“Ömrün bəhanəsi, yaxud həyat ayrılıq imiş insanla ölüm arasında...”
Oxunub: 3752
28 Jan 2021 | 16:56
“Ömrün bəhanəsi, yaxud həyat ayrılıq imiş insanla ölüm arasında...”
Moderator.az ədəbiyatşunas Cavanşir Yusiflinin Xalq şairi Vaqif Səmədoğlu haqda yazdığı məqaləsini təqdim edir:

Vaqif Səmədoğlu çağdaş poeziyada çox fərqli bir fiqurdur, bunu təkcə onun mövzularına, üslubuna, hadisə və ya əşyaya bədii mətndə yanaşma tərzinə görə demirik, bunlar onsuz da aydındır.
Ona görə deyirik ki, Vaqifin şeirə münasibəti digər şairlərdən çox-çox fərqlidir, onun hər bir mətnində şeirlə və öz ömrüylə bağlı nəsə var, ya birbaşa mətndə, ya da mətn altında. Birbaşa deyilənlər onun inadını əks etdirir: şair dünyanı misra-misra, şeir-şeir kəşf edir, yaxud bilinən dünyanı tanınmayan hala düşənəcən "korlayır".

Mətn altında qalanlar şeir yazmaqla bağlı şairin ömrünə hopan gizli bir kədərə işarə edir, biz bu işarələrin ardınca qoşuruq, amma deyilənləri orda tapmırıq, aldanıb çaşırıq. Bilmirik, bu gizli kədərin altında günahmı, yoxsa başqa bir şey yatır? Onun şeirlərində iki iş birdən, eyni zamanda icra olunur: kədəri elə yerindən vurub oyandırır ki, biz bunu məlhəm sayırıq və ürəyimizdə gəzdirdiyimiz yaranın üstünə salırıq, sarıyırıq, ancaq ikinci tərəfdən o yaranın qaysağını qoparır, yara qövr edir, insan yaşadığını hiss edir və bu hiss bütün ömrü boyu keçirdiyi hissdən milyon dəfələrlə güclü olur, demək, məqsəd yaddaşın, yaranın içindəki dərinliyə çatmaqdır. Xalis poeziya o dərinlikdədir. Ora qədər yoldur. Kim o dərinliyə çatıb? Heç kəs. Poeziya aləmində hələ bircə şair də, yaddaşımızda inildəyən yaranın ən qurtaracaq nöqtəsinə qədər gedə bilməyib, çünki o nöqtə yoxdur. Məqsəd isə olmayan bir şeyi tapmaqdır. Şeirdə ilğım bundan yaranır və hər şey diqqət ediləndə macəra effektinə köklənir.
Vaxtilə Turgenev Fetdən bəhs edəndə demişdi ki, “Fet haqqında mübahisə açılmaz, kim onu hiss etmirsə, demək, əsl poeziyanı tanımır”. Bəzi tədqiqatçılar Feti belə bir absurd motivlə günahlandırırdılar ki, o, müasir problemlərdən yan keçir, onlara toxunmur və buna görə də onu talantsız şair hesab edirdilər. Ancaq böyük lirik sayılan Höte də yaşadığı dövrün problemlərinə toxunmurdu, onun üçün əsas olan təbiətin və insan qəlbinin adi baxışla tutulması mümkün olmayan incəliklərini üzə çıxarmaq, onlardan bəhs etməkdir. Buna görə poeziyada şairin qəlbi - könül dünyası ən birinci öyrənilməli sahədir. Ancaq bu sahəni öyrənmək üçün bizim əlimizdə hər hansı metod varmı? Biz əksər hallarda tamaşaçı qismində qalırıq. Poeziyada əsas məsələ budur - şairin qəlbi. O, aləmin seyrinə dalır, düşünür, bəzən içində çırpındığı zamandan sıyrılır, bir quşun səsinə qoşulub başqa əyyamlara səfər edir, orda hansısa ağacın başındakı quş yuvasına sığınır, o məmləkətdə kiminsə kədərinə sahib çıxır, ordakı qüssəyə bələnib geri qayıdır və sinəsinə çəkdiyi hissləri yaşadığı zamanın əsl keyfiyyəti kimi rəsm edir və həm də bütün zamanları susdurur. Hər şey bir-birinə çox qəribə şəkildə qarışdığından ilk baxışdan onun yazdığı mətnlər anlaşılmaya bilər, çünki şair - bütün dünyanı, heç kəsin güzarı düşməyən yerləri gəzib dolaşan ruhun əks etdirdiyi dünya sadə və ilk baxışdan oxunan bir şey deyildir, sən onu oxuduqca onun dili açılacaq, onun özünəməxsus dili yaranacaqdır, sən, müəyyən müddət keçdikdən sonra özün də onun dilinin bir elementi olacaqsan:

El də getdi, dil də getdi,
Bundan sonra açıl
Köhnə, qaysaq yara.
Açıl, açıl,
Qanın dönsün selə..
Çöl də soldu,
Gül də soldu,
Gözlər doldu,
Açıl yara,
İndən belə,
Bilə-bilə...
İndi bu məqamda mən onun ən məşhur şeirlərinin ən çox yadda qalan misralarını nümunə gətirə bilərdim. Ancaq fikrimcə, ordakı Vaqif Səmədoğlu bir az fərqlidir, mənim axtardığımsa başqa bir yerdədir, elə bir məkanda ki, ora bəlkə indiyə qədər heç kəsin güzarı düşməyib.
Hərdən adama elə gəlir ki, bu şeirlər uzaq keçmişdə qüssədən bağrı çatlamış bir insanın şüuraltısının bərpa edilmiş şəklidir (yəni, bu şeirləri diqqətlə oxuyanda, mətnin bir az da gizlinlərini araşdıranda, ora əbədilik hopan qüssənin mənbəyi kimi əlini hara gəlsə, ata bilərsən və peşman olmazsan, - bu dediyimiz yüzlərlə variantdan yalnız biridir-!). Onun bütün ömrü boyu susub dünyadan köçdüyü an danışmaq istədiyi, fəqət dilə gətirə bilmədiyi şeylər dirilərək bu mətnlərə çevrilmiş və şeiri qurub-yaradan detallar, obraz və metafora... bunların hamısı o qədər şərtiləşib ki, indicə mətni tərk edib gedəcəklər və biz qəfildən həmin adamın sükutunun səsini eşidəcəyik. Ancaq yuxarıda dediyimiz kimi, qüssə hansı əsrdən qopub gəlirsə gəlsin, o mütləq şairin qəlbində yuva qurduqdan, oranın həyatını sözün ciddi mənasında qarışdırdıqdan sonra poetik obraza çevrilir və bütün bunlar müəyyən müddətdən sonra şairin varlıq haqqında orijinal təsəvvürünün yaranmasında yardımçı olur.

Ömrümün
çarpaz düyünlənən bağlamasında
beş-on yaxşı günümün
ucu çıxacaq bəlkə.
Ümidlərimi buza qoyun,
Fəqir-füqəraya paylayın
Arzularımı...
Yuxarıdakı qəlbin keçmişə, uzaq əsrlərə səyahəti ilə bağlı uydurulmuş əhvalatı bilmədən və onun həqiqiliyinə inanmadan bu parçanı duymaq və izah etmək qeyri-mümkündür. Yəni, burdakı mətləb adi ədəbi kriteriyalar baxımından onsuz da dərk edilir, ancaq bu məsələnin çox cüzi hissəsidir, dərkdən o yana, şüurun, məntiqin o tayında nələrsə qalır və bizcə, əsas da bu şeylərdir.
Bu mənada diqqət edilərsə, Vaqifin mətnlərində iki şey əsasdır və daha çox vurğulanır; bunlardan birincisi həyat və insanla bağlıdır - onun şeirdəki bu yönə uyğun anlayışı mövcud təsəvvürləri çarpaz şəkildə kəsir, onlara uyğun gəlmir və əksər hallarda o ümumi təsəvvürləri bir kənara tullayır. Onun dənizlə bağlı şeirlərindəki ümumi təsəvvür buna nümunə ola bilər. Söhbət, şübhəsiz ki, dənizin necə təsvir edilməsindən, hansı obraz və detallarla təqdimindən getmir, bunu əlinə qələm alan hər bir kəs bacarır, söhbət onun insan həyatındakı yerindən, varlıq, dünya, gerçəkliklə bağlı bilmədiyimiz nəsnədən gedir. Ola bilsin ki, şairin dedikləri tam bir əfsanədir, ancaq bu xəyal elə sürəkliklə verilir, insanın həyatı və ölümü ilə elə əlaqələndirilir ki, sən ona həqiqətdən daha çox inanmalı olursan. Dənizin adicə forması, qurudan, torpaqdan ayılması şairdə yuxarıda göstərdiyimiz o dərinliyə daxil olmaq imkanı verir - biz, əslində onun xiffətini çəkirik, bizi yaşadan və öldürən əslində o həsrətdir: dəniz kənarında gəzib, dəniz həsrətiylə ölmək.... Bunu bilmədiyimizə və tez-tez yaddan çıxardığımıza görə, şeiri sadəcə mətn kimi oxuyuruq, halbuki, bu tipli şeirlər daha çox insan həyatının elə o dəniz kimi qurudan, çox sevdiyi bir şeydən ayrılmış hissəsidir, yaddaş onu ən dərin, səs, ün çatmayan yerində gizlədir, sən bu şeirə haçansa yaddaşında qövr edən quş səsiylə baxanda hər şey dəyişir, sən də o hisslərə qoşulub qüssənin çeşməsinin çağladığı ərazilərə gedə bilirsən.

... Mənə tütək səsi dəydi uzaqdan,
Mənimlə həyatın işi yox imiş,
Ölümdən savayı arxam yox imiş...
Yuxarıda vurğuladığımız ikinci əsas istiqamət isə şairin bütün yollardan ayrılıb əsl şeirin olduğu məkanı tapmaq, orda olmaq istəyidir. Onun az qala bütün şeirlərində "ömür bəhanədir şeir yazmağa", o yeri tapmaq üçün hərdən rastına çıxanları usanmadan sınayır, şeir onun üçün hər şeyi əvəz edir və hər şeydir, Vaqifin bütün qəlbi bu nöqtədə çarpır, bu nöqtəni bilmədən onun həm həyatında, həm də yaradıcılığında istədiyin qədər qüsur tapa bilərsən, necə ki, müasirləri Fetdə tapırdılar. Onun obrazının əsas xassəsi nədirsə, əsl şeirə gedən yol ilğımdır, ancaq burda rasional düşüncəyə yer yoxdur, əsas olan büdrəmək və yıxılmaqdır, iztirab çəkib, dünyanın qabığından qurtulub mahiyyətə çatmaqdır, ancaq nə eləsən də, həmişə "yəhərlənməmiş dünyanın belindən yıxılırsan..."

Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb...

Vaqifin şeirləri bir metafora üstündə qurulur və sonda hər şey yaddan çıxır, mətnin əvvəlində danışan adam, bu mətn nə qədər kiçik olsa belə, sonda yaddaşını "itirir", həmin sabit metafora pozulur, başqa bir şeyə çevrilir, qeyri-adi şeylərdən, obraz və detallardan çox adi bir sözə, bəzən də sözün itməsinə, yox olmasına keçid edilir. Onun uşaq sözlərinə yazdığı şeirləri var. Bizim axtardığımız və əlimizdən çıxan Vaqif zənnimizcə, ordadır.
Məsələn:
- Mən bir gün qəşəng olmuşdum!
Balaca Humay
Mən bir gün üfüq olmuşdum,
Duman çökdü dənizə...
Görünmədim.
Mən bir gün cığır olmuşdum,
Gedib-gələn olmadı,
Ot basdı üstümü..
Görünmədim.
Mən bir gün təbəssüm olmuşdum,
Nə oldu, bilmədim...
Görünmədim...
Bu şeir onun mətnlərində yeni mənaların necə doğulmasını anlamaq baxımından maraqlıdır. Bu şeir həm çox sadə, həm də sirdən aşıb-daşan bir şeirdir. Ancaq bir şeyi qabaqcadan deyək ki, bu mətndəki mətləbi çözmək istədikdə "dil qabar, söz qaxac olur", yəni izaha, təhlilə yatmır, sadəcə sənə nəyisə görsədir və anidən onun üstünü örtür, zənnimizcə, Vaqifin poeziyasında əşyalarla bu şəkildə davranma sövq-təbii baş verir, bu, hardasa onun sözü mətndə yox etmək stixiyasından irəli gəlir. Şeirdə adi dillə izah ediləsi nə varsa son qırıntısına qədər yox olur, onun, yaxud onların yerini elə bir materiya, elə bir mətləb tutur ki, bu bizim gözümüzdə dünyanı başqa üzündən oxumağa imkan yaradır. Həm də, şairin əşya və hadisələrə şeir üçün çox xarakterik olan kor bucaq altından baxması bir çox mənaların sıxışdırılıb aradan qalxmasına, yeni mənaların yaranmasına, həm də dünyanın içində bizə tanış olan obrazların açılım, tanınma istiqamətinin dəyişməsinə səbəb olur. Məsələn, onun, aşağıdakı şeirində bunun şahidi oluruq:

Sənə, təkcə sənə,
Allah qədər tənha günlərin
İnsan həsrəti...
Gecə sənə,
Gündüz sənə,
Günəşinə də yağış yağan
Bu aləmin nəmişliyi
Sənə, təkcə sənə....
Həyat ayrılıq imiş
İnsanla ölüm arasında
Sənə, ancaq sənə verilibmiş
Ömür başdan-başa...
Poeziyada bizim sonuna çıxa bilmədiyimiz elə qatlar, elə sirlər var ki, onların gücünə bu misralardan hər hansı birini "tutub" gücümüz yetən qədər uzaq əsrlərə, o zaman həyatın içinə gömülən insan hisslərinin dərinliyinə enə bilərik. Bir anlığa müxtəlif əsrlərdə hakim janrları unudaq, belə bir şeyi əsas götürək ki, mətnə hələ insan hislərinin hopdurulmadığı çağda bizim Vaqif kimi bir şairin ağlına gələn bir detal insanı necə yol aldığı dərinliyə çəkib aparırdı. Bəzi misraların, onların qurulduğu detalların içində elə bir qəribə enerji var ki, səni öz dərinliyində batırmaq, qərq etmək istəyir, səni gerçəklikdən ayırır, yaxud səninlə gerçəklik arasında şəffaf bir sədd yaradır, sən o şəffaf pərdəyə baxıb həyatı, dünyanı sonundan oxuduğun kitab kimi varaqlayırsan. Bunun bir mənası varmı? Şübhəsiz ki var. Ancaq... O uzaq əsrlərdən bu günə adladıqda baş verən sonsuz dəyişikliklərin bir nöqtə içindəki tarixçəsi yenidən "gerçəkləşir", o uzaq əsrlərin nağıl, əfsanə kodu açılır, o zaman adi sözlər biçimində deyilən mətləblər indi Vaqifin lisanında gözlənilməz metaforalara dönür: həyat ayrılıq imiş /insanla ölüm arasında...
Olsun ki, hansısa əsrdə indi bizə qeyri-adi görünən, hardasa təsəvvürlərimizi çaşdıran bu mətləb bir söz və ya misranın alt qatı ilə ifadə edilirmiş, yaxud:

Nəyimsə yox olub,
Nəyimsə itib,
Hardasa qırılıb
Nəyinsə simi.
Ömrüm ancaq külək
əsəndə dinir,
quşlardan xəbərsiz
bir meşə kimi...
nədənsə gizlənib,
nədənsə qaçıb,
bu ömrün günləri,
sevinci, qəmi,
hardasa tək qalıb,
olub gərəksiz
Allahsız dünyada
Peyğəmbər kimi...
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama