəyi raket alayı və ya raket divizionu yer almır. 102-ci bazanın havadan mühafizəsinin təşkili bazanın tərkibinə daxil olan 988-ci zenit raket alayının, qurudan mühafizəsi isə komendant və motoatıcı bölüklərin imkanları ilə təmin edilir.
Bazanın texnika sayı müharibədən əvvəl də şəxsi heyətin sayından çox idi.  Tankların sayını nəzərə almasaq, buradakı texnikanın sayı motoatıcı diviziyanın texnikasının sayından çox idi. Hazırda isə vasitə, avadanlıq və texnikaların sayında ciddi azalma müşahidə edilir. Bu isə tanklar da daxil olmaqla çox sayda avadanlığın erməni tərəfinə verilməsi ilə əlaqəlidir. 
 
103-cü hərbi baza, yoxsa 2008 təkrarlanır
 
Azərbaycanı muzdluların xidmətindən yararlanmaqda günahlandıran Ermənistan, rus bazasını strateji obyekt kimi öz ərazisində saxlamaqla, həm də sərhədlərini, həm də hava limanındakı sərhəd keçid məntəqələrini Rusiya sərhədçilərinə etibar etməkdə davam etməsi az imiş kimi, indi də yeni 103 saylı hərbi bazanın Zəngəzur ərazisində yerləşdirməyi düşündüyünə dair ehtimallar səslənir. Bu barədə bəzi görüntülər də artıq mövcuddur. Əslində yeni baza ətrafında manipulyasiyalar keçən il Ermnistanın darmadağınından sonra təkrar aktivləşdi. 
Qərbmeyilli Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldikdən sonra ölkənin xarici siyasət vektorunun Rusiyadan NATO-ya dəyişməsi ilə çoxları bu bazanın statusunun dəyişəcəyini düşünürdü. Lakin bəzi şəxslər bu prosesi müvəqqəti də olsa ertələyə bildi. Baş verən son məqlubiyyətlər fonunda isə Ermənistan siyasi- hərbi elitası Rusiya və onun bazası olmadan mövcudluqlarını davam etdirə bilməyəcəklərini anladılar. Baza ərazisində I Nikolaya heykəl qoyulanda və rus hərbçilərin qətllər törətdiyi zaman Ermənistanda bu obyektin bağlanması tələbi ilə etirazlar daha da artmışdı. Nəticədə həbslər və xəsarət alanlar olmuşdu. İndi nə oldu ki, Ermənistan yenə də təkrar rusun qucağında ikiqat “otrurmalı” oldu?
 
Hazırda baş verənlər hardasa 2007-2008-ci illərdə baş verən hadisələri xatırladır. Kremldən verilən “yeni baza yaradılmayacaq” rəsmi bəyanatının əksinə olaraq Gürcüstandan çıxarılan qoşunlar 2008-ci ildə Ermənistanda yerləşdirildi. Buna məqalənin sonunda təkrar qayıdacam.
 
Rus əsgəri xoşbəxtlik gətirmir
 
Hər bir erməni anlamalıdır ki, artıq nə rus hərbi bazalarının Ermənistanda sayı, nə də Kremlin arxasında gizlənmək cəhdləri, Azərbaycan Əsgərini təsir vasitəsi hesab edilə bilməz. Həmin bazaları əvvəl SSRİ, sonra isə Rusiya bir çox ölkələrdə, məsələn Kubada, Əfqanıstanda, Suriyada, Liviyada, Osetiyada, Krımda və s. yaradıb, lakin adı çəkilən ölkələrdən heç birinin xalqı bundan xoşbəxt olmayıb. Əksinə, hələ də həmin ölkələr bu bazların mövcudluğu barədə qəbul etdikləri qərarlardan əziyyət çəkməkdədir. Ermənistan da istisna deyil, olması mümkün görünmür, yəqin ki, gələcəkdə də bu erməni əzabı davam edəcək.  
 
Vahid mövqe
 
Bu il aprelin 14-də Nikol Paşinyan Ermənistan parlamentində ölkənin öz təhlükəsizliyini necə təmin edə bildiyinə dair özü tərəfindən verilmiş ritorik suala cavab verərək birmənalı şəkildə qeyd edib: “Yalnız Rusiya ilə hərbi ittifaqda olmaqla”. Bu bəyanatı Azərbaycan Əsgərinin nüfuzunu yerlə etdiyi rus ordusuna yaxın bir çox KİV-lər Rusiyanın Cənubi Qafqazda hərbi varlığının genişlənməsinə “dəvət” və bu “dəvətin”regionun təhlükəsizlik səviyyəsinə müsbət təsir göstərə biləcək bir amil kimi dəyərləndirib. Lakin bu mövzuda həm Ermənistan müxalifəti, həm də hərbi qurum rəhbərləri tərəfindən eyni mövqe nümayiş etdirilir.
 
Keçən ilin dekabrın 23-də isə müxalif “Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyan ölkənin cənubunda yeni hərbi bazanın yaradılması ilə bağlı Rusiya ilə danışıqlara başlamaq təklifini vermişdi. 
 
22 fevral 2021-ci ildə isə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyanın hərbi bazasının imkanlarının genişləndirilməsində maraqlı olduğunu açıqlamışdı. 
Dolayısı ilə post müharibə dövründə bu məsələdə erməni iqtidarı ilə bərabər həm müxalifət, həm də generalitet vahid mövqedən çıxış edir. Bu isə son illərdə  Ermənistan üçün rast gəlinməyən non-sensdir.
 
Yeni baza nəyi dəyişəcək
 
Həm Zəngəzurun girişinə qədər irəlləyərək tarixi sərhədlərini bərpa edən Azərbaycan Əsgərinin önündə, həm də İran və Türkiyə sərhəddində Ermənistanın qoruyan rus əsgərləridir. Vətən Müharibəsindən əvvəl də rus əsgərləri İrəvan aeroportu da daxil olmaqla çox yerlərdə mövcud idi. Bütün bu sadalananlar nəyi dəyişə bildi? Bu mövcudluq Azərbaycan Əsgərini durdura bildimi? Bəs o zaman yeni rus bazasının yardılması nəyi dəyişəcək? Bəlkə son 6 ildə Suriyaya yeridilən əlavə rus qüvvələri orada nəyisə dəyişə bilib? Belə olan halda əlavə rus qüvvələrinin Zəngəzura gətirilməsinin nəyisə dəyişəcəyi ehtimalı nə qədər yüksəkdir?
 
Nəticə
 
Ermənistan KTMT üzvü kimi, idxalı və ixracı qadağan olunmuş silahlarla Azərbaycana təcavüz etdiyinin və noyabrın 10-da imzalanan birgə Bəyanatın yerinə yetirilməsində ləngimələrə görə məsuliyyət daşıdığının artıq fərqindədir. Digər tərəfdən isə Ermənistanı bütünlüklə satış dəyərindən də yüksək olacaq təzminatın ödənilməsi üçün prosedurların yekunlaşmasından xəbərdar olan İrəvan bu tip addımlarla məsuliyyətdən yayına biləcəyi düşünür. Görünür ki, Rusiya “İskəndər-M” ixracı ilə bağlı tapmacanın hər kəsə məlum cavabını səsləndirmək əvəzinə, yeni hərbi baza polemikasının ortaya atılmasını məsləhət bilib. Ermənistan isə yeni baza və ya mövcud olanın genişləndirilməsi “nağılı” ilə həm Azərbaycan qarşısında acizliyini etiraf edir, həm də İran və Türkiyə ilə sərhəddə yerləşən regional təhlükəszilik məsuliyyətini Rusiyanın sanksiyalar altında əzilən çiyinlərinə yükləyir. Əslində bunun üçün heç də yeni hərbi bazanın yaradılmasına ehtiyac da yox idi, zatən erməniləri 200 ildir ki, Rusiya qoruyur. 
 
Bu müzakirələr siyasi qüvvələrin daxili audiotoriyada neytral qalan kontingenti seçkiqabağı səfərbərliyinə yönələn addım kimi dəyərləndirilə bilər. Çünki, yeni rus hərbi bazasının yaradılması, hər iki qurumu idarə edəcək üst komandanlığın yaradılmasını da nəzərdə tutmalıdır. O zaman Rusiya Federasiyası və Ermənistan 20 avqust 2010-cu ildə bazanın yerləşdirilməsinə dair müqavilə yenidən tərtib olunmalıdır. Nəticə etibarı ilə bu genişlənmənin hansı formada baş verməsi rəsmi Bakı üçün ciddi əhəmiyyət kəsb etmir. Bakı üçün vacib olan münaqişənin həllində “sülhməramlı” fəaliyyəti üzərinə götürən Rusiyanın qəbul edəcəyi qərardır. Əgər Kreml Ermənistanda genişlənməyə gedərsə, bu onun “sülhməramlı qüvvələrin bitərəf olması” prinsipinə tamamilə zidd olacaq. O zaman bu məsələyə Türkiyənin müdaxiləsi qaçılmaz olacaq. Bu isə onsuz da “əskisi tüsyüləyən” Rusiyanın maraqlarına cavab verməyən “vaxtından əvvəl “sülhməramlı” səlahiyyətlərinə xitam verilməsinə” gətirib çıxarar. 
 
Xatırladıram ki, Rusiya rəsmilərinin verdikləri bəyanatların sonradan görməzdən gəlməsi ilə biz əvvəllər də qarşılaşmışıq. 27 sentyabr 2007-ci ildə rəsmi Moskva Gürcüstandan çıxarılan qoşunlarını Ermənistanda yerləşdirilməsi və ikinci hərbi bazanın yaradılması barədə məlumatı Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov vasitəsilə səslənən “Rusiyanın Ermənistanda yeni hərbi baza yaratmaq planları yoxdur” bəyanatı ilə təkzib etmişdi. Sonradan yeni baza yaradılmasa da, Gürcüstandan çıxarılan qoşunlar 2008-ci ildə Ermənistanda artıq mövcud olan 102-ci hərbi bazanın tərkibinə verilmişdi. 
 
Bütün bu sadalananlar Rusiyanın Ermənistanda ikinci hərbi baza yaratmasa da, mövcud iştirakını müxtəlif bəhanələr altında genişləndirməkdə maraqlı olduğunu güstərir. Təcavüzkar və işğalçı dövlətin Moskva tərəfindən Azərbaycana qarşı dəstəklənməsinə aid növbəti fakt, Bakı-Moskva münasibətlərinin gərginləşməsinə səbəb olmaqla bərabər, beynəlxalq ictimaiyyətə Rusiyanın sülhməramlı fəaliyyətlərdə obyektv ola bilmədiyini nümayiş etdirmiş olacaq. 
 
Ədalət Verdiyev,
Hərbi ekspert
Xüsusi olaraq Moderator.az üçün
Oxşar xəbərlər
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO