“Artıq digər bölgələrdən də yüzlərlə soydaşımız  Qarabağda yaşamaq arzusuyla ərizələr verib...” 
Oxunub: 4694
19 Jan 2021 | 19:56
“Artıq digər bölgələrdən də yüzlərlə soydaşımız  Qarabağda yaşamaq arzusuyla ərizələr verib...” 
Milli Məclisin Laçın rayonundan deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadə ilə 44 günlük müzəffər Vətən savaşından sonrakı ilk görüşümüzdə öncə onu  torpaqlarımızın, o cümlədən doğma Laçın rayonu və  doğulub boya-başa çatdığı Güləbird kəndinin  də işğaldan azad olunması münasibətilə təbrik etdik.  Parlament üzvü  Moderator.az-a müsahibəsində işğaldan azad olunmuş Qarabağ torpaqlarına Böyük Qayıdış proqramı, həmin proqramın həyata keçirilməsi qarşısındakı çətinliklər, Milli Məclisdə bu istiqamətdə  görülmüş və gözlənilən işlər, konkret olaraq Laçın rayonuna qayıdışla bağlı problemlərdən və s.  bəhs edib.

(Əvvəli burada: //www.moderator.az/news/361092.html )

-Mahir müəllim, Qarabağ torpaqlarına qayıdacaq soydaşlarımızı düşündürən məsələlərdən  biri də orada yeni evlərin, yaşayış massivlərinin hansı prinsiplər və mexanizm əsasında salınacağıdır. Yəni, deyək ki, şəhərlərdə, rayon mərkəzlərində yaşayanlar üçün əsasən bina evləri, kəndlərdəkilər üçün isə həyət evləri tikiləcək. O tərəfi maraqlıdır ki, əksəriyyət, xüsusən kənd sakinləri yeni evlərinin  yandırılmış, dağıdılmış olsa da, məhz keçmiş dədə-baba ocaqlarının yerində tikilməsini arzulayır. Bax, bu cür məsələlər öz həllini necə tapacaq?..

-Bilavasitə yerində şahidi olmayanlar  telekanallarda, internetdə hər gün, hər saat yayımlanan video-kadrlardan da aydın görürlər ki, erməni vandalları əksər məntəqələrimizdə yaşayış binalarını,  o cümlədən həyət evlərini tamamilə dağıdıblar, bəzilərinin heç yanmış divarları da qalmayıb. Ağdamda, Füzulidə qəbiristanlıqları belə, şumlayaraq yerində taxıl sahələri, meyvə bağları salıblar. Bir sözlə, düşmən maksimum çalışıb ki, azərbaycanlıların o torpaqlardakı həyat izlərini tamamilə silsin. Həmin izlərin bərpası üçün, təbii ki, dediyiniz məsələlərə müsbət nöqteyi-nəzərdən yanaşılması vacibdir.  Yeri gəlmişkən, cənab Prezident də son çıxışlarından birində  erməni vəhşiliklərinin gələcək nəsillərə və xarici qonaq və turistlərə çatdırılması üçün işğaldan azad edilmiş rayon və şəhərlərdə səhra muzeylərinin yaradılmasının vacibliyini vurğuladı... 

O da var ki, işğalçı ermənilər özlərinin qanunsuz məskunlaşdıqları bəzi şəhər və kəndlərdə müəyyən dərəcədə əvvəlki yaşayış evlərini salamat saxlayıb, eyni zamanda özləri də bir neçə ev tikiblər. Bu baxımdan o torpaqlara qayıdacaq soydaşlarımıza yaşayış massivlərinin salınmasıyla bağlı, zənnimcə, iki yanaşma var. Birincisi, tamamilə yer üzündən silinmiş məntəqələrdə  büsbütün yeni massivlərin tikilməsidir. İkincisi də, qismən salamat qalmış yaşayış məntəqələrində dağıdılmış binaların bərpası  ilə yanaşı, yeni binaların tikintisidir... 

Bir sözlə, hesab edirəm ki, dövlətimiz on illərin əzab-əziyyətindən sonra Qarabağ yurdlarına dönən hər bir keçmiş köçkün vətəndaşın gerçəkliyə uyğun arzu-istəyini maksimum nəzərə almaq üçün mümkün olanı edəcək...

-Məlum olduğu kimi, dövlət başçısı bu günlərdə məcburi köçkünlər üçün nəzərdə tutularaq  tikintisi başa çatmış və ya tikilməkdə olan yeni evlərin şəhid ailələrinə verilməsi haqda qərar verdi. Əlbəttə, bu, ədalətli addımdır. Amma bir məsələ qaranlıq qalır ki, sizin Laçın rayonundan olan seçiciləriniz arasında da elə keçmiş köçkünlər var ki, on illərlə həddindən artıq dözülməz şəraitdə yaşayıb və son Vətən müharibəsinədək tezliklə yeni mənzillərlə təmin olunmalarına ümidli olublar. Təbii ki, torpaqlarımıza qayıdış prosesi isə azı bir neçə il çəkəcək. Belə keçmiş köçkünlər üçün dövlətimiz tərəfindən hər hansı bir istisna nəzərdə tutulmayıb ki?

-Öncə onu demək gərəkdir ki, son 25-30 il ərzində Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin  yaxşılaşdırılması üçün kifayət qədər işlər görülüb. Bilirsiz ki, 109-dan artıq yeni qəsəbə tikilib, təxminən 47 minə yaxın ailə yeni evlərə köçürülüb. Həmin müddət ərzində  hər bir məcburi köçkün sosial müavinətlə təmin olunub.  Köçkün övladlarına dövlət ali təhsil müəssisələrində ödənişsiz təhsil almaq hüququ verilib. Və s. və i.a. Bir sözlə, Azərbaycan dövləti dünyada qaçqın və məcburi köçkünlərə baxışla bağlı yeni, unikal bir model ortaya qoyub. Bu sahədə araşdırma apardığımdan dəqiq bilirəm ki, heç bir dövlətdə bunun analoqu yoxdur. Amma indi -  44 günlük müzəffər Vətən müharibəsindən sonra tamamilə fərqli bir gerçəklik yaranıb.  Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub və öncə ətraflı söylədiyimiz kimi, artıq keçmiş köçkünlərimizin həmin yurdlara qayıdışı, tezliklə onlar üçün o torpaqlarda yeni evlər tikilməsi üçün sürətli işlər aparılır. Bu baxımdan, cənab Prezidentin də vurğuladığı kimi,  Bakı, Sumqayıt və digər ərazilərdə tikilmiş və tikilməkdə olan yeni evlərin şəhid ailələrinə verilməsini, yəqin ki, keçmiş köçkün soydaşlarımız anlayışla qarşılayır. Təbii, dediyiniz kimi, yalnız Laçın rayonundan deyil, digər bölgələrdən olan keçmiş köçkünlər arasında da çox ağır  şəraitdə, normal  binalarda deyil,  qəzalı yataqxana, məktəb və bağçalarda, yarımçıq tikililərdə yaşayan və illərlə yeni mənzillərə köçürülməsini gözləyənlər var. Fəqət digər tərəfdən, biz, məcburi köçkünlər də onu unutmamalıyıq ki,  bilavasitə bizlərin didərgin salındığı torpaqların düşmən işğalından azad olunması uğrunda ən şirin nemət olan canını fəda edərək şəhid olan oğullarımızın ailələrinin hamıdan öncə mənzillə təmin olunması da məntiqlidir. Unutmamalıyıq ki, onların şəhidliyi sayəsində məhz bizim ata-baba yurdlarımız azad olunubdur. Bu nöqteyi-nəzərdən düşünürəm ki, dövlətimizin  qərarı ədalətlidir. Əlbəttə, insanların çətinlikləri anlaşılandır. Bununla belə, hər bir vətəndaş, o cümlədən keçmiş məcburi köçkünlər də - hər kəs öz sahəsində əlindən gələni etməlidir ki, biz tez bir zamanda  o torpaqlarımıza dönüb doğma yurdlarımızda yeni mənzillərlə təmin olunaq və  burada çətin vəziyyətdə yaşayanlarımızın da problemi həll olunsun. Ali Baş Komandanımız başda olmaqla dövlətimiz bu mövzuda qərarlıdır və söhbətimizin əvvəlində də vurğuladığımız kimi, artıq ilkin vəsait ayrılıb, gərəkli əməli addımlar atılıb və Böyük Qayıdış proqramına start verilib...

- 8 noyabr Zəfərimizdən sonra cəmiyyətdə gündən-günə aktuallaşan müzakirə mövzularından biri də artıq torpaqları azad olunmuş keçmiş məcburi köçkün soydaşlarımızın azad Qarabağ yurdlarına qayıdış istəyinin hansı səviyyədə olmasıdır. Yəqin ki, karantin dövrü olmasına rəğmən ünsiyyətdə olduğunuz laçınlı keçmiş köçkünlərlə də bu barədə söhbətlər edirsiniz?  

-Qəti əminəm ki, nəinki Laçın rayonu, işğaldan azad digər rayonların da hər bir sakini, dəyərli deputat həmkarım Aqil Abbas demişkən, o torpaqlara köçməkdən ötrü ölürlər. Sadəcə olaraq  Azərbaycanı  sevməyən kimlərsə  bu mövzunu mətbuatda və sosial şəbəkələrdə mənfi istiqamətdə qızışdırmağa çalışır. Cənab Prezidentin göstərişinə əsasən, bizdə olan  məlumata görə, artıq müvafiq təşkilatlar yaxın günlərdə  keçmiş  məcburi köçkünlərin torpaqlarına dönmək istəyi ilə bağlı sorğunun keçirilməsinə başlayacaq. Və mən elə özüm də  bir keçmiş məcburi köçkün kimi sizi inandırıram ki, o yurdların  hər bir əsl sakini öz ata-baba yurdunda yaşamaq, yaratmaq, o torpaqların daimi sakini olmaqla bağlı qərarlı və israrlıdır. Çünki bizim on illərlə nəinki arzuladığımız, həsrəti ilə qovrulduğumuz günlər yetişib. Allah Ali Baş Komandanımızı qorusun! Məhz onun –cənab Prezudentin rəhbərliyi, Azərbaycan ordusunun gücü,  şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına  o torpaqlar işğaldan azad edilibdir.  Və sizə deyim ki, bizim torpaqlarımıza dönməyimizlə bağlı yeganə bir  çətinlik və təhlükə varsa, o da minalanmış sahələrlə bağlıdır. Bu problem ortadan qalxandan sonra hər bir məcburi köçkün öz torpağına qayıtmaqla bağlı daha da israrlı olacaq...  

Bir məsələni də vurğulayım ki, şanlı Zəfərimizdən sonra nəinki o torpaqların əsl sakinləri olan keçmiş didərginlər, digər bölgələrimizdən, xüsusən də  Qərbi Azərbaycandan(Ermənistan) olan  yüzlərlə soydaşımız Qarabağa köçüb orada daimi yaşamaq arzusuyla bağlı artıq aidiyyəti orqanlara  rəsmi ərizələr verib.  Odur ki, işğaldan azad torpaqlarımıza qayıtmaq istəyi məsələsinin mübahisə predmeti olmadığını düşünürəm... Hazırda bu arzu, istəklə yaşayan hər bir azərbaycanlı  o yurdlara qayıdışın start götürməsi ilə bağlı ölkə Prezidentinin qərar və göstərişlərini səbirsizliklə gözləyir...

Sultan Laçın

Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."