“Əbülfəs Qarayevə dedim ki, o nə dərdimə dərman olacaq, nə də vətəni sevməyimə...”
Oxunub: 5418
18 Jan 2021 | 15:46
“Əbülfəs Qarayevə dedim ki, o nə dərdimə dərman olacaq, nə də vətəni sevməyimə...”
Moderator.az məşhur gitara ifaçısı Rəhman Məmmədli ilə müsahibəni təqdim edir:

- Rəhman müəllim, bütün bu çətinliklərin içində düşmən üzərində qələbə qazanmağımız sizi nə qədər təsirləndirdi?

- Təbii ki, bir Azərbaycan vətəndaşı, ölkəsini, dövlətini sevən musiqiçi kimi çox sevinirəm. Mənim fikrimcə, qazandığımız qələbə bizə o çətinlikləri unutdurdu.

- Bəs doğulduğunuz Füzuli rayonun işğaldan azad edilmə xəbərini kimsə sizə deyəndə ona bir hədiyyə vermədinizmi?

- Ən böyük hədiyyəni cənab prezidentə borcluyam. Çünki yolda getdiyim yerdə ölkə başçısının çıxışında eşitdim ki, Füzuli işğaldan azad edildib. Onda maşını yolun kənarında saxlayıb sosial şəbəkədə canlı yayım etdim və təəssüratlarımı insanlarla bölüşdüm. Bir sözlə, hər şeyə görə ölkə başçısına borcluyuq. 

- Valideynləriniz yaşayırmı?

- Çox təəssüf hər ikisi Bakıda rəhmətə getdi. Elə ürəyimdə qalan ən böyük arzularımdan biri də bu oldu ki, onlar Füzulinin işğaldan azad edilməsini görmədilər. Mən onları aparıb o yerləri göstərə bilmədim. Füzuli həsrəti ilə dünyalarını dəyişdilər. Məzarlarını ziyarət edib onlara qələbə xəbərimizi çatdırdım. İndi qurban olduğum Allah onlara bunu necə çatdırır, onu bilmirəm. 

- Bəs 44 günlük müharibə dövründə cəbhəyə getmək və əsgərlərimizlə görüşmək imkanınız oldumu?

- Əslində qismən səfərbərlik olanda bizim rayonda bu işlə məşğul olan adamlarla əlaqə saxladım və məni də ordu sıralarına yazmalarını xahiş etdim. Hansı ki, bir ay yarımdan sonra altmış yaşım tamam olacaq. Onlar dedilər ki, sənətkar, bu sənə aid iş deyil, şükür Allaha ordumuz var. Amma əsgərlərimizə imkanım çatan qədər dəstək olmuşam və heç bunu istəməzdim deyəm. 

- Karantin dövrü daha çox musiqiçilər üçün çətin oldu. Çünki toylar olmadığı üçün qazana bilmədilər. Siz bu günləri necə keçirirsiniz?

- Çox çətindi. Bəzən görürsən ki, müsahibələrə yazılan şərhlərə baxanda görürəm ki, bizim cameəmizdə bir neçə imkanlı müğənnilərimiz var. Musiqiçilər alət ifaçılarıdır və onların elə böyük imkanları yoxdur. Millətimizin  əksəriyyəti bizim kimi sənətçiləri də o imkanlı müğənnilərin siyahısına saldılar və elə bildilər ki, biz də onlar kimi imkanlıyıq. Amma əslində bu belə deyil. 15-20 nəfəri çıxandan sonra qalan musiqiçilər günəmuzd işləyən fəhlələrə bərabərdir. Pandemiya onlara bu cür təsir etdi. Təbii ki, heç kim acından ölmür, amma çox böyük əziyyət çəkirsən. Hər kəsə 3-5 manat qazanmağa şərait yaradıldı, amma musiqiçilər işləyə bilmədi. Bizim qazanc yerimiz ancaq toydur. 

- Rəhman müəllim, deyirsiniz ki, altmış yaşım tamam olacaq. Heç maraqlanmısınızmı ki, sizə fəxri ad niyə vərməyiblər?

- Əslində bununla maraqlanmışam. Amma  adın iddiasında olan bəzi müğənnilərimiz kimi mən bunu qabartmıram. Kiməsə nə yalvarmıram, nə də xahiş etmirəm. Mən Azərbaycan musiqisini, xalq muğamlarını, aşıq havalarını Amerika Birləşmiş Ştatlarına qədər təbliğ etmişəmsə, onda fəxri ada görə kiməsə niyə yalvarmalıyam? Əlbəttə, ötən illər ərzində üç dəfə məktub yazmışam. Cavablarında bildiriblər ki, sizin müraciətinizə gələcəkdə baxacağıq. Hətta bu sözü keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşdə də dedim. Dedim ki, cənab nazir, bir baxın vücuduma, görkəmimə, mənim gələcəyim var ki? Məndə gələcək görünürmü? Hətta o, yanındakı adamlara dedi ki, “bu hələ fəxri ad almayıb, axı göstəriş vermişdim”. Əgər göstəriş verilmişdisə, niyə verilmədi? Amma son zamanlar görürəm ki, bizim sənət adamları bundan ötrü xahiş edirlər. Mən həyatı boyu xahiş etmərəm. Hətta Əbülfəs müəllimə də dedim ki, sonda verəcəyiniz bu fəxri ad mənim zərrə qədər nə dərdimə dərman deyil, nə də dövlətimi sevməkdə onun zərrə qədər rolu yoxdur. Sadəcə yaşıma uyğun olaraq bu olmalıdır. Efirə dəvət olunanda aparıcı bilmədən məni Xalq artisti kimi təqdim edir. Xain adam deyiləm, yaşca məndən kiçik olan adamlar fəxri adla, amma Rəhman gitara ifaçısı kimi təqdim olunur. Bütün bunlar isə qıcığıma səbəb olur.

- Sizcə fəxri adların verilməsində şəffaflıq qorunurmu? İddialar var ki, fəxri adları pulla satırlar...

- Burda adamı olanlar da, pul söhbətləri də var. Mənə yaraşmaz ki, kimlərinsə adını çəkim. Amma bunu siz məndən yaxşı bilirsiniz. O filankəs hansı xalqın artistidir? Mənə həmişə sual verirlər ki, niyə ad almamısan? Bu işə görə 10 manat pul xərcləmərəm. Olmaz. Onda mən onmanatlıq Xalq artisti olacam. Əgər layiqəmsə, versinlər. Əbülfəs müəllimə dedim ki, fəxri ad almaq üçün bütün kriteriyalara cavab verirəm. Bir övlad böyütmüşəm simfonik əsərlərinin səsi Amerikadan, Avropadan gəlir. Son 30-40 il ərzində yaranmış bəstəkarlardan biridir. O, Azərbaycanı xaricdə təmsil edir. Özüm dövlətimi bu qədər sevirəm. Bu ixtira, kəşf olmasa da, Azərbycanın üçrəngli bayrağını alətə çəkib sinədə saxlamaq məndən başlayıb. Onda bəs hansı kriteriyam çatışmır? Ancaq Azərbaycan musiqilərini ifa edirəm. Əsgərlərimiz qarşısında saysız-hesabsız konsertlərim olub. 

- Rəhman müəllim, bir də Füzuliyə qayıdaq. Füzuliylə bağlı hansı arzularınız var?

- Füzulinin azad edilməsi elə mənim arzum idi. Arzusuz insan elə bil qanadsız quşa bənzəyər. Füzulinin azad edilməsiylə mənim arzum da bitdi. Mən həmişə Ağdamı ruhlar şəhəri bilirdim. Amma o görüntülərdən sonra gördüm ki, düşmən Füzulini Ağdamdan da betər edib. O görüntülərdən sonra təfəkkürümdə dəyişiklik oldu. Xaraktercə qəddar adam deyiləm, amma bundan sonra qəddarlaşdım. İndi düşmən əlimə düşsə, onu öldürərəm. Bax bu cür xarakterimdə dəyişiklik edildi. Cəhd elədim rayonumuza gedib, amma dedilər ki, hələ ki, icazə yoxdur. Ona görə qanuna riayət edib gözləyirəm. Əlbəttə, o yerlərə gedəcəyimiz günü səbirsizliklə gözləyirəm. Bu gün, sabah can atıram ki, gedim. Elə bilirəm ki, ürəyim dayanar o yerləri görə bilmərəm. Bundan sonra arzumu əmələ çevirib gedib Füzulidə ata yurdumu işıqlandıracam. 

- Vətən müharibəsində yaxın qohumlarınızdan kimsə döyüşdə var idimi, əlaqə saxlayırdınızmı onlarla?

- Kənd uşaqlarımız döyüşürdü, onlarla əlaqə saxlayırdım. Şəhidlərimiz olduğu üçün onlar üçün gitara da ifa edə bilmədim. Doğrudan da ağıla gəlmirdi ki, 44 günə qələbəmiz təmin olunacaq. Bu dünyəvi bir iş oldu. Təbii ki, bütün bunlara görə Ali Baş Komandana və müzəffər ordumuza borcluyuq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bu gün indi də evdə xanımla hansısa itkin əsgərimizin şəhid xəbərini eşidəndə ağlamaqdan gözümüzdə su quruyub. Qələbəmiz onların hesabına oldu. Xalqımızın şəhidlərimizə borcunu sözlə ifadə etmək mümkün deyil. Hamısının ruhu qarşısında baş əyirəm. Qazilərimizə Allah şəfa versin.  Tanrı şəhid analarını qorusun. Onları bütün analardan uca sayıram”.

Vasif Əlihüseyn
Oxşar xəbərlər
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
GÜNLÜK
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
03 May 2024 | 09:34
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
03 May 2024 | 08:31
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
AYLIQ
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
03 May 2024 | 09:34
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
03 May 2024 | 08:31
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO