“Zəngilandan 1, Ordubaddan 7 kəndi ermənilərə verməklə Mehrini..." - Müsahibə
Oxunub: 2000
29 Dec 2020 | 11:49
“Zəngilandan 1, Ordubaddan 7 kəndi ermənilərə verməklə Mehrini...
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bədrəddin bəy, 2020-ci il başa çatır. İlin yekunlarını necə qiymətləndirirsiniz?

- Bəli, biz Yeni illə yanaşı, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də qeyd edəcəyik. Hesab edirəm ki, 2020-ci il Azərbaycan həmrəyliyə tam nail oldu. Eyni zamanda biz həm Yeni il, həm də Həmrəylik bayramlarına işğal altında olan ərazilərimizin azad edilməsi ilə daxil olduq. Yəni qələbə qazandıq. Həmrəyliyimizin ən bariz nümunəsi əldə etdiyimiz tarixi qələbədir. Bu il biz qələbə qazandıq, düşməni torpaqlarımızdan qovub çıxardıq. Beləcə 30 ilə yaxındır mövcud olan problemi həll etdik.

İkinci mühüm əlamətdar hal Qələbə paradı keçirməyimiz, dost və düşmənə öz gücümüzü nümayiş etdirməyimiz oldu. Zəfər paradı dünya hərb tarixinə yazılacaq, bu haqda daima danışılacaq.

Bu ilin iyun ayında ermənilər tərəfindən Tovuz istiqamətində sərhədlərimizdə təxribatlar törədildi, sentyabrın 27-də isə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayaraq torpaqlarımızı düşmən tapdağından azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi Qarabağın mərkəzi, ümumilikdə isə Dağlıq Qarabağ adlandırılan və 4400 kvadrat kilometrlik ərazinin 2000 kvadrat kilometrlik hissəsi demək olar ki, Azərbaycanın nəzarəti altına keçdi. Beləcə Hadrut, onun 45 kəndi, Xocalının 15-ə yaxın kəndi, Ağdərə istiqamətində bir neçə yaşayış məntəsi bu müharibədə Azərbaycan Ordusu tərəfindən azad olundu. Qalan 2,4 min kvdrat kilometrlik ərazi isə tezliklə Azərbaycanın yurudiksiyasına qaytarılacaq. Hazırda Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesi gedir. Sərhədlərin müəyyənləşdirilməsi nəticəsində Azərbaycan-Ermənistan münasibətləri hüquq sisteminə daxil olacaq. Azərbaycan BMT-yə 86,6 min kvadrat kilometrlik ərazi ilə daxil olub, dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü qəbul edib.

Fikrimcə, sərhədlərimizi möhkəmləndirməyimiz gücümüzə güc qatacaq. Biz əlbəttə, Qarabağda məskunlaşma prosesinə başlamalı, müvafiq struktur yaratmalıyıq. Bu məsələdə əsas prioritet Şuşa şəhəridir. Demək olar ki, dövlət televiziyasının Şuşada fəaliyyəti, Azercell xətti ilə rabitə əlaqəsi, DTX-nin Şuşa rayon idarəsinin açılması göstərir ki, Azərbaycan dövləti Dağlıq Qarabağda məskunlaşır, bu ərazilərdə anti-terror əməliyyatı aparır. Bütün bunlar göstərir ki, Azərbaycan Ordusu, əsgəri qətiyyətlidir, xüsusi xidmət orqanları anti-terror əməliyyatı həyata keçirməklə daha da güclənirlər. Əlbəttə, son zamanlar sosial şəbəkələrdə əsgərlərin təchizat və geyim problemi ilə bağlı fikirlərə də rast gəldik. Qeyd edim ki, Azərbaycan dövlətinin valyuta ehtiyatları, imkanları güclüdür. Sözsüz ki, bəzi məqamlar hərbi sirr olduğundan demək də doğru olmazdı. Əvvəl Azərbaycanın cəmi 4 hərbi korpusu var idisə, indi bunların sayı altıya qaldırılıb. Bu korpusların yeni mövqelərdə möhkəmlənməsi, onlar üçün modul tipli hərbi hissələrin qurulması, ərzaq təminatı ilə bağlı işlərin görülməsi həyata keçirilir. Ölkə başçısının Zəngilan və Qubadlıya getməsi faktı göstərdi ki, prosesə şəxsən nəzarət edir. Azərbaycan döyüş bölgəsi olmuş ərazilərdə güc strukturlarının yerli bölmələrini açır, komendaturalar fəaliyyət göstərir, icra strukturları fəaliyyətini bərpa edir. İşğal altında olan rayonların icra başçıları da bundan sonra daha fəal işləməli, həmin rayonlarda oturub fəaliyyət göstərməli, yalnız yardım bölməklə məşğul olmamalıdır. Fikrimcə, bu rayonlara milli adamları, daima əsgərlə bir yerdə olacaq şəxsləri qoymaq daha məqsədəuyğun olardı. Biz qələbə ilə prosesləri aparırıq, amma təmizləmə əməliyyatı da olmalıdır. Həmçinin keçirilən tenderlərə ictimai qurumları, tanınmış şəxsləri də cəlb etmək lazımdır ki, belə hallar tam şəffaf formada həyata keçirilsin. Bir sözlə, Azərbaycan 2020-ci ili qələbə ilə başa vurur.

- Müharibədən sonra sanki bir qrup dövlət Qarabağda qalan cinayətkar və terrorçu erməni silahlılarını dəstəkləməkdə davam edir. Bu proses nə ilə yekunlaşa bilər?

- Bəli, gördük ki, müharibədən sonra bəzi qüvvələr bizim üzərimizə gəlməyə cəhd edir. Fransa Senatının məlum qərarı, sonra Belçika və Hollandiya parlamenti qərarlar qəbul etdilər. Faktiki olaraq bu addımlarla Azərbaycan və Türkiyənin üzərinə gəlinir, eyni zamanda Qarabağla bağlı erməni mənafeyindən çıxış edilir. Amma biz müharibə günlərində də sürprizlərlə rastlaşdıq. Beynəlxalq təzyiqlər müşahidə etdik, danışıqlar prosesində bu baş verdi, müharibə gedən dövrdə danışıqların bərpa olunması cəhdləri oldu. Hətta ATƏT mandatı altında bəzi qüvvələrin burada sülhməramlı qismində iştiak etmək arzusunu gördük. Amma 30 ilə yaxındır ki, bu mərkəzlərin Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisinə olan təcavüzə sərt reaksiyasını müşahidə etməmişdik. Baxmayaraq ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın işğal altında olan ərazilərində anti-terror əməliyyatları keçirmək hüququ vardı və sonda bu hüquqdan istifadə etməli oldu. Buna qədər əsas işimiz daxildə güclənmək, özümüzün müttəfiqlərini tapmaq idi. 2010-cu ilin avqustun 14-də biz partiyamızı yaradanda qeyd etmişdim ki, müharibə aparan ölkənin müttəfiqi olmalıdır. Bu da Türkiyə ola bilər. Bizə qarşı duran düşmən təkcə erməni deyil, onun arxasında dayanan böyük güclər var. Qərb ölkələri içərisində də erməni mənafeyində çıxış edənlər var. Əslində məhz bu qüvvələrin I Dünya müharibəsindən sonra erməni və kürd dövləti yaratmaq planları olub. İstər fransızlar, istər amerikalılar Türk dünyasına qarşı mübarizə aparır. Biz də bu fonda öz gücümüzlə ortaya çıxmalı, müttəfiqlərimizi, dostlarımızı çoxaltmalıyıq. 10 illər əvvəl bizim qəti mövqeyimiz olub. Çox yaxşı haldır ki, məhz bizim fikirlərimizdən sonra Azərbaycan və Türkiyə arasında müqavilələr imzalandı.

Yeri gəlmişkən, zamanında biz İrəvanı ermənilərə verməklə bu xəstə millətin 9 min kilometr ərazidən kənara çıxmamasını təmin etmək istəyirdik. Amma sonra da Göyçə, Zəngəzur, Vedibasarı itirdik. Sirr deyil ki, buna qədər 1918-1920-ci illərdə fransızların və ingilislərin bu regionda fəaliyyəti oldu. Biz zamanında bu qüvvələrin hamısına qarşı vuruşduq, bu işdə Qafqaz İslam Ordusundan hər cür dəstək aldıq. Məncə, üzərindən uzun illər keçdikdən sonra düşmən bu prosesi sanki Qarabağda həyata keçirməyə çalışdı. Bunun da qarşısı qətiyyətlə alındı. Biz tarixdə faciələr yaşamışıq. İndi millət olaraq biz öz ərazilərimizə sahib çıxırıq, bütövləşirik. Əlbəttə, SSRİ zamanı biz ərazilərimizi itirmişik. Amma o zaman bizə ruslar və ya ermənilər rəhbərlik edib. Məsələn, Mirzoyanın vaxtında 1926-1929-cu illərdə Zəngəzur mahalı Ermənistana verilib. Halbuki, ona qədər Zəngəzur Azərbaycanın tarixi ərazisi idi. İndi Mehri dəhlizi haqqında fəal müzakirələr gedir. Qeyd edim ki, ermənilər bilərəkdən bu dəhlizin genişləndirilməsinə nail olublar. 1929-cu ildə Nüvədi kəndi Zəngilan rayonunun tabeliyindən çıxarılaraq Mehri rayonuna verilib. Bu sənəd 40 il ortada qalır, təsdiq olunmur. Amma 1969-cu ilin may ayında Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti Nüvədi kəndinin Mehri rayonuna verilməsi haqda qərarı təsdiq edir. Təsəvvür edin ki, 40 il mübarizə gedir. Digər tərəfdən, Qars müqaviləsinə uyğun olmayaraq Ordubad rayonunun 6-7 kəndi ermənilərə verilib. Məhz bu səbəbdən 26 kilometr uzunluğu olan Mehri dəhlizinin uzunluğu 41 kilometrə çatdırılıb. Yəni indi Fransa, Belçika, Hollandiya və digər bu kimi ölkələrin addımları təsadüfi deyil, tarixdən gələn qərəzli mövqenin bir növ təkrarıdır.

Qeyd edim ki, məhz dekabr ayında Qərbi Azərbaycan əhalisi tarixi torpaqlarından sürgün edilib. 1948-1953-cü illərdə 100 minlərlə insan sürgün edilib. Türk torpaqları boşaldılıb. Bu da təsadüfi plan deyildi. Məqsəd bütövlükdə Ermənistan ərazisində türklərin sayını azaltmaq, demoqrafik vəziyyəti öz xeyirlərinə dəyişmək idi.

Müsbət hal odur ki, indi anti-türk projelərinin qarşısı alınır, biz real gücə çevrilirik. Bizim öz varlığımız, gücümüz ortaya çıxır. Beləcə yeni dövrə başlayırıq.

- Noyabrın 10-da bağlanan üçtərəfli sazişə uyğun olaraq müharibə dayandı, tərəflər faktiki üzərinə müəyyən öhdəliklər götürdü. Bundan sonrakı durumu necə qiymətləndirirsiniz?

- Atəşkəsin olması, üç rayonin döyüşsüz Azərbaycana qaytarılması, gələcəkdə kommunikasiya xətlərinin açılması, Naxçıvana gedəcək dəmir yolu və avtomobil şosesinin yenidən bərpa edilməsi müsbət haldır. Bunun da məntiqi davamı olaraq həmin dəmiryolunun Türkiyə ilə birləşdirilməsi baş verə bilər. Əslində SSRİ-nin son dövrlərində Türkiyə ilə buna bənzər müqavilə var idi, sadəcə Qarabağ probleminin ortaya çıxması SSRİ-Türkiyə arasında dəmiryolunun qurulmasının qarşısını aldı. İndi də regionda yeni əməkdaşlıq formatı qurulur, bu formatda Azərbaycan öz əhəmiyyətli yerini alır. Ermənistan bu formatda Qərbin yanında olmaq istəyir, özünə yeni ağa axtarır, daha çox Fransa başda olmaqla, fransızdilli dövlətlərlə əlaqələrini genişləndirməyə çalışır. Ancaq bölgədə ermənilərə stavkanın sonu çatıb. Yeni dünya düzəni formatında bölgənin gələcəyində əsas aparıcı xətt Türk xətti olacaq. Bu, birmənalıdır. Gələcəkdə Çinin Rusiya-Türkiyə münasibətləri fonunda Türkiyə ilə birləşməklə yeni ticarət yolu ortaya çıxır. Əlbəttə, 2016-cı ilin iyulunda Türkiyədə baş verən dövlət çevrilişinə cəhdən sonra Türkiyə-ABŞ, Türkiyə-Avropa münasibətlərində yeni baxış ortaya çıxıb. Türkiyə hərbi-sənayesi daxil olmaqla, imkanlarını çoxaldır. Eləcə də Liviya, İraq, Suriya, Şərqi Aralıq dənizində maraqlarını genişləndirir. O cümlədən də Qarabağda. Yəni yeni situasiyanın ortaya çıxması ilə sanki biz geopolitik baxımından dəyişiklik ərəfəsindəyik. Ona görə aparıcı prosesdə fəal olmaq lazımdır. Hesab edirəm ki, bütün bunlarla yanaşı, Ermənistanda baş verən prosesləri müşahidə etmək və gözləmək də vacibdir.

- Ermənistanda sizcə siyasi proseslər hansı istiqamətdə yekunlaşacaq?

- Fikrimcə, müxalifət Nikol Paşinyan rejiminə qalib gələ bilməyəcək. Əlbəttə, Rusiya hərbi-sənaye kompleksinə yaxın olan müxalifətin həm müharibə, həm də müharibədən sonra göstərdikləri cəhdlər nəticə vermir. Faktiki olaraq kommunikasiya xətləri açılana, Qarabağda insanlar məskunlaşana qədər Ermənistanda proseslərin indiki şəkildə cərəyan etməsi xeyrimizədir. Orada gərgin proseslər hələ davam edəcək.

Bu konteksdə biz bir sıra addımlar atmalıyıq ki, nəticə etibarı ilə onları qabaqlayaq. Biz bölgəyə qayıtmaqla bağlı ciddi işlər görməliyik. Həmçinin Dağlıq Qarabağda varlığımızı daha da gücləndirməliyik. O bölgədə əhalinin demoqrafik tərkibini dəyişmək üçün işlər görməliyik. Əslində prosesdə strateji olaraq üstünlüyümüz önə çıxacaq. Bu səbəbdən bəzən dözüm göstərərək prosesləri izləməliyik. Açıq deyim ki, regionda yeni oyunçu kimi ortaya çıxmağımız səbəbindən bizə qarşı Avropa və ABŞ-dan qaynaqlanan oyunçular da olacaq. Bu qüvvələrə qarşı prosesdə güclü olmaq üçün islahatlara, dəyişikliklərə getməyimiz effektiv olardı. Bu gün Ali Baş Komandana Azərbaycan xalqının münasibəti hər kəsə bəllidir. Ölkə daxilində faktiki olaraq indiyə qədər olmayan milli birlik əldə olunub. Odur ki, milli dövlət quruculuğunun əsasını qoyuruq, bu prosesin əvvəlindəyik. Millətləşmə prosesi gedir. Milli dövlət quruculuğunda sözsüz ki, milli hədəflərimizi də ortaya qoymalıyıq. Strateji hədəfimiz demokratik dünya ilə ayaqlaşmaq üçün islahatlar aparmaq, yeni qanunlar, hazırlamaq, idarəetmədə təkmilləşdirmə etməkdir. Bu dövlət üçün vuruşan insanlar da idarəçilikdə iştirak etməlidir. Məncə, bələdiyyələrin statusunun artırılması, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, yerli büdcələrə seçilmişlərin nəzarəti təmin etmək xeyirli addım olardı. Mümkündür ki, seçkilər də keçirilə bilər. Biz demokratik dəyərlərlə oynamağı bacarmalıyıq, bunsuz mümkün deyil. Bu gün Azərbaycan Prezidentinin ən güclü vaxtıdır. Ölkə daxilində həm sekçilər, həm qanunlar, həm ərazilərimizin bərpası həyata keçirilməli, çağdaş dünya ilə ayaqlaşmalıyıq. Odur ki, hədəflərimiz Avropa, dünya ilə olmalıdır. Milli demokratik prinsiplər əsasında onlarla oynamalıyıq. Buna da təbii yanaşmaq lazımdır. Çünki bizim ən böyük ticarət dövriyyəmiz məhz Avropa ilədir. Əlbəttə, Türk dünyası ilə əlaqələri, münasibətləri gücləndirməliyik. Güc və demokratiya amilini nəzərə alaraq fəal olmalıyıq. Güclü olduğumuz üçün demokratik islahatlar çərçivəsində irəli getməliyik. Mən arzu edərdim ki, 2021-ci ildə dövlət quruculuğu işləri aparılsın, islahatlar olsun. Hər kəs bu dövləti özününkü saysın və onunla fəxr etsin. Bizi qarşıda yeni mübarizə, yeni hədəflər gözləyir. Bu mübarizədə Azərbaycan əsgərinə, Ali Baş Komandana uğurlar arzu edirəm. Hər kəsi Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə təbrik edirəm.
Oxşar xəbərlər
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?