Mərkəzləşmiş imtahan sistemi: rəqəmlər və emosiyalar - Məleykə Abbaszadə aydınlıq  gətirir
Oxunub: 1171
13 Apr 2021 | 21:39
Mərkəzləşmiş imtahan sistemi: rəqəmlər və emosiyalar - Məleykə Abbaszadə aydınlıq  gətirir
Çağdaş zamanda ali təhsil müəssisələrinə qəbulla bağlı dünyada fərqli təcrübələr mövcuddur. Elə zamanda yaşayırıq ki, İnternet resursları bu təcrübələrlə hər kəsin tanış olmaq imkanını əlçatan edib. Bu, istənilən halda müsbət haldır.
 
Ancaq bəzən ali təhsillə bağlı qərarların verilməsində insanların təcrübələrə, gerçəkliklərə deyil, emosiyalara söykənməsi arzuolunan nəticə vermir.
 
Bu gündən Modern.az saytı vasitəsilə yayımlanacaq silsilə sual-cavablarda birbaşa Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən imtahan və qəbul sistemi ilə əlaqədar son illərdə cəmiyyətdə ən çox səsləndirilən suallara aydınlıq gətiriləcək.
 
Sizi maraqlandıran sualları redaksiyamıza ünvanlaya və hər birimiz üçün faydalı ola biləcək müzakirə prosesinə qoşula bilərsiniz.
 
Beləliklə, Məleykə Abbaszadənin ilk cavabını təqdim edirik:
 
Dövlət səviyyəsində olduğu kimi fərdi səviyyədə də qərarlar emosiyalar yox, məhz rəqəmlər əsasında verilməlidir
 
Tədris ilinin sonu yaxınlaşdıqca abituriyent və valideynlərin həyəcanı artır. Təbii ki, hər bir valideyn gecələrini gündüzlərinə qataraq boya-başa çatdırdığı övladını ən yüksək yerlərdə görmək istəyir. Ən gözəl arzularımız, ən səmimi dualarımız övladlarımız üçündür.
 
İmtahan nəticələri elan olunduqda ümid və dualar öz yerini sevinc və məyusluğa buraxır. Əslində imtahan nəticələri sadəcə abituriyent və valideynlərə yox, prosesin bütün iştirakçıları üçün öz fəaliyyətini qiymətləndirmək və növbəti addımlarını planlaşdırmaq üçün dəyərli məlumat verir. Lakin bəzən emosiyalar sağlam məntiqi üstələyir, nəticələrdən məyus olan insanlar vəziyyəti düzgün təhlil etmək əvəzinə kimlərisə günahlandırmağa çalışırlar. Bəzən öz oxucu kütləsini artırmaq istəyən media nümayəndələri, populyarlaşmağa çalışan ekspertlər və ya ictimai xadimlər insanların bu emosional vəziyyətindən öz xeyirlərinə istifadə etməyə çalışır, insanlara həqiqəti yox, eşitmək istədiklərini deyirlər. Problemlərin səthi təhlili, mahiyyətdən uzaqlaşaraq təzahürlərlə manipulyasiya edilməsi bizi problemlərin həllindən uzaqlaşdırır.
 
İmtahan prosesini iki əsas amillə xarakterizə etmək olar – emosiyalar və rəqəmlər. Emosiyalar arzuları, rəqəmlər isə nəticələri təmsil edir. Tale elə gətirib ki, biz xalq olaraq emosiyaları rəqəmlərdən daha üstün tuturuq. Məhz buna görə də ədəbiyyat və incəsənət xadimlərimiz elm adamlarımızdan daha çox sevilirlər. Xahiş edirəm bu sözlərmi bir riyaziyyatçının ədəbiyyatçılara və sənətçilərə qısqanclığı kimi qiymətləndirməyin. Bu dediklərimin aydın və obyektiv səbəbləri var. Axı biz geosiyasi baxımdan problemli bir regionda yerləşirik və üstəlik bir xalq olaraq son iki əsr ərzində müstəmləkə şəraitində yaşamışıq. Böyük dövlətlər uzun müddət elmi öz monopoliyalarında saxlayıblar. Əsrlər boyu sistem elə qurulmuşdu ki, dəqiq elmlər sahəsində ciddi səviyyəyə yüksəlmək istəyən şəxs sistemə inteqrasiya olmalı, bununla da istər-istəməz həm məsafə, həm də mentalitet olaraq öz xalqından uzaqlaşmalı idi. Dəqiq elmlər sahəsində mütəxəssisləşmək istəyən şəxslər ya orta səviyyəli alim olaraq qalmaq, ya da millətindən uzaqlaşmaq dilemması qarşısında qalırdı. Bu baxımdan ədəbiyyatçılar və incəsənət xadimləri daha şanslıdır.
 
Belə ki, bu sahələrin təbiəti etibarı ilə hər hansı sistemə inteqrasiyasına ehtiyac yoxdur. Bir xalq istər inkişaf etmiş olsun, istər geri qalmış, istər azad olsun istər müstəmləkə, hər şərait öz duyğularını, dramlarını və komediyalarını yaradır. Belə olan halda yalnız bunları qələmə alacaq, rəsm tablosunda əks etdirəcək və ya notlara çevirəcək istedaların meydana çıxması kifayətdir. Xoşbəxtlikdən xalqımız tarixin hər mərhələsində bu cür istedadları yetişdirib. Məhz buna görə də milli kimliyimizin formalaşmasında, tarixin təlatümlərindən güclənərək çıxmağımızda ədəbiyyatçılarımızın və sənətçilərimizin rolu alimlərimizdən daha yüksək olub. Təbii ki, buna görə biz öz ədəbiyyat və incəsənət xadimlərimizə minnətdarıq. Lakin unutmamalıyıq ki, bir millətin formalaşması və çətinliklərə sinə gərməsi üçün ədəbiyyat və incəsənət nə qədər vacibdirsə, bu millətin sözün əsl mənasında dünyanın aparıcı xalqları ilə eyni səviyyəyə qalxması üçün elmin inkişafına ehtiyac var. Müəyyən mərhələdən sonra cəmiyyətdə elmi düşüncə aparıcı mövqeyə keçməli, hadisə və proseslər faciə və komediyalar silsiləsi kimi yox, rəqəmlərlə ifadə olunan səbəb-nəticə əlaqələri kimi təsvir olunmalıdır. Dövlət səviyyəsində olduğu kimi fərdi səviyyədə də qərarlar emosiyalar yox, məhz rəqəmlər əsasında verilməlidir.
 
Rəqəmlərlə ifadə olunan imtahan nəticələri hər bir şəxsin həyatında digər rəqəmlərlə ifadə oluna biləcək faktların nəticəsində formalaşır. Şagirdin dərs oxumaqla keçirdiyi vaxt, çalışqan və tənbəl dostlarının sayı, ailədə işlədilən müsbət və mənfi çalarlı sözlərin və ya kitab oxumağa və bayağı mövzulu seriallara sərf olunan vaxtın nisbəti, evdə adam başına düşən sahə, bu sahədə səs-küyün şiddəti və davamlılığı yekun nəticəyə təsir edən və rəqəmlərlə ifadə olunan amillərdir. Bəzən bir amil üzrə yetərsiz göstərici digər müsbət amilin təsirini artırmaqla kompensasiya oluna bilər. Məsələn, əgər evdə adambaşına düşən sahə kifayət qədər deyilsə və uşağın ayrıca otağı yoxdursa, evdə səs-küyü və emosional aktivliyi azaltmaqla dar fiziki məkanda psixoloji genişlik yaratmaq olar. Ev sakinlərinin əksəriyyətinin müntəzəm olaraq akademik və intellektual fəaliyyətlə məşğul olması isə ümumiyyətlə bütün digər mənfi amillərin təsirini minimuma endirir, intellektual vərdişlər yaradır.
 
Təbii ki, məsələnin fərdi və sosial aspektləri ilə yanaşı, ictimai və təşkilati aspektləri də mühüm əhəmiyyətə malikdir və cəmiyyətin bu məsələyə marağı başa düşüləndir. Mərkəzi imtahan sistemi bilik və bacarıqları qiymətləndirilməklə yanaşı, həm də sözün əsl mənasında sosial lift rolu oynayan və gənclərin həyati qərarlarına, eləcə də cəmiyyətin ümumi inkişafına təsir edən mühüm qərar qəbuletmə mexanizmidir. Bu baxımdan həm vətəndaşların prosesin müxtəlif aspektləri, o cümlədən həyata keçirilən  dəyişikliklərlə əlaqədar maarifləndirilməsi, eləcə də cəmiyyətə müntəzəm olaraq hesabatlar verilməsi DİM-in ən mühüm vəzifələrindən biridir.
 
Redaksiyadan: Dəyərli oxucular, Modern.az saytı vasitəsilə yayımlanacaq silsilə sual-cavablarda birbaşa Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən imtahan və qəbul sistemi ilə əlaqədar son illərdə cəmiyyətdə ən çox səsləndirilən suallara aydınlıq gətiriləcək.
 
Sizi maraqlandıran sualları redaksiyamıza ünvanlaya və hər birimiz üçün faydalı ola biləcək müzakirə prosesinə qoşula bilərsiniz.
Oxşar xəbərlər
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
03 May 2024 | 12:40
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
03 May 2024 | 13:10
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
03 May 2024 | 12:40
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
03 May 2024 | 13:10
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO