ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytına açıqlamasında “koalisyon hökumət” ideyasına Müsavat və AXCP liderlərinin münasibət bildirməməsini sərt tənqid edib. S.Cəlaloğlunun sözlərinə görə, bu partiyanın yetkililəri arxada məlum ideyanı tənqid etsələr də, bu ideyaya açıq şəkildə münasibət bildirmək cəsarəti göstərmirlər: “Mənim televiziyalara çıxmaq imkanım məhdud olduğu üçün “koalisyon hökumət” ideyasının mahiyyətini daha geniş kütlələrə çatdıra bilməmişəm. Siyasi liderləri isə bu məsələ haqqında susub. Sanki qurbağa gölünə daş atılıb. Nə Müsavatdan, nə də AXCP-dən səs çıxmır. Arxada isə bunu satqınlıq, iqtidarı xilas eləmək kimi dəyərləndirirlər. Iqtidar isə bu təklifi sanki onların çörəyinə şərik çıxmaq kimi qiymətləndirirlər. Bu ideya həm sağdan, həm də soldan vurulur. Biz burdan belə bir nəticəyə gəlirik ki, bu ideya xalqın xeyrinədir. Çünki iqtidarın da, müxalifətin də xeyrinə olmayan bir ideya yalnız xalqın xeyrinə ola bilər”.
Seymur
Əliyev