Atam Oğlu, nə gözəl üzlə döndün Tanrının Qapısına!...
Oxunub: 2668
27 Jan 2021 | 21:27
Atam Oğlu, nə gözəl üzlə döndün Tanrının Qapısına!...
Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, azad etdiyi 26 ərazidə üçrəngli hilalımızı ucaldan 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin doğum günündə əziz xatirəsinə sonsuz ehtiramla...

Orda bir kənd var uzaqda,

O kənd bizim kəndimizdir...

İnsanlarının xəmiri halallıqdan yoğrulmuş, əlləri qabarlı, hamının yuvası alın təriylə yapılmış o kəndin...

Əzizlərimin uyuduğu torpaq – and yerim, üz tutduğum qibləm, müqəddəs məbədgahımdır o kənd mənim...
Halallığın, saflığın, səmimiyyətin, zəhmətkeşliyin ünvanıdır o kənd...

27 il öncə təqvimin bu günü –yanvarın 27-də o kəndin ən halal, təmiz, zəhmətkeş bir ocağında – Tanrıdan bir Nur parçası ayrıldı, soyuq bir qış günü o Nur parçası dünyaya gəlişiylə Nazim bəyin ailəsinə bir işıq, istilik, hənirti gətirdi. Yusif babası “Adını Azər qoyuram, - dedi. Azər – od qoruyan ər, igid deməkdir. Adını Azər qoyuram ki, böyüyəndə Azərbaycana layiqli igid bir oğul olsun, - dedi... Adını mən qoyuram, bəxtini Allah versin...”

Yusif babanın ad verdiyi O igidə Allah talelərin ən gözəlini yazmışdı... Azər də ayaq açıb iməkləyəndən dağ kimi ucalana qədər o alın yazısını yaşadı... Tanrı qatında ən uca yeri, adların ən gözəli alnına yazılmışdı Azərin... – Şəhadət məqamı...

Bəli, Şəhadət məqamına ucalmaq onun alın yazısı idi.

Əgər belə olmasaydı, hələ körpə yaşında Bakıya qonaq gələndə başqa uşaqlar kimi gedər, parklarda oynayar, yelləncəklərdə yellənər, yeyər-içər, əylənərdi.

Əgər belə olmasaydı, bapbalaca əlləriylə rəhmətlik Şövkət nənəsinin əlindən yapışıb “məni Şəhidlər xiyabanına apar, şəhidlərimizin məzarını ziyarət etmək istəyirəm”- deməzdi... Funikolyora minəndə sevinər, atlanar-düşər, Bakının dağüstündən gözoxşayan mənzərəsinə, dənizkənarına baxar, əylənər, yüzlərlə detalın içində gedib Azərbaycan bayrağına söykənib şəkil çəkdirməzdi...

Bəli, Azər alın yazısını yaşayırdı... Əlinə qələm alanda da Alnına yazılanları kağıza köçürürdü...

Əgər belə olmasaydı, gündəliyində - özü üçün qeydlər apardığı dəftərçədə işğal olunan rayonlar haqqında yazanda ilk Zəngilanın adını yazmazdı.

Əgər belə olmasaydı, əlinə qələm alan kimi Bayraq çəkib, yanınca “Vətən mənə oğul desə, nə dərdim...”- deyə yazmazdı...

Əgər belə olmasaydı, “Hər şey Vətən üçün!” amalıyla yaşamazdı...

Əgər belə olmasaydı, sonuncu danışığında ona ehtiyatlı olmağı, risqə getməməyi, “Ailən üçün, Qardaşın üçün, gözü yolda Yarın üçün özünü qorumalısan!”- deyən komandirinə “Mən şəhid olsam da, azad elədiyim Qarabağda yüzlərlə Azərlər doğular. Amma Qarabağı azad etmək boynumuzun borcudur, Qarabağ bir də doğulmayacaq, Komandir!” deməzdi...

Bəli, Azər hamı kimi deyildi... Hamı kimi olmağa, dağda dağı, daşda daşı görməyə nə var ki?! Azər hamının görmədiyini görürdü... Azər tikanlı məftillərə baxanda Azadlığı, daşı daş üstündə qalmayan yurd yerlərinə baxanda Bütövləşmiş Vətəni görürdü... İçindəki o böyük inamla addımlayır, bəsirət gözünün gördüyü, aydınlatdığı o yolla irəliləyirdi – yol alıb gedirdi üzü Haqqa sarı...

Azər Seçilmiş idi... Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, son nəfəsinəcən təmizliyini qoruduğu o uca alnında yazılanları birbəbir gerçəyə dönüşdürürdü... Azər hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və Azər o alın yazısını yaşayırdı...

Azər üzü Haqqa sarı yola çıxmışdı. Baş qoyduğu müqəddəs yolda ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində, qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə, ayağa qalxmağına, yumruq kimi birləşməyinə, bir bayraq altında cəm olmağına səbəbkar olmuşdu... Bu, Allahın Azər Nazim oğlu Yusifli adına yazdığı ömrün ssenarisi idi...

Ucaltdığı bayraq kimi bu məmləkətdə Bütövlüyün, Birliyin, Azadlığın, Mərdliyin, Cəsarətin simvoluna çevriləcəyini 27 il bundan qabaq yanvarın 27-də Azərin alnına yazmışdı Uca Yaradan...

Bunu o kənddə hamı duyurdu, hiss eləyirdi, amma heç kim dilinə gətirməyə ürəyi gəlmirdi...

Azərin dostları, sinif yoldaşları – Arif, Elcan, Zəvər, Kamran, Azad, Şirxan... ilə söhbətlər edirəm. Gənc yaşda bu cür münasibət qurmaq, bu cür sədaqət, hörmət, sayğı, belə dostluq, qardaşlıq haqqında danışdıqca, gəncləri dinlədikcə ürəyim dağa dönür, insanlar arasında münasibətlərin ucuzlaşdığı, ali mənəvi dəyərlərin maddi umacaqlar üzərində qurulduğu bir dünyanın uzaq bir güşəsində öz təmiz dünyalarına çəkilən, o dünyanın içində ən saf bağlılıqlarını qoruyan, yaşadan bu qardaşlarımı, onların dost yolunda sədaqətini ürəkdən alqışlayıram...

Kəndin axundu, Azərin sinif yoldaşı Kamran Akipov danışır ki: “Qardaşım şəhadət məqamına niyyətlənmişdi. Bu elə bir müqəddəs niyyətdir ki, sözlə izah etmək olmur. Tovuz döyüşlərindən sonra Azərgil müntəzəm hərbi təlimlər keçirdilər. Kəndə gəlir, burdan da təlimlərə gedirdi. Hələ avqust ayının əvvəlləri – Azərin şəhidlik məqamından düz iki ay əvvəl idi. Mən ilahiyyat təhsili aldığım üçün hər görüşəndə mənə Şəhidliklə bağlı suallar verərdi, ürəyim gəlmirdi onunla belə mövzuda danışmağa. Ha istəyirdim, nəsə zarafat edəm, söhbəti dəyişəm. Amma inanın ki, Azərin hər sözünün, söhbətinin əvvəli - sonu Şəhidlik idi. “Kamran sən, “Quranı – kərim”i dəfələrlə mütaliə etmisən, danış mənə o müqəddəs kitabımızda Şəhidlik haqqında nə yazılıb?” – soruşmuşdu dəfələrlə. Mən də ona danışırdım ki, “Bəqərə” surəsi 154-cü ayədə yazılıb ki “Haqqın yolunda şəhid olanlara “ölü” deməyin. Əksinə, onlar Allah dərgahında diridirlər, lakin siz bunu dərk etmirsiniz.”

“Ali-İmran” surəsi 169-cu ayədə deyilir ki: “Haqq yolunda canlarından keçənlər ölmürlər. Əksinə onlar Rəbbi yanında ruzi verilmiş dirilərdir”... “Tanrı qatında Şəhidlikdən daha uca mərtəbə Peyğəmbərlik məqamıdır...” Məhəmməd Peyğəmbərimiz (s.a.s.) buyurur ki: “Şəhid cənnətdədir, Allah qatında - Rəbbi yanında xeyirli bir mərtəbədə ikən heç bir bəndə bir daha bu dünyaya qayıtmaq istəməz”. Bütün bunları, şəhadətə varmaqla, şəhidlik zirvəsinə ucalmaqla bağlı hədisləri danışdıqca görürdüm ki, Azərin üzünün cizgiləri dəyişir. İnanın, Azərin üzü zatən işıqlı idi, amma bu söhbətlərimiz zamanı onun üzündə qeyri-adi bir təbəssüm yarandığını, təpədən dırnağa Nurlandığını görürdüm. İndi dost kimi, qardaş kimi Azərin aramızda olmamağına çox kədərlənirəm. Fəqət düşünəndə ki,

O Tanrı qatında ən uca yerdədir, o zaman məhz bu düşüncəylə içimdə rahatlıq tapıram.”

Dostu Zəvər İsmayılov isə Azərlə bağlı xatirələrini dilə gətirərkən göz yaşlarını saxlaya bilmir: “Bizim Azərlə dostluğumuz lap uşaqlıqdan başlayır. O elə xarakterdə insan idi ki, uşaqdan böyüyə hamı Azərin xatirini çox istəyirdi. Uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq idi. Bir gün hərbçi olacam, Xocalı soyqırımını törədən o vəhşilərin dərsini verəcəm, - deyirdi. Dediyini də elədi, Azər daim içində göynəyən “Xocalının hayıfını” alaraq şəhidlik zirvəsinə ucaldı. Tovuz döyüşləri gedən ərəfədə ona zəng çatmırdı. Xasiyyətini bildiyimiz üçün, qarşısına qoyduğu hədəfi vurmaq üçün öz həyatını hər cür riskə ata biləcək bir cəsarətdə olduğunu bildiyimiz üçün ondan nigaran idik. Tovuz döyüşləri zamanı Azər “xüsusi təyinatlı” dəstədə kəşfiyyatçı kimi düşmən arxasında çətin, keçilməz yerlərə doğru irəliləmişdi. General Polad Həşimovun şəhid olmağı Azəri çox sarsıtmışdı, “Polad Bir öldü, biz Min dirildik! Onun son nəfəsi bizim ilk nəfəsimiz oldu” deyirdi. Sanki bu sözləriylə ordumuzun, hərbçilərimizin içində baş qaldıran qisas duyğusunu dilə gətirmiş olurdu. Tovuz döyüşlərindən sonra hərbi təlimlərə başlamışdılar, onlar Candargöl deyilən ərazidə təlim poliqonunda ilboyu təlimlər keçirdilər. Sonra Vətən müharibəsi başladı və Azər son nəfəsinə qədər qəhrəmanlıqla döyüşüb şəhid oldu... Onun aramızdan belə vaxtsız gedişi hamımızı dərin bir üzüntüyə qərq elədi. İndi Azər cismən aramızda olmasa da, onun yeri daim bizim qəlbimizdə - ən uca yerdədir.”

Daha bir can yoldaşından – Elcandan soruşuram Azəri... Uşaqlıqdan bir yerdə böyüdüyü dostu, yoldaşı, qardaşı Elcan Hüseynovdan. Əgər döyüş yoldaşlarını dinlədikcə gözlərimdə Azərin heç nədən qorxmayan cəngavər, cəsur döyüşçü obrazı canlanırdısa, Elcanı dinlədikcə Azərin hərbidə sərt olduğu qədər də mülki həyatında, dost-yoldaş arasında, doğmalarının içində necə kübar xasiyyətli, son dərəcə alicənab bir İnsan olduğunu kəşf elədim. Və döyüş yoldaşları ilə sinif yoldaşlarının danışıqlarını birləşdirəndə gözümdə Azərin mükəmməl bir portreti bütövləşdi.

Elcan danışır ki: “Biz lap uşaqlıqdan birlikdə böyümüşük. Azərlə hər şeyimizi bölüşmüşük. Azər bu həyatdakı ən doğma adamım idi, qonşum, dostum,

ən əsası da böyük qardaşım olub. Tərbiyəsi, mədəniyyəti ilə ta uşaqlığından həmişə bütün ətrafındakılara örnək olub. Çox istiqanlı, mehriban, ürəyiyumşaq idi Azər. Hamının dərdinə şərik olar, sevincinə sevinərdi. Kəndimizdə uşaqdan böyüyə hamı onun xətrini çox istəyib.

Lap uşaqlıqdan Azərin hərbiyə marağı vardı. Hərbiyə o qədər həvəsi var idi ki, balaca vaxtlarımızda birlikdə oyunlar oynayanda Azər əsgər oyuncaqları, tanklar, silahlar ilə oynayardı. Həmişə “Bir gün hərbçi olacağam!”- deyirdi. Əsgərliyə gedəndə necə sevindiyini, hətta inanın ki, sevincdən gözlərinin içi parıldadığını görürdük. Hərbidə işə başlayanda da çox sevinirdi. Sanki məqsədinə addım-addım yaxınlaşdığı üçün xoşbəxt hiss edirdi özünü.

Azər hamımızın yaddaşında silinməz izlər qoydu, üzünün nuru, gülərüzlüyü, mehribanlığı özü kimi yaddaşımdadır həmişə. Bütün gözəl xasiyyətlər onda cəmlənmişdi. Həqiqətən də bir dənə də olsun nöqsanı, mənfi keyfiyyəti yox idi. Heç vaxt adamın səhvini adam içində deməz, qabağındakı adamı utandırmazdı. Onun gördüyü yaxşı işləri saymaqla bitirmək olmaz, bu qədər gənc yaşında o qədər gözəl əməllər sahibi oldu ki. Hərbidə işə başladığı vaxtdan hər il qurban bayramında əsgərlərinə qurban kəsib qurbanlıq payı aparardı. İndi onun haqqında “edərdi, aparardı” kimi keçmiş zamanda danışmaq bizə çox ağırdır. Azərin şəhidlik xəbəri bizim hamımızı dərindən sarsıtdı. Çünki biz dostları Onun toyuna hazırlaşırdıq... (Elcanı qəhər boğur...Göz yaşları içində söhbətimizə davam edirik...)

Bütün arzuları yarımçıq qaldı Azərin... Maşın aldı, doyunca sürə bilmədi, halal zəhmətilə özünə ev qururdu. Toy edəcəkdi, Yuva quracaqdı sevdiyi xanımla... Hər şeyi yarımçıq qaldı...

Çox xoş zarafatları vardı, bir il əvvəl birlikdə həkimə getmişdik, bəlkə də havasını, suyunu dəyişdiyindən saçı yaman tökülürdü. Elcan gedək həkimə, toyda keçəl oturmaq istəmirəm, - demişdi, gülüşmüşdük. İndi bunları sizə danışdıqca qəhər boğur insanı, inanmaq olmur, kaş saçı seyrək olardı, lap keçəl olardı, amma toyunda bəy kimi oturmaq qismət olardı. Xoşbəxt olmağa layiq insan idi. Azər Songüllə nişanlananda biz dostları elə sevinmişdik ki, heç öz xeyir işimiz olsaydı, o qədər sevinməzdik.

Gözəl At çapmağı vardı. At çapmağı, futbol oynamağı, dostluğu, qardaşlığı, yoldaşlığı Azərlə qardaşı Xəzər öyrədib mənə. Azər çox həvəsli idi hər şeyə, bitib-tükənmək bilməyən enerjisi vardı, həmişə nəyisə öyrənməyə, özünü inkişaf etdirməyə çalışırdı. İti yaddaşı vardı, çox zehinli idi.

Uşaq vaxtlarımızda yeni il bayramına xeyli qalmış fişənglər alar, bayrama hazırlıq görərdi. Azər həmişə bayram əhvalında olardı, elə ömrünü də bayram kimi yaşadı... Ən kefsiz vaxtlarımızda üzümüzdə gülüş yaradanımız O idi... İndi zaman bizi Ondan ayırıb uzaqlaşdırdıqca Ona daha çox ehtiyacımız olduğunu dərk edirəm...” – deyir Elcan... Azərlə bağlı xatirələri nə qədər çox, ürəyi nə qədər dolu olsa da, danışdıqca içindəki göynərtini Elcanın səsindən duyur, daha fazla incitməyə qıymıram...

Azərin bir dostu var – Arif Hüseynov. Onunla heç vaxt görüşməmişik. Amma həmişə Arif adı çəkiləndə gözlərim önündə canlanan bir mənzərə ruhumu, varlığımı silkələyir. Bu yaxınlarda Azərin döyüş yoldaşı bir hadisə danışmışdı mənə: “Bizim üçün nə qədər çətin olsa, Mərdəkandan Azərin əşyalarını doğulduğu kəndə aparmalı, ata yurduna - əzizlərinə təhvil verməli idik. Həmin gün bizim nələr yaşadığımızı bir Allah bilir. Təsəvvür edin, Azər o qədər qeyri-adi insan idi ki, nişan şirinliyini yemişdi, amma konfetin kağızını belə atmağa əli gəlməmişdi, sanki sevgisinin adı yazılan o konfet kağızına qıymamışdı, qənd qabındaca saxlamışdı onu da. Biz də Azərin əmanəti kimi hər şeyini – Azərin hərbi mundirini, geyimini, çəkmələrini, saatını, ətirlərini, şəxsi əşyalarını ailəsinə apardıq. Çox ağır, ağrılı bir mənzərə idi, nişanlısının, bacılarının fəryadını, qardaşı Xəzərin üzündəki hüznü görmək. Və orda bir gənc vardı, Azərin batinkalarını qucaqlayıb qoxulayır, hönkür-hönkür ağlayırdı... Qohumları dedilər ki, yaxın dost olublar, adı Arifdi...

Azərin döyüş yoldaşından bu hadisəni eşidəndə dünyam alt-üst olmuşdu. Həyat bir loxma yavan çörək kimi boğazımda tıxanıb qalmış, yaş gözlərimdə düyünləmişdi... Nə böyük həsrət, şəhid dostuna qarşı nə böyük, müqəddəs bir bağlılıq, İlahi...

İndi həmin o Arifdən Azəri soruşuram... nə qədər çətin olsa da...

“Siz mənə İnsanlıq haqqında, yaxşılıq haqqında, sədaqət haqqında, mərdlik haqqında danış desəniz, mən sizə o sözləri özündə birləşdirən bir adamı göstərərəm

– Azəri. Azər bu dünyada sözün həqiqi mənasında yaxşı olan hər şeyi öz şəxsində bütövləşdirirdi. Azər verdiyi sözündə, əməlində bütöv insan idi. Dost kimi dost idi, övlad kimi övlad idi, sirdaş kimi sirdaş idi, Adam kimi Adam idi... Böyük ürəkli Adam idi, bütöv Adam idi, heç nəyində yarımçıq deyildi, bircə yolu yarım qaldı Qardaşımın... ömrü yarımçıq, arzuları yarı yolda qaldı...

Övlad kimi ata-anasına bağlılıyla da hamıya nümunə idi, Bakıdan hər kəndə məzuniyyətə gələndə qız uşağı kimi anasına bütün ev işlərində köməklik edər, hətta əlinə süpürgə alıb ev süpürərdi. O qədər təmizkar, səliqəli idi.

Kənddə hamının xeyrində, şərində qolunun gücü yetdiyi hər işdə köməklik edərdi. Hamıya dayaq olmağa can atırdı, uşaqdan böyüyə hamıya əl tutmağa, ən azından xoş bir münasibətlə qarşısındakı adamın ürəyini açmağa çalışırdı.

Azər çox işıqlı adam idi, çox fədakar, böyük ürəyi vardı, hamıya can yandırırdı. O qədər sadiq, vəfalı, etibarlı dost, arxa, qardaş idi ki...

Biz çox tez-tez əlaqə saxlayırdıq. Müharibə vaxtı zəng edirdim, bəzən zəng çatmasa da, danışmağa şərait olan kimi özü zəng edirdi, xeyli danışırdıq.

Axşam olanda biz uşaqlarla stansiya tərəfə toplaşırıq. Bir dəfə zəng elədi, dedim Azər, yerin məlum, burdayıq, Xəzər də yanımızdadı. Danışdı, hal-əhval tutduq. Məndən halallıq istədi, Arif, mənə halallıq ver, - dedi,- Nə danışırsan, Azər? Sən elə vəfasız oğlan deyilsən, - dedim. Sənin Atan, Anan, Qardaşın, gözü yolda sevdiyin qız var. Sən nə danışırsan?! - dedim. Arif, Xocalıda o şərəfsizlərin törətdikləri elə vəhşiliklərə, elə kadrlara baxmışam ki, girdiyim bu müharibə bu dəqiqə məndən ötrü təkcə torpağı azad eləmək məsələsi deyil, həm də intiqam, qisas məsələsidi. O kadrlarda elə məqamlar görmüşəm ki, Torpağın azadlığı həm də qeyrət məsələsidi... Həmin gün xeyli danışdıq, halallaşdıq. Axırda da inamla,ürəklə dedi ki, “Bu yolda şəhid olsaq da, torpaqlarımızı qaytaracağıq. İnşallah Qələbə bizimdi, inşallah zəfər bizimdi!”...

Sonuncu danışığımızda isə mənə dönə-dönə tapşırdı ki, “Arif, Xəzər əmanəti. Xəzəri sizə tapşırıram. Onu tək qoymayın!” (Arifi qəhər boğur. Onsuz da heç zaman korşalmayacaq yarasını sızlatmağa, Arifdən daha çox şey soruşmağa ürəyim gəlmir...)

Xəzər... Azərin Arifə - və bizim hamımıza əmanət etdiyi böyük qardaş... O qədər doğma, o qədər mərhəmdi ki, ürəyimə. Hərdən elə bilirəm ki, Xəzərlə bir ananın bətnində böyüyüb əkiz dünyaya gəlmişik... İkimizin də ürəyimizdəki heç zaman qaysaq tutmayacaq yara – Qardaş dağı bizi doğmalaşdırıb, bu qısa zaman kəsiyində bir-birimizə qardaş olmuşuq... Xəzər mənim səsinə, nəfəsinə həsrət qaldığım, kürəyimi söykəməyə ehtiyac duyduğum qardaşım, böyüyə bilməyən böyüyüm – Hacıxəlilimin əvəzidi... Bu həyatda varlığına şükür etdiyim doğma Adam, əziz ünvandı Xəzər... Təkcə Azərin yox, mənim də böyük Qardaşımdı...

Bu dünyada adama verilən ad adamın xarakterini formalaşdırır elə bil. Xəzər elə adı qoyulan Dəniz kimidi. Dərya kimidi – dumduru, təmiz, bu yaşında da uşaq məsumiyyətində, körpə uşaq saflığındadı. Dərya kimi dərindi, dərin düşüncəlidi, sakitdi, səssizdi, susqundu. Xəzər həqiqətən də adı kimidi, susqun görünüşün içində köksündə qopan fırtınanı, dəniz kimi təlatümləri görməmək üçün kor olmaq gərəkdi... Onun susqunluğuyla söylədiklərini eşitməmək üçün sağır olmaq gərəkdi... Mən öyrəncəliyəm adamın baxışından ruhunu oxumağa, səssizliyindən içindəki kədəri dinləməyə, sükutunun içindəki zəlzələni görməyə... Xəzərin içindəki Azərin özü böyüklükdə acını, tənhalığı ifadə etmək üçün isə sözlərimin gücü yetmir...

Xəzərin isti evində ocağın başında iliklərinə qədər necə üşüdüyü, qışın oğlan çağında, bu boranlı havada necə için-için tüstüləndiyini, yanıb qovrulduğunu duyuram. “Azərin ucalığı ilə nə qədər qürur duysam da, amma o qədər çətindir ki...” – deyir. İzaholunmaz bir tale savaşının ortasındadı Xəzər. Bu həyatda dünyayla savaşmaqdan daha çətini dünyayla barışmaq imiş, Qardaş!

Nə yaxşı ki, Xəzər var... Ata ocağının çırağını yandıran, çiynini Atasının övlad yükünə dayaq verən, Nazim əminin yükünə şərik, dərdinə məlhəm, ömrünə həmdəm Xəzər var... yoxsa dünya daha çəkilməz olardı...

27 il əvvəlin bu günkü günü – 27 yanvarda Xəzər dünya qədər sevinmişdi ki, balaca qardaşı dünyaya gəlib... Evlərini yeni bir nəfəs, hənirti, körpə Azərin gülüşü bəzəmişdi həmin gün...

****

Orda bir kənd var, uzaqda...

O kənd bizim kəndimizdir...

İndi o kəndə qar yağır. Yox, yox, qar kəndə yağmır, Yusif babanın ocağına, ömrünü qar kimi ləkəsiz yaşayan Nazim əminin saçlarına, Yeganə Ananın ömrünə ələnib o qar... Xəzərin qardaş hənirtisinə həsrət qucağına, “Qardaş” deyin gözlərinin yaşını qar kimi selləndirən Dilrubənin, Nuranənin, Türkanın, Dilbərin, Məleykənin, Zülqaydənin ürəyinin içinə yağır o qar...

Vətəni Məcnuntək sevən Oğulun Leylasının – Azərin Songülünün isə taleyi buz bağlayıb... Onun nəinki haqqında danışmağa, heç adını çəkməyə belə sözlərimin gücü yetmir.

***

27 il bundan əqdəm 27 yanvarda Tanrıdan bir Nur parçası qopmuşdu.

Bu gün 27 yaşını tamamlayacaqdı...

Tanrı Elçisi idi... Tanrının qorxu nədir bilməyən Bozqurdlarından idi...

İlahi ədaləti bərqərar etmək üçün Yer üzünə göndərilmişdi...

Tanrının alnına yazdığı qutsal görəvini tamamladı...

26 yaşında Tarix yazdı, azad etdiyi Qarabağda yaşının sanı qədər 26 bayraq ucaltdı, təqvimlərdəki qara haşiyələri söküb atdı, qanıyla təqvimləri qırmızıya boyadı, adıyla ucaldı, adını tarixə yazdı...

27 yaşına varmamış üzüağ, alnıaçıq Tanrıya vardı...

Tanrıdan qopan o Nur parçası Ona qayıtdı... Zatən həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək... Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür...

Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi...

Azər bu cavan ömründə şəxsiyyət olmağı bacardı ki, 26 yaşında Şəxsiyyət olmaq hər yaradılana nəsib olmur... 26 yaşında Qəhrəmanlıq zirvəsinə ucalmaq da hər Oğulun işi deyil... 26 yaşında Haqqın Dərgahına mələk kimi qanadlanmaq, Uçmağa varmaq Tanrının ən gözəl alın yazısı, bəndənin ən gözəl nəsibidir. Azər bu yaşında Tanrının ən gözəl ərməğanıyla nəsibini aldı...

Tanrıdan qopan Nur parçası Tanrıya döndü... Ondan gələn Ona qayıtdı!...

Atam Oğlu, Nə gözəl üzlə döndün Tanrının qapısına!

Tanrı Dərgahında ilk doğum günün – Əbədiyyətdəki Doğuluşun, Mövludun, Ucalığın mübarək, Azərim!

Xəyalə ZƏRRABQIZI
Filologiya üzrə fəlsəfə doktoru
27 yanvar 2021-ci i
Oxşar xəbərlər
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
GÜNLÜK
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:45
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
06 May 2024 | 09:56
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 09:36
Laos Prezidenti Rusiyaya səfər edəcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:45
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
06 May 2024 | 09:56
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 09:36
Laos Prezidenti Rusiyaya səfər edəcək