İndi bütün dünya mətbuatı Qarabağda tarix yazan oğulların mərdliyindən yazır...
Cəmiyyət
Oxunub: 4026
28 Nov 2020 | 22:18
İndi bütün dünya mətbuatı Qarabağda tarix yazan oğulların mərdliyindən yazır...
Moderator.az gənc alim, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyevanın Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, bayraqları bayraq yapan, igidliyi ilə tarix yazan və gənc yaşda döyüşkən ruhu, mərdliyi ilə adını tarixə çevirən şəhid Azər Nazim oğlu Yusiflinin anım gününə həsr etdiyi yazısını təqdim edir:
Milli davamız – Vətən savaşımız müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, Ali baş komandanımızın və məğrur xalqımızın yumruq kimi birləşməyinin, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. 
Hər hansı bir zaman kəsiyində müəyyən bir millətin şərəfini qoruyan insanlar – həmin millətin tarixini yaradanlardır. Belə insanlar cəsarət simvoluna çevrilir, onların yaşamı və ölümü millətin ruhuna, yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan o azadlığı canından və sahib olduğu bütün dəyərlərdən uca tuta… Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, İlqar Zeynallı... Azər Yusifli məhz belə qəhrəman oğullardır… Vətənin azadlığı uğrunda mübarizədə xalqının döyünən ürəyi olan, Şəhidlik zirvəsinə ucalmaqla millətin qəlbində ölümsüzləşən igidlər... Vətənin bütövlüyü uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdir... 
…Mənim balamın nişanı da, toyu da Azərbaycan bayrağıdır!
Oğlu Vətən uğrunda şəhid olan bir Ananın bu sözləri deməsi üçün nə böyüklükdə ürəyi olmalıdır, İlahi? – Şəhid anasının dilindən bu sözləri eşidəndə həyat bir loxma quru çörək kimi boğazımda düyünlənir…
İndi bildinizmi, VƏTƏNə nə üçün ANA deyirik? 
30 illik işğala, zülmə son qoyan övladları dünyaya Vətən - Analar, Ana - Vətənlər gətirib. Azəri dünyaya gətirən Nur üzlü Yeganə Anamız kimi... 
Yusifli Azər Nazim oğlu... 28 mart 1994-cü il Ağstafa rayonu Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olmuşdur. 2000-ci ildə Böyük Kəsik kənd orta məktəbinin birinci sinfinə gedən Azərin ibtidai sinif müəllimi anası Yeganə xanım Sayad qızı Məmmədova olmuşdur. 
Bu məqam böyük Hüseyn Cavidin 100 il bundan əvvəl yazdığı “Naxçıvana nə lazımdır?” məqaləsini yaddaşımda canlandırdı: “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp ibtidai məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon ibtidai məktəb müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi.”
Bu mənada Yeganə xanımın həm Ana, həm Müəllim kimi əməyi göz önündədir. Bu həyatda Ana olmaq mənim düşüncəmə görə, ən çətin peşədir, çünki şəxsiyyət yetişdirirsən. Yeganə xanımın Azər kimi milli məfkurəyə sahib, əqidəli, dönməz, cəsur və sağlam təfəkkürlü övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şərəflə gəldiyinin göstəricisidir. Azər körpə yaşlarından elə vətənpərvər ruhda tərbiyə olunmuşdu ki, ta uşaqlıqdan hərbçi olmaq arzusuyla böyüyürdü. 2012-ci ilin aprelində hərbi xidmətə yollanmış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11-ci bölüyündə kiçik çavuş rütbəsində xidmət etmişdir. Hərbi xidmətini bitirdikdən sonra sənədlərini işləmək üçün sərhəd qoşunlarına təqdim edir və işə qəbul olunur. Sərhəd xidmətində fəaliyyətə Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 №li hərbi hissəsində başlamışd, dəfələrlə xidmətlərinə görə hərbi hissənin komandiri tərəfindən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general – polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanlar və medallarla mükafatlandırılmışdır. Hərbi döyüş hazırlığında, idman hazırlığında xüsusilə fərqləndiyinə görə Azəri Mərdəkanda yerləşən sərhəd qoşunlarına məxsus “xüsusi təyinatlı” dəstəyə göndərmişlər. Orada keçirilən döyüş təlimlərinə və taktiki, texniki fəaliyyətlərinə görə Azər xüsusilə fərqlənirmiş. Tovuz döyüşləri zamanı “xüsusi təyinatlı” dəstədə kəşfiyyatçı kimi fəaliyyətə başlamış, dəfələrlə kəşfiyyatçı kimi Ermənistan ərazilərinə keçmişlər. Vətən müharibəsi başlayanda Sərhəd qoşunlarına məxsus, xüsusi təlim keçmiş (onlar Candargöl deyilən təlim poliqonunda ilboyu xüsusi təlim keçirdilər) “xüsusi təyinatlı kəşfiyyat dəstəsi” bütün torpaqların azad olunmasında birinci qrupda getmişlər. Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərmişdir. Onun döyüşlərdə necə mətinliklə vuruşduğunu, göstərdiyi rəşadəti qazi olan döyüş yoldaşları danışmaqla bitirmirlər. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə bayrağı Azər sancır, döyüş yoldaşı Xəyal Namazov deyir ki: “Həmin məqamda Azərin keçirdiyi qürur hissini sözlə izah edə, ifadə edə bilmərəm. Hər dəfə döyüşlərlə erməniləri öldürdükcə “Bu da Xocalının hayıfı” deyirdi”...
Müharibənin ilk həftəsində Azər yaralanır və hospitalda müalicə almalı olur. Həkimlər deyir ki, biz gecə - gündüz növbə çəkirdik, onu saxlaya bilmirdik. Üç gün sonra hələ tam sağalmamış yaralarını sarıyıb döyüşə - cəng meydanına  qayıdır Azər. Bu sadəcə hünər işi deyil, bunun üçün həm də Vətəni sevən böyük ürək lazımdır.
İndi bütün dünya mətbuatı Qarabağda tarix yazan oğulların mərdliyindən yazır: “Belə döyüş, vətən sevgisi görən olubmu, demək çətindir?! Həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan tər içində irəliləyirdi Azərbaycan ordusu. Nə yaralını, nə öləni çiyinlərindən yerə qoymurdular...”
Azərin döyüş yoldaşı Vüqar Zamanov da deyir ki, “mən Cəbrayılda yaralandım. Tibb məntəqəsi isə döyüş meydanından xeyli aralıda idi. Azər bir əlində silah döyüşə-döyüşə çiynində məni neçə kilometr tibbi xidmət göstərilən məntəqəyə çatdırdı.”
Son döyüşdə ermənilərlə qeyri-bərabər qüvvə ilə döyüşürlər. Kiçik bir kəşfiyyat dəstəsi ermənilərin 37 nəfər  əsgər və zabitini əsir götürür, 42 nəfərini isə öldürürlər. Həmin döyüşdə Azər düşmənin atdığı qumbaradan ağır yaralanır. Məsafə uzaq olduğuna görə tibb məntəqəsinə təxliyə olunana qədər hədsiz qan itirmədən şəhid olur.  
Hər bir insan ömrü bütöv bir təcrübədir. İnsanların ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, hamı bir – birinin yaşamını təkrarlayır. Amma Azər gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq – namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi...
Nakam ömrü bənzərsiz olduğu kimi Azərin taleyi, o böyük ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizdir. Nişanlısı –  ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükən Songül xanım  Azərin yoxluğuna heç cür inana bilmir: “Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” – deyərək gülə - gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. Bilmirəm ki, gedə bilərəmmi o torpaqlara nə vaxtsa? Nə üçün gedərəm... Bəlkə də bir ümid aparar - Səni taparam deyə... Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, arayam, axtaram Səni gözüm qanlı yaşlarla...” Songül xanımın Azərli xatirələrini hönkürtüsüz dinləmək, yazdığı gündəliyini sakit tonla oxumaq olmur. Qəhər bir tikə yavan çörək kimi boğazımda düyünləyir, udquna bilmirəm.
Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya - təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı gün, Azərin - Azərlərin müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Songül xanım Azərə yazır: “Bu gün Sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu... mənim borcum isə son nəfəsiməcən Sənin adına, sevginə - Sənin ucalığına layiq yaşamaq... Əgər bunun adı yaşamaqdırsa... Mən Sənin qəlbində getdim, Sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdi, yaşayan kimdi, Sevdiyim?! Əbədi həyatda qovuşacağıq, Azərim!” – yazır...
Songülü dinlədikcə, gündəliyini oxuduqca  bir daha ürəkdən inanıram ki, bu Vətənin  bayrağını ucaldan Azər kimi mərd, qeyrətli oğullardırsa, bu xalqın başını ucaldan İlhamın Fərizəsi, Mehdinin Mələyi, Azərin Songülü kimi qar kimi tərtəmiz, namuslu, ləyaqətli, şərəf mücəssəməsi olan, sevgisinə, Sevdiyinə son nəfəsinəcən sadiq qalan sədaqətli qızlarımızdır... Və bu xalqın hərb meydanında dünyaya meydan oxuyan Azərləri cəsarət, qeyrət məktəbidirsə, Songülləri əhdinə vəfa örnəyi, ülviyyət rəmzi,  sədaqət simvoludur. Belə övladlar yetirən xalqı heç nə məğlub edə bilməz...
Döyüş yoldaşlarının çəkdiyi maraqlı bir video görüntü var. Zəngilan azad edildikdən sonra Azər bir məktəb binasına daxil olur. Hayların bayrağını və özlərinə “milli qəhrəman” elədikləri Monte Melkonyanın şəklini divardan söküb ayaqlarının altına atır və tapdalayır. Daha sonra zaman – zaman türkün tarixini və coğrafiyasını mənimsəyən oğru millətin tarixi abidələrinin sərgiləndiyi bir divar kağızına doğru gedir. Hayların xülyalarında, miflərində yaratdığı Böyük Ermənistan xəritəsini və tarixi abidələrin şəklini divardan söküb ayaqlayıb əzdikcə “Bu da şərəfsizlərin məktəbi” deyir. 
Döyüş yoldaşları deyir ki,  Azər hər erməni öldürdükcə “Bu da Xocalının hayıfı" deyirdi. Həmin məktəbdə çəkilən kadrlara – Azərin hayların bayrağını, xəritəsini, tarixini, “milli qəhrəman”ını tapdadığı görüntülərə baxdıqca sanki içindən bu kəlmələrin keçdiyini üzündən oxudum : “Bu da Poladların hayıfı. Bu da Mübarizlərin hayıfı...”
Qərb bölgəsində Qazaxda, Ağstafada, Borçalıda qisas almaq, intiqam almaq ifadələrinin əvəzinə daha çox “hayıf çıxmaq”, “hayıf almaq” sözlərini işlədirlər.
Azəri gənc yaşında ən çox sarsıdan, yandıran bir məqam   Xocalıda günahsız körpələrin, əliyalın qocaların, hamilə qadınların, ana – bacılarımızın başına gətirilən izaha gəlməz müsibətlər idi. Və Azər Xocalının qisasını almağı özünə həyat qayəsi seçmişdi.
Ən böyük arzusu şəhidlik zirvəsinə - şəhadət məqamına ucalmaq idi, amma qisas alınandan sonra.  Dediyini etdi, əqidəsindən  və yolundan dönmədi, qisasını aldı və şəhid oldu.
Vətən, torpaq, böyük amallar və müqəddəs, qutsal bir qayə uğrunda candan keçmək, özünü şüurlu şəkildə fəda etmək... Tanrının verdiyi ömür payını Vətənin və gələcək nəsillərin firavanlığına bağışlamaq... Ölüm var ki, həyat qədər dəyərli... – dedikləri yəqin elə budur –  şəhadət məqamı... 
Müqəddəs “Qurani – Kərim”də “Ali-İmran” surəsi 169-cu ayədə deyilir ki: “Haqq yolunda canlarından keçənlər ölmürlər. Əksinə onlar Rəbbi yanında ruzi verilmiş dirilərdir”... “Tanrı qatında Şəhidlikdən daha uca mərtəbə Peyğəmbərlik məqamıdır...”
Dərisi soyulan Nəsimi də şəhiddir, qolları kəsilən Babək də, Cavad xan da... Bütün ədəbiyyat nümunələrimizdə - Rəsul Rzanın “Babək” şeirində, Əli Kərim Nəsimiyə həsr etdiyi “Şəhidlik zirvəsi” şeirində, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasında şəhidlik ölüm aktı kimi yox, qəhrəmanlıq, dönməzlik faktı kimi poeziya həqiqətinə çevrilir. Sabir Rüstəmxanlının “Sönmüş ocağın ağısı” poemasında böyük rus imperiyasına qarşı kiçik bir dəstə ilə vuruşan Cavad xanın qəhrəmanlığı və şəhidlik məqamından söhbət açılır. Cavad xan üçün iki yol var idi: ya Gəncə darvazalarının qapısını açıb təslim olmaq, ya da tikə - tikə, rizə - rizə doğranmaq! Cavad xan ikinci yolu seçir – Siz Gəncəyə yalnız mənim cəsədimin üstündən keçə bilərsiniz, - deyir. Cavad xan şəhid olur, amma qanıyla tarixləri qızardır.
Bu gün Azər və gənc Azərlər Babəkin, Nəsiminin, Cavad xanın əmanəti olan torpağa sahib çıxdılar, sinəsi çalın-çarpaz dağlanmış, yaralanmış ana Vətənin yaralarını sarıyıb məlhəm oldular, al qanlarıyla təqvimimizi qırmızıya boyadılar...
Nur içində uyu, Azər! Siz bizim hər ayının hansısa günü mütləq qara ilə haşiyələnmiş təqvimimizi dəyişdirdiniz. İndi yazdıqca xatırlayıram ki, hər ilin 29 oktyabrında Zəngilanın işğal tarixi çəkicin zindanı döyəclədiyi kimi ruhumuzu, qan yaddaşımızı döyəcləyirdi. Və indi artıq təqvimdəki o qara haşiyələnmiş rəqəmlər yoxdur. Artıq bütövləşmiş Vətən və o Vətənin azad edildiyi qırmızı haşiyəli gün var – Zəfər günü!!!
Təkcə varlığıyla deyil, yoxluğuyla qalib olanlar Böyük İnsanlardır...
Qalibiyyətin qutlu, Zəfərin mübarək, Azər! Yusif babanın Sənə qoyduğu Azər adının haqqını layincə verdiyin üçün sağ ol!
Zəngilana şanlı Azərbaycan bayrağını ilk sancan və böyük rəşadətlə azad etdiyi torpaqda Şəhadətə ucalan İgid!
Yurdumun ər qeyrətli, Tarix yazan Mərd Oğlu!
Siz indiyədək oxuduğumuz tarix kitablarını tarixin arxivinə gömdünüz, tariximizi yenidən yazdınız...
Siz qanınızla köksü param-parça olan Vətənimizi bütövləşdirdiniz!
Siz Azərbaycanın xəritəsini bütövləşdirdiniz!
Siz İlahi Ədaləti bərpa etdiniz!
Siz sadəcə Qarabağı azad etmədiniz, millətimizin üstündən 30 illik möhnət yükünü, əsarət damğasını – ləkəsini təmizlədiniz!
Siz bütövlükdə xalqımızın milli qürurunu, ləyaqətini, mənliyini özünə qaytardınız!
Siz təkcə torpağı deyil, həm də milləti bir yumruqda birləşdirdiniz!
Siz gerçəkdən Tarix yazdınız!!!
Bizə ərməğan etdiyiniz bu Azad və Bütöv Vətən üçün Sizin qarşınızda son nəfəsimizədək minnətdarıq! Ruhunuz qarşısında baş əyirik!
Tanrı qatında yeriniz uca, Şəhadətiniz qutlu olsun! 
Bütün Şəhidlərimizin ailəsinə, yaxınlarına, əqrəbalarına başsağlığı verirəm. Başınız sağ olsun! 
Başın  sağ olsun, Vətən!!!        
Oxşar xəbərlər
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub