“Rusiya 5 rayonun boşaldılmasına razılıq verib”
Siyasət
Oxunub: 4665
01 Nov 2013 | 10:34
“Rusiya 5 rayonun boşaldılmasına razılıq verib”

Kremlin əsas şərti məlumdur; “ABŞ və NATO-nun adamı” Əbiyevin görəvdən alınmasının və rus generalının Müdafiə Nazirliyində yüksək posta təyinatının sensasion sirri...

“Rusiya Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş beş  rayonunu-Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının boşaldılmasına prinsipial razılıq verib”. Diplomatik kanallardan “Yeni Müsavat”a daxil olan bu xəbər əlbəttə ki, Azərbaycan oxucusu üçün sensasion sayıla bilməz. Çünki 2007-ci ildən üzü bəri hətta Azərbaycanın dövlət rəsmiləri səviyyəsində də səslənən bu kimi iddialar gerçəkləşməyib və tezliklə gündəmdən çıxıb.


Amma xəbəri bir Qərb diplomatına istinadən redaksiyamıza verən mənbənin sözlərinə görə, məsələ bu dəfə çox ciddidir və Rusiya Dağlıq Qarabağ probleminin həllində özündə saxladığı açarı artıq masa üzərinə qoyub. Azərbaycanın 5 rayonun boşaldılmasını (üstəgəl Laçının da 13 kəndinin işğaldan azad edilməsini) nəzərdə tutan Madrid prinsiplərində münaqişənin nizamlanmasının bütün mərhələləri öz  əksini tapıb. Nizamlanmanın birinci mərhələsində 5 rayon və Laçının 13 kəndi azad olunmalıdır. Bu ərazilərdən erməni qoşunları çıxarıldıqdan sonra bütün sərhədlər və kommunikasiyalar açılmalı, minalanmış torpaqlar təmizlənməli və dağıdılmış kommunikasiyalar bərpa olunmalıdır. Bundan sonra regionda sülhməramlı müşahidəçilər yerləşdirilməli, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilməlidir. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə işğaldan azad edilməli, azərbaycanlı icma Dağlıq Qarabağa qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüququ statusu müəyyən edilməlidir. Ermənistan tərəfi illərdir ki, 5 rayonun boşaldılması təklifi ilə bağlı razılaşma olarsa, bu halda Dağlıq Qarabağın statusunun referendumla müəyyən edilməsinə və buna qədər Laçın və Kəlbəcər rayonlarının işğalda qalmasına çalışır. Azərbaycan isə bu təklifi qəbuledilməz sayır. Rəsmi Bakı yalnız o halda razılıq verəcəyini deyir  ki, Dağlıq Qarabağın statusu məsələsi ən azı beş il sonraya saxlanılsın. 


Yada salaq ki, münaqişənin nizamlanması ilə bağlı sənəd tərəflərə ilk dəfə 2007-ci il noyabrın sonunda Madriddə  təqdim olunub. Bundan sonra, Azərbaycan və Ermənistan prezidentlərinin 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da Kişinyovda, noyabrın 22-də Münhendə, 2010-cu il yanvarın 25-də Soçidə, iyunun 17-də Sankt-Peterburqda, oktyabrın 27-də Həştərxanda, 2011-ci il martın 5-də Soçidə, iyunun 24-də Kazanda, 2012-ci il yanvarın 25-də isə Soçidə 14 görüşü keçirilib. Azərbaycanın təkliflərindən sonra yeniləşən Madrid prinsipləri bu illər ərzində məhz Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində reallaşmayıb. 


İndi isə Rusiya Azərbaycana o vədi verib: “Ermənistan 5 rayonu boşaldacaq!” Qeyd edək ki, yuxarıda sadaladığımız bu görüşlərdən 9-u, eləcə də son 6-sı Rusiya prezidentinin (Dmitri Medvedyevin) vasitəçiliyi ilə keçirilib. 

Rusiyanın Azərbaycana vəd etdiyi 5 rayonun boşaldılması üçün əsas şərti də “Yeni Müsavat”a məlumdur. Azərbaycan Rusiyanın patronajlıq etdiyi Gömrük və Avrasiya ittifaqlarına qoşulmalıdır. Azərbaycanın işğalçı bir ölkə ilə geniş əməkdaşlığı nəzərdə tutan ittifaqlara üzvlüyü mümkünsüzdür və bunu Rusiya yaxşı anlayır. Münaqişənin həlli ilə bağlı ciddi hərəkətliliyin olmasını Belarus prezidentinin Azərbaycanda nədənsə, çox da diqqət yetirilməyən son bəyanatı da təsdiqləyir. Oktyabrın 24-də Minskdə MDB dövlət başçılarının sammitindən bir gün əvvəl keçirilən Avrasiya Ali İqtisadi Şurasının toplantısında Lukaşenko deyib ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsində Azərbaycanın mövqeyinin nəzərə alınması önəmlidir. Lukaşenkonun fikrincə, Ermənistanın Azərbaycanla həll olunmamış ərazi münaqişəsinin olması üzvlükdə problem yarada bilər. 

Bu bəyanatın təhlili iki mühüm məqamı ortaya çıxarır. Birincisi, Rusiya və tərəfdaş ölkələrin Gömrük və Avrasiya ittifaqlarının yaradılması Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkünsüz sayılır. 

İkinci mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bu birliklərə qoşulmağa razılıq verib və əsas şərti də Qarabağ probleminin həllidir. Aydındır ki, Rusiyanın razılığı olmadan ev sahibi olsa da, Lukaşenko bu cür ciddi, həm də Ermənistanı küncə sıxacaq bəyanat verə bilməzdi. Bu, Rusiya prezidentinin ən çox önəm verdiyi bir projenin baş tuta bilməməsi variantında əsas günahkarın Ermənistan olacağına mesajdır. Putin isə Avropa Birliyinə az qala alternativ kimi düşündüyü bu ittifaqları Ermənistanın cığallığına qurban vermək istəməz. 

Azərbaycanın iqtisadi inkişafı Rusiyanın ölkəmizə təzyiq imkanlarını minimuma endirib. Kreml də bunun fərqindədir. Bu səbəbdən də Azərbaycana daha diplomatik və həssas nöqtədən yanaşma tələb olunur. Bunun yolu isə Qarabağdan keçir. Kreml rəhbərliyi onu da yaxşı anlayır ki, ağlı başında olan heç bir hakimiyyəti təzyiqlər yolu ilə ərazi münaqişəsində olduğu digər bir dövlətlə hər hansı iqtisadi əlaqələr qurmağa razı salmaq olmaz. Belə bir razılaşmaya gedən dövlət başçısı isə hakimiyyətini qoruya bilməz...

Hakimiyyətini qorumaq istəyən Azərbaycan rəhbərliyinin də Putinin inad etdiyi birliklərə yalnız Qarabağ şərti ilə qoşulacağına razılıq verməsi inandırıcı görünür. 

Diplomatik mənbənin dediyinə görə, Putinin Bakıya avqust səfərində də əsas müzakirə mövzusu Qarabağ ətrafında 5 rayonun boşaldılması olub. Bu məlumat çox konfidensial saxlanılsa da, razılaşmanın bəzi detalları ABŞ-a məlum olub. Hətta bir qədər ziddiyyətli görünsə də, ABŞ-ın 9 oktyabr seçkisinə sərt mövqeyini bu görüşdə əldə edilən razılaşma ilə izah edənlər də var.

Putinin səfərində Rusiyanın Gömrük ittifaqına üzvlüklə bağlı Azərbaycanın dekabrın 15-dək qərar verməsini istədiyi barədə bir neçə dəfə yazılıb. Amma həmin görüşdə daha iki sensasion məsələ də müzakirə edilib. 

Qərb mənbələrinə məlum olub ki, Rusiya 5 rayonun boşaldılmasından sonra Madrid prinsiplərində nəzərdə tutulduğu kimi, regiona BMT sülhməramlılarının deyil, rus qoşunlarının yerləşdirilməsini istəyir. Münaqişənin həllində açar rolunu oynayan Rusiyanın təşəbbüsü ələ almaq istəməsi və sülhməramlılarının Qarabağda yerləşdirilməsinə çalışması barədə xəbərlər də yeni deyil. Amma bu dəfə Rusiya bu prosesdə həmsədr ölkələrdən fərqli bir rol almaq istəyir və 5 rayonun boşaldılmasına nail ola bilərsə, sülhün qarantı kimi də Qarabağa qoşun yeritmək iddiası əsaslı görünür. (Bu qoşunun statusu isə “MDB sülhməramlıları” kimi tərtib olunacaq.) Yəni hər şeyi Rusiya həll edirsə, ABŞ, Fransa və ya BMT niyə sülhə qarant olsun ki? Azərbaycanın bu məsələdə indilikdə hansı mövqedə olduğunu demək çətindir, çünki yalnız münaqişənin həllində ciddi irəliləyiş əldə etdikdən sonra bu barədə danışmaq olar. Qərb diplomatı bu görüşdə Rusiyanın sülhməramlılarla bağlı şərtini ilkin olaraq razılaşdırdığını iddia edib. 
“Rusiyanın həmin görüşdə irəli sürdüyü bir şərti isə artıq yerinə yetirilib” deyən, mənbəmiz adını gizli saxladığı diplomatın sensasion sözlərini “Yeni Müsavat” la bölüşüb: “Səfər Əbiyevin istefasının (nəzərə çatdıraq ki, ”Yeni Müsavat" və digər qəzetlər bu istefanın daha çox daxili amillərlə-nazirin gizli bank hesabları, ordudakı özbaşınalıq və komandanlığa inamın zəifləməsi və sair kim səbəblərlə izah edib) əsas səbəbi Rusiya ilə bağlıdır. Rusiya “ABŞ və NATO-nun generalı” hesab etdikləri  Əbiyevin görəvdən alınmasını Qarabağ razılaşmasının şərti kimi qoyub. Görünür, Kreml Əbiyevin bu razılaşmada “əngəl”ola biləcəyindən ehtiyat edib".

Qeyd edək ki, 18 il nazir olmuş S.Əbiyev Rusiya ilə də normal əlaqələr yaratsa da, ordu quruculuğunda əsasən   NATO modelinə üstünlük verirdi. 


Rusiyanın bu postda Əbiyevlə konfliktdə olan Baş Qərargah rəisi Nəcməddin Sadıqovu görmək istədiyi də iddia olunur. Amma bu təklifi də bir çox səbəblərdən hakimiyyət qəbul etməyib. Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun  ehtiyatda olan general-mayor Anatoli Vasyakı nazirlikdə yeni vəzifəyə təyin etməsi bu xəbərlərin fonunda çox diqqətəlayiqdir. Qeyd edək ki, slavyan mənşəli general Müdafiə Nazirliyində  yaradılmış Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edilib.
Çox maraqlıdır ki, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun ən yaxın dostlarından və sirdaşlarından biridir... 

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana gələcəklər.
Rəsmi məlumatlara görə, həmsədrlər səfər zamanı Azərbaycan rəsmiləri ilə görüşəcək, münaqişənin həlli prosesində yaranmış vəziyyəti müzakirə edəcəklər. Həmsədrlərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir. Onlar Bakıdan Ermənistana yollanacaq. Həmsədrlərin səfəri ərəfəsi bu məlumatların media vasitəsilə ictimaiyyətə ötürülməsinin arxasında hansı ciddi niyyətlərin dayandığını öyrənmək də maraqlı olacaq. 
Həmsədrləri gözləyək...
Oxşar xəbərlər
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:55
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
01 May 2024 | 11:44
Prezident: “İndi biz sülhə doğru gedirik”
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:55
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
01 May 2024 | 11:44
Prezident: “İndi biz sülhə doğru gedirik”
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat