"Yeni əməkdaşlıq formatlarının yaranması üçün Rusiya sülhməramlıları inamsızlıq mühitindən çıxmalıdırlar"
Oxunub: 813
09 Apr 2021 | 18:16
“Bu gün artıq heç kim üçün sirr deyil ki, İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı möhtəşəm hərbi-siyasi Qələbənin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn vəzifələrin icrasında tərəflərin hər birinin üzərinə böyük məsuliyyət düşür və onlar öz missiyalarını yerinə yetirmək üçün tələb olunan addımları atmalıdırlar.
 
Sözügedən Bəyanatın imzalanmasından ötən 5 ayda daim gündəmdə olan məsələlər arasında “Rusiya sülhməramlıları özlərinin sülhyaratma missiyalarını düzgün yerinə yetirirlərmi”, “Bəzi aparıcı dövlətlər və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın ərköyünlüyünə niyə susurlar”, kimi suallar xüsusi yer tutur. Təəssüf ki, 44 günlük savaşda biabırçı məğlubiyyətə uğrayan işğalçı Ermənistan və regionumuzda sülhyaratma missiyasını öz üzərinə götürən Rusiya, eyni zamanda, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar postmüharibə dövrünün reallıqlarına konkret mövqe sərgiləmirlər. Günümüzün reallığı budur ki, məğlub durumda olan Ermənistan hakimiyyəti havadarlarının dəstəyinə arxalanaraq yenə də beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymur. Təcavüzkar dövlət nümayişkaranə şəkildə işğaldan azad edilmiş torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar isə Ermənistanın, necə deyərlər, bu cığallığı fonunda susmaqda davam edirlər.
 
Şübhəsiz, həmin aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladığı 30 ilə yaxın müddətdə bu tipli susmaların regionu hansı faciələrə sürüklədiyini, yalnız Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı qazandığı tarixi Zəfərin Cənubi Qafqaz məkanında yeni reallıqlar yaratdığını bilməmiş deyillər. Amma bütün bunları bildikləri halda yenə də Ermənistanın bu kimi destruktiv addımlarını durdurmaq üçün beynəlxalq hüququn onlara verdiyi imkanlardan istifadə etməyə tələsmirlər.”
 
Bu fikirləri ”İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
V.Rəhimzadə qeyd edib ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla Azərbaycan Ordusunun döyüş meydanında Qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi: “Məhz bu reallığın fonunda tərəflərə münasibətdə sırf bitərəflik nümayiş etdirməli olan Rusiya sülhməramlılarının sual doğuran fəaliyyəti bir daha belə bir xatırlatmanı zəruri edir ki, bütün sülhməramlı missiyalar öz fəaliyyətlərində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanmalı, münaqişə bölgələrində yalnız sülhün və təhlükəsizliyin təmin edilməsinə çalışmalıdırlar. Başqa sözlə, tərəflərə münasibətdə qərəzsizlik və neytrallıq nümayiş etdirmək, əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərmək sülhməramlıların başlıca vəzifəsi olmalıdır. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məhz bu vəzifələri yerinə yetirmək üçün yerləşdiriliblər. Daha dəqiq ifadə etsək Rusiya sülhməramlıları heç bir halda öz mandatlarından kənara çıxmamalı, birgə Bəyanatda nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etməlidirlər. Bəs bu gün biz reallıqda hansı mənzərəni görürük? Rusiya sülhməramlıları ötən müddətdə özlərinə qarşı etimad mühitini formalaşdıra biliblərmi? Düşünmürük ki, bu sualı cavablandırarkən sadəcə “hə” demək mümkündür. Ona görə ki, son vaxtlar Rusiya sülhməramlılarının öz mandatlarının tələblərini aşmaları tez-tez müşahidə olunmaqdadır. Xüsusilə Rusiya sülhməramlılarının Ermənistanın ayrı-ayrı dövlət və hökumət rəsmilərinin, o cümlədən nazirlərin Xankəndinə fasiləsiz qanunsuz səfərlərinə şərait yaratmaları, erməni qadınlarına 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə gül dəstələri ilə bayram təbriklərinin çatdırılması və xoş arzuların ifadə edilməsi, qondarma rejimin qondarma və cinayətkar, quldur “rəhbərləri” ilə mütəmadi görüşlər və digər hallar diqqətdən kənarda qala bilməz.”
 
Baş redaktor diqqəti Vətən müharibəsindən sonra dövlətimizin başçısı İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini onların xahişləri əsasında qəbul edərkən səsləndirdiyi fikirlərə, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ünvanladığı mesajlara yönəldərək bildirib ki, həmin görüşdə Müzəffər Ali Baş Komandan sülhməramlıların fəaliyyətə başlamasından geniş bəhs edərək erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırılan terrorçular tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə terror aktlarının həyata keçirilməsi cəhdlərinin ciddi narahatlıq doğurduğunu önə çəkmişdir. Cənab İlham Əliyev bəyan etmişdir ki, Ermənistan Azərbaycanla yenidən müharibəyə başlamağa heç bir halda cəhd etməməlidir. Əgər erməni faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik.
 
“Təbii ki, bu kimi halların yenidən baş verməməsi üçün 10 noyabr Bəyanatını imzalayan dövlətlərin öz məsuliyyətləri vardır” söyləyən baş redaktor qeyd edib ki, Azərbaycan tərəfi üzərinə düşən vəzifəni layiqincə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun yerinə yetirir. Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi telefon danışıqları olur, bölgədəki mövcud vəziyyət, perspektivlər müzakirə edilir: “Lakin bütün bunlara baxmayaraq, işğalçı dövlət yenə də hər vəchlə Bəyanatdan irəli gələn vəzifələrin icrasından yayınmağa çalışır. Təcavüzkar dövlətin bu özbaşınalığına təcili son qoyulmalı, beynəlxalq təşkilatlar Bəyanatda əksini tapan Böyük Qayıdış proqramının uğurlu icrasında ilkin mərhələ olan minalardan təmizləmə prosesinin qısa zamanda başa çatmasına yardımçı olmaq məqsədilə minalı sahələrin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq göstərməlidirlər.”
 
V.Rəhimzadə, həmçinin diqqəti ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqlandın etiraflarına yönəldib. Bildirib ki, bu etiraflar Azərbaycan dövlətinin 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi barədə ən yüksək tribunalardan səsləndirdiyi fikirləri bir daha əyani surətdə təsdiq edir: “Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı” kimi suallar gündəmin müzakirə mövzularıdır. Düşünmürük ki, sabiq həmsədrin məlum etiraflarından sonra qurumun fəaliyyətinə hansısa dərəcədə inam qalsın. Ümumiyyətlə, hesab edirəm ki, Müzəffər Azərbaycan Ordusunun 44 gün müddətində çözdüyü münaqişənin həlli prosesinin 30 il uzadılması ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının aydın mənzərəsini yaradır. Amma qurumun fəaliyyətsizliyini və bunu şərtləndirən amilləri həmsədr ölkənin təmsilçisinin dilindən eşitmək daha ciddi düşünməyə çağırış edir. Bu etirafların davamlılığı Minsk qrupunun tərkibinin dəyişdirilməsi məsələsini yenidən gündəmə gətirə və quruculuq-bərpa dövrünün reallıqlarına uyğun olaraq qarşıya daha yeni vəzifələr qoya bilər. R.Hoqlandın etiraflarında da bu fikir öz əksini tapır ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Həmin etirafda bu məqam da yer alır ki, Qarabağ münaqişəsi sadəcə, Azərbaycanla Ermənistan arasındakı problem deyil. Bu münaqişə əslində üçtərəfli, Rusiyanın əhəmiyyətli, hətta bəlkə də həlledici rol oynadığı məsələdir. Bu etiraf kontekstində deyə bilərik ki, Rusiya dövləti yalnız sülhməramlıların missiyalarından kənar fəaliyyətlərinin qarşısını almaq istiqamətində sərt addımlar atmaqla düzgün, ədalətli mövqeyə yol aça bilər. Etimadın növbəti addımlar üçün əsas amil olduğuna söykənərək deyə bilərik ki, Rusiya sülhməramlıları bu qiymətləndirməyə o zaman sahib ola bilərlər ki, tərəflərə münasibətdə neytral mövqe nümayiş etdirib yeni əməkdaşlıq formatlarının yaranması, regionda daimi sülhün təmin olunması üçün səylərini artırsınlar.”
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama