Bir neçə gün öncə SOCAR prezidenti Rövnəq Abdullayevin prezident İlham Əliyevin göstərişi ilə ölkədə fəaliyyət göstərən bütün dini ibadətgahların-məscid, kilsə və sinaqoq-istehlak etdikləri mavi yanacağın pulsuz veriləcəyi barədəki açıqlaması cəmiyyətdə böyük rezonansa səbəb olmuşdu. Ardından SOKAR-ın anoloji addımın Gürcüstanda fəaliyyət göstərən dini ibadətgahlara da şamil olunacağı dillərdə “dastan” oldu.
Bu xəbərdən sonra “Bakıelektrikşəbəkə” ASC-nin
də SOCAR-dan geri qalmayaraq paytaxt və ətraf kəndlərdəki məscidlərin, kilsə və
sinaqoqun işlətdiyi elektrik enerjisinin pulsuz veriləcəyi barədə adıçəklilən
qurum rəhbərliyinin də qərar qəbul etdiyi bildirildi. Doğrudur, qurum rəhbərliyi
tərəfindən bununla bağlı rəsmi açıqlama olmadı və bu günədək hələ də bəlli
deyil ki,bu məkanlardan istehlak etdikləri elektrik enerjisinin pulu tələb ediləcək,
ya yox.
Görəsən, paytaxt və Bakıətrafı kənq-qəsəbələrdə
fəaliyyət göstərən dini məkanlar il əzində nə qədər elektrik enerjisi istehlak
edir?
Moderator.az qurumun mətbuat xidmətinin rəhbəri
Tanrıverdi Mustafayevlə əlaqə saxlayaraq dəqiq rəqəm almağa müvəffəq olub: “Son
ayda kilsə və məscidlər2 milyon 2yüz səksən dörd min kilovat.saat elektrik
enerjisi sərfiyyatı ediblər. Bu da ay ərzində 13 min 700 manat, yay aylarında
kondisionerlərin işləməsi hesabına 14-15 min manata çıxır. Ümumilikdə isə 10 ay
ərzində toplam məbləğ 137 min manat təşkil edir. “
T. Mustafayev bildirdi ki, təmsilçisi olduğu
qurum ölkədə humanstlikdə birinci yerdədir və hər zaman abonentlərin qayğısını
hər şeydən öndə tutublar.