"Türkiyənin hərbi bazası olsa, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz..."
Oxunub: 3019
24 Jan 2021 | 14:00
Azərbaycan Ordusu işğalçı Ermənistan üzərində böyük qələbə qazanıb, Qarabağa nəzarəti ələ alsa da, siyasət masasında həll edilməli olan ciddi problemlər var. Bunlardan ən vacibi Laçın dəhlizi, eyni zamanda hazırda ermənilərin yaşadığı Azərbaycanın Xankəndi, Xocalı və digər yaşayış məntəqələrinə tam nəzarətin bərpasıdır. Baş nazirin keçmiş müavini, Milli Məclisin üzvü Vahid Əhmədov müsahibəsində həm bu, həm də digər problemlərdən danışıb:

- Vahid müəllim, Rusiya Xarici işlər naziri Sergey Lavrovun son Qarabağ açıqlamalarını necə qiymətləndirirsiniz? Hansı ki Lavrov Dağlıq Qarabağın statusu haqda nələrəsə işarə edib.

- Rusiyanın bu məsələdə mövqeyini qənaətbəxş qiymətləndirməzdim. Mən həmişə demişəm, biz onlara inanmırıq, inana da bilmərik. Çünki üç gün əvvəl 20 Yanvar facisənin növbəti ildönümünü qeyd etdik, şəhidlərimizin ruhunu şad etdik, xatırladıq.

Sözsüz ki, Azərbaycan əldə etdiyi qələbə naminə, ölkəmizin ərazi bütövlüyünün bərpasını nəzərə alaraq dövlət başçımız icazə verdi ki, rus sülhməramlı qüvvələri münaqişə bölgəsinə gəlsinlər, müharibə dayansın, Ermənistan da məğlubiyyətini etiraf etsin. Ancaq bəzən eşidirik ki, sülhməramlılar onlara aidiyyəti olmayan işlərlə məşğul olur. Yeri gəlmişkən, bu barədə Türkiyə mətbuatı da yazır. Eləcədə Türkiyə dövlət rəsmiləri də bu barədə xəbərdarlıq edirlər.

Mən bir daha deyirəm, nə qədər ağır və çətin olsa da, bizim əsas məqsədimiz işğaldan azad olunan ərazilərin bərpası məsələsidir. Biz, bu əraziləri tez bir zamanda bərpa etməli, insanlarımızı oralarda yerləşdirməliyik.

Mənə elə gəlir ki, sülhməramlı qüvvələr heç beş il müddətində orada qalmayacaqlar. Müəyyən müddətdən sonra yəqin ki, onlar oradan gedəcəklər.

- Bu halda Xankəndinin taleyi necə olacaq?

- Xankəndi, Ağdərə, Xocavənd, Xocalıda da Azərbaycanın dövlət idarələri yerləşəcək, bütün problemlər də öz həllini tapacaq. Mənim buna şübhəm yoxdur.

Bu arada xüsusilə diqqəti bir məqama yönəltmək istərdim. Azərbaycanın dövlət başçısı yeni bir fərman imzaladı. Bu fərman əsasında cənab Prezident xüsusi nümayəndələr təyin edəcək. Baxaq görək, bəlkə elə həmin rayonlara da xüsusi nümayəndələr təyin olunacaq. Bu da, olduqca vacib məsələdir.

Amma mən hər zaman demişəm, bu gün bir daha vurğulamaq istərdim: əgər Ermənistan Azərbaycanla əlaqələr qurmaq, normal qonşuluq münasibətlərinə daxil olmaq istəyirsə, iki məsələni həll etməlidir.

Birincisi, Ermənistan dövlət kimi yaşamaq və inkişaf etməkdə maraqlıdırsa, Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanımalı, bizim sərhədlərimizə hörmətlə yanaşmalıdır. Bu, əsas məsələdir.

İkincisi, Dağlıq Qarabağın statusu məsələsini birdəfəlik unutmalıdır.

Rusiyanın Xarici işlər naziri Lavrov, eləcədə Federasiya Şurasının sədri mütəmadi olaraq Dağlıq Qarabağın statusu məsələsinə qayıdırlar. Fikrimcə, erməniləri əldə saxlamaq, həvəsləndirmək məqsədilə belə variantlara əl atırlar.

Bizim kifayət qədər təcrübəmiz var, eləcədə Vətən müharibəsi zamanı da müəyyən təcrübə əldə etdik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi var, qətiyyətli addımlar atır, ölkənin maraqlarını bütün sferalarda qoruyur. Bu mənada düşünürəm ki, nə qədər ağır və çətin olsa da, Qarabağ məsələsi Azərbaycanın xeyrinə həllini tapacaq. Bəli, qarşı tərəf təxribata gedir, bəzi addımlar atır. Amma sonda biz istədiyimiz nəticəni əldə edəcəyik.

- Siz hazırda bu proesdə ən vacib və əhəmiyyətli məsələnin hansı olduğunu düşünürsünüz?

- Məsələn, Laçın dəhlizində bizim hərbçilərimizlə, gömrükçülərimizin oturmasını vacib sayıram. Düşünürəm ki, bu məsələni həll etməliyik. Üstəlik, bunu gecikdirmək də olmaz. Laçın dəhlizindən Azərbaycana gələn hər bir şəxsin kim olduğunu bilməliyik. Eyni zamanda oradan Azərbaycana hansı yüklərin daşınmasından məlumatlı olmalıyıq.

Hörmətli Vladimir Putin çıxışlarının birində qeyd etdi ki, Qarabağa 48 min erməni qayıdıb. Görəsən, bu ermənilər kimlərdir? Terrorçudurlar, Azərbaycan dövlətinə qarşı müharibədə iştirak etmiş şəxslərdir, yoxsa mülki insanlardır? Bunların hamısı araşdırılmalıdır.

Biz qələbənin əhəmiyyətini nəzərə alaraq müəyyən güzəştlərə getdik. Amma Rusiya da anlamalıdır ki, bu torpaqlar Azərbaycana məxsusdur. BMT çərçivəsində, dünya bu torpaqların Azərbaycana məxsus olduğunu qəbul edib. Onların hamısı da Azərbaycanın ərazisi olacaq.

- Sizcə, Sergey Lavrovla Rusiya dövlətinin mövqeyi eynidir, yoxsa burada fərqliliklər var?

- Fikir verirsinizsə, Rusiyada müəyyən hadisələr baş verəndə ilk danışan Vladimir Jirinovski olur. Yəni o, Rusiyanın danışan dilidir. Sergey Lavrova gəldikdə, onun bir tərəfinin erməni olduğuna dair fikirlər mövcuddur, ola bilsin, bu məsələlərdə maraqlıdır. Özü də bir neçə gün əvvəl Ermənistanın Xarici işlər naziri ilə müzakirələr aparıb. Amma bunların heç birinin xeyri yoxdur. Artıq Azərbaycan o Azərbaycan, millət də əvvəlki millət deyil. Üstəlik, dövlət başçısının iradəsi var, lazım olanda ortaya dəmir iradəsini qoyur. Odur ki, bu məsələlər öz həllini tapacaq.

İkincisi, Türkiyə dövləti sülhməramlılar və digər məsələlərlə bağlı narazılığını dilə gətirib. Hesab edirəm, müəyyən qədər vaxt lazımdır. Amma eyni zamanda, çalışmaq lazımdır ki, ora artıq silah-sursat daxil olmasın. Bunun da yeganə yolu Laçın dəhlizində bizim sərhədçilərimizin oturub xidmət aparmasıdır.

- Ermənistanda müxalifətin indiki erməni hökumətinə qarşı sərt mövqe tutduğu müşahidə olunur. Sizcə, Ermənistandakı iqtidar probemin danışıqlar yolu ilə həll edilməsinə və hələlik nəzarətimizdən kənarda qalan ərazilərdə süverenliyimizin bərpasına razı olacaqmı?

- Erməniləri də bəzi addımlara təhrik edənlər var. Bir daha qeyd edim ki, Ermənistanın bir dövlət kimi yaşamaq və irəliləməyini istəyirlərsə, ermənilər iki məsələni həll etməlidir.

Dünyada düzən dəyişir, Qafqazda məsələlər tamam başqa istiqamətə yönəlir, Türkiyə artıq Qafqazdakı proseslərdə iştirak edir, sözünü deyir.

Pakistanla Azərbaycan arasında müəyyən anlaşmalar imzalandı. Bunlar adi məsələlər deyil. Pakistan nüvə dövləti, kifayət qədər böyük ölkədir. Bunların hamısı cənab Prezidentin apardığı siyasətdir ki, gələcəkdə hər hansı bir problem yaranmasın.

Amma mən onun tərəfdarıyam ki, Azərbaycanda Türkiyənin hərbi qüvvələri yerləşdirilsin. Bu, bizim üçün çox vacibdir. Bu, həm Qarabağda hansısa qarşıdurmanın, həm də ərazi bütövlüyümüzün qarantıdır. Üstəlik, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz, çünki Türkiyə NATO dövlətidir.

- ABŞ-da Donald Tramp dövrü bitdi, Con Baydenin hakimiyyəti başlayır. Sizcə, Bayden siyasətinin priroritetləri hansılar ola bilər?

- Öncədən bəzi şəxslər deyirdilər ki, Bayden erməni lobbisinə yaxın adamdır, müəyyən problemlər ola bilər. Amma hakimiyyətə gələn, səs toplamağa çalışan siyasətçinin seçkilər zamanı şişirdilmiş bəyanatlar verməsinə təbii yanaşmaq lazımdır. Mən düşünmürəm ki, Azərbaycanla Amerika arasında problemlər yarana bilər. Çünki ABŞ Azərbaycanı bu məsələlərdə kifayət qədər müdafiə edib, bizim ərazi bütövlüyümüzü tanıyıb. Ona görə də, hər hansı bir çətinlik ola bilməz.

Digər tərəfdən, Türkiyə NATO dövlətidir, hərbi ittifaqın ikinci ən güclü ölkəsidir. Güman edirəm ki, ABŞ-Türkiyə münasibətləri də yüksək səviyyədə qurulacaq.

Baydenin öz siyasətində hansı məsələləri önə çəkəcəyi zamanla ortaya çıxacaq. Tramp hakimiyyətdə olanda ənənəvi siyasətdən kənara çıxmışdı, amma Bayden kifayət qədər təcrübəli siyasətçidir, tanınmış adamdır. Gözləntim belədir ki, Bayden normal siyasət aparacaq, qarşıdurmalara getməyəcək.

Reyting.az
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama