Ailənin yeganə övladı olan ölümsüz qəhrəmanın əbədiyyətə qədər davam edəcək ömür dastanı...
Oxunub: 2145
03 Dec 2020 | 15:46
Ailənin yeganə övladı olan ölümsüz qəhrəmanın əbədiyyətə qədər davam edəcək ömür dastanı...

Faiq Ələkbərli: ”Anasının bütün israrlarına baxmayaraq Rəşad könüllü olaraq müharibəyə getdi”

“Rəşad Şuşa döyüşlərində yaxından iştirak edib və Şuşanın azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub”

Mənəvi zirvələr fəthedilməzdir o zirvələrə ucalan Vətən oğlullarının yenilməz inadı, sarsılmaz əzmi, dəmir iradəsi, Vətən eşqi və fədakarlığı, qəhrəmanlığı kimi. Şəhidliyin ənginliklərinə, zirvəsinə qəhrəmanlıqla ucalan oğlullarımız fəthedilməzdir. Bu fəthedilməz oğullarımızın canı, qanı bahasına Vətən Müharibəsində-Qurtuluş Savaşında zəfər qazanmışıq.
Şəhidlik elə bir zirvədir ki, o ənginliyə ucalmaq hər insana qismət olmur. Bəlkə də, yüzlərlə, minlərlə insan var ki, Tanrının onu şəhidliklə mükafatlandırmasını arzulayır, amma onlara şəhidlik nəsib olmur… Ancaq Tanrının bu uca və ulu, əbədi zirvəyə yüksəltiyi Ələkbərov Rəşad İlqar oğlu kimi oğullarımız da çoxdur. Tovuz cəbhəsində baş verən erməni təxribatı “yatmış vulkan” misallı oğullarımızı qəzəb atına mindirdi, nəhayət düşmənə həddini bildirməyin zamanı gəldiyini təlqin etdi. Bu oğullar illərdir ki, düşmənlə haqq-hesab çəkmək, ondan öc almaq, torpaqlarımızı işğaldan azad etmək günün yaxınlaşdığını ruhları, ürəkləri ilə, bir də damarlarında qan kimi dövran edən intiqam günün yaxınlaşdığını hiss edirdilər. Rəşad da o oğullardan biri idi. Ermənistanın təxribatçı qruplarının Tovuz cəbhəsində yeni işğalçılıq niyyətətlərini gerçəkləşdirmək məqsədilə təxribatlara başlaması Rəşadı yerindən oynatdı. O minlərlə, onminlərlə gənclərimiz kimi hərbi komissarlığa gedib qeydiyyatdan keçdi və cəbhəyə çağırılcağı günü səbrsizliklə gözləməyə başladı. Səbr kasası daşırdı artıq, heç cür özünə yer tapa bilmirdi. Düşmən Tovuz cəbhəsində layiqli cavabını alıb böyük itkilərlə geri çəkilməyə məcbur edildi, amma Rəşad yenə də cəbhəyə çağırılacağı günə ümidini itirmədi və nəhayət ki, onminlərlə Vətən fədailərindən biri kimi Rəşad da düşmənə qan uddurmaq üçün döyüş cəbhəsinə atıldı.
Nəsli-kökü Gədəbəy rayonu ilə bağlı olan Ələkbərov Rəşad İlqar oğlu 1997 ci il sentyabrın 15, Azərbaycan tarixi üçün çox önəmli olan tarixi bir gündə Azərbaycan Xalq Cumhuriyyətinin birinci paytaxtı Gəncə şəhərində anadan olub. Gəncə şəhəri 44 saylı orta məktəbi bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə gedib, Ağcəbədidə hərbi xidmətə başlayıb və Füzulidə hərbi qulluğunu başa vurub.
Rəşad Ələkbərovun dayısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərli Rəşaddan danışarkən həm qüssəsini, həm də qürur keçirdiyini gizlədə bilmir. Faiq müəllim deyir ki, Rəşad Tovuz hadisələrindən sonra Gəncə şəhəri Kəpəz rayon hərbi komissarlığına gedərək qeydiyyatdan keçib. Vətən Müharibəsi başlayan kimi yenidən hərbi komissarlığa gedir və müharibədə iştirak etmək üçün müraciət edir. Bacısı oğlunun Qurtuluş Savaşına digər gənclərimiz kimi könüllü getdiyini deyən F.Ələkbərlinin sözlərinə görə, sentyabrin 29-da Rəşad Ələkbərov ön cəbhəyə gedib. “Bilirsiz ki, Vətən Müharibəsi ilə əlaqədar ölkəmizdə qismən səfərbərlik elan edildi, onlarla, onminlərlə gənclərimiz kimi Rəşad da könüllü olaraq cəbhəyə gedib. Cəbhəyə getməmişdən əvvəl Şəmkirdə yerləşən N saylı hərbi hissədə hərbi təlimdə olub, sonra cəbhəyə aparıblar. Rəşad ailənin yeganə övladı olub, özündən başqa nə bacısı, nə də qardaşı var. Rəşadın anası, mənim bacım Nailə Ələkbərova özü də Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Sonra düşmən tərəfindən atılan və onun yaxınlığına düşən düşmən mərmisindən yaralanıb. Yaralandıqdan sonra 1993-cü ildə Gəncə şəhər Kəpəz rayonu hərbi komissirlığı tərəfindən bacıma veteran vəsiqəsi verilərkən orada üzləşdiyi neqativ hallar nəticəsində ona verilən vəsiqədən imtina edir, lakin iki il əvvəl yenidən veteran vəsiqəsi almağa nail olur. Bacım Nailə Qəzənfər qızı Ələkbərova da Birinci Qarabağ Müharibəsi veteranıdır, hazırda Gəncədəki alminum zavodunda işləyir. Rəşad evin tək övladı olduğu üçün anası ona deyib ki, mənim səndən başqa dayağım yoxdu, sən müharibəyə getsən mənə kim həyan olacaq? Rəşadda anasına deyib ki, yaxşı, mən getməyim, sən getmə, başqaları getməsin bəs onda kim bu vətəni, bu milləti qorusun, torpaqlarımızı işğaldan azad etsin. Anasının bütün israrlarına baxmayaraq Rəşad könüllü olaraq müharibəyə getdi.
Cəbhəyə getməmişdən əvvəl Şəmkirdə yerləşən N saylı hərbi hissədə hərbi təlimdə olub. Rəşad ailənin tək oğul övladı olmasına baxmayaraq ön cəbhəyə getməkdən heç cür çəkinməyib, özü bunu israr edib. Baxmayaraq ki, onun ailənin tək övladı olduğu üçün birbaşa ön cəbhəyə, Qarabağ cəbhəsinə yox, Qazaxa, Tovuza, cəbhədən kənar yerlərdə xidmət etmək şansı olub, ailənin tək övladı kimi o bu şansdan yararlana bilərdi. Amma bütün hallarda ön cəbhəyə getmək, düşmənlə qaynar döyüş nöqtələrində döyüşmək istəyib. Rəşad Füzulidə, Hadrutda, Xocavənddə, Daşaltı, Şuşa və Xankəndindəki döyüşlərdə qəhrəmanlıqla döyüşüb, bu şəhərlərimizin, və sıra kəndlərimizin işğaldan azad edilməsində fədakarlıqlar göstərib. Oktyabrın əvvəllərindən şəhid olana qədər 1 aydan çox müharibədə iştirak edib, Hadrutun, Xocavəndin, Xocalının kəndlərinin alınmasında son damla qanına qədər vuruşub. Rəşad Şuşa döyüşlərində yaxından iştirak edib və Şuşanın azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sonuncu dəfə əlaqə saxlayıb əmisi ilə telefonla danışarkən deyib ki, Xankəndinin bir addımlığındayıq, Xankəndindıyik, Xankəndi də Gədəbəymiz kimi gözəl bir yerdirı. Çox güman ki, Rəşad Xankəndi yaxınlığında şəhid olub. Onunla bağlı məlumat noyabrın 7-də axşam tərəfi alınıb. Amma 8-9 noyabr tarixində ondan heç bir xəbər gəlmədi. Bilirik ki, noyabrın 7-də 8-də ordumuz Şuşada idi, döyüşlər artıq Xankəndinə yaxınlaşırdı. Sadəcə, noybar 8-də təmizləmə əməliyyatı başa çatdıqdan sonra Şuşanın işğaldan azad olunmasını dövlət başçısı elan etdi. Noyabrın 7-si axşamı Şuşa işğaldan azad olunmuşdu və Xankəndinə yaxınlaşırdıq. Biz ayın 7-dən sonra ondan heç bir məlumat ala bilmədiyimiz üçün güman edirik ki, Rəşad noybrın ya 8-də, ya da 9-da şəhid olub. Rəşadın şəhid olması xəbərini bizə noyabrın 11-də eşidik, bu barədə bibim oğlu Mahirə, qardaşım Fazilə məlumat verilib. Noyabrın 12-də Rəşadın dayısı Fazil, böyük qardaşım İlhamın oğlu Ceyhun və bibimiz oğlu Mahir və digər qohumlar Füzuliyə gedib oradan şəhidimizin nəşini Gəncə şəhərinə gətiriblər. Rəşadı noyabrın 12-də Gəncənin Şəhidlər Xiyabanında dəfn etdik. Mən də həmin vaxt artıq Gəncədə idim…Biz şəhidimizi uğurunda canını fəda etdiyi Vətən torpağında dəfn etdik. Rəşad evin yeganə övladı idi və anasının ondan, onun da anasından başqa heç kimi yox idi, amma bütün bunlara baxmayaraq, O, Vətənə olan sevgisini hər şeydən üstün tutdu və qəhrəmancasına şəhidlik zirvəsinə qovuşdu”.
F.Ələkbərli bildirdi ki, müharibədə R.Ələkbərovun komandiri Qudbiddin Qoçiyev olub və ilk gündən Rəşad Şuşa uğurunda gedən döyüşlərdə şəhid olana qədər bir yerdə olublar. “Rəşadın komandiri mənimlə söhbətində onun Hadrutda, Xocavənddə, Daşaltıda və Şuşada qəhrəmancasına döyüşdüyünü deyib. Sadəcə olaraq yaralıdır Bakıya gəlir dedi ki, yoldayam çatım axşam ətraflı danışarıq. Rəşadın döyüşçü yoldaşı Sədiyar Musayevlə də danışmışıq. Sədyar da mənə dedi ki, Rəşad sona qədər igidliklə döyüşüb, bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib. Döyüşçü yoldaşı onu da dedi ki, Rəşadın sürücülük qabiliyyəti olduğu üçün lazım gələndə hərbi maşınların vasitəsilə əsgərlərin yerdəyişməsi prosesində fəallıq göstərib, xüsusilə də, Daşaltı və Şuşa döyüşlərində fərqlənib və sair. Ümid edirəm ki, Rəşad İlqar oğlu Ələkbərova dövlətimiz tərəfindən “İgidliyə görə” orden verilər. Eyni zamanda Rəşadın adının oxuduğu məktəbə verilməsini arzulayırıq”-deyə F.Ələkbərli bildirdi.
Ömrün qısa olsa da, müharibənin odundan-alovun keçib səni qəhrəmana çevirən həyat dastanın hələ neçə-neçə illər, əsrlər dillərdən düşməyəcək, səni yaşadacaq, sənin arzularını, ananın səninlə bağlı arzularını solmağa qoymayacaq Rəşad. Anan Nailə xanım ağlayır, onun yaşağına süzülən göz yaşları acılı və qürurludu Rəşad. Acıdır ona görə ki, tək ümidini, evinin dirəyini, dar gününün gərəyini itirib, ocağının bircə yanan çırağı sönüb. Ananın göz yaşları ona görə qürurludur ki, onun oğlu müzəffər, qalib qəhrəman döyçü olaraq şəhidlik zirvəsinə ucalıb. Ananın yeganə pənahı ümidi idin Rəşad, indi bütün gəncəlilərin, bütün Azərbaycanın qürur duyduğu bir Vətən oğlusan. Elə bir Vətən oğlu ki, indi sənin adın dillərdən düşmür, indi sənin qəhrəmanlığın dastana çevirilib. Qurtuluş Savaşında yazılan zəfər dastanının ilk səhifələrində imzası olan oğullardan birisən Rəşad, imzan heç zaman solmayacaq, silinməyəcək. Gəncənin Şəhidlər Xiyabanındakı əbədi məkanın, o mübarək evin həmişə qonaqlı-qaralı olacaq. Səni təkcə anan ağlamayacaq. Səninlə yalnız yalqız qalan anan öyünmür, bütün Gəncə, bütün Azərbaycan sənin qəhrəmanlığınla öyünür. Ölümsüz qəhrəmanımız Rəşad İlqar oğlu Ələkbərov əbədi olaraq yaşayacaq. Nə qədər xalqımız var, nə qədər dövlətimiz var, nə qədər köksümüzdə ürəyimiz döyünür o qədər də o oğullar yaşayacaq. Əbədiyyətin, uca şəhidlik adın mübarək Rəşad!!!

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...