Milli Məclisdə keçirilən səsvermədən sonra Artur Rasizadə növbəti dəfə Azərbaycan respublikasının baş naziri seçildi.
Diqqətçəkən bir məqam səsvermə zamanı tabloda iki nəfərə bu təyinatın əleyhinə səs verməsinin əks olunması oldu. Moderator.az bu iki deputatın kimliyini araşdırmaq niyyətinə düşüb. Artur Rasizadənin təyinatının əleyhinə səs verə biləcək mümkün variantlar gözdən keçirilsə də hələlik axtarışlarımız nəticə verməyib.
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafanın bildirdiyinə görə o, Artur Rasizadənin lehinə səs verib.
Ədalət Partiyasının sədri İlyas İsmayılov da Artur Rasizadənin lehinə səs verdiyini dedi:
“Mən səsvermə zamanı Artur müəllimə səs verdim, çünki ona hörmətim var”.
Millət vəkili Zahid Oruc da Artur Rasizadəyə səs verən deputatlar sırasındadır:
Mən məmnuniyyətlə yüksək dövlətçilik təcrübəsi olan Artur Rasizadəyə səs verdim. Ölkə rəhbərinin Artur Rəsizadə kimi bir dövlət adamına inamını biz də çox müsbət qarşıladıq. Düşünürəm ki, parlamentarilərin bu seçimi çox düzgün qərardır".