"Ukrayna məsələsi NATO, ABŞ ilə Rusiya arasında böhrana çevrildi" - Politoloq Ülkər Piriyeva
Cəmiyyət
Oxunub: 851
14 Apr 2021 | 17:49
Ötən günlərdə, Rusiya rəsmən Ukraynayla savaşın ilk ayaq səslərini elan elədi..
 
Beləliklə, Ukrayna Rusiya əlaqələrindəki böhran bir daha dünya gündəmində ilk sıraları zəbt etti.
 
Şərqi Ukraynadakı Donbass bölgəsində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında artan gərginliklə diqqət yenidən bu bölgəyə doğru yönəldi.
 
Bəli, Ukraynanın şərqində başlayan hibrid müharibənin 7-ci ilinin sonunda Rusiya yenidən Kiyevə güc tətbiq etməkdə davam edir. Donbass sərhədində hərbi quruculuq işləri davam edir, tez-tez atışma xəbərləri münaqişə bölgəsindən gəlir, Rusiya rəsmiləri yuxarıdan təhdidlər yağdırır. Yəni başqa sözlə, Rusiyadan dünyanın dörd bir yanına Ukrayna əleyhinə təbliğat kompaniyası istər media platformasında və istərsə də, siyasi arenasında davam etməkdədir. Əlbəttə ki, suallar yaranır... Bəs niyə? Rusiya doğrudanmı müharibəni yenidən alovlandırmağa və Donbasda yeddi il əvvəl başlatdığı işğalı başa çatdırmağa hazırlaşır yoxsa digər məsələlərdə Kiyevi küncə sıxışdırmaq üçün açılan yarasına duz basırmı? Hansıdır görəsən?
 
Belə ki, Kiyev, Rusiyanın Ukrayna sərhədində əsgər topladığını iddia etdiyi bir vaxtda, digər tərəfdən, Rusiya Ukraynanı təxribatta günahlandırdı və vətəndaş müharibəsi barədə xəbərdarlıq etdi. Qısa bir vaxtda, Ukrayna üçün dəstək ABŞ-dan gəldi. NATO qoşunlarının Ukraynada yerləşdirilməsi Rusiya sərhədləri yaxınlığında gərginliyi artırdığı üçün Kreml öz növbəsində, belə bir addım Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirləri görməsinə səbəb olacaq deyə çıxış elədi.
 
Qeyd edim ki, Donetskin Şumi şəhərində 26 Martda snayperçilərin açdığı atəş nəticəsində dörd Ukrayna əsgəri həyatını itirərək iki əsgər yaralandı. Bunun üzərinə Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba, beynəlxalq ictimaiyyəti Donbasda gərginliyin artması səbəbiylə Rusiyanı qətiyyətlə pisləməyə çağırdı.
 
Məsələ daha da qalmadı, Ukrayna Baş Qərargah rəisi Ruslan Homçak, Rusiyanın Ukrayna sərhədindəki Bryansk və Voronejə, eləcə də Krıma təlim adı altında hərbi tədarüklər etdiyini açıqlamaqla bərabər, Rusiya-Ukrayna sərhədində, Krım və Donbasda Rusiya ordusunun 28 batalyonunun olduğunu, eyni zamanda, Rusiyanın sərhəddə və Krıma 25 əlavə batalyon göndərməyi planlaşdırdığını bildirən Homçak, bu vəziyyətin Ukraynanın hərbi təhlükəsizliyinə təhlükə yaratdığını söyləmiş oldu.
 
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı təxribata hazırlaşdığını iddia elədi. İddiaya görə, Ukraynanın bu tərz reaksiyası işğalçıların düşmən hərəkətlərinə hərbi reaksiyası məqsədi daşıyır və Rusiyanın qondarma Donetsk və Luqansk Xalq respublikalarındakı hərbi varlığını
 
da daha da artırmağı planlaşdırdığı bildirilir. Eləcə də, Kəşfiyyat İdarəsi, Ukrayna ərazilərində Rusiya işğal qoşunlarının irəliləmə cəhdlərin də ola biləcəyini irəli sürdü.
 
Ukrayna Prezidenti Vladimir Zelenskiy, Rusiyanın Ukrayna sərhədindəki hərbi əməliyyatına reaksiya verdi. Zelenskiy, Twitterdakı paylaşımında təxribata qarşılıq olaraq hazır olduqlarını bildirdi. Zelenskiy, Rusiyanın bu şəkildə bir təhdid mühiti yaratmaq istədiyini və atəşkəs danışıqlarına təzyiq göstərdiyini, Ukraynanın güclü bir orduya sahib olduğunu vurğulayaraq - "Dövlətimiz birlik içindədir. Hər zaman hər cür təxribata hazırıq”-deyə qeyd etdi.
 
Bu dəfə, Ukraynanın şərqində rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında artan gərginlik Vaşinqton-Moskva xəttini stimullaşdırdı. ABŞ Xarici İşlər Naziri Antoni Blinken, ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı edərək, Moskvanın belə bir aqressivliyi qarşısında Vaşinqtonun Kiyevin tərəfində olduğunu bildirdi.
 
ABŞ Dövlət Departamentinin verdiyi rəsmi açıqlamada Blinken, Rusiyanın Donbas və Krımda davam edən aqressivliyi qarşısında Ukraynanın öz suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz bağlılığını bir daha təsdiqlədi deyə ifadə etdi.
 
Bölgədəki gərginlik artdıqca, bu dəfə Vaşinqtondan Pentaqondan Ukraynaya dəstək bəyanatı gəldi. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü John Kirbi, "Gərginliyin artması və atəşkəs pozuntularına əlavə olaraq NATO müttəfiqlərimizlə regional gərginliyi də müzakirə edirik”, dedi. Atəşkəs pozuntularından narahat olduqlarını dilə gətirən ABŞ rəsmisi, Rusiyanın gərginliyi artırdığını iddia elədi.
 
Məsələ gərginləşdikcə, İngiltərə Müdafiə Naziri Ben Wallace, Ukrayna Müdafiə Naziri Andriy Taran ilə telefonla görüşdü. Wallace, Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və ölkəsinin Ukrayna ordusunun inkişafına dəstəyini davam etdirəcəyini bildirdi. İngiltərənin xarici işlər naziri Dominic Raabdan da Ukraynaya bir telefon danışığı gəldi. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə telefonda danışan Raab da, Londonun Rusiyanın hərəkətlərini diqqətlə izlədiyini və İngiltərənin Ukraynanı tam dəstəklədiyini bildirdi.
 
Kremlin sözçüsü Dmitriy Peskov, Ukraynanın təxribatçı hərəkətlərinin ölkədə vətəndaş müharibəsinə səbəb ola biləcəyindən narahat olduqlarını bildirdi. Rusiyanın Ukrayna ilə sərhəddə hərbi mövcudluğunu artırdığı və Krıma qoşun göndərdiyi iddialarını qiymətləndirən Peskov, "Rusiya Federasiyası silahlı qüvvələrini öz ərazilərində hərəkət etdirir. Bu, heç kimi narahat etməməli, heç kim üçün təhlükə yaratmır" - dedi. Rus qoşunlarının Ukraynadakı qarşıdurmalarda heç vaxt iştirak etmədiyini söyləyən Peskov, eyni zamanda, "Bu tamamilə Ukraynanın daxili qarşıdurmasıdır. Rus əsgərləri bu məsələdə heç vaxt iştirak etməyib" - dedi.
 
Buna əlavə olaraq, Rusiya Xarici İşlər Nazirliyi, ABŞ və müttəfiqlərini qısa və orta mənzilli raket yerləşdirmə planlarına qarşı hərbi əməliyyat keçirə biləcəyi barədə xəbərdarlıq etdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova, İngiltərə
 
və ABŞ-ın yaxın və orta mənzilli raket yerləşdirmə planlarının potensial gərginliyin qarşısını almağı daha da çətinləşdirdiyinə dair xəbərdarlıq etdi. “Rus ordusunun Ukrayna da daxil olmaqla dünyanın heç bir ölkəsi üçün təhlükə yaratmadığını” ifadə edən Kremlin sözçüsü Peskov, “Rusiya hərbi hissələrinin ölkə daxilində lazımlı sayılan bölgələrdə yerləşdirildiyini” bildirdi.
 
NATO Baş katibi Jens Stoltenberg, Ukraynanın lideri Zelenskiy ilə Rusiyanın Ukraynadakı hərbi fəaliyyəti ilə bağlı görüşdü və İttifaqın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bildirdi. Stoltenberq də, "NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - dedi.
 
NATO rəsmi olaraq, Rus döyüş təyyarələrinin Şimali Atlantika, Şimal dənizi, Baltik dənizi və Qara dənizdəki ittifaqa ait qırıcı təyyarələr tərəfindən dayandırıldığını rəsmi şəkildə açıqladı.
 
Altı saat ərzində 10 dəfə baş verən havadakı döyüş, tərəflərin etdiyi ən böyük hadisə olaraq tarixə düşdü. NATO Rus təyyarələrinin mülki təyyarələr üçün təhlükə yaratdığını bildirir. NATO-nun açıqlamasına görə, Norveç F-16 təyyarələri Norveç sahillərində iki Tu-95-i blokladı və bir neçə saat sonra Rusiyanın iki TU-160 bombardmançı təyyarəsi də Norveç qüvvələri tərəfindən blok edildi.
 
Beləliklə Qara dəniz səmalarında görülən Rusiya savaş təyyarələri üçün Türkiyə, Ruminya, Bolgaristandan da çoxlu sayda jetlər havaya qalxdı. Şimal dənizində uçan Rus jetlərinə görə isə, İngiltərə və Belçika hava qüvvətləri hərəkətə keçdi. Rusiyanın Avropanın mərkəzi Kaaliningrad yaxınlığında Baltik dənizində havalanan bir rus dəniz dövrüyyəsi təyyarəsinin qarşısı İtaliya savaş təyyarəsi ilə alındı.
 
NATO öz növbəsində rəsmi Tviter səhifəsində bu tarixi hadisəni Rus təyyarələrinin qarşısını alan Türkiyə, Belçika, İtaliya, Rumıniya, Bolqaristan, İngiltərə və Norveç bayraqlarını paylaşaraq elan elədi.
 
Bundan başqa, ABŞ Ukraynaya dəstək olmaq üçün Qara dənizə hərbi gəmilər göndərdi
 
Çanaqqala və İstanbul boğazlarından Qara dənizə çatan ABŞ hərbi gəmisi Donald Cook USS Porter və USNS Laramieyə qatıldı. ABŞ ordusu bu missiyanın Rusiyanın getdikcə daha aqressiv addımlarına cavab olduğunu bildirdi. Gəminin Qara dənizə getməsindən bir neçə gün sonra havada az qala ildırım dolu buludlar toqquşurdu və rus döyüş təyyarələrinin təhlükəli manevri baş verməsi müşahidə olundu.
 
Qeyd edim ki, “15 gün əvvəl diplomatik kanal bizə ABŞ hərbi gəmilərinin Montrö Konvensiyasına uyğun olaraq Qara dənizə keçəcəyi barədə bir mesaj göndərdi. Gəmilər Qara dənizdə mayın 4-dək qalacaq ”deyildi. Rusiya mətbuatı, Türkiyənin Rusiya Federasiyasına Amerikanın hərbi gəmilərinin Qara dənizə girəcəyi barədə məlumat verdiyini söylədi. Montrö Konvensiyasına uyğun olaraq, Türkiyə bütün iştirakçılarına hərbi gəmilərin Qara dənizə keçməsi barədə bir mesaj göndərdi.
 
Qeyd – “1936-cı ildə imzalanan Montrö Konvensiyasında, Türkiyənin Boğaz və Çanaqqala üzərində suverenliyinə sahib olduğu və döyüş gəmilərinin Qara dəniz olmayan ölkələrdən Qara dənizə keçməsini nəzarət etdiyi bildirilir. Bu cür gəmilər Qara dənizdə maksimum 21 gün qala bilər”.
 
Ukraynada müharibə astanasına gəlmiş vəziyyətdə. Fikrimcə, bir tərəftən Kiyevi çox çətin bir proses gözləyir, deməmək əldə deyil. Hava hücumundan, müdafiə sistemlərindən artilleriyaya qədər inkişaf etmiş texnologiya ilə təchiz olunmuş ordu hər an müharibəyə girə bilər. Ukraynanın şərq vilayətlərində qarşıdurmalar iki ildən çoxdur davam edir. Bölgədə "status-kvo" yaradılmasına baxmayaraq, münaqişələr davam etdikcə gərginlik daim artır.
 
Digər tərəftən, Donbasda gündəlik atəş səslərinə və hərbi güclərin artmasına baxmayaraq, böyük bir müharibə perspektivinin hələ də zəif olduğunu düşünmək mümkün. Çünki bu, Rusiya prezidentinin Donbasda gərginliyi artırmaq üçün ilk cəhdi deyil və əslində, fikrimcə Putin daima bu cür gərginliklə bölgədəki oyun qurucunun özü olduğuna dair mesajları dünyaya çatdırmağa çalışır. Hər zaman dediyim kimi, Rusiya öz məqsədyönlü siyasətini hər daim zamana yayaraq həyata keçirir.
 
Lakin bütün bu baş verənlər, Kremlin Ukrayna ilə müharibəni yenidən diriltmək planları olmadığı mənasına da gəlmir. Rusiyanın Donbasda pasport verilməsindən muzdlu hərbçi toplanmasına, silahlandırılmasına, təbliğatına qədər Abxaziya, Cənubi Osetiya və Krım ssenarisini addım –addım həyata keçirdiyi göz önündədir.
 
Xülasə olaraq, müharibə atəşi Rusiya ilə Ukrayna arasında ən pis ssenari olaraq alovlanarsa, ABŞ və bəzi NATO ölkələri həqiqətən Ukraynanı Rusiyaya qarşı dəstəkləyəcəklərmi? Gərginliyi artıraraq müharibənin başlanmasına göz yumarlarsa və son anda, Ukraynanı Rusiyanın qarşısında tək qoyarlarsa, bu dəfə ABŞ və onun müttəfiqlərinə qarşı dünya ictimai rəyində təbii ki, etibarsızlıq problemi ortaya çıxacaq.
 
Məsələn, beş günlük Rusiya-Gürcüstan müharibəsinə bənzər ssenarinin təkrarlanması əslində, ABŞ-a qarşı yalnız Qara dəniz sahili ölkələrində deyil, eyni zamanda, Qafqazda, Orta Asiya və Türkistan coğrafiyasında da onlar üçün real olaraq inamsızlıq problemi yaradacaqdır.
 
ABŞ Ukraynaya bağlılığını göstərməklə problemlərin öhdəsindən gələ bilər. İkinci ssenari Donbas və Luqansk bölgələrində uzunmüddətli Rusiya-Ukrayna qarşıdurması davam edəcəkdir. Ukraynanın güvəndiyi və arxasına aldığı Qərb, bölgəyə nüfuz etmək istəyirsə, diplomatiyasını, hərbi qabiliyyətini və qətiyyətini yüksək səviyyədə nümayiş etdirməlidir. Bu arada, baş verənlər Rusiyanın bütün riskləri nəzərə alaraq, Krımla bağlı qərarlı olduğunu göstərir. Fikrimcə, Rusiyanın bu mövzuda qətiyyətinə diqqət yetirilməlidir.
 
Ruslar-Ukraynalılar eyni kökdən olan iki millətdir. Buna baxmayaraq tərəflər arasında illərdir düşmənçilik davam edir. Ən önəmlisi, Rusların bölgədəki ən güclü
 
və zəif nöqtəsini bilən məhz, Ukraynalılardır. Buna görə də, Rusiyada qərar qəbul edənlər bu problemin həllində çox ehtiyatlı davranmağa davam edirlər. Eləcə də, Ukrayna tərəfi beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanan tələb və qiymətləndirmələri irəli sürərkən, Rusiya dəfələrlə birbaşa və dolayı yolla onları müzakirəyə açmayacağını bildirməyə çalışır. Krımın açarı Rusiyanın cibindədir. İstədiyi zaman və yeri gələndə bu açarı böyük şans kimi istifadə edəcək.
 
Qeyd etdiyimiz kimi, Ukrayna üçün dəstək ABŞ və İngiltərədən gəldi. Bu, Qara dənizdəki suyun istiləşəcəyinə işarə olduğunu göstərir. Türkiyənin də rol oynaya biləcəyini az çox görürük.
 
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Şərqi Ukraynada yeni bir müharibə başlatmaq səyləri Ukraynanın məhvi ilə nəticələnə bilər” açıqlamasından bu yana, Rusiya-Ukrayna böhranı bir daha dünya gündəminin başında durmaqda davam etməkdədir.
 
Hazırda, Rusiya Donbas və Luqanskdakı Rusiyameylli qüvvələri qorumaq və dəstəkləmək məqsədi ilə bütün dünya ictimaiyyətinin diqqətini bu bölgəyə yönəltməyə çalışır. Rusiya KİV-ləri bu mövzuda öz haqlılığı ilə bağlı təbliğat aparırlar. Russia hər zamankı kimi Media ayağını olduqca diri tutur və çox yaxşı istifadə etməyə diqqət göstərir.
 
Hazırda tərəflər öz fiziki güclərini göstərməyə çalışırlar. Əlbətdə ki, Ukraynanın hərbi sahədə Rusiyaya qarşı çox zəif olacağı açıq aşkardır. Buna baxmayaraq, Ukrayna ordusu hazır olduğunu bildirdi. Hər iki ölkənin irəli sürdüyü münasibətlər bir-birinə ziddir. Bu səbəbdən iki ölkənin orduları hər zaman hərəkətə hazırdır. Danışıqlar başlayarsa, hərbi güc nümayişləri son nəticə əldə edilənə qədər davam edəcəkdir. Təbii olaraq, aralarında kiçik miqyaslı qarşıdurmalar da yaşanacadır.
 
Bu da bir reallıqdır ki, Rusiya ilə Ukrayna arasında beş əsas təbii qaz kəməri var. Onlardan ikisi Ukraynada, digər üçü isə Rusiya təbii qazını Avropaya daşıyır. Rusiya ilə Ukrayna arasında Avropaya gedən boru kəmərləri ilə bağlı "Boru Kəməri Ev Sahibi Ölkə" müqaviləsi var. Rusiyanın neft və təbii qaz boru kəmərlərinin əhəmiyyətli bir hissəsi Ukraynadan keçdiyindən, iki ölkə arasında enerji sahəsində problemlər var. Bundan əlavə, ABŞ-ın Ukraynadakı prosesi Rusiyanın geosiyasi gücü baxımından yanaşması bölgədə atıla biləcək addımları daha strateji bir vəziyyətə sala bilər. Rusiya enerji üstünlüyünü Qərbə qarşı hər zaman və hər şəkildə istifadə etməyə davam edəcəkdir. Rusiya təbii qazı qarşılıqlı maraq dairəsidir. Yeri gəlmişkən, Rusiyanın iqtisadi kəsiri olmamasının ən böyük amili məhz, enerji sektorudur.
 
Belə ki, Ukrayna, eyni zamanda AB-ABŞ-Rusiya üçbucağı arasındakı ziddiyyət nöqtəsidir. Rusiyanın xarici siyasəti nöqteyi-nəzərindən baxıldığında, Ukraynanın Qərbə və NATO-ya inteqrasiyasından ciddi şəkildə narahat olduğunu görməmək qeyri mümkündür. Rusiya Ukraynanı tamamilə itirsə, Şərqi Avropa və Qərbdəki
 
rusların son qalası olaraq təyin olunan Belarusiyada hərbi üstünlüyü, Rusiyanın ən güclü tərəfi olan müdafiə sahəsində zəif nöqtələrə çevriləcək və eyni zamanda, istədiyi iqtisadi sahədə böyük bir pozuntu baş verəcəkdir.
 
Əslində məsələyə daha real yanaşsaq, Rusiya Donbass və Lugansk bölgələrində xüsusi muxtar bölgələrin yaradılmasını və Rus ordusunun Rusiyaya yaxın sərhəd xəttində mövcudluğunun davam etməsini istəyir. Bunun da Ukrayna üçün ilhaq edilmiş Krımdan fərqli olmayacağını başa düşür, Ukraynanın qətiyyətlə qarşı çıxa biləcəyini və hətta müharibəyə girə biləcəyini bilir. Bunları az çox bilən ABŞ və İngiltərə Ukraynanın ərazi bütövlüyünün qorunması barədə bir-birinin ardınca açıqlamalar verir. Qısacası, Rus qoşunları geri çəkilməsə, Ukraynada barışıq yaratmaq və ölkədə qeyri-sabitliyi aradan qaldırmaq mümkünsüz görünür.
 
Ancaq, Türkiyənin buradakı önəmini də göz ardı etməmək lazım. Belə ki, Ukrayna Prezidenti Zelenskiy 9-cu Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Şuranın iclasında iştirak etmək üçün İstanbula gəldi. Aprelin 11-də Prezident Ərdoğan və Ukrayna Prezidenti Zelensky ilə Huber Köşkündə təşkil edilən və üç saat davam edən görüşdə qardaş Türkiyə Prezidenti Ərdoğan, “Ukrayna-Rusiya sərhədində artan gərginliyin azalmasını arzu ettiklərini və hər cür dəstəyi verməyə hazırıq, Türkiyə olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə müdafiə edirik, Qara dənizin sülh, əmin-amanlıq və əməkdaşlıq dənizi olmağa davam etməsi bizim əsas məqsədimizdir. Ortaq coğrafiyamızda gərginliyin heç bir şəkildə artmasını istəmirik” - dedi. Eyni zamanda Krım məsləsində də, “Ukrayna ilə yekdil olduğumuzu görməkdən çox məmnunam” - deyə bildirdi.
 
Ancaq, görünən o ki, Rusiyanın şiddəti artırdığı barədə ittihamları rədd edən Moskva hələ də, özünümüdafiə addımlarının atıldığını iddia etməkdədir..
 
Donbasda həqiqətən nə baş verir?
 
Donbass sərhədində hərbi quruculuq iləri gedir, eyni zamanda hər gün atışma xəbərləri münaqişə bölgəsindən gəlir, Rusiya rəsmiləri yuxarıdan təhdidlər yağdırır. Başqa sözlə, hər zamankı kimi, “Ukrayna rusları öldürür, NATO müharibəyə hazırlaşır”, təbliğatı hələ də qüvvədədir..
Oxşar xəbərlər
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
02 Oct 2024 | 20:18
"Ukrayna qalib gələ, Putin məğlub ola bilər" - Britaniyanın sabiq müdafiə naziri
02 Oct 2024 | 20:10
Yapon qadınlarının uzunömürlülüyünün sirri açılıb
02 Oct 2024 | 20:02
Məşhur blogerlər həbs oluna bilər
02 Oct 2024 | 19:55
Avropa İttifaqı bu qışın həlledici “cəbhəsini” açıqladı
02 Oct 2024 | 19:48
Hizbullah MOSSAD-ın qərargahına zərbə endirdi
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 19:33
Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik
02 Oct 2024 | 19:25
Xanəndə başına saç əkdirdi - VİDEO
02 Oct 2024 | 19:20
Ətdən imtina etməyin təhlükələri nələrdir?
02 Oct 2024 | 19:15
Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan
02 Oct 2024 | 19:10
Məşhur veriliş Bakıya gəldi - FOTO
02 Oct 2024 | 19:03
"Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər?"- Hacı Nurandan AÇIQLAMA
02 Oct 2024 | 18:58
Dövlət Agentliyi hərbi xidmətə qəbul elan etdi
02 Oct 2024 | 18:53
İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu
02 Oct 2024 | 18:45
“Dəmir qübbə” şüşədən də kövrəkdir - Pezeşkian
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 18:40
Rusiya aviaşirkətləri Dubaya uçuşları İsrail və İrandan yan keçməklə həyata keçirəcək
02 Oct 2024 | 18:33
Zaurun adı talassemiyalı xəstələrin işində hallandı: “Pul yığılarkən...”
02 Oct 2024 | 18:28
Yaxın Şərqin ən güclü orduları açıqlandı - Bu ölkə yenə birincidir
02 Oct 2024 | 18:20
Ronaldonun komandası İrana gəlməkdən imtina etdi
02 Oct 2024 | 18:13
İranın İsrailə hücumu: Danışılmış döyüş, yoxsa qisas?
02 Oct 2024 | 18:08
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
02 Oct 2024 | 18:02
Maştağada saxlanılan 2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO
02 Oct 2024 | 18:00
Yaşıl çayın səkkiz xüsusi sağlamlıq faydası ortaya çıxdı
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
02 Oct 2024 | 17:52
Bakıda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTO
02 Oct 2024 | 17:46
Snayperlər şərti düşmən hədəflərini məhv etdilər - VİDEO
02 Oct 2024 | 17:40
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 17:27
Şəhidin ailəsindən duyğulandıran sözlər: "Ermənilərin o qədər tanklarını məhv etmişdi ki" - VİDEO
02 Oct 2024 | 17:22
Azərbaycan derbisində hakimlərin danışıqları - VİDEO
02 Oct 2024 | 17:17
Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
02 Oct 2024 | 17:12
Saxta 100 manatlıqla benzin almaq istədi - TUTULDU
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 17:05
Azərbaycanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişdi
02 Oct 2024 | 17:00
Mövsümi viruslardan qorunmaq üçün BUNLARI EDİN
02 Oct 2024 | 16:55
Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqləndi
02 Oct 2024 | 16:50
Bakıda 16 yaşlı oğlan həmyaşıdı tərəfindən qətlə yetirildi
02 Oct 2024 | 16:44
Sahil Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü gününün açılışında çıxış edib
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 16:33
İçərişəhərə avtomobillərin girişi qadağan ediləcək
02 Oct 2024 | 16:27
Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir - FOTO
02 Oct 2024 | 16:21
Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 16:11
Bu gün ilin son Günəş tutulması olacaq
02 Oct 2024 | 16:05
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - TƏHLİL + FOTO
02 Oct 2024 | 16:00
“Anası bütün uzunboylu əsgərləri qucaqlayırdı...” – Heç vaxt qocalmayan 51 yaşlı döyüşçünün itkin əhvalatı
02 Oct 2024 | 15:54
“Green card” üçün müraciət başlayır - Şərtlər açıqlandı
02 Oct 2024 | 15:48
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
02 Oct 2024 | 15:42
"Onların yerinə mən UTANIRAM" - VİDEO
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 15:30
Bakı 120 il əvvəl çəkilmiş rəngli FOTOLARDA
02 Oct 2024 | 15:24
Puqaçova və Qalkin İsraili tərk etdi
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 15:16
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafe fəaliyyətə başlayıb - FOTO
02 Oct 2024 | 15:11
Nazirin kürəkənindən Zeynəbə ŞOK TƏKLİF - VİDEO
02 Oct 2024 | 15:05
Günəş tutulması ilə bağlı 3 BÜRCƏ XƏBƏRDARLIQ: Xüsusilə diqqətli olun!
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 14:55
Dünyanın ən yüksək nöqtəsində qorxunc fəallıq: Sürətlə böyüyür
02 Oct 2024 | 14:49
Lavrov Aleksandr Nevski ordenini Bülbüloğluya təqdim etdi - FOTO
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 14:37
Əmisi oğlu anasının əxlaqsız olduğunu söylədi, buna əsəbləşən oğlan isə... – ŞOK
02 Oct 2024 | 14:31
ADNSU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib - FOTO
02 Oct 2024 | 14:25
Salyan şosesində aparılan təmir işləri yekunlaşdı - FOTO/VİDEO
02 Oct 2024 | 14:20
“Peşəkar teatr dərsləri” layihəsinə başlanılacaq
02 Oct 2024 | 14:14
Yürüdülən hərtərəfli siyasət və taleyüklü məsələ: Qərbi Azərbaycana qayıdış - ŞƏRH
02 Oct 2024 | 14:09
“İran müharibəyə başlamaq əvəzinə, iqtisadi problemlərini həll etməlidir...”- Sabiq səfir
02 Oct 2024 | 14:03
Qurban Qurbanov "Malmö" ilə oyundan DANIŞDI: "Çalışdıq ki..."
02 Oct 2024 | 13:57
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO
02 Oct 2024 | 13:51
"Barıt özümüzün olacaq" -  Ukraynada partlayıcı maddələr istehsalı işə salınıb
02 Oct 2024 | 13:45
Güclü leysan və qar yağacaq - Sabahın HAVASI
02 Oct 2024 | 13:40
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
02 Oct 2024 | 13:34
"Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıblar"
02 Oct 2024 | 13:29
İlham Əliyev: "İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır"
GÜNLÜK
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 08:33
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
02 Oct 2024 | 07:30
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
02 Oct 2024 | 10:15
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
02 Oct 2024 | 09:15
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
02 Oct 2024 | 09:34
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
02 Oct 2024 | 07:04
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 08:50
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 08:33
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
02 Oct 2024 | 07:30
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
02 Oct 2024 | 10:15
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
02 Oct 2024 | 09:15
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
02 Oct 2024 | 09:34
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
02 Oct 2024 | 07:04
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 08:50
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO