"Mart və aprelə qədər mina təmizlənməsi başa çatmasa 2021-ci il itirilmiş olacaq..."
Oxunub: 5049
19 Jan 2021 | 10:33
"Məskunlaşma və Minatəmizləmə işləri ilk növbədə Qubadlı və Zəngilan rayonlarından başlamalıdır,

Konfliktoloq Elxan Mehdiyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Elxan bəy, qaçqınlar evə dönmək, quruculuq işləri aparmaq haqqında nə düşünür?

- Artıq 2 aydır ki, müharibə sona çatmışdır. Və faktiki olaraq müharibə başa çatmazdan öncə işğaldan azad olunan rayonlarımızda yerli hakimiyyət  orqanlarının ilk strukturları qurulmuşdur. 
Indi artıq hər bir qaçqın ailəsi öz evini görmək, dəyərləndirmək və quruculuq işləri üçün planlar qurur. Ölkə Prezidenti ilk gündən etibarən bu torpaqları cənnətə çevirəcəyik, bütün yaşayış yerlərini yenidən quracağıq, bütün şəhər və kəndlərimizi əvvəlkindən də daha yaxşı şəkildə tikəcəyik deyir. Əlbəttə, dövlətin başçısı belə deməlidir və bu həm dünyaya, həm dostlara və həm də düşmənə bir mesajdır.  
Lakin mən düşünürəm ki, Prezidentin bu cür çıxışları bizim qaçqınlar arasında tamamilə fərqli yanaşmaya gətirmişdir. Ölkədən kənarda olsam da, hər dəqiqə elə bizim camaatla əlaqədəyəm. Çox saylı qaçqın dost, tanış, qohum, yerlilərimizlə danışıqlarım məndə heç də xoş olmayan təəssürat yaratmışdır. 

- Niyə?

- Çünki, bizim qaçqınlar arasında belə fikir formalaşır ki, onlar hələ Bakıda, Sumqayıtda, Gəncədə oturacaqlar, qaçqın güzəştlərindən istifadə edəcəklər və hökümət onlara kəndlərində ev tikəcək, qaz və işiq çəkəcək və sonra onlar evlərinə dönəcəklər. Bu fikirdə olanlar Prezidentin çıxışlarına istinad edərək bu cür arzularla yaşayırlar. Bu cür fikirləri eşitmək şəxsən mənə heç də xoş deyil, əksinə, əsəbilik yaradır. Sizcə, bu cür mümkündürmü? Mən hesab edirəm ki, bu mümkün deyil.  Bu qədər dağlarda, dərələrdə, çay kənarında və yol kənarında yerləşən  kəndlərdə hansı hökümət bu qədər kənd evini bərpa edə bilər və ya yenidən ev tikə bilər? Bunu tikməyə başlasa da bu 10 ildən çox vaxt tələb edər. Bir də ki, tikinti şirkətləri tərəfindən şablon bir layihə ilə bu cür evlər tikilərsə onlar kənd evləri olacaqmı?. Yəqin ki, çadırlardan çıxarılan qaçqınlara tikilən müvəqqəti evlər kimi standart evlər olacaq. Biz bunu istəyirikmi?  
Mən hesab edirəm ki, dövlətin qaçqınlara köməyi bu cür  olmamalıdır. Mənim və biz tərəfin camaatının anladığım dövlət köməyi tamamilə başqa cürdür. Yanaşma bu cür olmalıdır: hər kəs öz evini tiksin və hökümət ona maliyyə yardımı etsin. İndiyə kimi mövcud olan yerli hakimiyyət orqanları hər kənddə, hər sovetlikdə nə qədər təsərrüfatın və evin olduğunu bilir. Hər kəs də öz evini və torpağını tanıyır. Hər kəs öz dədə -baba evini tiksin və ya bərpa etsin və dövlət də ona birdəfəlik maliyyə yardımı ilə kömək etsin. Tutaq ki, hər kəsə 20 min manat məbləği ilə. Bunu etmirsə o zaman uzunmüddətli faizsiz kredit versin. Məsələn, Türkiyədə kecən il əhaliyə ev almaq üçün 0,64% -lə uzunmüddətli kreditlər verildi. Kredit isə bir ildən sonra, yəni 2021-ci ilin İyul ayından sonra ödəniləcək. 1 il heç kim heç nə ödəməyəcək. Bizdə də faizsiz kredit verilə bilər və ödəmə isə 3 il sonra başlana bilər. Bu 3 il ərzində insanlar da işlərini qurub ödəmələrə hazır olar. Bu həm dövlətə faydalı olar və həm də təsərrüfat və ev sahibinə öz evini tikmək və ya bərpa etmək üçün sərbəstlik verər. Ev sahibi də istədiyi formada evini tikər və ya bərpa edər. Sonra ailədə kim özünə neçə ev tikər, o onların öz işidir. Çünki qaçqınlıqdan əvvəl bir evdə 9 uşaqlı ailə yaşayırdısa, indi onlar da böyümüş və onların hər biri fərdi olaraq özünə ev tikmək istər. Onlara birdəfəlik maliyyə yardımı yox, bu cür güzəştli kreditlər verilməlidir. Bu da bizim maraqlarımıza uyğundur, çünki məskunlaşmanı artırır.
Əgər bu məsələ əvvəllər edildiyi ki, şirkətlərə verilsə şirkətlər dövlətin pulu ilə hər fərdə ən az 60-70 min manat smeta tutub ev tikmək arzusuna düşəcəksə, biz nə ordu saxlaya bilərik, nə də şəhər və kəndləri yenidən qura bilərik. Bu böyük xaos yarada bilər və inanın bu dövrün ən böyük korrupsiyasına səbəb ola bilər. Şirkətlərə verilən pulun üçdə biri təsərrüfat sahiblərinə verilərsə onların özləri öz zövqunə və planına uyğun da evini tikər. 
İkincisi, bizim əsgərlərimiz özlərini şəhid edib, şikəst edib bu torpaqları düşmən işğalından azad edib. İndi də qarlı şaxtalı dağlarda keşik çəkirlər.  O zaman bizim işimiz nədir? Bizim də işimiz quruculuq işində fədakarlıq və ya qəhrəmanlıq etməkdir. Bu işi heç bir hökümət təkbaşına görə bilməz. Biz qaçqınlar 28 ildir torpaqlarımızın azad olunmasını gözləyiriksə, o zaman bizim fədakarlığımız nədə ifadə olunacaq?. Müvəqqəti əziyyətə dözüb evlərimizi bərpa etməliyik. Bu işi dövlətin üstünə qoysaq Azərbaycan çox ağır vəziyyətə düşəcək.

- Sizcə qaçqınlar bu çür yanaşmaya necə baxar?

- Yanaşmalar fərqlidir. Minalardan təmizləsinlər və biz həmən gedib evimizi bərpa edib öz yoluna qoyacağıq deyənlər üstünlük təşkil edir.  “İlham Əliyevin Allah canını saxlasın,  evimizi tikib verəcək” psixologiyası ilə yaşayanlar da var.  Hamımız bilirik ki, ev tikintisini bir gün, bir ay içərisində tam başa çatdırmaq mümkün deyil.  İlkin olaraq hər kəs gedib 1-2 otağı yaşam halına salaraq yavaş- yavaş il ərzində tam başa çatdıra bilər. Torpağına qayıdan adam bu cür kiçik çətinlikləri heç dilinə də gətirməməlidir. Əksinə sevinməlidir.  Bizim qaçqın camaatının mühüm bir hissəsi  şəhərlərdə özünə, oğluna öz halal zəhməti hesabına ev və mülkiyyət almışdır. Bu da köməkedici amildir. Kim Sumqayıtda bir evini satarsa, kənddə əvəzində 8 otaqlı mənzil tikə bilər. Bütün bu mexanizmləri işə salmaq lazımdır.  Yoxsa “Sumqayıtdakı evimi kirayə verəcəm, kənddə evimi tikib versinlər gedim” yanaşması ilə hərəkət edənlər bir an şəhidləri, qəhrəman əsgərlərimizi düşünsünlər. Bizim həyatımız o kəndlərdir və Bakıda və Sumqayıtda sarayda yaşasaq da,o cür həyat  28 ildir vətənsiz qalmış bizlər üçün süni həyatdan başqa bir şey deyil. Bizim qaçqınların əksəriyyyəti də bu cür düşünür. 

- Sizin əsas fikriniz odur ki,  dövlət kənd evlərininin tikilməsinə kömək etməlidir amma özü tikməməlidir?

- Hökümətin və şirkətlərin kəndlərdə ev tikməsini ağlıma belə gətirə bilmirəm. 50 evdən ibarət orta səviyyəli bir kəndin tikilməsi prosesinə baxaq. Hər binada ən azı 5 nəfər usta və fəhlə işləməlidir. Bu 250 nəfər edir. Bu qədər adam, Qubadlının Əbilcə kəndində harada qalacaq, harada yatacaq, nə yeyəcək ?  Bu cür eyni tipli tikilən evlər də bütün kəndlərin kənd gözəlliyini də əlindən alacaq. Evlərimizi uçurub onun yerindəmi tikəcəklər. Yox, bunu heç kim qəbul etməz. Əgər məsələ belədirsə, o zaman elə hər kənddə  betondan 1-2 beşmərtəbə ev tikilər və hamı da ora yığışar.  O kənd olacaqmı?  
Ona görə də mənim hər iki tərəfə, həm hökümət dairələrinə və bu sifarişləri almağa can atan şirkətlərə və ən əsası mənim qaçqın  yerlilərimə müraciətim vardır.. 
1-cisi, kəndlər o zaman tez bir zamanda məskunlaşacaq ki, kəndin sakinləri öz dağıdılmış evlərinə qayıdıb, müvəqqəti çətinliklərlə üzləşsələr də,öz evlərinin və həyət və baxçalarının bərpasına başlasınlar.  Əgər  biz qaçqınlar oturub hökümətin bizə ev tikəcəyini gözləsək, o zaman ən azı 5 il gözləməli olacağıq. Bu elə o deməkdir ki, biz öz vətəninizə dönməkdə heç də həvəsdə deyilik.   Nəyə görə 5 il, çünki bu uzun işdir və ortada minlərlə kənd var. Ən kiçik rayon Qubadlıdır, onun da 96 kəndi var. Digər tərəfdən təkcə kəndlər deyil,  baxın görün nə qədər idarələr, müəsisələr, banklar, infrastruktur işləri görülməlidir və bütün bunlar böyük maliyyə, koordinasiya və işçi qüvvəsi və material tələb edir və bunları da dövlət edəcək. 
Ən mühüm çağırışlardan biri budur ki, nə hökümət və nə Prezident  “biz hamının evlərini tikəcəyik” ifadəsini  işlətməməlidir.  Bu mümkün deyil. Belə deyiləndə qaçqınlar da başqa cür anlayır. Yerli hakimiyyət orqanları da bunu izah etməkdə tam bilgiyə malik deyillər... Ümumiyyətlə, hökümət orqanları bu haqda heç bir dəqiq məlumat da verə bilmir və nə də müzakirə aparılmır. “Biz qaçqınların öz evlərini bərpa etməsinə və ya tikməsinə kömək edəcəyik”  desələr,o artıq dəqiq məna daşıyar.
Hökümətin burada bir köməyi də bu yaşayış məntəqələri yaxınlığında tikinti məhsulları anbarları yaradılması ola bilər. Bu çox önəmli məsələdir. Çünki, yoxsa Qubadlıdan vurub bir kub taxta almaq üçün Horadizə gəlməli olacaqsansa, o zaman bu iş də getməz. Yəqin ki, Horadizdə də tələbata görə qiymətlər də astronomik olacaq. 

- Sizin bölgələrin vəziyyəti necədir?
 
- Qubadlı və Zəngilan rayonları ilə Fizuli və Ağdamı bir yerə qoymaq olmaz. Məsələn, Qubadlı  rayonunun böyük hissəsində tezliklə  məskunlaşma işlərinə başlamaq mümkündür. Çünki bizim üstünlüyümüz odur ki, bağ və bostanlarımız, ağaclarımızın bir qismi sag qalmışdır.   Fizuli rayonunda bir ev yeri qalmadığı halda, bizlərdə yıxılmış evləri müvəqqəti yaşamaq halına salıb təsərrüfat işlərinə hənən keçmək üçün hər bir şərait var. Qarşıdan yaz və yay gəlir və bu işləri görmək üçün münbit şərait var. 
Ancaq bütün bu işləri görmək üçün ilk növbədə mina axtaranlar qrupunu bu bölgələrə göndərib yaşayış məntəqələrini minalardan təmizləmək lazımdır.  Mina təmizlənməsi ilkin olaraq məskunlaşmaya münbit ərazilərdə aparılmalıdır.  Qubadlı və Zəngilan bu baxımdan ən münbit ərazilərdir. İlkin dəyərləndirmələr bu zonada minaların minimum səviyyədə olduğunu göstərir. Lakin təbii ki risklər vardır. Qubadlı və Zəngilan bölgəsində  ermənilər məskunlaşdığından və burada əkin sahələrini də istifadə etdiklərindən mina riskinin də az olduğu ehtimal edilir.  Ermənilərin hansı kəndlərdə minalar basdırdığını ordumuz daha yaxşı bilir.
Əks halda, bu Mart və Aprel ayına qədər bu kəndlərdə mina təzilənməsi başa çatmasa 2021 ci il itirilmiş olacaq. Çünki payıza qədər ev, eşik yaşamaq halına salınmasa, bu iş qaldı 2022-yə. Bunu isə heç kim istəmir. 
Digər tərəfdən Qubadlı və Zəngilanın tezliklə məskunlaşdırılması Azərbaycanın təhlükəsizliyi baxımından çox önəmlidir. Bu rayonlar Ermənistanla sərhəd zonasıdır və ərazimizin və ordumuzun təhlükəsizliyi də bu işlərin tezliklə həllini tələb edir. Bu işlərdə yerli icra orqanları təşəbbüsdə olmalı və onların və silahlı qüvvələrin birgə təklifləri həlledici olmalıdır. 
Qubadlının məskunlaşdırılması avtomatik olaraq Laçının kəndlərinin məskunlaşdırılmasını da labüd edir. Çünki bütün yollar Qubadlıdan keçir. Qubadlının məskunlaşması həm də Laçının təhlükəsizliyi məsələsidir.  Laçına həm Qubadlıdan və həm də Hadrut ərazisindən keçidlər vardır. Bu baxımdan, tikinti materiallarının bu kəndlərə daşınması da asanlaşır.  Hökümətin məskunlaşdırma siyasəti çevik olmalıdır. Görünən odur ki, bu iş ləng gedir.
Oxşar xəbərlər
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 10:12
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
02 May 2024 | 10:11
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
02 May 2024 | 10:14
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
02 May 2024 | 10:12
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 10:12
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
02 May 2024 | 10:11
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
02 May 2024 | 10:14
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
02 May 2024 | 10:12
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB