Amerika-Rusiya konflikti nüfuz dairəsi uğrunda savaşdır
Cəmiyyət
Oxunub: 834
16 Apr 2021 | 10:14
Amerika-Rusiya konflikti nüfuz dairəsi uğrunda savaşdır
SSRİ süqut etdikdən sonra ABŞ başda olmaqla bütün dünya ictimaiyyəti elə güman edirdi ki, sovet rejimindən qurtulan Rusiya dərhal Qərb yönlü idarəetmə və təsərrüfat sisteminə keçəcəkdir. B. Yeltsinin siyasi hakimiyyətdə olduğu illərdə, doğrudan da, belə görüntü hiss olunurdu. Lakin V. Putinin siyasi iqtidara gəlişi ilə ölkənin siyasi kursu başqa istiqamətə yönəlməyə başladı. Sovet hökumətinin yoxluğunda monopolyar mənzərə şəklini almış dünya tədricən yenə də ikiqütblü siyasi arenaya çevrilməyə başladı. Başqa sözlə, Rusiya dövləti yenidən ABŞ-a ciddi siyasi rəqibə çevrildi.
 
2018-ci ildən başlayaraq Rusiya bütün siyasi rəqiblərinə, o cümlədən ABŞ-a, açıq-aşkar şəkildə onun sərhədlərinin sadəcə Rusiya Federasiyasının dövlət sərhədlərindən ibarət olmadığını, keçmiş SSRİ-nin bütün məkanını öz nüfuz dairəsi şəklində gördüyünü və bütün dövlətlərə də bunu siyasi reallıq olaraq qəbullanmalarını bildirir. Ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiya, keçmiş SSRİ-nin, indi müstəqil dövlət kimi BMT-yə daxil olan sabiq respublikaların heç birinin NATO ilə bu və ya digər şəkildə iməkdaşlıq etməsini nəinki istəmir, hətta Şimali Atlantik Hərbi İttifaqı ilə tərəfdaşlıq yaratmağa çalışan ölkələri əməlli-başlı cəzalandırır da. Abxaziyasız və Cənubi Osetiyasız qalmış qonşu Gürcüstan, Krımı, Donbası, Luqansksı itirmiş Ukrayna, Dnestryanı ərazilərindən qoparılmış Moldova bunun bariz nümunəsidir. 2019-cu ildə Venesuelada böhran kritik ana çatanda hamı fikirləşirdi ki, N. Maduro tam fiyaskoya uğrayacaq, amma Rusiya işə müdaxilə etdi. Suriya diktatoru ona qarşı olan ölkə əhalsinin bütün müdaxilələrinə rəğmən hələ də öz taxt-tacındadir. Azyaşlı uşaq da bilir ki, Rusiyanın dəstəyi olmasa Bəşar Əsəd bir saat da olsun Suriyada iqtidarda qala bilməz. ABŞ-la Rusiyanın Suriya məsələsində mənafeləri ziqqiyyət təşkil elədiyindən orada sular durulmaq bilmir.
 
Dövlət mənafelərinin və strateji hədəflərinin toqquşmasına görə iki supergüc arasında münasibətlər zaman-zaman gərginləşsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, qorxunc nüvə silahı arsenallarına sahib ABŞ-la Rusiyanın “tet a tet” ( təkə-tək ) hərbi qarşıdurmaya gedəcəyi real görünmür. Hər iki tərəf bir-birinin hərbi potensialına yaxşı bələd olduğundan müəyyən mərhələdə ümumi dil tapır, amma kənar dövlətlər bundan zərər çəkir.
 
Barak Obamanın və Donald Trampın prezidentlikləri zamanlarında Rusiya- ABŞ münasibətində normallaşmağa doğru ciddi addımlar atılırdı. Məsələn, Rusiya Əfqanıstanda hərbi əməliyyatlar aparan ABŞ-a əfqan silahlı birləşmələri barədə kəşfiyyat məlumatları verirdi, İranın nüvə tədqiqatları dair müzakirələrdə iştirak edirdi. C. Baydenin Ağ evə gəlməsiylə normallaşmış kimi görünən Rusiya- ABŞ münasibətləri yenidən gərginləşməyə başlayıb. ABŞ-ın 46-cı prezidenti Co Bayden hələ vitse-prezident olarkən Rusiyanın dövlət başçısı haqqında kəskin ifadələrlə gündəmə gəlmişdi. 2011-ci ilin iyun ayında Kremldə V. Putinlə görüşdə ona “Mən düşünmürəm ki, sizin qəlbiniz var—I don’t think you havə a soul,” söyləmiş, Putin də gülümsəyərək “Biz bir-birimizi anlayırıq” cavabı vermişdir. (Bax: //www.reuters.com/article/us-usa-russia-biden-idUSKBN0FQ1CU20140721 )
 
Ötən ilin seçki kampaniyasında Bayden hətta diplomatik etiket qaydalarına məhəl qoymayaraq Rusiya dövlət başçısının DTK-dakı fəaliyyətini xatırladaraq onu “DTK qulduru- KGB thug” adlandırmış və Rusiyanı ABŞ üçün ən böyük təhdid olaraq dəyərləndirmişdir: “Russia is the biggest threat to the United States.” (Bax: //www.washingtonpost.com/world/europe/russia-biden-trump-election/2020/10/31/1186305c-184f-11eb-8bda-814ca56e138b_story.html )
 
Putin administrasiyasının sözçüsü D. Peskov bu söz duelini açıqlayarkən“ABŞ Prezidenti Rusiya ilə münasibətlərin yaxşılaşmasını qətiyyən istəmir” – deyərək təəssüfləndiyini bildirmişdir. Təmkinini pozmamağa çalışan V. Putin isə onu “qatil- killer” adlandıran Baydeni “Rossiya 24” kanalında, canlı yayında teledebata dəvət etmişdir: “Ya cümə, ya da bazar ertəsi- hazırlıqsız, mətnsiz, mərd-mərdanə - gəl canlı yayında qarşılaşaq. Bu həm Rusiya, həm də Amerika xalqları üçün maraqlı olar.” (Bax: //openmedia.io/om_tv/putin-vyzval-bajdena-na-razgovor/ )
 
V. Putinin səs tonundan onun çox hiddətləndiyi açıq- aşkar sezilirdi. Bu zaman V. Putin hətta məhəllə uşaqlarının mübahisə zamanı tez-tez bir-birinə söylədikləri “кто как обзывается, тот так и называется"- Adımı sənə deyim, səni yana-yana qoyum” deyimini də xatırlatmağı lazım bilib. Bu ifadənin “Meymun baxar güzgüyə, adını qoyar özgəyə” mənasında işləndiyini ehtimal etmək o qədər də çətin iş deyil.
 
Amerikan tərəfi Rusiyanı 5 dekabr 1994-cü ildə imzalanmış Budapeşt memorondumunu pozmaqda təqsirləndirir. Cəmi 6 maddədən ibarət o memorandumun 2-ci maddəsinə görə, ABŞ, Rusiya, Böyük Britaniya və Şimali İrlandiya bütün şərtlərdə Ukraynanın ərazi bütövlüyünü tanıyacaqlarına və ona əməl edəcəklərinə dair öhdəlik götürmüşlər. ( “The United States of America, the Russian Federation, and the United Kingdom of Great Britain and Northern Ireland, reaffirm their obligation to refrain from the threat or use of force against the territorial integrity or political independence of Ukraine, and that none of their weapons will ever be used against Ukraine – ABŞ, Rusiya Federasiyası, Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Ukraynanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdidkar davranmayacaqlarına və ya ona qarşı silaha əl atmayacaqlarına, habelə, onlardan heç biri heç bir zaman Ukraynaya qarşı silah işlətməyəcəklərinə dair öhdəliklərini öz imzalarıyla təsdiq edirlər. (Bax: //www.pircenter.org/media/content/files/12/13943175580.pdf )
 
2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi tərəflər arasında ciddi narazılığa səbəb olub. Xatırladaq ki, Rusiya 21 iyul 1774-cü ildə Osmanlı dövləti ilə bağlanmış Kiçik Qaynarca müqaviləsinə görə, de-fakto, 8 yanvar 1784-cü ildə əldə olunmuş razılaşmaya görə isə, de-yure olaraq Krımı özünə birləşdirmişdir. Bu hadisəyə o vaxt sadəcə Fransa etiraz edib nota verəndə Rusiyanın o zamankı Xarici İşlər Kollegiyasının başçısı İ. A. Osterman fransızlara söyləmişdi ki, siz Korsikanı ələ keçirəndə imperatriça II Yekaterina bunu görməzdən gəldiyini və sizə işğal üçün şərait yaratdığını unutmayın. Beləliklə, bir zamanlar Osmanlı imperiyasına ait olan Krım 180 il, başqa sözlə, 1954-cü ilədək Rusiyanın ərazisi olaraq qalmışdı. 1954-cü ildə əslən Ukraynadan olan, SSRİ-nin siyasi rəhbəri N. Xruşşovun imzası ilə Krım Ukrayna SSR-in tərkibinə daxil edilmişdi.
 
ABŞ-ın yeni Prezidenti Co Bayden bu ilin fevral ayında xarici siyasətə dair özünün ilk çıxışında Ruiyanın fəaliyyətinə yönəlik ciddi tənqidi fikirlər söyləmişdir: “The days of the United States rolling over in the face of Russia's aggressive actions… are over- Birləşmiş Ştatların Rusiyanın aqressiv hərəkətlərinə üzünü yan çevirdiyi zamanlar qurtardı.” (Bax: //www.bbc.com/news/technology-56755484 )
 
Rusiya siyasi dairələri, təbii ki, imzalanmış Budapeşt memorandumunun şərtlərininə əməl etməkdən imtinanın doğuracağı kataklizmin nə olacağını çox gözəl dərk etdiklərindən Ukraynada proksisavaşa ( kənardan fəal müdaxilə müharibəyə) rəvac verirlər. Yəni, “biz müdaxilə etmirik, xalq özü və könüllülər ( Krim, Donbas, Luqansk camaatı, Rusiyadakı “xalq təəssübkeşləri” ) mövcud rejimə qarşı mübarizə aparırsa, biz nə edə bilərik?” Münasib gündə Ukraynanın cənub- şərq bölgəsində ilhaq olunmuş əraziyə siyasi status qazandırmaq, anneksiya məsələsinə “demokratik” görünüş vermək üçün lap bir plebisit də ( xalq səsverməsi ) keçirmək olar. Məlumdur ki, belə kampaniyalarda “önəmli olan səsləri kimin sayıb protokollaşdırması”dır. Səhih olmayan məlumatlara görə, 2014-cü ildən indiyə qədər Ukraynada baş verən toqquşmada 14 mindən çox adam həlak olub. 1941- 1945-ci illərdə çiyin-çiyinə verib “ Stalin uğrunda- Vətən uğrunda” deyə vuruşanların övladları indi Donbasda, Luqanskda bir-birilərini öz qanına qəltan etməkdədirlər.
 
Böyük Yeddiliyin (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa , İtaliya, Kanada və Yaponiya) 18 mart 2021-ci il toplantısında Xarici İşlər Nazirlərinin rəhbərləri bir araya gələrək Rusiyanın Krımı ilhaq etməsini və bu hərəkətinə hüquqi don geyindirməyə çalışmasını qətiyyətlə pisləmişlər: “Russia’s attempts to legitimise it are not, and will not, be recognised— Rusiyanın bu hərəkəti qanuniləşdirmək cəhdi tanınmır və tanınmayacaqdır.”(Bax://www.euneighbours.eu/en/east/stayinformed/news/russias-attempts-legitimise-crimea-are-not-and-will-not-be-recognised )
 
İşin tərsliyindən, Strateji silahların məhdudlaşdırılması haqqında Sovet İttifaqının o zamankı başçısı Leonid Brejnevlə ABŞ Prezidenti Riçard Niksonun 1972-ci ildə Moskvada imzaladıqları müqavilənin müddəti də 5 fevral 2021-ci ildə başa çatıb. Qeyd edək ki, hazırda dünyada mövcud olan nüvə silah arsenalının 90 faizi Rusiya və ABŞ-a məxsusdur. ( Nüvə silahına malik olan digər dövlətləri bir daha xatırlatmaq istəyirik: Böyük Britaniya-1952-ci ildən, Fransa – 1960-cu ildən, Çin-1964-cü ildən, Hindistan-1974-cü ildən, İsrail-1979-cu ildən, Pakistan -1998-ci ildən və Şimali Koreya Xalq Demokratik Respublikası-2006-cı ildən ) Əgər Rusiya ilə ABŞ arasında nüvə silahlarının yasaqlanması barədə müqavilənin müddəti uzadılmazsa və ya yeni saziş əldə edilməzsə, bir-iki qəzet oxuyan adam kimi, söyləyə bilərik ki, ümumbəşəri fəlakətlərə səbəb olacaq hadisələr baş verə bilər.
 
Bir zamanlar bizim Qarabağ münaqişəsini sözdə həll etməklə “məşğul olan” Minsk qrupu kimi, Ukrayna məsələsini də çözməyə “çalışan” Normand kvarteti var: Fransa, Rusiya, Almaniya və Ukrayna. ABŞ Ukrayna məsələsinə müdaxilə etmək istəyəndə oradaki ilk iki tərəf həmən ciddi şəkildə etiraz edir: “Avropadkı konfliktlər bizlikdir, siz zəhmət çəkməyin, məsələni özümüz yoluna qoyacağıq.”
 
Digər tərəfdən, ABŞ Çin Xalq Respublikasının qüvvətlənməsindən, BMT-də Rusiyanı dəstəkləməsindən, Moskva- Pekin əməkdaşlığının genişlənməsindən son dərəcə tədirgindir. Zatən ABŞ dünyada ancaq 2 dövləti – Rusiya və Çini özünə çox ciddi təhlükə olaraq görür. Ona görə də, müxtəlif sanksiyalarla, mümkün olduğu qədər bu iki tandemi, ən azından iqtisadi baxımdan sarsıtmağa yönəlik tədbirlər görür. Açığı, Avropa dövlətləri ABŞ-ın “şıltaq və qısqanc” hərəkətlərindən qətiyyən məmnun deyildirlər. Məsələn, Rusiyadan Almaniyaya çəkilən “Şimal axını-2” layihəsinin gerçəkləşməsinə mane olmaq üçün tətbiq olunan qadağalar Almaniyanın haqlı narazılığına səbəb olub. Digər tərəfdən, Rusiyaya qarşı həyata keçirilən iqtisadi sanksiyalar onu öz siyasi kursundan döndərməkdə gözlənilən səmərəni vermir. Rusiya ciddi-cəhdlə sübut etməyə çalışır ki, ABŞ dünyanın dominantı deyildir və o, mütləq, bütün strateji məslələrə dair qərarların qəbulunda birmənalı şəkildə Rusiya ilə məsləhətləşməli, Rusiyanın mənafeyi gözlənilməli və ABŞ-ın Rusiyanın “xeyir-duası”nı almadan görəcəyi bütün işlər uğursuzluğa məhkumdur. Hadisələrin gedişi göstərir ki, bütün məsələlərdə Rusiya Prezidenti V. Putin bunu isbatlamağa çox can atır.
 
Rusiya nəyin bahasına olursa- olsun Kiyevi “sındırmağa”, ona öz şərtlərini qəbul etdirməyə nail olmaq isəyindədir. Bu məqsədlə Ukrayna ərazisində oyuncaq “respublikalar” yaratmaq, sonra da “sülhməramlı” hərbi birliklər adı altında oralarda yerləşmək, daim “infeksiya ocağı” əldə etmək istəyir. Ukrayna rəsmiləri öz dövlət suverenliklərinin alqı-satqı mövzusu olmadığını dəfələrlə bəyan etsələr də Rusiya öz fikrindən daşınmaq bilmir. Kreml strateqləri məqsədyönlü şəkildə ictimaiyyətin qulağını doldururlar ki, Kiyev NATO-nun müdaxiləsi ilə Donetsk məsələsini hərbi yolla çözməyə can atır, NATO Ukraynaya gəlir, Rusiyanın sərhədləri təhlükədədir vs. Rusiya geniş masştablı hərbi təlimlər keçirmək adı altında hazırda müxtəlif qoşun növlərinindən olan böyük kontingentli hərbi yığınaq təşkil edir. Rəsmi Moskvaya hərbi müdaxilə etməsi üçün bəhanə verməməyə çalışan Ukrayna Prezidenti V. Zelenski hətta Rusiyapərəstliyi ilə tanınan A. Yermakı öz administrasiyasının rəhbəri təyin etmiş, ona Rusiya ilə danışıqlar aparmaq üçün xüsusi elçi səlahiyyəti vermişdir. Prezident Zelenski status-kvo prinsipinin pozulduğunu iddia edən Rusiyanı sakitləşdirmək üçün sabiq prezident P. Poroşenkonun zamanında Ukrayna əsgərlərinin donbaslılarla çatışmada ələ keçirdikləri xırda təpəliklərdən də hətta 50 metr geri çəkilməsi barədə göstəriş vermişdir. Açıq-aşkar hiss olunur ki, Ukrayna tərəfi Rusiyanın potensial müdaxiləsindən bərk narahatdır. Bütün bunlar azmış kimi, indiyədək öz bitərəfliyini bəyan etmiş digər slavyan dövləti Belorus da bu qarşıdurmada artıq neytral qalmadığını büruzə verir. Görünür, keçən ilin prezident seçkilərindən sonra orada baş verənlər rəsmi Minski bir çox mətləblərdən agah etmiş, ona hansı tərəfdə mövqe tutmağı öyrətmişdir.
 
Hər şeydən öncə, öz ölkələrinin mənafelərini düşünən Avropa liderləri artan hərbi münaqişə təhlükəsini çox diqqətlə izləsələr də Rusiyaya qarşı cəbhə almaqdan açıq-aşkar ehtiyat edirlər. Məsələ burasındadır ki, qədim qitə ilə quru sərhəddi olmayan Böyük Britaniya istisna olmaqla Avropa dövlətlərinin, demək olar ki, hamısı Rusiya ilə müharibənin nə olduğunu praktik olaraq bilirlər. Xüsusən, Fransa və Almaniya bu sahədə acı təcrübəyə malikdir. Avropalılar okeanın o tərəfində olan ABŞ-ın, necə deyərlər, vədlərinə uyub özlərini təhlükəyə atmaq niyyətində deyillər.
 
İqtisadi çətinliklərin, sıxıntıların, məhrumiyyətlərin, haqlı etirazların önəmsənilmədiyi, bitib-tükənmək bilməyən məişət problemlərinin, əhalinin minimum tələblərinin ödənilməsindəki müəzzəm yarıtmazlıqların meydan suladığı, rüşvətin çiçəkləndiyi, qanunsuzluğun həyati normaya çevrildiyi, yaltaqlığın baş alıb getdiyi, bürokratik süründürməçiliyin tüğyan etdiyi, siyasi müxalifətin tamamən susdurulduğu bir şəraitdə mülki əhalini sakitləşdirmək, onları ələ almaq, insanları “hər şey cəbhə - hər şey qələbə üçün” şüarı ilə ovundurmaq üçün lokal xarakterli uğurlu hərbi əməliyyatın aparılması qonşu dövlətə bu gün hava və su qədər lazımdır. Başqa sözlə, iqtisadi gücü olmayan dövlətin hərbi gücünü isbatlamaq üçün əzələ nümayişinə başlaması an məsələsi ola bilər.
 
Avropa dövlətləri indi-indi anlayırlar ki, bu məslədə onlar çox gecikiblər. SSRİ adlı imperiyadan qurtulmuş və öz siyasi müstəqilliklərini elan etmiş sabiq respublikalara nə Avropa, nə də ABŞ zəruri anda gözlənilən yardımı etmədi. Faktik olaraq həmin sabiq respublikalar onlarla müqayisədə çox güclü olan incik dövlətlə baş-başa qaldı. Bu sətirləri yazarkən 28 may 1919-cu ildə çox məşəqqət və sərgüzəştlərdən sonra, nəhayət, Paris sülh konfransında “Böyük dördlər”in – ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanın - rəhbərləri ilə görüşə bilən Azərbaycan Xalq Cümhuriyyəti elçilərinin aqibətini xatırlayıram. Böyük ümidlərlə Parisə gəlmiş mərhum mənəvi babalarımız Avropa dövlətlərindən umduqları yardımı ala bilməmişdilər. O “Böyük dördlər”in başçıları bizimkilərə açıq-aşkar bildirmişdilər ki, xırda dövlətləri tanımaq, onlara dəstək vermək, onların dövlət mənafələrinə ziddir. Avropa dövlətləri bizimkilərin ucbatından dünya nəhənginin qəzəbinə tuş gəlmək istəmədiklərini diplomatik nəzakət qaydasında ifadə etmişdilər.
 
Sonrasını yazmağa gərək toxdur, 28 aprel 1920-ci il tarixi Avropanın bizə münasibətinin nəticəsi oldu. Şimaldan sınıq-salxaq qatarla gələn Qırmızı Ordu Milli hökumətimizi devirəndə, onun rəhbərlərini müxtəlif üsullarla məhv edəndə, torpaqlarımızı ermənilərə peşkəş çəkəndə demokratiyadan dəm vuranlar uzaqdan baxıb sadəcə təəssüfləndiklərini dilə gətirmişdilər. Uzağa getmək lazım deyil: 1992-ci ildən Qarabağı işğal edənlərə 28 il ərzində heç güldən ağır söz dedilərmi, hansısa bir əməli tədbir gördülərmi? Əksinə, əllərindən gəlddikcə “əzabkeş xalq”a hər cür yardımlar göstərdilər.
 
Bizim güman yerimiz, güvəndiyimiz, qürurumuz, canımız Türkiyəmizi ciddi-cəhdlə Rusiya ilə qarşıdurmaya sürükləmək istəyən beynəlxalq siyasi qüvvələr var. Onlar, bəlkə, heç şeytanın da ağlına gəlməyən fitnə-fəsadlar törətməklə münasibətlərin kəskinləşməsinə çalışırlar. Heç vəchlə Türkiyəmiz bu avantüraya getməməlidir. Dünyada heç bir dövlət Osmanlı dövləti qədər Rusiya ilə muharibə etməyib. 12 dəfə baş vermiş Osmanlı- Rusiya savaşı bizə böyük fəlakətlər gətirib. NATO strateqləri ehtimal oluna qarşıdurmada Türkiyəni müttəfiq kimi irəli verməyə çalışırlar. Müttəfiqi olmaq illa da ki, Rusiya ilə ehtimal edilən müharibəyə girmək deyildir. Oxşar qüvvələr Azərbaycanı da çalxalamağa, suyu bulandırmağa, soydaşlarımızın həssasiyyətinə yaxşı bələd olduqlarından qəsdən təhrikədici hərəkətlər edərək, milli duyğularımızı qıcıqlandırmağa, populist şüarlar səsləndirməklə dəyərli şəxsiyyətlərimizi tələyə salmağa çalışırlar. Şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə, əsgər ailələrinə, gənclərimizə, yaşlılarımıza, qızlarımıza, gəlinlərimizə - bir sözlə, hamımıza qarşı vahid mərkəzdən aldıqları göstərişlə bacardıqları pislikləri etməyə, bizi öz istədikləri səviyəyə gətirməyə, sonra da onu bəhanə edib millətimizə və dövlətimizə sarsıdıcı zərbə vurmaq istəyirlər. Bilmirəm onlar beşəncidir, neçəincidir, hansısa kolondur, amma mövcuddurlar, həm də istənilən yerdə vardırlar və fəaliyyətdədirlər və də imperialist qüvvənin etibarlı maşalarıdırlar.
 
ABŞ - Rusiya - Ukrayna qarşıdurması bizim cəmiyyətə yaxşı heç nə vəd etmir. Qordi düyününə bənzəyən bu çıxmazdan bizə ziyan dəyməməsi və ya mümkün qədər daha az zərər gəlməsi üçün bütün təbəqələrdən olan vətəndaşlarımızın siyasi sayıqlığı, ehtiyatlılığı ( tədbirli olmaq qorxaq olmaq deyildir! ) və ümumi milli birliyi, həmrəyliyi lazımdır. Nəyin bahasına olursa- olsun şanlı Türkiyənin qəhrəman ordu mənsublarının Azərbaycan ərazisində hərbi baza yaratmasına nail olmalıyıq. Türk mehmetcikləri daim bizim yanımızda qalmalıdırlar. Bu məqsədlə tərəddüd etmədən, təxirəsalınmaz şəkildə referendum keçirilməli, referendumun nəticələri əsasında Milli Məclis qərar qəbul etməlidir. Atalar sözüdür: XEYİR İŞİ LƏNGİTMƏZLƏR!
 
Ramazan SİRACOĞLU
Oxşar xəbərlər
23:17, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
23:17, Bu gün
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
23:16, Bu gün
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
23:11, Bu gün
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
23:09, Bu gün
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
23:03, Bu gün
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
22:59, Bu gün
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
22:51, Bu gün
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:49, Bu gün
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama