Bərdədə qaz sızması nəticəsində mənzildə partlayış
baş verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə Gəncə küçəsi
ev 50-də baş verib. Ev sahibi Elnur Sadiqovun sözlərinə görə səhərə doğru saat
04 radələrində anası evdə qaz iyi hiss edib. 57 yaşlı qadın qaz pilətəsinə
yaxınlaşan zaman partlayış baş verib. Nəticədə 380 kvadratmetrdən artıq sahəsi
olan evə ciddi ziyan dəyib.
Mətbəxin və hamam
otağının divarları uçub. Otaqların pəncərələri və qapılar partlayış nəticəsində
yerindən çıxıb. Hadisə zamanı evdə 5 nəfər olub. Ev sahibi Elnur Sadiqov əllərindən
yanıq xəsarətləri alsa da, vəziyyəti ağır olan anası artıq paytaxta göndərilib.
14 yaşlı Zeynəb Sadiqzadə isə hələ də Bərdə mərkəzi rayon xəstəxanasındadır.
Hadisə yerində Azəriqaz və FHN-in əməkdaşları araşdırma aparıb. Hadisənin səbəbləri
də araşdırmanın sonunda məlum olacaq.