“Ramiz Qəmbərov dedi ki, bizə nə olsa, azdır – T. Mehdiyev kimi generala dəstək vermədik..."
Araşdırma
Oxunub: 6988
27 Jan 2021 | 20:32
“Ramiz Qəmbərov dedi ki, bizə nə olsa, azdır – T. Mehdiyev kimi generala dəstək vermədik...
 “Görün, nə qədər gülünc ittiham irəli sürürlər. Guya mən kiminsə sifarişini yerinə yetirib döyüşçülərimizi qəsdən ölümə göndərmişəm ki, xalq qəzəblənib hakimiyyətin üzərinə qalxsın... Bir düşünün, mən, Müdafiə naziri orada ola-ola, əməliyyatın başında dura-dura özümə necə quyu qaza bilərdim? Amma əksinə, mənim əleyhimə olan kampaniyanın məqsədi bu idi ki, bir daha hansısa general, hansısa komandir  cürət edib ermənilərə qarşı hücum əməliyyatı keçirməsin...” 

Bunu Moderator.az-a növbəti açıqlamasında 1992-ci il yanvarın 25-26-da keçirilmiş  Daşaltı əməliyyatında guya “mənasız yerə” “onlarla oğlumuzun həlak olmasına” bais olması haqda artıq 29-cu ildir ki, meydana çıxan ittihamları növbəti dəfə cavablandıran sabiq Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev  söyləyib. 

General fikrinin davamında deyib:

“Təbliğat aparırdılar ki, Tacəddin Mehdiyevin hərbdən xəbəri yoxdur, savadsızdır-filandır. Bu minvalla şəhid və yaralı döyüşçülərin valideynlərini də üzərimə qaldırırdılar ki, bu yolla məni vəzifədən uzaqlaşdırsınlar.  Amma soruşan yox idi ki, Tacəddin Mehdiyevdən  başqa  bir nazir bilavasitə döyüş bölgəsində olub əməliyyata yerindəcə rəhbərlik edibmi? Hansısa nazirin 16 yaşlı oğlu atası ilə bərabər döyüşdə olubmu? Əsgərlərlə bir yerdə yeyib-içib, bir yerdə postda dayanıbmı?..”

Sabiq nazir Şuşada yerli özünümüdafiə dəstələri tərəfindən əməliyyata dəstək veriılmədiyini də qeyd edib:

“Bir məsələni də qeyd edim ki, Şuşadakı könüllülər tərəfindən də  bizə yetərincə dəstək olmadı... O  vaxt Şuşa özünümüdafiə taborunun komandiri rəhmətlik Ramiz Qəmbərova  dedim ki, tabor üzvlərini yığın sıraya,  onlarla görüş keçirək, söhbət edək. Cəmi 6-7 nəfər yığıldı. Halbuki, taborun siyahısında 300-dən çox döyüşçü vardı. Döyüş başlayan zaman isə onu çiynində avtomat görüb soruşdum ki, Ramiz, siz niyə yerli, ərazini yaxşı tanıyan  sakinlər kimi Daşaltı əməliyyatına dəstək vermirsiz. Cavab verdi ki, bizim öz planımız var, biz bu cür əməliyyatlara qatılmırıq. Təəssüf ki,  vaxtım olmadı o günlər Şuşada baş verənləri araşdırmağa ki, özünümüdafiə taborunun toplanmamasının əsas səbəbkarı kimlər olub. Amma sonradan çox şey aydın oldu...

Səhv etmirəmsə, Rəhim Qazıyevin məhkəməsi gedirdi. Hakim Ənvər Seyidov məni də dəvət etmişdi. Şuşada tağım komandiri olmuş Nail Kazımov öz ifadəsində Kosalar kəndində Ramiz Qənbərovun ona Daşaltı əməliyyatı və mənim barəmdə söylədiklərini açıqladı:  “Ağır döyüş gedirdi, ermənilər artıq kəndə yaxınlaşırdı.  Ramiz Qəmbərov əsəbi halda dedi ki, bizə nə olsa, azdır. Tacəddin Mehdiyev kimi vətənpərvər, savadlı bir generala dəstək vermədik ki,  Daşaltını azad etsin. Əksinə, Rəhimin sözünə qulaq asdıq... İndi də artıq  ölüm ayağındayıq və çıxış yolumuz yoxdur...”  

“Bələdçilər məsələsinə gələndə...  Onu düz deyirlər ki,  hərbi nizamnamədə mülki əhalidən bələdçi götürmək məsələsi yoxdur. Bu haqda mən məhkəmədə və telekanallardakı çıxışlarımda da demişəm. Əslində bizə heç bələdçi lazım deyildi, Şuşadan baxanda Daşaltı ovcumuzun içində idi.  Bələdçi götürməyi bizə əməliyyat zamanı şəhərdə təhlükəsizliyi təmin etmək, kənar adamların döyüş ərazisinə daxil olmasına imkan verməməsi məqsədi ilə dəvət etdiyimiz Şuşa rayon polis rəisi Vahid Bayramov təkidlə təklif etdi. Biz də ərazini tam yaxşı tanımadığımız üçün razılaşdıq. Bələdçilər isə bizim döyüşçüləri Daşaltına qısa yolla aparmaq əvəzinə, uzaq yolla- Kirs dağı istiqamətinə aparıb sonra  kəndə qaytardılar və nəticədə bizim dəstələrdən ikisi mühasirəyə düşdü və çox hissəsi döyüşdə həlak oldu. Məhkəmədə döyüşçülər danışırdı ki, biz irəli gedə-gedə  bələdçilərdən bəzilərinin odsaçan güllələrlə yerimizi düşmənə işarə verdiyi bəlli oldu.  Biz də xəyanətlərini görüb özümüz meşədə onları güllələməyə məcbur olduq... 

Bilirsiz, əslində biz Daşaltıda hərbçi kimi qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik, kəndin ərazisini ələ keçirdik.  Döyüş zamanı 80-ə yaxın erməni terrorçusunu gəbərtdik.  Bunu mediada çıxış edən bir çox döyüşçülər də təsdiqləyir. Sadəcə, xəyanət nəticəsində iki dəstəmizin mühasirəyə düşüb ciddi itki verməsi səbəbindən  geri çəkilməyə məcbur olduq... Və əslində hücum edən tərəf kimi bizim düşməndən azı 2-3 dəfə çox itki vermək ehtimalı vardı. Ancaq biz cəmi 23 nəfər itki verdik. Bu da döyüşçülərimizin yüksək vətənpərvərliyi və döyüş qabiliyyətindən irəli gəlirdi. Təəssüf ki, Daşaltı əməliyyatında iştirak edənlərin çoxuna layiqincə qiymət verilmədi... 

Onu da xatırladım ki, bu əməliyyatı tabor komandiri Nurəddin Abdullayev hazırlamışdı. O, bir ay öncə bir tağımla Daşaltıya girmişdi. N.Abdullayev kəndə bütün giriş-çıxış yollarını tanıdığından əməliyyatı hazırladı və mən də nazir kimi onu təsdiqlədim...

Bəziləri deyir ki,  Daşaltıya hücumdan öncə kəşfiyyat təşkil olunmamışdı. Bu da yalandır. Döyüşdən əvvəl kifayət qədər kəşfiyyat işləri aparılmışdı. Rəhmətlik Riad Əhmədov da öz dəstəsi ilə birgə kəşfiyyat da iştirak edibdir. Odur ki, əlimizdə düşmən, onun mövqeləri haqqında yetərincə informasiyalar var idi. Özü də biz  ermənilərə informasiya sızdırılmasından ehtiyat edərək əməliyyatı təyin olunmuş gündə yox, başqa gündə keçirdik. Sadəcə, dediyim kimi, xəyanət  qələbəmizi başa çatdırmağa imkan vermədi...” –deyə sabiq nazir vurğulayıb. 

Sultan Laçın

Oxşar xəbərlər
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”