"Pərviz Həşimlinin sağlamlıq durumu ağırdır"
Oxunub: 3076
23 Nov 2013 | 11:19
Noyabrın 21-də vəkil Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında jurnalist Pərviz Həşimli ilə görüşüb. Vəkil "Bizim Yol" qəzetinə açıqlamasında Pərviz Həşimlinin səhhətinin çox pis olduğunu söylədi: "Mənə dedi ki, onun belə şəraitdə saxlanılması faktiki olaraq işgəncədir, qeyri-insani rəftardır. Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər. Bildirdi ki, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən aclıq aksiyasına başlayacaq. Tələbi isə ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi, müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılmasıdır”.

Pərviz Həşimli təcridxanada ona verilən yeməkləri yeyə bilmir

Pərviz Həşimli həm də İstintaq Təcridxanasında verilən yeməkləri yeyə bilmir. Odur ki, "çox zəifləyib", - deyir Elçin Sadıqov. Jurnalistin həyat yoldaşı İlahə Həşimli isə deyir ki, həftədə ancaq bircə dəfə yemək göndərmək icazələri var: "Evdən yemək hazırlayıb göndəririk. Götürürlər. Özü də biz istədiyimiz qədər ərzaq göndərə bilmərik. Təcridxana ancaq özünün icazə verdiyi qədərini götürür. Məsələn, əti çox az miqdarda götürürlər. O da ki, ancaq qaynadılmış və sümüksüz olmalıdır".
İlahə Həşimli həyat yoldaşının təcridxanada verilən yeməklərlə bağlı narahat olduğunu da deyir: "Pərviz ordan verilən yeməklərə görə narahatçılıq keçirir. Vəkilinə deyirmiş ki, "əvvəllər qazanı gətirib gözümün qabağında qoyurdular. Amma son zamanlar gəlib boşqabı aparırlar, özləri istədikləri qədər yemək qoyub gətirirlər". Pərviz də qorxur ki, birdən yeməyinin içinə nə isə qatarlar. Ona görə də ən çox evdən göndərdiyimiz yeməkləri yeyir. Onu da dəqiq bilmirik Pərvizə hamısı gedib çatırmı, yoxsa yox. Bir sözlə, göndərdiklərimizdən ona nəyin çatıb-çatmadığını bimirik. Özü də həftədə yalnız bircə dəfə, o da ki, 5-ci günlər yemək göndərmək icazəmiz var".

"Arzu olunan hər şeyə köməklik göstərmək mümkün deyil"

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, məhbusların ailələri ilə görüşlərinin təşkil edilməsi həmişə problemli məsələ olub, indi də problemli olaraq qalır: "Biz bütün siyasi məhbuslara hər zaman demişik ki, arzu olunan hər şeyə köməklik göstərmək mümkün deyil. Sadəcə, biz onları nəzarətimizə götürmüşük. Pərviz Həşimli Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında olduğu üçün heç kəslə görüşməyinə icazə verilmir. Biz Kürdəxanı Təcridxanasında çox çətinliklə insanların ailələri ilə görüşünü təşkil edə bilirik. O da ki, həbsxana rəisindən xahiş edəndən sonra".
Novella Cəfəroğlu Pərviz Həşimlinin əziyyət çəkməsini istəmir. Ancaq qanunla jurnalistin ailəsi ilə görüşməyə MTN-nin icazə vermədiyini də deyir: "Biz sadəcə olaraq mübarizə aparırıq ki, onu Milli Təhlükəsizlik Nazirliyindən Kürdəxanı Təcridxanasına köçürsünlər. Çünki orada biz görüş üçün icazə ala bilərik. Məsələ bundan ibarətdir. Biz daim çalışırıq ki, onu ordan çıxartsınlar. Onlara orda yaxşı baxsalar da, mühiti insana ağır gəlir. Mənim Pərvizə ürəyim ağrıyır ki, onu çox pis vəziyyətdə həbs etdilər, ailəsinin üzərinə hücum çəkdilər. Bu məsələlərin hamısını həm hakimiyyət, həm də beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq”.

"Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında görüşə icazə yoxdur"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbdudov Pərviz Həşimli ilə sonuncu dəfə prezident seçkiləri qabağı görüşüb: "Həmin vaxt jurnalist ailəsinin fotoşəkillərini istəyirdi. Ailəsindən fotoşəkilləri alıb ona verdim. Bir də məktublaşmaq istəyi var idi. Bu istəyinin də təmin olunması məsələsini həll etdim. Ailəsi ilə görüş istəməyi məsələsi isə belədir ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında görüşə icazə yoxdur. Bu yaxınlarda mən gedib görüşəcəm Pərvizlə. Amma yenə deyirəm istintaq altında olduğundan görüş istəyi təmin olunmayacaq. O ki qaldı, təcridxanada ona verilən yeməklərin keyfiyyətinə, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında nə qədər məhkumlar, təqsirləndirilən şəxslər olub ancaq heç biri yeməkdən narazılıq etməyiblər. Özüm də hər dəfə gedəndə yeməyin keyfiyyətini yoxlayıram. Əgər yeməklərin təhlükəli olmağından, ona ziyan verəcəklərindən qorxursa qoy o zaman ona evdən yemək göndərsinlər. Təcridxana göndərilən yeməkləri qəbul edir”.

"İndiyə kimi istintaq zamanı bir nəfərə belə ailəsi ilə görüşə icazə verilməyib"

Hüquq müdafiəçisi Leyla Yunus isə deyir ki, ümumiyyətlə Pərviz Həşimlinin durumu çox dəhşətli məsələdir: "Bizim hökumətə alver lazımdır ki, seçki prosesini yola verə bilsin. Sonra da siyasi dustaqların sayı artır. Bundan sonra da siyasi dustaqların sayı artacaq və məhkəmələr çox ağır keçəcək. Rusiya və Avropa Şurası dirənib deyə, Azərbaycan hökumətinin əli-qolu daha da açılıb. Siyasi məsələlərin həll olunmasında isə insan hüquqlarına heç fikir verən olmayacaq. Ailəsi ilə görüşə gəldikdə isə bu imkanı heç kimə vermirlər. İstintaq zamanı bir nəfərə belə indiyə kimi ailəsi ilə görüşə icazə verilməyib”.

Pərviz Həşimli niyə MTN-də saxlanılır?

Vəkil Elçin Sadıqov deyir ki, təqdimat və vəsatətlərdə Pərviz Həşimlinin Bakı İstintaq Təcridxanasında saxlanılması xahiş edilsə də, məhkəmələr qanunsuz olaraq təqdimatın həcmindən kənara çıxaraq Pərviz Həşimlinin Milli Təhlüksəzilki Nazirliyinin istintaq təcridxanasında saxlanmasına qərar veriblər: "Ümumiyyətlə, təqsirləndirilən şəxs istintaq aparan orqanın əlində olmalı deyil və bu, ümumi bir prinsipdir. Ancaq MTN bu prinsipə əməl etmir - istintaqı özü apardığı halda təqsirləndirilən şəxsi də öz tabeçiliyndə saxlayır. Təbii ki, təqsirləndirilən şəxsi öz tabeçiliyndə saxlaması da onlara istənilən vaxt qanunsuz təsir etmək imkanı verir. Bu da Pərviz Həşimli ilə qanunsuz görüşlərə və ona təsir etmək imkanlarına münbit şərait yaradır. Ona görə də obyektivliyin təmini baxımından MTN özü Pərviz Həşimlinin orada saxlanmasından imtina etməlidir. Amma görünən odur ki, vəziyyət tam əksinədir - MTN Pərviz Həşimlini öz istintaq təcridxanasında saxlayaraq, onun hüquqlarını pozmaqda maraqlıdır”. 
Vəkil onu da vurğuladı ki, bununla bağlı dəfələrlə İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovaya müraciətlər edilib. “Eyni zamanda Pərviz Həşimlinin özü 6 dəfə milli təhlükəsizlik naziri cənab Eldar Mahmudova ərizə yazıb. Ancaq təəssüfləndirici haldır ki, məktuba heç bir münasibət bildirilməyib. Saxlanma yerinin dəyişdirilməsi ilə bağlı da məhkəməyə müraciət etmişik” deyən vəkil qeyd etdi ki, yaxın günlərdə şikayətə baxılacağı gözlənilir".
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Oxşar xəbərlər
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
GÜNLÜK
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər