Moderator.az Aznews-a istinadən xəbər
verir ki, Musa Nuri -Qələno Tehran vaxtıyla səhər saat 8-ə 15 dəqiqə qalmış
avtomobildə işə gedərkən bir avtomobil onun maşınına yaxınlaşıb və
sərnişinlərinin kimliyi bəlli olmayan həmin avtomobildən prokurorun maşınına
dalbadal atəş açılıb. Mənbə bildirib ki, “Kalaşnikov” avtomatından açılan atəş
nəticəsində prokuror və sürücüsü həlak olub.
Basqınçılar hadisə yerindən qaça
biliblər. Hadisənin məsuliyyətini hələlik heç bir qrup üzərinə
götürməyib.
Musa Nuri-Qələno iki həftə əvvəl jurnalistlərə açıqlamasında demişdi ki,
Sistan-Bəlucistanda qanunsuz fəaliyyət göstərən “Condollah”, “Ceyşül- ədl” və
başqa silahlı qruplaşmalarla bağlılığına görə tutulan 16 məhbus bəluc dar
ağacından asılıb. Prokuror onu da bildirmişdi ki, bu edamları yerli
müxaliflərin Pakistanla sərhəddə 18 nəfər İran sərhədçisini öldürməsinin
əvəzini çıxmaq üçün gerçəkləşdirib