Xanım Aydın: “Gündə bir hekayə yazan yazıçı deyiləm”
Müsahibə
Oxunub: 3324
08 Apr 2021 | 13:35
Xanım Aydın: “Gündə bir hekayə yazan yazıçı deyiləm”
Tərcüməçi, yazar, şairə, bir çox serialların ssenaristi Xanım Aydın Moderator.az-ın suallarını cavablandırdı. 
 
– Xanım Aydın, yazıçılıq, tərcüməçilik, ssenaristlik, yoxsa?..
 
– Yazıçılıq... Mən yazıçılığımı hamısından üstün tuturam. Və özümü prozada tam, bütöv hiss edirəm. 
– Amma gec-gec yazırsız. Nədən irəli gəlir bu? Hadisəmi azdır, vaxtmı yoxdur, yoxsa nəsə başqa bir səbəb var?
 
– Hadisə, əlbəttə ki, çoxdur. Amma düşünürəm, hər gördüyümüz hadisəni hekayəyə çevirib gündə birini yazmağa ehtiyac yoxdur.  Herman Hesse deyirdi ki, hətta mətbəxdə yanmış xörəkdən də yaxşı bir əsər yazmaq olar. Yəni əsas məsələ predmet deyil, onu necə yazmaqdır. Konveyer sistemiylə gündə bir hekayə yazan yazıçı deyiləm. Mən bir hekayəni üzə çıxartmaqdan ötrü yazdıqdan sonra xeyli vaxt “dəmə” qoyuram, təkrar oxuyub redaktə edirəm. Özüm razı qalsam, hər hansı bir mətbu orqana çap üçün təqdim edirəm. 
 
– Sizin “Sərçə” povestiniz çox bəyənilmişdi. Hətta haqqında filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva da təhlil yazmışdı. Bu hekayəniz, deyəsən, avtobioqrafikdir.
 
–  “Sərçə”m, ümumiyyətlə, ən çox sevdiyim və nəyinki hər cümləsinin, hətta hər sözününün üstündə titrədiyim, son dərəcə həssaslıqla yazdığım və yanaşdığım hekayəmdir. Onun üzərində bir il yarım işləmişəm. Və nəticə də ürəyimcə olub. Günay xanım “Azərbaycan” jurnalında povestimi oxuyub, bəyənib, haqqında təhlil yazmışdı. Açığı, mənim üçün böyük bir sürpriz olmuşdu. Yazıçı üçün ən böyük dəyər onun yazdığına, yaratdığına verilən dəyərdi, qiymətdi. İndiki – daha çox (bütün hallarda yox!) qərəzli tənqid və sifarişli təhlil (tərifləmə) yazılan dövrdə çox dəyərli bir ədəbiyyatçının məni tanımadan, bilmədən, sırf yaradıcılığıma dəyər verməsi mənim üçün çox böyük əhəmiyyət kəsb edirdi. Və Günay xanım “Sərçə”ni son dərəcə iti  və həssas baxışla gözdən keçirmişdi. Bundan ötrü ona xüsusi təşəkkür edirəm. 
 
– Bəs digər hekayələriniz?.. Və roman yazmaq haqqında da düşünürsünüzmü?
 
– Digər hekəylərim də uzun müddətə ərsəyə gəlir. Necə deyərlər, şeir bir anın ürək qışqırığıdır. Amma proza başqadır. Proza yazıçılıq istedadıyla yanaşı, qatlanmaqdır, səbrdir, təmkindir, böyük hövsələdir. Onun  üçün xüsusi zaman ayırmalısan. Proza qətiyyən tələskənliyi sevmir. Adamı özünə bağlayır. Daha doğrusu qandallayır.  Mətn tam bitib ortalığa çıxmayana qədər yazıçını narahat edir, həyəcanda saxlayır. Sanki proza özünə daha çox diqqət tələb edir, daha çox əzizlənmək istəyir. İstəyir ki, onun nazını çəkəsən. Abzas-abzas, cümlə-cümlə, söz-söz üzərində işləyəsən, düşünəsən. Zənnimcə, poeziya sevgidən doğulsa da, proza sevginin özüdür.  O ki qaldı roman yazmağa... Romanım demək olar ki, bütün süjeti və detalları artıq fikrimdə hazırdır. Yəni skeleti tam qurulub. Çox güman ki, yaxın zamanda artıq onunla bağlı işə başlayacam. Doğru zaman və doğru əhvalda özümü tapan kimi ilk cümləsini yazacam, inşaallah. 
– Prozadan danışdıq. Amma poeziya qaldı. Axı siz həm də şairsiz.  Şeirləriniz də sevilir. Dövri mətbuatda mütəmadi çap olunur.  Və hətta sözlərinizə mahnılar da bəstələnib.  
 
– Mən yaradıcılığa şeirlə başlamışam.  Artıq bir müddət sonra özümü prozada tapdım və başa düşdüm ki, nə qədər ağır və çətin də olsa da belə, mənim yerim nəsrdir. Mən burda özümü daha yaxşı, daha dolğun ifadə edə bilirəm. Düşüncə təzahürünün sərhədsizliyi və sərbəstliyi, imkanların genişliyi mənə manevr etmək üçün daha çox şərait yaradır. Şeirdən fərqli olaraq nəsr insanın batinində olanı üzə çıxarmağa daha çox fəza verir. O ki qaldı şeirlərimə... Onlar da mənim ruhumun, canımın bir parçasıdır. Və mən onları daha emosional, əhval-ruhiyyəmin elə bir möcüzəvi anında yazıram ki, düşünürəm həmin anlar mənim ən doğma, ən “özüm” olan anlarımdı. Bir də həmin anın eynisini sonradan yaşamıram. Nəsrlə məşğul olsam da, yeni bir şeir kitabımın da çıxacağı istisna deyil.  Şeirlərimə  Gövhər Həsənzadə və Faiq Sücəddinov kimi gözəl bəstəkarlar mahnı bəstələyiblər. Bunu da özüm üçün böyük uğur hesab edirəm. Çox qəribə bir hiss idi ilk dəfə yazdığım şeiri bir bəstənin melodiyası altında dinləmək. Mən bilirdim ki, bunu mən yazmışam, hansı hissimi, hansı duyğumu sözə çevirmişəm. Milyonlarla dinləyici isə televiziya, radio vasitəsilə dinləyir, bunu özününküləşdirir, yəni onun sözləri, musiqisi üzərində öz hislərini canlandırır və öz ruhlarına uyğun yaşayırlar. Doğrudan da, qeyri-adi bir hissdir. Mən buna uyğun hissi bir də yazdığım ssenarinin efirdə canlı versiyasını görəndə keçirirəm. 
 
– Elə yeri gəlmişkən, AzTV-nin “Əslində biz” layihəsinin ssenari müəllifisiz. Bu haqda da bir az danışın.
 
– AzTV-də yayımlanan, müxtəlif bölgələrdə bir zamanlar çox aktual olan, müəyyən səbəblərdən yavaş-yavaş dəbdən düşən, sanki gizliliyə çəkilən qədim milli adət-ənənlərimizi xalqımızın yaddaşında təzələmək, unutdurmamaq məqsədi daşıyan “Əslində biz” layihəsinin ssenarisini yazıçı İlqar Fəhmiylə birlikdə yazırıq. Yəni müəyyən bölümlərini o yazır, müəyyən bölümlərini mən. Deyərdim ki, bu işdən böyük bir zövq alıram. Azərbaycan xalqının adətləri, milli koloriti, milli ruhu əksini tapır bu kiçik çarxlarda.  Və yazdıqca istər-istəməz nə qədər yeni adətlər, ənənələr öyrənirəm. 
 
– Söhbət ssenaridən düşmüşkən, mən yenidən “Sərçə” povestinə qayıtmaq istəyirəm. Bu hekayədə Daun sindromlu bir uşaq və onun ailəsindən, daha doğrusu, ailəsinin çəkidiyi əziyyətlərdən bəhs edirsən. Burada ana obrazı xüsusulə qabarıq şəkildə özünü büruzə verir. Bayaq da qeyd etdiyimiz ki, hekayə avtobiqrafik olduğundan bu, özünüzün keçdiyiniz yol olduğu məlumdur. Bəs  bu hekayə əsasında bir film ssenarisi işləməyi heç düşünürsüz? Yəni, məncə, istənilən ssenaristdən siz bunu daha yaxşı qələmə ala bilərsiz. Çünki bunun bütün əziyyətlərini özünüz görmüsüz,  yaşamısız, hiss etmisiz. Bəs heç o hekayə əsasında bir film ssenari yazmaq düşünmürsünüz ki?
 
– Əslində, bu mövzuda iki hekayəm var. Və hər ikisi də film üçün hazır materialdır. Mən film üçün ssenari yazmağa hazıram və bu ən böyük arzularımdan biridir. Bunu ərsəyə gətirmək istəyən rejissor olsa, mən canla-başla ssenarini yazaram. Və düzünü  desəm, belə bir rejissorun ortalığa çıxacağına çox ümidliyəm. Bu, nəyinki mənə, eyni zamanda bu sindromdan əziyyət çəkən insanlar, onların valideynlərinə böyük bir töhfə  olardı. Bundan başqa, bu problemlə üzləşən gənc valideynlər var. Nə edəcəklərini bilmirlər, xaotik vəziyyətdədirlər. Bu film həm də onlar üçün bir bələdçi də ola bilər. Həqiqətən də, çox ağır bir yolu kor-koranə, bilmədən, görmədən dolama-dolama, uzun yolla getməkdənsə, kəsə, daha praktik, özlərinə və övladlarına maksimum xeyirlə keçməkdən ötrü bu film bir mayak, bir işıq da ola bilər. Mən bu filmin ərsəyə gəlməyini çox istəyirəm. Və fikrim həm də cəmiyyətdə bu cür insanlara qarşı düzgün münasibət formalaşdırmaq, bunun bir xəstəlik yox, sadəcə bir sindrom olduğunu aşılamaq, belə deyək də, müəyyən qədər  maarifləndirməkdir.
 
– Bütün bu işlərlə yanaşı, tərcüməyə də vaxt tapırsız. Bugünlərdə də tərcümənizdə yeni bir kitab işıq üzü gördü. 
 
– Bəli, tərcümə etdiyim artıq 10-ci kitabdır ki, çapdan çıxır. Bu, alman yazıçısı Herman Hessenin “Uşağın qəlbi” əsəridir. Qeyd edim ki, bundan bir müddət öncə həmin yazıçının ədəbiyyatla bağlı 20 essesindən ibarət “Kitabın sehri” kitabı da mənim tərcüməmdə işıq üzü görmüşdü. Tərcümə işini də bir ayrıca sevirəm. Bu mənə dinclik verir. Və həm də sanki özümü kimlərəsə kömək etmiş kimi hiss edirəm. Yəni dil bilmədiyinə görə həmin kitabları oxumaqdan məhrum qalan insanları bu problemdən qurtara bilirəm. Bu da məni xoşbəxt edir. Mütaliənin vacibliyini və insana  nə qədər böyük zövq və həzz verdiyini bilən adam kimi kiməsə bu sevinci bəxş edə bilməyin, elə doğrudan da, xoşbəxtlik olduğunu daha çox hiss edirəm. İndiyə kimi bir çox kitablar, məqalələr, hekayə və şeirləri dilimizə çevirmişəm. Amma ən mürəkkəbi və ən çox zəhmət tələb edəni, düşünürəm ki, Efron Ariadnanın “Mənim anam – Marina Svetayeva” kitabı olub. Kitab adından da göründüyü kimi gümüş dövr rus ədəbiyyatının ən parlaq simalarından biri Marina Svetayevanın qızının anası haqda olan xatirələridir. Olduqca maraqlı və əhəmiyyətli bir kitabdır. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, tərcümə işi  çox incə bir işdir. Tərcüməçi həm öz ana dilini mükəmməl bilməldir. Həm də tərcümə etdiyi dili. Üstəlik də təkcə dilini yox, həm də həmin xalqın adət-ənənələrinə, onların psixologiyasına, yaşam və düşüncə tərzinə də müəyyən qədər bələd olmalıdır. Çünki sadəcə sözləri tərcümə etmək hələ mətn tərcümə etmək demək deyil. 
 
– Özünüzə nə arzu edərdiz?
 
– Könül rahatlığı...
 
Xəyalə Rəis
 
Oxşar xəbərlər
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - FOTO/VİDEO
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
11:48, Bu gün
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
11:44, Bu gün
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
11:40, Bu gün
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
11:35, Bu gün
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
11:31, Bu gün
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
11:25, Bu gün
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
11:22, Bu gün
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
11:20, Bu gün
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
11:15, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır
11:10, Bu gün
Əfqanıstanda məscidə hücum - Ölənlər var
11:05, Bu gün
20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirri AÇILDI - FOTO
11:00, Bu gün
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
10:56, Bu gün
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır  - VİDEO
10:52, Bu gün
Rubl və avro ucuzlaşaraq GÖRÜN NEÇƏYƏ OLDU
10:49, Bu gün
Natiq Həsənov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir ƏMR İMZALADI
10:42, Bu gün
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul edib
10:36, Bu gün
DİN məlumat yaydı
10:30, Bu gün
Çaykənd əməliyyatından 33 il ötür
10:21, Bu gün
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
10:15, Bu gün
Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 
10:04, Bu gün
Mayda bizi hansı sınaqlar gözləyir? Bütün bürclər üçün ulduz falı
09:59, Bu gün
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
09:48, Bu gün
Bu həftə 6 gün işləyəcəyik?
09:44, Bu gün
Neftin bu günə olan qiyməti
09:39, Bu gün
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
09:35, Bu gün
Bu ərazilərdə qaz olmayacaq
09:30, Bu gün
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
GÜNLÜK
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 17:43
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi
29 Apr 2024 | 17:03
"Nədən Putin nüvə silahını tətbiq etməyəcək?" - Polşa XİN rəhbəri
29 Apr 2024 | 18:52
“Azərbaycanda toxunulmaz şəxs yoxdur və bundan sonra da olmayacaq”
29 Apr 2024 | 16:42
ABŞ-də şəhəri viran qoyan tornadonun qorxunc nəticələri: Ölənlər var - VİDEO
29 Apr 2024 | 17:35
Bayden Netanyahuya Rafaha hücumla bağlı öz mövqeyini ifadə edib
29 Apr 2024 | 16:45
Temperatur iqlim normasından 12 dərəcə yuxarı olub
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 17:43
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi
29 Apr 2024 | 17:03
"Nədən Putin nüvə silahını tətbiq etməyəcək?" - Polşa XİN rəhbəri
29 Apr 2024 | 18:52
“Azərbaycanda toxunulmaz şəxs yoxdur və bundan sonra da olmayacaq”
29 Apr 2024 | 16:42
ABŞ-də şəhəri viran qoyan tornadonun qorxunc nəticələri: Ölənlər var - VİDEO
29 Apr 2024 | 17:35
Bayden Netanyahuya Rafaha hücumla bağlı öz mövqeyini ifadə edib
29 Apr 2024 | 16:45
Temperatur iqlim normasından 12 dərəcə yuxarı olub