Naqif Həmzəyev: “İşğaldan azad edilən torapaqlara qayıtmaq üçün müəyyən zamana və gərgin əməyə ehtiyac var”
Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikovun rəhbərlik etdiyi nümayəndə heyəti Ağdamda səfərdə olub.
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev, media nümayəndələri və diplomatlarla yanaşı, əcnəbi dövlətlərin hökumət təmsilçilərinin də işğaldan azad eüdilən bölgələrə bu cür səfərlərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:
“44 günlük Vətən müharibəsində Azərbaycan işğaldakı torpaqlarını azad etdi və bununla da ərazi bütövlüyümüz təmin olundu. Qələbədən sonra işğaldan azad edilən torpaqlarımızla bağlı üzə çıxan mənzərənin mahiyyəti bundan ibarətdir ki, ermənilər bu torpaqları işğalda saxladıqları müddətdə edilməsi mümkün olan hər cür vəhşiliyi edib. Bütün infrastruktur, sosial obyektlər, maddi-mədəniyyət nümunələri və s. məhv edilib. Ermənilər bu torpaqlarda elə vəhşiliklər törədib ki, bu vəhşiliklərin miqyası o qədər genişdir ki, onu əvvəlki vəziyyətinə qaytarmaq üçün müəyyən vaxt və gərgin əməyə ehtiyac var.
Azərbaycan bu reallığı bütün dünyaya göstərmək üçün mütəmadi olaraq xarici diplomatların, media nümayəndələrinin işğaldan azad edilən torpaqlara səfərlərini təşkil edir. Bu baxımdan xarici dövlətlərin hökumət nümayəndələrinin də işğaldan azad edilmiş ərazilərə səfəri arzuediləndir. Bu, erməni vəhşiliyinin beynəlxalq miqyasda ifşası baxımından yeni imkanlar deməkdir. Odur ki, Ukrayna baş nazirinin müavininin də Ağdama səfərini təqdir edir və bu cür səfərlərin gələcəkdə də təşkilini faydalı hesab edirəm”.
Seymur ƏLİYEV