“Gülər Əhmədovanın nə yanındayam, nə də qarşısında”
Gündəm
Oxunub: 4094
24 Oct 2013 | 10:49
“Gülər Əhmədovanın nə yanındayam, nə də qarşısında”
Sabiq deputat Gülər Əhmədovanın məhkəməsinə 21 oktyabrda start verildi. İlkin prosesdə sabiq deputat özü barəsində səsləndirilən xeyli ittihama münasibət açıqladı. Vəkili isə onun mərhum Sevinc Babayevanın ölkədən çıxarılmasında hər hansı rolu olmadığını bildirdi. S.Babayeva mövzusunu və onun Türkiyə günlərinin məhkəmə gündəminə daşınacağını nəzərə alıb, “Yeni Müsavat” növbəti dəfə türkiyəli iş adamı Səlcuq Ağlayanla söhbət etdi. Xatırladaq ki, bu şəxs S.Babayevanı Türkiyədə himayə edən və dünyasını dəyişən anda onun yanında olan, bundan sonrakı bütün proseslərdə, istintaq prosedurlarında iştirak etmiş şəxs olub. İstintaq zamanı ondan da ifadələr alıblar və məhkəmədə ifadə verəcəyi gözləniləndir. 

Müsahibimiz öncə məhkəmə ilə bağlı ilkin fikirlərini söylədi. 

- Məhkəmə ilə bağlı heç bir şey deyə bilmərəm. Çünki bu, Azərbaycanın qanunları, məhkəmə sistemi ilə bağlı olan bir məsələdir. O insanlarla bir yerdə olmadığım üçün onların nə edib etməməsi barədə məlumatım yoxdur. Hər hansı fikir də söyləyə bilmərəm. Azərbaycanın qanunları, konstitusiyası var. Ona görə də inanıram ki, prosesin sonunda haqq-ədalət öz yerini tapacaq. Sizin mətbuatınızı ciddi şəkildə izləyirəm, xüsusən də bu barədə yazılanları. Qənaətim budur ki, əsas suçlu azadlıqdadır. Oturub Fransadan bəyanatlar verir. Başa düşdüyüm qədəri ilə əlində xeyli disklər var - çünki özü bu barədə bəyanatlar verir. Kimlər o disklərin içindədirsə, onlarla alver edir, videoları yaymamaq üçün həmin adamlardan pul alır. Əgər bu işdə Gülər Əhmədovanın da nəsə günahı varsa, hansısa cinayətdə əli olubsa, bunu da araşdırıb üzə çıxarmaq məhkəmənin işidir. 

- Sizə ölkə xaricinə çıxmaqla bağlı qoyulan qadağa hələ də qüvvəsindədir? 

- Bəli, mən hələ də ölkədən çıxa bilmirəm. Buna görə də burdakı işlərim tamamilə kilidlənmiş vəziyyətdədir. Bir an öncə bu iş də sonuclanar. Sadəcə, mən bunu anlaya bilmirəm: əgər ortada bir günahkar varsa, günahkarlar bəllidir. Elşad Abdullayev xaricdə oturub özü üçün. Mənim haqqımda da çox yersiz ifadələrdən istifadə edib oxuduğuma görə. Sizə müsahibəsində məni nəzərdə tutaraq deyib ki, “gedib qatildən müsahibə alırsız”. Mən öz ölkəmdəyəm, öz ölkəmdə yaşayıram, onun kimi xaricə qaçıb, camaatı da ittiham etmirəm. Əsas qatil onun özüdür. Birini məzara göndərdi, o birini həbsxanaya. Mənim fikrimcə, 2 qadının arxasına sığınacaq qədər zavallı bir adamdır. Əgər özünü adam hesab edirsə, o əlində saxlayıb, camaatı qorxutduğu disklərlə birlikdə gələrdi ölkəyə. Onları da yayımlayardı, kişi kimi məhkəmədə də iştirak edərdi, hər şeyi izləyərdi. Daha xaricdə oturub ona-buna çamur atmazdı. Videolardan və özünün dediyindən belə məlum olur ki, bu adam hamıya pul paylayıb. Niyə Azərbaycan hökuməti, hüquq-mühafizə orqanları onun aldığı pulların mənbəyini araşdırmır? Hardan alıb bu qədər pulu? Hansı yollarla? Gülər Əhmədova bildiyim qədər 3 dəfə millət vəkili seçilib, üçüncüsündən özü imtina edib. İş gedən ərəfədə də ölkəni tərk etməyib, Azərbaycanda qalıb, Elşad Abdullayevdən fərqli olaraq. Hazırda da həbsxanadadır. Amma Elşad Abdullayev həm günahkardır, həm də ölkədə deyil. Azərbaycanın hüquq-mühafizə orqanlarından da ona görə soruşuram: necə olur ki, bir insan ölkə xaricində ola-ola bu qədər insanı mağdur (zərərçəkmiş) vəziyyətinə sala bilir? Amma bununla yanaşı, sizin qanununuz hələ də onun dedikləri ilə hərəkət edir. Hərəni bir tərəfdə həbsə salıb, birinin qorxudan ürəyini partladıb. Təbii ki, heç bu mənzərənin mənə də dəxli yoxdur. Çünki indi daha çox öz vəziyyətimlə maraqlanıram. Sevinc Babayevanın analiz nəticələri bəlli, videogörüntülər, mənim telefon danışıqlarım, mesajlarım, ifadələr ortadadır.  Mən ölkəmin torpağındayam, ölkəmin hakiminə də, müstəntiqinə də, məhkəməsinə də güvənirəm. Elşad Abdullayev isə ölkəsində hər şeyi pulla satın aldığı üçün indi o pullarını müxtəlif yollarla geri qaytarmağa çalışır. 

- Azərbaycandan gələn istintaq qrupu sizin də ifadənizi alıb, elədirmi? 

- Əlbəttə. Mən yenə də Türkiyədəki istintaqçılara verdiyim ifadəni onlara da verdim. Sizin ordan gələn müstəntiqiniz özəl icazə alaraq mənim öz müstəntiqimizə verdiyim ifadə müddətində dindirmədə iştirak edib. 

- Demək ki, proses zamanı şahid qismində Bakıya gəlib ifadə verəcəksiz. 

- Təbii ki, gələcəm. Bakıya gəlməyi də istəyirəm. Amma mənim ölkə xaricinə çıxma yasağım götürülməyib, əsas məsələ budur. Hazırda ciddi şəkildə zərərçəkmiş durumundayam. Təsəvvür edin ki, mən ölkə xarici ilə çalışan bir adamam. Amma bu işə görə 10-11 aydır ki, xaricə çıxa bilmirəm. Bakıya gəlməyim məsələsi isə bir az fərqlidir. Burdan baxıram ki, bir adam çıxıb ortaya və dövlətin nazirlərini, deputatlarını, iş adamlarını ittiham edir, təhqir yönəldir. Və hökumət bu adamı həbs edə, onun ifadəsini ala, hətta məhkəməyə gətirə bilmirsə, mənim taleyim necə olacaq? Məsələn, mən gələn vaxt Elşad ordan desə ki, qatil Səlcuqdur, məni də orda həbs edəcəklər. Halbuki mən Bakıda hər hansı bir hadisəyə, cinayətə qarışmamışam. 

- Yəni Bakıya gəlsəz, həbs olunacağınızdan qorxursuz? 

- Mənim Allaha verəcəyim bir candır, heç kimdən də qorxum olmaz. Alnıma nə yazılıbsa, o olacaq, Allaha inanan insanam. Amma düzgün, adam kimi ölməyi arzulamışam hər zaman. Mənim qorxum yoxdur, amma ordakı insanların anladığım qədəri ilə özlərindən qorxuları var.  Elşad Abdullayev dövləti alıb əlinə, istədiyi vaxt istədiyi ittihamları yönəldir və pul yığır. Zəng edir insanlara, deyir ki, sənin diskin var əlimizdə, pul verməsən, mən bu videonu yayacam. Gülər Əhmədova ilə Sevinc Babayevanı necə təhdid edirdisə, bu insanları da o cür təhdid edir. 

- Səlcuq bəy, bu, çox ciddi ittihamlardır və artıq neçənci dəfədir ki, təkrarlayırsız.  Əlinizdə sübutunuz varmı bununla bağlı?
 
- Mən bunu sezirəm. Sizin mətbuatınızı ciddi izləyirəm və mənzərəni anlamaq üçün kahin-filan olmağa da ehtiyac yoxdur. İnsanları satın alıb, indi də o insanları geri satır. Mənim kimləsə görüşüb, nəsə fikir almaq və o fikirlə hərəkət etməyimə ehtiyac yoxdur. Zatən hər şey ortadadır. Siz də bunu anlarsız. Məni güldürməyin, ay xanım. Bu adam bu qədər ciddi pulları yığıb, necə o sayda adama paylayıb, bunun məntiqi varmı? Türkiyədə belə bir şey olsa, adamı uzun müddət təpədən-dırnağa qədər araşdırarlar. Oxuyuram, filankəsə 100 min verdim, o birinə 500 min verdim, bir başqasına 1 milyon... Nəymiş bu adam? Azərbaycanın sahibimiymiş? Hardan tapıb axı bu qədər pulu?

- Gülər Əhmədova məhkəməsində dedi ki, sərhəddə onu saxlayarkən çamadanlarında disklər axtarıblar. Siz daha öncə də bizə müsahibənizdə evinizdə, iş yerinizdə hansısa disklər axtarıldığını demişdiz. Gülər xanımla sizin evinizdə axtarılan disklərin içində nə var? Ümumiyyətlə, söhbət eyni disklərdən gedir? 

- Onu mən biləmmərəm. Onlar sadəcə axtarış aparıblar. Heç mənə də deməyiblər ki, nəyin diskini axtarırlar ümumən. İstintaqın gedişində axtarış aparılması normal bir hadisədir. Professional bir şəkildə əməliyyatın şərtlərini yerinə yetiriblər. Sabah bizim baş nazirlə, sıradan vətəndaşla bağlı da nəsə bir hadisə olsa, eyni cür axtarışlar aparılacaq. 

- Bizə daha öncə verdiyiniz müsahibədən, habelə Sevinc Babayevanın son məktubu adlandırılan məktubu redaksiyamıza yollayandan sonra ictimai rəydə sizin Gülər Əhmədovanın xeyrinə addımlar atacağınız gözləndi. Yəni məhkəməyə gəlsəniz, həqiqətənmi sabiq deputatın yanında görəcəyik sizi? 

- Birincisi, mən Gülər Əhmədovanı tanımıram. Necə insandır, ölkədə ona münasibət necədir, xəbərim yoxdur. Mətbuatdan izlədiyim qədər deputat olub 3 dəfə. Amma bu qalmaqalı start verən, onun təməlini qoyan insan təəssüf ki, sizin ölkənizdə deyil indi. Özünü professor adlandırır, amma ölkədən çıxıb, ordan camaata hədə-qorxu gəlir. Gülər Əhmədovaya gəlincə, ortada bir zərərçəkmişlik varsa, qanun buna münasibət bildirəcək. Yox, əgər günahı varsa, yenə cəzasını çəkəcək. Amma bu cəzanı bir nəfər çəkməməlidir.  Cinayəti yaradan, insanları bu cinayətə təşviq edən şəxs ortaya çıxmalıdır. Ondan sonra bu cinayətə kim qarışıbsa, onlar barədə nəsə addım atıla bilər. Yoxsa ki, indi mən gedim başqa ölkəyə, başlayım ordan camaatı şantaj və ittiham eləməyə, deyim ki, əlimdə də filan-filan disklər var. Elə şey olarmı? Bu, cinayəti sübut edirmi? Belə cinayət qənaəti olar? Sualınıza gəlincə, Gülər Əhmədovanın nə yanındayam, nə də qarşısında. Mənimlə də heç bir əlaqəsi yox. Sadəcə, daha sonradan mətbuatdan tanıdığım bir insandır. 

- Sizin də həyatınıza təsirsiz ötüşməyən və ötüşməyəcək bu məhkəmə prosesindən gözləntiləriniz nələrdir? 

- Onsuz da mənim günahsızlığım ortadadır. Hər şeydən əvvəl analiz nəticələri ortadadır. Mən sadəcə Sevinc Babayevaya bir insan olaraq kömək etmişəm. Bunun qarşılığında heç bir gözləntim olmayıb. Etdiklərimi də mərhuma halal etmişəm. Sevinc Babayevanı Məryəm Solmaz olaraq tanımışam, nə kimi bir cinayətə qarışmasından xəbərim olmayıb. Olsaydı, bu barədə müvafiq orqanlara xəbər verər, belə bir hadisənin içində olmazdım. Mənim ciddi maddi ziyanlarım var. Onları geri qaytarmaq imkanım yoxdur. İnşallah, demokratik proses olar, obyektiv qərar verilər sonda.
Oxşar xəbərlər
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO