Qənirə Paşayeva qırğızca nəşr edilən “Qarabağ hekayələri”-nin təqdimatında Türk dünyasına çağırış edib
Oxunub: 1081
19 Jan 2021 | 13:06
Qənirə Paşayeva qırğızca nəşr edilən “Qarabağ hekayələri”-nin təqdimatında Türk dünyasına çağırış edib
MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qırğızca nəşr edilən “Qarabağ hekayələri”-nin təqdimatında Türk dünyasına çağırış edib.

Daha öncə Türkiyədə nəşr (və bir neçə dəfə təkrar nəşr) edilmiş, sonra özbəkcə və qazaxcaya çevrilmiş “Qarabağ hekayələri” 2021-ci ilin ilk günlərində qırğızca nəşr olunub. Nəşrin ideyası Qənirə Paşayeva və İmdat Avşara məxsusdur.
Qırğızca gün üzü görən “Qarabağ hekayələri”nin tərtibçiləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Xalqlararası koordinatoru, Qırğız-Türk MANAS Universitetinin müəllimi, şair-tərcüməçi Altınbek İsmayıldır. İki cilddə nəzərdə tutulmuş nəşrin redaksiya heyətinə, Qənirə Paşayeva və Altınbek İsmayılla yanaşı, Azərbaycanın Qırğız Respublikasındakı Səfiri Hidayət Orucov, Milli Məclisin üzvü dr.Cavanşir Feyziyev, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) başqanı, Əməkdar Mədəniyyət işçisi, şair-tərcüməçi Nurlan Kalıbekov, şair-tərcüməçilər Kubançıbek Arkabaev, Bekbolat Sarıbay daxildir. Kitabı qırğızcaya istedadlı yeni nəsil şair-tərcüməçiləri Jıldızbek Tursunbay, Joldubek Kaçkınbaev, Kanıbek Umurzakov və Altınbek İsmaillə Bekbolat Sarıbay uyğunlaşdırıb. Kitabın rəssam-dizayneri Samat Asılkerimovdur. Kitab Bişkekdəki “Uluu Toolor” nəşriyyatında gün üzü görüb.
Qırğızca “Qarabağ hekayələri”nin I cildində 13 Azərbaycan yazarının qırğızcaya uyğunlaşdırılmış 14 hekayəsi yer alıb. Kitabın baş redaktoru və “Önsöz”ün müəllifi Nurlan Kalıbekov, “Təqdim” yazısının müəllifi Qənirə Paşayevadır.
Nəşrin ilk – “onlayn” təqdimatında redaksiya heyətinin üzvləri, onun araya-ərsəyə gəlməsində iştirak edən qurumların təmsilçiləri iştirak edib.
Qənirə Paşayeva “Qarabağ hekayələri”nin nəşrə hazırlanma prosesindən, bundan öncə Türkiyə, Özbəkistan və Qazaxıstanda nəşr olunmasından danışaraq, Qarabağda yaşananların qırğız oxucusuna çatdırılmasının əlamətdar günlərə təsadüf etdiyini bildirib:
“Biz bu təşəbbüslə 2019-cu ildə çıxış etdik. O zaman qırğız yazar dostlarımız “Gənc qırğız şeiri” antologiyasının təqdimatı üçün Bakıya gəlmişdi. Həmin vaxt “Qarabağ türk dünyasının ortaq problemidir, qardaşlarımızın bizim problemimizi öz problemi bilmələri üçün həqiqətlərimizi bilməlidir; bununçün ədəbiyyat ən təsirli yollardan biridir” deyirdik. Bugün isə “Azərbaycanın zəfəri qardaşlarımızın da zəfəridir” deyirik. Bəli, ötən il Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, bu işdə bizim səsimizə səs verən bütün insanlara, o cümlədən qırğız yazarlarına könül dolusu təşəkkür edirik. İnanıram ki “Qarabağ hekayələri” ilə tanışlıq qırğız oxucusunda ötən illərdə bizim nələr çəkdiyimizi, nələr itirdiklərimizi və bugünkü qələbənin necə çətinkliklə qazanıldığını dəyərləndirməkçün mühüm rol oynayacaq.
Mən bu kitabın zəhmətini çəkən bütün dostlarıma, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, əziz qardaşımız Nurlan Kalıbekov başda olmaqla, qırğız yazar və tərcüməçilərinə təşəkkür edirəm.
Qırğızca “Qarabağ hekayələri” “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB), “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİM İB), Qırğız Respublikası Milli Yazıçılar Birliyi (QMYB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və “AZMAN” holdinqin iştirakı və dəstəyi ilə nəşr olunub.
Bir daha bütün əməyi keçənlərə, bizdən öz məsləhət və tövsiyyələrini əsirgəməyən hörmətli Səfirimiz Hidayət Orucova, bu “onlayın” təqdimatda iştirak edən, türk dünyası ilə bağlı qiymətli kitabların müəllifi, dəyərli həmkarım Cavanşir Feyziyevə, qardaş Türkiyədən olan yazıçı-tərcüməçi qardaşım, uzun illərdir birgə layihələr icra etdiyimiz İmdat Avşara, nəşrin redaksiya heyətinin üzvlərinə, müəlliflərə tək-tək sayğılarımı yetirirəm. Çox sağ olun. Əmin ola bilərsiniz ki əməyiniz itməyəcək. “Qarabağ hekayələri” neçə könül qazanacaq, neçə kitabxanada, mədəniyyət, təhsil və elm ocağında öz layiqli yerini alacaqdır. Bu işin özəlliklə gənc qırğız qardaş-bacılarımız üçün önəm daşıdığına inanıram.
Azərbaycanda Prezidenti tərəfindən 2021-ci il NİZAMİ İli və Şuşa Mədəniyyət Paytaxtı elan edilib; həmçinin uzun fasilədən sonra Şuşada “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” təşkil olunacaq. Qırğız yazar dostlarımızı hər üç səbəblə keçiriləcək tədbirlərdə görməkdən şad olacağıq”.
Təqdimatda çıxış edən Nurlan Kalıbekov Azərbaycana iki dəfə səfər etdiyini, hər dəfə “növbəti görüşümüz Qarabağda, Şuşada olsun” duasını eşitdiyini, nəhayət üçüncü səfərində bu duanın gerçəkləşəyi üçün çox şad olduğunu söyləyib, Qarabağ hekayələrini oxuyarkən göz yaşlarına hakim ola bilmədiyini deyib. Hekayələrin onda dərin təəssüratlar yaratdığını vurğulayan QMYB başqanı, 2019-cu ildə DGTYB-nin nəşr etdiyi “Gənc qırğız şeiri” antologiyasının təqdimatı üçün Azərbaycanda səfərdə olarkən DGTYB və AYB ilə işbirliyi məqsədi ilə Anlaşma imzaladığını xatırladıb. N.Kalıbekov gələcəkdə yeni birgə nəşrlərlə çıxış etməyə hazır olduqlarını açıqlayıb.
Təqdimatda çıxış edən Millət vəkili Cavanşir Feyziyev Qarabağ mövzusunu qırğız oxucularına yaxından tanıtmaq məqsədilə bu kitabın gün üzü görməsinə rəhbərlik etdiyinə görə QMYB başqanı Nurlan Kalıbekova, zəhməti olan hər kəsə minnətdarlığını bildirib. C.Feyziyev son aylarda Qarabağ ərazisində hərbi əməliyyatların gedişi zamanı qırğız gənclərinin sosial şəbəkələrdəki fəallığını yüksək qiymətləndirib və Azərbaycanın haqq işində göstərdiyi mənəvi dəstəyə görə qırğız xalqına minnətdarlığını ifadə edib.
Millət vəkili bildirib ki, Azərbaycanda da Qırğız Respublikasında baş verən ictimai-siyasi hadisələr diqqətlə izlənir, xalqımız qardaş qırğız xalqına əmin-amanlıq şəraitində yaşamağı arzulayır.
Millət vəkili 2019-cu ildə Qırğız yazarlarının Bakıya səfərini məmnuniyyətlə xatırlayaraq, pandemiya məhdudiyyətləri aradan qaldırıldıqdan sonra qırğız yazarlarını artıq işğaldan azad olunmuş Qarabağa səfər etməyə dəvət edib.
Qırğız-Türk MANAS Universitetinin müəllimi, DGTYB Xalqlararası koordinatoru, şair-tərcüməçi Altınbek İsmayılın aparıcılığı ilə baş tutan “onlayn” təqdimatda Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisisit Əkbər Qoşalı, Türk Ədəbiyyatı Vəqfinin başqan müavini, yazıçı-tərcüməçi İmdad Avşar, RHİMİ İB sədri Arzu Bağırova, DGTYB başqanı İntiqam Yaşar, qırğız yazar və tərcüməçiləri Jedigar Saalaev, Bakıtgül Çoturova, Kubançıbek Arkabaev, Bekbolat Sarıbay, Jıldızbek Tursunbay, Joldubek Kaçkınbaev, Kanıbek Umurzakov çıxış edib, ürək sözlərini bölüşüb.
Çıxış edənlər vurğulayıb ki, mədəni, humanitar əlaqələrin dərinləşdirilməsi qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə yaxınlaşmalar üçün möhkəm zəmin yaradır.
Kitabın tərcüməçiləri və redaktorları kitabın çapa hazırlanması prosesində hekayələri həyəcansız oxuya bilmədiklərini, oxuduqca ağladıqlarını dilə gətirərək, hekayələrin qırğız dilində nəşr olunmasının Azərbaycan haqqında, özəliklə də son 30 ildə Qarabağda baş verən hadisələrin qırğız oxucusu tərəfindən daha aydın başa düşülməsinə yardım edəcəyini vurğulayıb.
Oxşar xəbərlər
15:57, Bu gün
Milli Teatrda “İblis və...” tamaşasının məşqlərinə başlanılıb - FOTOLAR
15:52, Bu gün
Magistratura imtahanının yekun nəticələri AÇIQLANDI
15:48, Bu gün
DİM və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb
15:43, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:38, Bu gün
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
15:33, Bu gün
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
15:28, Bu gün
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək
15:25, Bu gün
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
15:19, Bu gün
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
15:15, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO
15:08, Bu gün
Ekspert: "Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər"
15:03, Bu gün
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
15:00, Bu gün
Avropada baş nazirlərə sui-qəsdlər: Dinə aidiyyəti olmayan cinayətlər - TƏHLİL + FOTO
14:56, Bu gün
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
14:52, Bu gün
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
14:48, Bu gün
“Qarabağ”ın oyununda qadın hakimlər
14:43, Bu gün
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
14:37, Bu gün
Kərim Vəliyev artilleriya bölmələrinin taktiki təlimini izlədi - FOTOLAR
14:31, Bu gün
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
14:28, Bu gün
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
14:26, Bu gün
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB
14:22, Bu gün
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
14:18, Bu gün
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:16, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə
14:14, Bu gün
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
14:08, Bu gün
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 16:10
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO
16 May 2024 | 16:21
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir UĞURU
16 May 2024 | 16:38
ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!
16 May 2024 | 16:46
Paşinyan öldürüləcək: Putin dedi ki... 
16 May 2024 | 16:35
"Putin Çinə səfərə gəlib, Si Tszinpinlə sanksiyalar və müharibədən danışacaq" - "Financial Times"
16 May 2024 | 16:54
Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı
16 May 2024 | 16:42
ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO
16 May 2024 | 16:24
BDU və Milli Depozit Mərkəzi arasında memorandum imzalandı - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 16:10
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO
16 May 2024 | 16:21
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir UĞURU
16 May 2024 | 16:38
ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!
16 May 2024 | 16:46
Paşinyan öldürüləcək: Putin dedi ki... 
16 May 2024 | 16:35
"Putin Çinə səfərə gəlib, Si Tszinpinlə sanksiyalar və müharibədən danışacaq" - "Financial Times"
16 May 2024 | 16:54
Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı
16 May 2024 | 16:42
ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO
16 May 2024 | 16:24
BDU və Milli Depozit Mərkəzi arasında memorandum imzalandı - FOTO