Surət Hüseynov: “Baş nazir Etibar Məmmədov olsun”
Oxunub: 13848
05 Nov 2013 | 10:00
Surət Hüseynov: “Baş nazir Etibar Məmmədov olsun”

(Əvvəli dünən 10.05 tarixdə saytda yerləşdirilib)...Biri saqqız çeynəyə-çeynəyə mənə yaxınlaşdı. Soruşdu ki, Şuşa nooldu? Bildim ki, öyrədilmiş adamdı, ancaq sözümü dedim. Dedim sənin kimi bığıburma cavanlar burda saqqız çeynəyəndə Şuşa gedər də, dədəmdən mənə ordu qalmışdı ki, onu qoruyam? Bunu deməyimlə dördü də töküldülər üstümə, nə ağız qaldı, nə baş ”“göz.

-Elə səfirliyin önündəcə?

-Bəli. Təsəvvür edin ki, səfirlikdən bir nəfər yaxına gələn olmadı. Xoşbəxtlikdən Ukraynanın səfirliyi bizim səfirliklə bitişik idi. Ukrayna səfirliyinin qapısında dayanan polis özünü yetirməsəydi, məni öldürəcəkdilər. Nə isə ağız-burnum qan içində, şalvarım cırılmış halda səfirliyin maşınına oturub düz təyyarənin trapına sürdürdüm. Səfirlik maşını olduğundan maneəsiz keçə bildik. Çıxdım ki, Abbas Abbasovla Pənah Hüseyn oturub. Bunlara dişimin dibindən çıxan nə vardısa dedim ki, siz nə namussuz, şərəfsiz adammışsınız, məni yalvar-yaxarla Şəkidən bura gətirib öldürtmək istəyirdiniz? Elə orda öldürə bilərdiniz də. Pənah başladı ay balam ölsün, belə oldu- filan oldu. Onun xasiyyəti idi, cavab verə bilməyəndə balasının canına and içirdi həmişə. Nə isə, bütün acığımı, hirsimi tökdüm bunların sifətinə. Dinə bilmədilər. İndi təsəvvür edin ki, 3-4 gündən sonra mən də bunlara qoşulub Soçiyə getməliyəm, Qraçovla razılaşmamız belə olub. Ağzım-burnum o vəziyyətdə, birtəhər qrimlənib Soçiyə gedəsi oldum. Çünki orda danışıqlarda Pənah demişdi ki, biz Soçiyə yeni müdafiə naziriylə gələcəyik. Qraçov da demişdi ki, əgər Rəhim Soçiyə gəlməsə, heç bir danışıq olmayacaq, gəldiyiniz kimi də geri qayıdacaqsınız. Ona görə də canımı dişimə tutub bunlarla getdim Soçiyə. Mən, Pənah, Abbas, Cümşüd Nuriyev, Şirin Hacıkərimov getdik Soçiyə. Burda bir haşiyəyə çıxmalıyam. Mən həbs olunandan sonra Cümşüd Nuriyev televiziyaya çıxaraq dedi ki, biz Soçiyə danışıqlar aparmağa gedəndə gedib gördük ki, Rəhim Qazıyev orda rus və erməni generalları ilə bir yerdə yeyib içir. Bu, artıq sözün bitdiyi yerdi. İnsan  necə bu qədər qırmızı böhtan deyə bilər? Axı biz bir təyyarədə getmişdik Cümşüdgil ilə. Aeroportdan da 16 kilometr məsafə var idi görüş keçirəcəyimiz yerə. Bakıdan gedən hamı aeroportdan bir RAF mikroavtobusda getmişik hava limanından görüş yerinə. Mən yetim harda gedib onlarla yeyib-içdim? Nə isə, görüş başlamazdan öncə Qraçov məni qucaqlayıb dedi ki, mən sənə demədimmi bunlar səni öldürəcək. Nə isə, danışıqlar başlayan kimi mən çıxdım ki, nə danışırlar, qoy heç mən bilməyim.

-Deyəsən İsgəndər Həmidovun istefası məsələsi də qaldırılıb həmin görüşdə.

-Ağ yalandı. Qraçovun işi-gücü qurtarmışdı ki, belə bir yersiz istəkdə bulunsun.

- Surət Hüseynov barədə də hələ açılmamış çox sirlər var...

-1992-ci ilin oktyabrın sonu idi, Elçibəyi Türkiyəyə yola salırdıq. Bəy gedib 29 oktyabr - Türkiyənin cümhuriyyət bayramında iştirak edəcəkdi. Yola salıb qayıdanda dedilər Gəncədən Surət Hüseynov gəlib. Oturub söhbət elədik. Dedi ki, Rəhim bəy, mən bura gəlmişəm sizə deyəm, istəyirəm ki, gəlin bütün qüvvələri Əbülfəz bəyin ətrafında birləşdirək, Qarabağ məsələsini birdəfəlik həll edək. Sonra da mən çıxım gedim biznesimin dalınca. Mənim siyasətdə-zadda işim yoxdu vallah. Götürüb İsa Qəmbərlə danışdım, razılaşdıq ki, sabah görüşək. Səhərisi getdik Buzovnaya, orda Surətin qohumun həyət evi vardı. Mən idim, Pənah Hüseyn və İsa Qəmbər oturub danışdıq ki, Əbülfəz bəy də noyabrın 5-də qayıdıb gəlsin. Onu öz iqamətgahına yola salaq, ordan da gəlib çörək yeyək, bu məsələni də ətraflı müzakirə edək. Mərdəkan yolunda bir məhşur “Arzu” kafesi vardı, ora göstəriş verdim 10 nəfərlik yemək hazırladılar. Həmin kafe ilə üzbəüz Xəzər Dəniz Donanmasının bir qonaq evi vardı. Guya ki, iqamətgah idi, amma ikicə otağı vardı. Heç mətbəxi də yox idi, xəbər göndərdim ki, 10 nəfərlik yemək sifariş verib ora gətirsinlər. Nə isə, noyabrın 5-də Əbülfəz bəy Türkiyədən qayıtdı, onu iqamətgahına yola salıb gəldik həmin yerə. İsa Qəmbər, Pənah Hüseyn, Tamerlan Qarayev, İsgəndər Həmidov, Etibar Məmmədov, Şadman Hüseyn, Tahir Əliyev, Surət Hüseynov və mən olduq. And olsun Allaha, mən hələ bilmirəm ki, Surətin ürəyində nələr var və burda nə danışacaq. Surət başladı ki, ay bəylər, gəlin hamımız bir yumuq kimi Əbülfəz bəyin ətrafında birləşək, bu Qarabağ məsələsini həll edək. Mənə də heç nə lazım deyil, gedib bizneslə məşğul olacam. Yaxşı olar ki, elə Etibar Məmmədovu da baş nazir qoyun, yumruq kimi hakimiyyətimiz olsun. Araya bir ölü sükut çökdü. Heç kim bunu gözləmirdi. Birinci İsgəndər durdu ki, mən getməliyəm, vacib işim var. Hamı dağılışdı. Amma razılaşdıq ki, sabah ya Pənah Hüseyn, ya da İsa Qəmbər Elçibəylə danışır, təzədən görüşürük. Səhər gördüm bunlardan bir səs-soraq çıxmadı. İsa bəyə zəng vurdum ki, nooldu? Dedi ki, məsləhət olmadı. Pənah da eyni havanı çaldı. Götürüb özüm Bəyi yığdım. Gördüm onun da qulağını lazımınca doldurublar. Etiraf edək ki, həmin vaxt Etibarın çox böyük nüfuzu vardı. Onun da qüvvəsini bir yerə qatıb komandamızı gücləndirmək şansı olduğu halda İsa Qəmbərlə Pənah Hüseyn bunu qoymadılar. Bu gün Surəti ağ yuyub qara sərirlər. Amma soruşan yoxdu ki, axı onu siz gətirib o boyda səlahiyyət və rütbə, iki vəzifəni birdən  verdiniz. Niyə gətirdiniz və niyə öz komandanıza üzv etmədiniz? 92-ci ilin dekabrında Əbülfəz bəyin kabinetində İsa Qəmbər üstümə düşdü ki, Surət barədə məlumat əldə etmişik ki, Gəncədə çevriliş hazırlayır, təqdimat ver, onu işdən kənarlaşdıraq. Dedim bəy, mən müdafiə naziri ola-ola o Gəncədə çevriliş hazırlayırsa, ya bunda mənim də əlim var, ya da mən bir kələm başıyam ki, heç nədən xəbərim yoxdu. Dedim bəy, biz bir-birimizi tənqid də edirik , çünki hərəkat yoldaşıyıq. Bura qədər çiyin-çiyinə gəlmişik. Sizi devirməkdən ötrü gərək mənim meyitimin üstündən keçsinlər. Nə illah elədim olmadı. İsa Qəmbər heç bəyin ağzını açmağa da qoymadı. Bunlar Seyfəlidə keçirilən hərbi təlimdən bərk qorxuya düşmüşdülər, halbuki Müdafiə Nazirliyindən Baş Qərargah rəisi başda olmaqla nazirliyin bütün aparatı orda idi. Dedim ki, Seyfəlidəki hərbi təlimi nəzərdə tutursunuzsa, onu mən keçirmişəm, Surətin buna nə dəxli? İsa Qəmbər bir də qayıtdı ki, sən təqdimat yazmalısan. Qayıtdım ki, xeyir ola, Surətə iki vəzifəni birdən verəndə kimsə məndən təqdimat istəmişdi? Dedim ki, mənim qarşıma fakt qoyun, mən sözlə baş kəsən deyiləm, günahı varsa nəinki təqdimat verim, özüm cəzalandırım. Bəyə tərəf döndüm ki, ay bəy, Siz onu bu vəzifəyə təqdim edəndə məndən soruşdunuz ki, bu adam kimdi, nəçidi, cəbhəçidi, yoxsa hərəkatçıdı? Dedi yox. Soruşdum ki, ona vəzifə verdiyiniz bu 6 ayda bir dəfə tapşırıq verdiniz? Cavab verdi ki, vermədim. Dedim 6 ayda bir dəfə onu çağırıb hesabat soruşmusan? Dedi yox. Qayıtdım ki, bəs hansı məntiqlə özünü demokratik, ədalətli prezident hesab edirsən, bəs adam da sözlə baş kəsərmi?  

 

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama