"Bu təlimlər qəhrəman Türk Əsgərinin şəhidlərimiz qarşısında bir vəfa borcudur..."
Oxunub: 4842
18 Jan 2021 | 10:19
Azərbaycan və Türkiyə arasında hərbi təlimlər, dövlətlər arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mütəmadi olaraq keçirilir. Ənənəvi olaraq keçirilən ikitərəfli təlimlərə “Qış təlimi”, “Erciyes”, “Anadolu Ulduzu”, “Anadolu Ankası”, “Kurtaran”, “Anadolu Qartalı”, “Mustafa Kemal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “Eternity”, “Turaz Qartalı” və “Qafqaz Qartalı” aid edilir. 

Qış təlimi -2021

Türkiyə Müdafiə Nazirliyinin 17 yanvarda paylaşdığı məlumatda Azərbaycan hərbi qulliqçularından ibarət heyətin qardaş ölkəyə daxil olduğu məlum oldu. Hər iki qardaş ölkənin Silahlı Qüvvələrinin bölmələrinin təlimləri sərt iqlimi ilə seçilən Kars şəhərində həyata keçiriləcək.

Türkiyə Silahlı Qüvvələrinin genişmiqyaslı “Qış təlimi-2021” fevral ayının 1-dən 12-nə qədər keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrini təlimlərdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təmsil edəcək. Təlimlərdə hər iki ölkənin xüsusi təyinatlı, kəşfiyyat, tank, artilleriya, snayper bölmələri və helikopterləri iştirak edəcək. Təlimdə iştirak edəcək Azərbaycan hərbi qulluqçuları təlimlərin başlanmasına 2 həftə qalmasına baxmayaraq, artıq Türkiyədədəir. Azərbaycandan olan şəxsi heyətin vaxtından əvvəl qardaş ölkəyə səfər etməsi, təlimlərin hazırlıq mərhələsinin də birgə həyata keçirilməsi ilə əlaqədar olduğu ehtimal edilir. İndiyə qədər bütün bu təlimlər TSQ-nin 9-cu Ordu Korpusunun tabeliyində olan briqadaların bazasında və onların qar örtüyü 1.5 metrə qədər çatan təlim poliqonlarında keçirilib. Bu dəfə də təlimlərin eyni ərazidə keçiriləcəyi gözlənilir. 

Təlimlər daim Türkiyənin Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş qərargahının rəhbərliyi, qoşun konamdanları, təlimdə iştirak edən və digət tərəfdaş ölkələrin rəhbər heyətləri (attaşeləri) tərəfindən yerində və diqqətlə izlənilir. Təlimlərə iki qardaş ölkədən başqa, Pakistan, Banqladeş, Qazaxıstan, Bolqarıstan, İngiltərə, Ukrayna və s. kimi ölkələr əvvəldən ciddi maraq göstərir. Bu dəfə Polşa və Əfqanıstanın da müşahidəçi qismində təmsil olunması mümkündür.

Təlimlərdə ənənəvi olaraq Türkiyə müdafiə sənayesinin əldə etdiyi son məhsulların sərgisi də təşkil edilir.

Qarsda qalib Əsgərin qarşılanması Naxçıvandan təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnikalar yanvarın 17-də Araz çayı üzərindəki “Ümid” körpüsündən keçərək  Qars şəhərinə çatıblar. Qardaş ölkədə Vətən Müharibəsində Qələbə qazanan Azərbaycan Əsgəri böyük coşqu ilə qarşılanıb. Türkiyə vətəndaşları Əsgərlərimizi “Bir millət, iki dövlət” anlayışımızla “bir ürək, bir bilək, bir yumruq” olaraq çalışmaqda davam edəcəyik” şüarı səsləndiriblər.


Təlimlərin məqsədi 

Hər iki ölkədən təlimə qatılan qərargahlar təhdidlərin aradan qaldırılması məqsədilə döyüş əməliyyatlarının birgə planlaşdırılmasında və hazırlanmasında qərargahların hazırlığına, bölmə komandirlərinin tapşırıqların icrası üçün döyüş niyyətinin təyin edilməsinə, tabeçilikdə olan bölmələrin tətbiqi ilə bağlı qərar qəbul edilməsinə ciddi diqqət yetiriləcəyi ehtimal edilir. Təlimlərdə Azərbaycan Ordusunun həm Tovuz hadisələri, həm də Vətən Müharibəsi zamanı qazandığı döyüş təcrübəsinin qardaş ölkənin və digər tərəfdaşlar ölkələrin hərbçiləri ilə paylaşması və bu təcrübə əsasında bölmələrin birgə döyüş atişları keçirəcəyi də gözlənilir. Azərbaycanın bu təlimlərə 2 həftə öncədən yola düşməsi də məhz yeni ssenarinin yuxarıda göstərilən təcrübə ilə uyğunlaşdırılması məqsədi daşıdığı ehtimal olunur. 

Təlimlərdə birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin edilməsi, silahlanmada mövcud olan, silahlanmaya yeni daxil olan və müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silah və sursatlarının, həmçinin hərbi nəqliyyat vasitələrinin texniki imkanları da sınaqdan keçiriləcək. Bundan başqa bölmələr dərin qar və şiddətli soyuq iqlim şəraitində həm atəşin idarə edilməsi, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində vərdişlərini inkişaf etdirəcəklər. Sərt iqlim şəraitində bəlmələrin ərazidə yerləşməsi, əlaltı vasitələrdən, o cümlədən qalın qar örtüyündən istifadə etməklə müşahidə məntəqələrinin, səngərlərin və sığınacaqların hazırlanması, atəş sisteminin qurulması, döyüş təminatının həyata keçirilməsi, texnikalara texniki xidmətin təşkili, şəxsi heyətin qorunması, onların maddi təminat məsələləri və s. təlimlərdə diqqət yetiriləcək əsas məqamlardan olacaq. Təlimlərdə axtarış-xilasetmə və antiterror əməliiyatları üzrə ssenarinin məşq edilməsi də günün tələblərinə uyğun gələ bilər.  

Ümumilikdə təlimlər ən sərt şəraitdə qoşunların silah və döyüş qabiliyyətlərini sınaqdan keçirmək üçün real imkan yaradacaq. Təlimlər həm pilotlu və pilotsuz aviasiya, həm də artilleriya ilə fasiləsiz atəş dəstəyi şəraitində tank bölmələrin hücumu ilə bərabər hava yolu ilə düşmən arxasına desant çıxarılması, snayperlərin vacib düşmən hədəflərini maksimal məsafələrdə zərərsizləşdirilməsi, döyüş təminatının davamlı həyata keçirilməsi, düşmən müdafiəsinin darmadağın edilməsi ilə növbəti vəzifələrin yerinə yetirilməsi, maddi texniki təminata və şəxsi heyətin məişət şəraitinə aid fəaliyyətlərin davamlı həyata keçirilməsi və s. kimi aktual məsələlərin həm real ərazi və iqlim şərtlərində yerinə yetirilməsin, həm də yeni metodların və qeyri standart qərarların tətbiqi üçün geniş imkanlar yaradacaq. 

Qış təliminin tarixi 

Türkiyə ilə Azərbaycan arasında hərbi və hərbi texniki sahədə əməkdaşlıq müstəqilliyimizin ilk illərinə təsadüf etsədə, birgə genişmiqyaslı təlimlərin keçirilməsi əsasən 2010-cu ildən geniş vüsət alıb. Bunlardan biridə iki ildən bir keçirilməsi nəzərdə tutulan “Qış təlimi”dir. İlk keçirildiyi illərdə 3 gün davam edən edən təlimlər artıq 2 həftə davam edir və bir neçə ölkənin fərqli qoşun növlərinin cəlb edilməsi ilə genişmiqyaslı xarakter daşıyır. Bu təlimlər birgə, ikitərəfli, real ərazidə və döyüş atəşi ilə keçirilir.

2012-cu ildə “Qış təlimi” 3-cü Ordunun 9-cu Korpusunun 14-cü mexanikləşdirilmiş piyada briqadasının komandanlığı tərəfindən Qarsdakı istehkamçı şəhid baş çavuş İlhan Hamlı təlim poliqonunda keçirildi. Təlimdə Türkiyənin quru, hava və xüsusi təyinatlı qüvvələrinin 2 min 177 nəfər şəxsi heyət qatılmışdı.  

“Qış təlimi” adı altında keçirilən təlimlərin hədəflərinə bölmələrin sərt qış şəraitində döyüş vəzifələrini icra etməsi, silahların və texnikaların optimal tətbiqini araşdırılması, dağlıq ərazidə real arktik döyüş şəraitinin canlandırılması, bölmələrin həm döyüş, həm də manevr imkan imkanlarının sınaqdan keçirilməsi,  şəxsi heyətin donvurmadan qorunması, iştirakçı ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin və sinxronlaşdırılmış fəaliyyət səviyyəsinin artırılması, şəxsi heyətin həyatda qalma tədbirlərinin icrası, ərazidə yerləşmə, qidalanmanın təşkili, geyim, qış şərtlərində təchizatı və istismarı kimi əsas məsələlərdə qoşunların hazırlanması və həyatda qalması aid edilir. Bu hədəflər ayrı ayrı sahələr üzrə yeni silah sistemlərinin tətbiqi ilə davamlı inkişaf etdirilir. 

Üç gün davam edən “Qış təlimi-2012”-də komandirlərə qış şərtlərində qoşunlarını istiqamətləndirmək və idarə etmək, qoşunların hazırlığını yaxşılaşdırmaq və quru və hava qüvvələri qoşunlarının koordinasiyalı şəkildə fəaliyyətini təmin etmək məqsədlərinə nail olunmuşdu.

2014-cü ildə keçirilən “Qış təlimi” 3-cü Ordunun 9-cu Korpusunun 14-cü mexanikləşdirilmiş piyada briqadasının komandanlığı tərəfindən Qarsda yerləşən Akbaba təlim poliqonunda təşkil edilmişdi. 
Fevralın 18-də başlayan təlimlərdə hər iki ölkənin bölmələri tərəfindən birgə döyüş atışları ilk dəfə həyata keçirilmişdi. Təlimə 85-i Azərbaycandan olmaqla 1714 nəfər hərbçi qatılmışdı. 


2015-cu ildə “Qış təlimi” 3-cü Ordunun 9-cu Korpusunun 14-cü mexanikləşdirilmiş piyada briqadasının komandanlığı tərəfindən Qarsda yerləşən Akbaba təlim poliqonunda keçirildi. Bu təlimdə minalanan ərazilərin raketlə atılan 400 kiloqram TNT partladılması ilə təmizlənməsi və 100 metr uzunluğunda və on metr enində keçidin açılması ilə yadda qaldı.  

Tankların, topçuların və zirehli döyüş maşınlarının açılan ərazidən nəzarətli bir şəkildə keçməsini təmin edidi və hədəflər minaatan, top, tank, haubitsa və idarə olunan tank əleyhinə komplekslərin dəqiq atəşi ilə uğurla məhv edildi. 

Döyüş zamanı yaralanan personal, qar qalınlığının 1.5 m olan ərazidən zirehli təcili yardım maşınları ilə təxliyə edildi. Əsir düşən şərti düşmənin əsir toplanma məntəqəsinə gətirilməsi də həyata keçirildi. Bu təlimdə Türkiyənin yerli MPT-76 tüfəngləri sərt arktik şəraitində ilk dəfə istifadə edildi.

2017-ci ildə “Qış təlimi” 3-cü Ordunun 9-cu Korpusunun 14-cü mexanikləşdirilmiş piyada briqadasının komandanlığı tərəfindən Qarsda yerləşən Akbaba təlim poliqonunda təşkil edilmişdi. Bu təlimlərdə iştirak edən 1378 nəfər şəxsi heyət tərəfindən 1281 ədəd müxtəlif çaplı silahdan atəş açılmışdı. Bu müxtəliflik təlimlərin unikallığından xəbər verir. Təlimlərdə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı və Quru qoşunlarının Aviasiya Komandanlığının bölmələri də iştirak etmişdi. 

Təlimlərin döyüş atışları zamanı ROKETSAN-ın lazerlə idarəolunan uzaq mənzilli     L-UMTAS, CİRİT 2.75” və Vətən Müharibəsində düşmənin əsl qorxulu röyasına çevrilən MAM-L ağıllı raketləri sınaqdan keçirilərək hədəfləri tam dəqiqliklə məhv etmişdi.

2019-cu ildə keçirilən “Qış təlimi” 3-cü Ordunun 9-cu Korpusunun 14-cü mexanikləşdirilmiş piyada briqadasının komandanlığı tərəfindən   Komandanlığının rəhbərliyi və rəhbərliyi altında Qarsda istehkamçı şəhid baş çavuş İlhan Hamlı təlim poliqonunda keçirildi.

Bu təlimlərdə ilk dəfə maksimum sayda- 15 ölkə iştirak etdi.

Bu təlimlərdə Türkiyənin müdafiə sənayesinin nəhənglərindən olan AMAZON şirkəti ilk dəfə UKS zirehli avtomobilini ağ kamuflyajda, HITCH və KIRPI II avtomobillərini isə standart versiyada sərgi salonunda təqdim etdi. 

Uzaqdan idarə olunan silah sisteminə sahib AMAZON UKS çox məqsədli zirehli vasitə daşıdığı personala minalara, ballistik və əl istehsalı partlayıcı maddələrə qarşı yüksək qorumanı təmin etdiyini təlimlərdə nümayiş etdirdi. Zirehli vasitə atomatik yanğın söndürmə sistemi, mərkəzi təkər doldurma, havasız təkərlə hərəkət, arxa görüntü  kamerası, qaranlıq və kamuflyaj edilən işıqlanma  (infraqırmızı) və s. kimi üstün xüsusiyyətləri ilə yadda qaldı.

Təlimlərin əhəmiyyəti

Təlimin keçiriləcəyi Qars rayonun ərazisi, Qarabağın şimalındakı işğaldan azad edilən rayonları və Naxçıvanın dağlıq əraziləri ilə oxşar olduğundandan, bu təlimlər Azərbaycan Ordusu üçün mühüm əhəmiyyətə kəsb edir. 

Bu təlimlərin keçirilməsinin digər bir mənəvi əhəmiyyəti də mövcuddur. Bilirik ki, 106 il əvvəl bu gün keçirilən təlim zonasına yaxında yerləşən Sarıqamış hərəkatında 90 min türk, 1993-cü ilin sonu- 1994-cü ilin əvvəllərində isə cəmi 50 gün əvvəl erməni taptağından azad edilən Kəlbəcərdə yüzlərlə Azərbaycan Əsgəri şəhid oldu. Onların çoxu məhz soyuq iqlim şəraitində donvurma səbəbindən həyatları ilə vidalaşmalı olmuşdu. Bu təlim isə baş verən ağrılı acılı hadisələri və qəhrəman şəhidlərimizi unutmadığımızı, tariximizin acı dərslərindən zəruri nəticələr çıxardığımızı da göstərir. Əslində bu təlim böyük türk millətinin, qəhrəman türk Əsgərinin şəhidlərimiz qarşısında bir vəfa borcudur. 

Qarabağda Qələbə əldə edilsədə, hələlik nə Qarabağın mərkəzi rayonlarından silahlı ermənilər çıxarılıb, nə erməni revanşistlər tərəfindən səslənən absurd bəyanatlarının ardı arası kəsilməyib, nə erməni terrorçuların Hadrut və Xocavənd istiqamətində xain hücumlarına son verilməyib, nə də münaqişə tərəfləri arasında sulh müqaviləsi imzalanmayıb. Döyüş əməliyyatlarının aktiv fazası müəyyən mənada bitmiş hesab edilsədə, münaqişə fərqli formatda davam etməkdədir. Belə bir vəziyyətdə Azərbaycanın real döyüş əməliyyatlar teatrında, həm də Türkiyə Silahlı Qüvvələri ilə birlikdə bu təlimlərdə iştirak etməsi mühüm hərbi-siyasi əhəmiyyət daşıyır. Bu ilk növbədə Qarabağda iştirakını artırmağa meyilli olan sülhməramlılara verilən bir ismarıcdır. İkincisi, bu təlimlər düşmən ordusunun maksimum komplektləşdirilməsi zamanı ilk əks hücum zərbəsindən sonra 20 km enində yarılan cəbhəni unudan erməni revanşistlərə “Dəmir Yumruğun” istənilən çoğrafi ərazidə, istənilən iqlimdə, gecə və gündüzün istənilən anında döyüşə hazır, həm də düşmənin çox yaxınlığında olduğu barədə son xəbərdarlıq etməyə imkan verir. 

Təlimlərdə xüsusi təyinatlıların müxtəlif üsullarla, o cümlədən hava yolu ilə düşmən arxasına çıxarılması, terror ocaqlarının məhv edilməsi, vacib obyektləri (əraziləri) əsas qüvvələrin gəlməsinə qədər əldə saxlanılması, düşmən ehtiyatlarının döyüşə daxil edilməsinin qarşısının alınması məqsədilə artilleriya atəşinin tənzimlənməsi kimi fəaliyyətlər fərqli ssenarilər üzərində məşq ediləcək. Bu isə Azərbaycan və Türkiyə ilə Qarabağda rəqabət aparmaq istəyən qüvvələrə, xüsusən də Ermənistandakı döyüş zamanı kolda-kosda gizlənən revanşistlərə  verilə biləcək ən təsirli siqnal olacaq. 

Ədalət Verdiyev, 
Hərbi ekspert, Xüsusi olaraq Moderator.az üçün

2015-cu ildə “Qış təlimi”ndən fotolar...



























2019-cu ildə keçirilən “Qış təlimi”ndən fotolar...







2017-ci ildə “Qış təlimi”ndən fotolar...

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan


TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan

TSK'dan
Oxşar xəbərlər
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 10:00
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 09:45
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
03 May 2024 | 09:54
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
03 May 2024 | 09:50
Jurnalistikamızın dəli-dolu Rahibi...
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 10:00
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 09:45
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
03 May 2024 | 09:54
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
03 May 2024 | 09:50
Jurnalistikamızın dəli-dolu Rahibi...
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO