Ə.M.Topçubaşovun Fransanı inandırmaq cəhdləri... - Nəsiman Yaqublunun araşdırması
Oxunub: 3682
26 Nov 2020 | 15:24
Ə.M.Topçubaşovun Fransanı inandırmaq cəhdləri...  - Nəsiman Yaqublunun araşdırması
Fransa Senatının ermənipərəst mövqedə dayanması Azərbaycan xalqının hər bir vətəndaşında narazılıq doğurub.Dünyada demokrtaiyanın inkişafında xidmətləri olan, yaratdığı qanunlarla Avropanın inkişafına ciddi töhfələr verən Fransa indi bir dəstə erməninin girovuna çevrilərək tarixi nüfuzuna ləkə salır.Lakin tarixi faktlara diqqət yetirdikdə Fransanın belə “etibarsızlığının” şahidi ola bilərik.Bununla əlaqədar Azərbaycanın görkəmli dövlət xadimi Ə.M.Topçubaşovun Fransadakı fəaliyyətinin bəzi məqamlarını oxuculara təqdim edirəm.

Ə.M.Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Ə.M.Topçubaşovun 1919-cu ilin 22 fevralında göndərdiyi teleqramda yazılırdı: “Konstantinopoldan Bakıya − İngilis Qərargahına teleqramma. Hökumətin sədrinə çatdırmağı xahiş edirəm ki, icazə verilmədiyindən hələ Parisə gedə bilməmişəm”.
Ə.M.Topçubaşovun Azərbaycan Nazirlər Sovetinin Sədri F.X.Xoyskiyə yazdığı 1919-cu il, 17 mart tarixli məktubundan məlum olur ki, Müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəticəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətindən yalnız 2,yaxud 3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilir.
Azərbaycan Nümayəndə Heyətinin Parisə − Sülh Konfransına getməsi ciddi problemə çevrilmişdi. İngilis nümayəndəliyi Ə.M.Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri 3 nəfərin Parisə getməyinə razılaşırdı.
Həmin dövrdə gözlənilmədən Azərbaycan Nümayəndə Heyətinin Parisə getməsi mümkün olur. ABŞ prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alıb, nümayəndələrin Parisə getməsinə icazə verildi.
Azərbaycan Nümayəndə Heyəti Parisə gəldiyi ilk gündən gərgin fəaliyyətə başladı. İlk görülən işlərdən biri Ə.M.Topçubaşov, Ə.Ağayev və C.Hacıbəylinin birgə hazırladıqları “Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu” adlı sənədin fransız və ingilis dillərində nəşrə hazırlanması oldu. Azərbaycanın tanıdılması baxımından nümayəndə heyətinin hazırladığı “Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi”, “Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti” adlı sənədlər də (sonradan kitabça kimi nəşr olundu) əhəmiyyətli rol oynadı.
1919-cu ilin may ayında Ə.M.Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Polşa, Gürcüstan, Dağlılar Respublikası, Ermənistan və İran nümayəndə heyətləri ilə görüşmüşdülər (qısa müddətdə).
Eyni zamanda nümayəndə heyəti 12 informasiya bülleteni hazırlayıb nəşr etdi.
1919-cu ilin sonunda C.Hacıbəylinin fransız jurnalı olan “Revyu dyu Mond Myuzyulman”da “İlk müsəlman respublikası Azərbaycan” məqaləsi çap olundu. Bu məqalədə Azərbaycanın tarixi coğrafiyası və inkişafı işıqlandırılırdı.
Nümayəndə heyətinin nəşr etdiyi bülletenlərdə erməni işğalçılarının Naxçıvanda azərbaycanlıları sıxışdırması, Ermənistandakı müsəlman əhalinin vəziyyəti, general Denikinin Qafqaza doğru irəliləməsi (Bülleten №3) ilə bağlı yazılar çap edilib.
Bülletenin 7-ci sayında Britaniya siyasi xadimi S.Lidellin Bakıya səfəri və sonda Rusiya, eləcə də dünya mətbuatının Azərbaycanla bağlı məlumatların icmalı verilib.
Bülletenin 9-cu sayında 1919-cu ilin dekabrında Bakıda keçirilən Azərbaycan-İran konfransı haqqında məlumat və Azərbaycan Cümhuriyyətinin bir illik fəaliyyəti haqqında yazılar vardır.
Bülletenin 10-cu sayında Rusiyanın Xarici İşlər Komissarı Çiçerinin F.Xoyskiyə 1920-ci ilin yanvarın 2-də göndərdiyi nota haqqında məlumat, Parisdə Zaqafqaziya ilə bağlı keçirilən konfransın materialları, Azərbaycanın cənub-qərbində qaçqınların vəziyyəti ilə bağlı yazılar dərc olunub.
Bülletenin 11-ci sayında Azərbaycanın xarici ölkələr tərəfindən tanınması ilə bağlı materiallar, 12-ci sayda isə Qars hadisələri ilə bağlı məlumatlar, F.X.Xoyskinin Ermənistanın Xarici İşlər nazirinə notası, Çiçerinə isə üçüncü notası çap edilib.
Qeyd olunmalıdır ki, Azərbaycan nümayəndə heyətinin fransız dilində hazırladığı mətnlərin tərtibində və redaktəsində fransız şərqşünası Lyusen Byuvanın (1877-1942) böyük rolu olmuşdu.

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Həmin dövrdə − mayın əvvəlində Azərbaycan Nümayəndə Heyəti Sau-Remo konfransından Parisə yenicə qayıtmışdı. Mayın 3-də Ə.M.Topçubaşov fransız hökumətindən baş verən hadisələri öyrənmək üçün Azərbaycan hökumətinə teleqram göndərməyi xahiş etdi. O, yalnız mayın ikinci yarısında Tiflisdə olan Azərbaycan hökuməti rəhbərliyi ilə əlaqə saxlaya bildi.
1920-ci ilin iyunun 30-da Ə.M.Topçubaşov Londonda bolşevik ticarət nümayəndəsi L.Krasinlə sənəd imzalayan Antanta Ali Şurasının sədri Klemansoya nota göndərir.
İyulun 4-də Ə.M.Topçubaşov Belçikanın Spa şəhərində keçirilən Sülh konfransının sədri, İngiltərənin Baş Naziri Lloyd Corca xüsusi nota göndərdi. Həmin notada Azərbaycan xalqının bolşevizmdən xilas olması vacibliyini vurğulayırdı.
1920-ci ilin oktyabrın 8-də Ə.M.Topçubaşov Fransa Nazirlər Şurasının sədri və Xarici İşlər Naziri Klemansoya nota göndərir. O, bu notada əsas diqqəti Azərbaycanın zəngin təbiətinə, Xəzərin neftinə yönəldir və Parisin Azərbaycandakı müqavimət hərəkatına silahla kömək edəcəyi təqdirdə bu ölkənin Fransa üçün əhəmiyyətli bazar rolunu oynaya biləcəyini nəzərə çatdırır.
Ə.M.Topçubaşov göndərdiyi notalara əhəmiyyət verilmədiyini görüb, oktyabrın 9-da Fransa Xarici İşlər Nazirliyinin Baş katibi Filip Berteloya, ona Azərbaycanda yaranmış vəziyyəti izah etmək üçün şərait yaradılması xahişi ilə müraciət edir. Bu müraciət əsasında Bertelo özü yox, Xarici İşlər Nazirliyinin siyasi və iqtisadiyyat departamentinin direktor müavini Laroş onunla görüşür. Ə.M.Topçubaşov görüşdə Qafqaza xüsusi hərbi missiyanın göndərilməsini, Azərbaycanda silahlı üsyanın hazırlanmasında rol oynamağı və bunun müqabilində Fransaya Azərbaycanın neft müəssisələrinin müəyyən payının verilməsini vəd edir.
Oktyabrın 27-də Fransa Xarici İşlər Nazirliyində olan Ə.M.Topçubaşov Dağıstanda və Azərbaycandakı üsyançılara Parisdən silah göndərilməsi vacibliyini bildirir.
Sonradan Fransanın, eləcə də digər Avropa dövlətlərinin Sovet Rusiyasına (1922-ci ildən SSRİ-yə) olan münasibətində yumşalma hiss edilməyə başladı. Bu yumşalma mühacirlərin həm vəziyyətini, həm də mübarizəsini çətinləşdirirdi. Bunu Ə.M.Topçubaşovun yaxın dostlarına yazdığı məktublardan oxumaq mümkündür.
Ə.M.Topçubaşov Azərbaycanın bolşeviklər tərəfindən işğalı faktı ilə razılaşmayıb, mühacirətdə çətin mübarizə aparırdı. O, ilk öncə azərbaycanlı mühacirlərin birliyinə çalışır, Qafqaz xalqlarının birgə fəaliyyətini istiqamətləndirən qurumların, təşkilatların formalaşmasında önəmli rol oynayırdı.
Ə.M.Topçubaşov 1920-ci ilin 15 iyulunda Belçikanın Spa şəhərindən C.Hacıbəyliyə yazdığı məktubda nota verdiklərini, İtaliyanın, Belçikanın, Polşanın Xarici İşlər Nazirləri ilə görüşdüklərini yazır.
1920-ci illərdə Fransa hökuməti işğalçı xarakterli sovet dövlətini tanıyan ilk dövlətlərdən oldu.
Ə.M.Topçubaşov 1934-cü ilin noyabrın 8-də Parisdə dünyasını dəyişmişdir. Onun məzarı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığındadır.
Oxşar xəbərlər
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 07:47
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 07:47
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir