Laçın rayon ziyalıları Prezidentə müraciət ünvanladı
Oxunub: 1157
01 Dec 2020 | 13:58
Laçın rayon ziyalıları Prezidentə müraciət ünvanladı
Laçın rayon ziyalıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Siz müzəffər sərkərdəlik məharətinizlə yüz illərlə davam edən münaqişəyə, 30 ildən çox davam edən soydaşlarımızın əzablı ayrılığına cəsarətiniz, istedadınız, müdirik düşüncəniz və bənzəri olmayan rəhbərlik bacarığınızla ədalətli Vətən müharibəsi yolu ilə həmişəlik son qoydunuz, Qarabağı və ətraf yeddi rayonu işğaldan azad edərək tariximizin qızıl səhifəsini yazdınız. Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycanın üç rəngli bayrağını ucaltmaqla Qarabağın əzəldən sahibinin Azərbaycan xalqı olduğunu bütün dünyaya bəyan etdiniz. Biz laçınlılar rəhbərliyinizlə şanlı ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi-siyasi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik.

Möhtərəm сənab Prezident!

Azərbaycanın haqqını bərpa etdiyinizə, Azərbaycanın timsalında Türkün gücünü bütün dünyaya bəyan etdiyinizə, bir millət iki dövlət anlamını qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayib Ərdoğanla birgə bütün dünyaya bəyan etdiyinizə, düşmənlərimizə dərs keçərək yerinə oturtduğunuza, döyüş meydanı ilə birlikdə siyasət meydanında da tək döyüşərək qalib gəldiyinizə, dünyanın otuzdan çox nüfuzlu media orqanlarına müsahibələr verərək Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdığınıza və informasiya müharibəsində əsaslı dönüş yaratmağa nail oldunuza görəbiz laçınlılar Sizə dərin minnətdarlığımızı bildiririk! Qarşınızda baş əyirik.

Siz düşmənlərimizlə həm də informasiya cəbhəsində vuruşdunuz. Sizin təmkininiz, dərin məntiqiniz qərəzli, qeyri-peşəkar sualları belə səbrlə, soyuqqanlılıqla qarşılamağınız dünya mediyasının da görünməyən üzünü bizə aydın şəkildə göstərdi. Hamıya peşəkar, qərəzsiz jurnalistika dərsi keçənlər, müstəqil mediyadan dəm vuranlar öz ölkələrindəki erməni diasporlarının əllərində bir vasitəyə, çevrildiklərinin açıq-aydın hiss etdirdilər.

Qısa müddətdə Ermənistanın məğlubedilməzlik mifinin dağıdılması və işğalçı ölkənin kapitulyasiyaya məcbur edilməsi Sizin gələcəyə hesablanmış uzaqgörən, müdrik siyasətinizin, mükəmməl ordu quruculuğu proqramınızın və iqtisadi imkanları düzgün səfərbər etməyinizin nəticəsində şərtləndirildi. Azərbaycanın cəbhədə qazandığı misilsiz qələbələri gərgin danışıqlarla tamamladınız. Ermənistanı müəyyən etdiyiniz şərtlərə kapitulyasiyaya məcbur etməklə düşmən tapdağı altında olan Ağdam, Kəlbəcər və Laçın ərazilərini qan tökülmədən işğaldan azad etdiniz.

44 günlük Vətən müharibəsi gedişində işğaldan azad olunan ərazilərimiz sırasında Laçın rayonunun da adının olması biz laçınlılara, ümumilikdə bütün ölkə ictimaiyyətinə hədsiz sevinc bəxş edib və bir rahatlıq gətiribdir. 28 illik həsrətdən, intizardan sonra qüdrətli Ordumuzun işğaldan azad edilmiş Laçın rayonunun ərazisinə daxil olması, laçınlıların həyatında ən xoşbəxt, ən qürurlu və sözlə ifadə edilməsi mümkün olmayansevincli bir gün oldu. Bu günü Laçın sakinlərinə yaşatdığınıza görə Sizə minnətdarıq.

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Laçınlılar bütün dövrlərdə Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik xəttinə və onun siyas varisi - Siz cənab Prezidentimiz İlham Əliyevin siyasi kursuna sadiq olublar. Ümummilli liderin himayəsi və qayğısı sayəsində XX əsrin 70-ci illərində Laçın rayonunda böyük quruculuq işləri həyata keçirilmişdi. Heydər Əliyev qayğısı sayəsində Laçın öz inkişafına, quruculuq, abadlıq və mədəni təsisatlarına görə dağlar qoynunda

gözəl bir şəhərə çevrilmişdi. Bu qayğını Laçın camaatı bu gün də ehtiramla xatırlayır və unutmur.

Ermənistanın ərazilərimizə qarşı əsasız torpaq iddiaları qaldıraraq ədalətsiz müharibə başladığı ilk günlərdən Laçın sakinləri sadə quş silahları, hətta yalın əllə, sərhədlərimizin, torpağımızın müdafiəsinə qalxmışlar. 328 nəfər şəhid olmuş, 225 nəfər əlil olmuş, 33 nəfər hər iki valideynini itirmişdir. 5 nəfər Azərbaycanın Milli Qəhramanı adına layiq görülmüşlər. Ancaq o zamanlar dövlətimizin rəhbərsizliyindən, ölkədəki məlum siyasi oyunlardan, hərc-mərclikdən və həm də sərhədlərimizin müdafiəsində düşmənlə üz-üzə Laçının tək qalmasından istifadə edən təcavüzkar Ermənistan havadarlarının köməyi ilə Qarabağın giriş qapısını, Ulu öndərin təbirincə desək Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması baxımından xüsusi əhəmiyyətə malik olan Laçını işğal etdilər.

Xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər elə ilk gündən məcburi köçkün adını daşıyan, Azərbaycanın 59 rayonunda məskunlaşmış laçınlılara böyük qayğı göstərildivə sahib çıxdı, onların problemlərinin həllinə daim yardım göstərdi.

Dünyada gedən tarixi proseslər bir daha göstərir ki, müdrik lideri olan xalq xoşbəxtdir. Biz bu müdrikliyi Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illərdən Ulu Öndər Heydər Əliyevin timsalında görmüşük. Ümummilli Lider xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdarkən "mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək necə mübarizə meydanına atıldısa, ölkəni vətəndaş müharibəsi astanasından, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək necə bir hüquqi dövlət qurdusa, cənab Prezident, Siz - Azərbaycan Prezidenti İlham Əliyev də 2003-cü ildə hələ vəzifənizin icrasına başlamamış bədniyyətlilərdən müstəqilliyimizi qorumaq naminə özünüzü sipər etdiniz və Azərbaycanı böyük təhlükələrdən qorudunuz. Son 17 ildə Azərbaycan gündən-günə inkişaf etmiş, iqtisadiyyatımızın yüksəlməsi, əhalinin həyat tərzinin yaxşılaşması, şəhər və rayonlarımızın abadlaşması, təhsilimizin inkişafı, Avropaya inteqrasiya prosesi, ölkəmizin dünya dövlətləri arasında nüfuzunun artması bilavasitə Sizin adınızla bağlıdır. Bütün bunlar Azərbaycan xalqı, onun ziyalıları tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

Ulu Öndər Heydər Əliyevin xalqa ünvanladığı “ Ona özüm qədər inanıram və mən başa çatdıra bilmədiyim işləri İlham Əliyev başa çatdıracaq” sözlərini fəaliyyətinizlə təsdiq etmisiniz. Ümummilli Liderin himayədarlıq ənənəsini Siz təəssübkeşliklə bu gün də davam etdirirsiniz. Minlərlə Laçınlılı Sizin sayənizdə yeni salınmış şəhərciklərdə mənzillə, dövlətin müavinəti, sosial yardımları ilə təmin olunubdur. Siz Ulu öndərin vəsiyyətini yerinə yetirərək bizləri indi öz doğma ata-baba yurdumuza, Laçınımıza qaytarırsınız!

Möhtərəm cənab Prezident!

Biz bu günlərdə tarixi və xoşbəxt anlar yaşayırıq, hər bir laçınlı möhtəşəm qələbənin təsiri altındadır. Zati-alinizin ətrafında sıx birləşərək Azərbaycan tarixinə qızıl hərflərlə yazdığınız bir dekabr zəfərini böyük sevinc və qürur hissi ilə qeyd edirik. Xalqımıza, biz laçınlılara bu qalibiyyət və zəfər hisslərini yaşadanlara, Qarabağımızı-Laçınımızı öz qanı və canı bahasına bizə geri qaytaran bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə şəfa diləyir, Müzəffər Ali Baş Komandanımıza və rəşadətli Ordumuza minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Rəhbərliyiniz altında 27 sentyabrdan başlanan Vətən müharibəsi hər gün yeni qələbələrlə xalqımızı sevindirdi, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş etdi. Bizlər üçün Azərbaycanın hər bir guşəsi doğmadır, əzizdir. Ancaq etiraf edirik ki, doğulub boya-başa çatdığımız, 28 ildir əsirlikdə qalan, ulularımız uyuyan, həsrət qaldığımız Laçınımızın yağı düşməndən azad edilməsi bizlər üçün bir başqa hissdir. Hər bir Laçın sakininin həyatında, mənəvi dünyasında Laçının ayrıca yeri var. Bu qələbənin bizə bəxş etdiyi sevinci sözlə ifadə etmək çox çətindir.

Hər birimiz yaxşı bilirik ki, bu zəfər, bu qalibiyyət yalnız Sizin siyasi iradənizin, sərkərdə məharətinizin, güclü təzyiqləri təmkinlə dəf edən zəkanızın bəhrəsidir. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız sizədir. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və xalqımızın milli qürurunun özünə qaytarılması sizin adınızla bağlıdır. Azərbaycan xalqının əsarətə baş əyməyən bir xalq olduğunu, müasir tipli ordusu ilə döyüş meydanlarında müharibə mədəniyyəti nümunəsi göstərərək düşməni məhv etməsini, dünyaya tanıtmaq və qəbul etdirmək sizin adınıza qızıl hərflərlə yazılan əbədi şan-şöhrətdir.

Möhtərəm cənab Prezident!

Laçın sakinlərinin Sizə olan məhəbbətini, ehtiramını və minnətdarlığını ifadə etməyə sözün gücü çatmır. Siz biz laçınlıların həyatında yeni mərhələnin və şərəfli bir salnamənin müəllifinə çevrilmisiniz.Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində biz laçınlıların taleyində yeni bir həyat başlayır. Biz təkcə amansız ayrılığa son qoymuruq, həm də öz yurdumuzu yenidən Sizin rəhbərliyiniz altında və qayğınız sayəsində qurmaq imkan qazanırıq. Bu ümidi bizə Siz 50 illik yubileyiniz gününü Qarabağda, laçınlıların məskunlaşdığı Taxta körpü qəsəbəsində Mehriban xanımla birlikdə bizlə keçirən günü vermiziniz.

İnanırıq ki, Ulu öndər Heydər Əliyev XX əsrin 70-ci illərində Laçını dağlar qoynunda necə abad, inkişaf etmiş gözəl bir şəhərə çevirmişdisə, Siz də qısa müddətdə Laçını dağlar qoynunda gözəl, abad bir şəhərə və turizm bölgəsinə çevirəcəksiniz. Günlərin birində memarı olduğunuz Laçına səfər edəcəksiniz.

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Doğma yurdumuzu bizə zəfərlə, qan tökmədən qaytardığınıza görə, quldur Andranikin rəhbərliyi altında keçən əsrin əvvəlində ermənilərin Qarabağa yürüşünün qarşısını Laçında alan xalq qəhrəmanı Sultan bəyin, qardaşı - Qarabağın General Qubernaroru olmuş Xosrov bəyin ruhunu və Qarabağ uğrunda şəhid olanlarımızın ruhunu şad etdiyinizə görə Laçının 78 mindən artıq sakinləri adından sonsuz minnətdarlığımızı və ehtiramımızı bildiririk.

Biz laçınlılar hər zaman Sizinlə olmuşuq və və bundan sonra da Sizinləyik. Azərbaycanı xoşbəxt gələcəyə aparan siyasətinizi, dəstəkləyənlərin ön cərgəsindəyik. Bizlərə bu sevincli və qürurverici günləri yaşatdığınıza görə sizə sonsuz minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, xalqımızın və dövlətimizin xoşbəxt gələcəyi naminə həyata keçirdiyiniz mühüm tarixi missiyada yeni-yeni uğurlar diləyirik.

Biz ziyalılar çoxminli laçınlılar adından təklif edirik ki, Sizin razılığınızla Möhtərəm cənab prezidentimiz, Ali Baş komandanımız İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin, Bakının və Şuşanın ən görümlü yerlərindən birində Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin - Qarabağın xilaskarının - əzəmətli heykəli ucaldılsın.

Hörmətlə: Bir qrup Laçın ziyalıları;

1. Məhəmməd Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi analizin riyazi üzulları kafedrasının müdiri, fizikan -riyaziyyat elmləri doktoru, akademik;

2. Şahbaz Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, akademik;

3. Zakir Fərəcov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı;

4. Sevindik Hətəmov, Salyan Rayon İcra Hakimiyyəti başçısı; 5. Gündüz İsmayılov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

6. Mahir Abbaszadə, Milli Məclisin deputatı;

7. Müşfiq Məmmədli, Milli Məclisin deputatı; 8. Şikar Qasımov, Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor;

9. Rəşad Şahbazov, iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarəedilməsi” kafedrasının professoru;

10. Rövşən Şahbazov, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini;

11. Knyaz Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstutunun professoru;

12. Fuad Abdullayev, Bakı Dövlət Universitetinin Riyazi analiz kafedrasının dosenti

13. Arif İbrahimli, Azərbaycan Respublikası Təhsil Şurasının İcra Aparatının rəhbəri;

14. Allahyar İmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təlim, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekan müavini, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru;

15. Cəbrayıl Qəhrəmanov, pedaqoji elmlər namizədi

16. Ələmdar Şahverdiyev, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, tarix elmləri namizədi;

17. Aydın Cəfərov, Sumqayıt Dövlət Universitetində müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor;

18. Mikayıl Zeynalov, Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi məsələlər üzrə prorektor, hüquq üzrə fəlsəfə doktoru;

19. İpək Abbasova, Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru;

20. Taleh Şirinov, fizika-riyaziyyat elmləri namizədi, dosent, Azərbaycan Texniki Universitetinin “İnformasiya və telekommunikasiya texnologiyaları” kafedrasının müdiri;

21. Mustafa Qarayev, fizika-riyaziyyat elmləri doktoru, professor;

22. Gülməmməd Məmmədov, ADA Universitetinin professor

23. Müseyib İlyasov, Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri, professor

24. Sevinc Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunda aparıcı elçi işçi, filologiya elmləri doktoru, dosent;

25. Şirindil Alışanov, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda “XX əsr ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

26. Səlim Səlimbəyli, “Təfəkkür” Universitetində prorektor, fəlsəfə elmləri doktoru;

27. Rahib Qarayev, Daxili İşlər Nazirliyinin əməkdaşı;

28. Şahin Məmmədov, “Qartal” firmasının prezidenti

29. Yusif Mirzə, rəssam

30. Nazim Əhmədli, şair

31. Mehman Tarverdiyev, filologoya elmləri namizədii, dosent, Bakı Dövlət Universitetinin “İran filologiyası” kafedrasında baş müəllim;

32. Solmaz Məhərrəmova, “Əməkdar mədəniyyət işçisi”, tarix elmləri doktoru

33. Eldar Əliyev, tibb elmləri doktoru

34. Saqif Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə sistemləri İnstitutunun böyük elmi işçisi, riyaziyyyat elmləri üzrə fəlsəfə doktoru;

35. Əli Mahmud, şair;

36. İbrahim Əhmədov, tibb elmələri namizədi, “Əməkdar müəllim”, Azərbaycan Tibb Universitetininin “Kommunal və qida gigiyenası” kafedrasının müdiri

37. Ehtiram Hüseynov, “Əməkdar artist”.

01.12.2020"
Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 01:06
İnfarkt riskinizi özünüz ölçün
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 01:06
İnfarkt riskinizi özünüz ölçün
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili