Liviya, Suriya, Şərqi Ağdəniz və Cənubi Qafqazda sarsıdıcı məğlubiyyətlər - Türkiyə-Fransa savaşı
Dünya
Oxunub: 1468
23 Nov 2020 | 19:37
Liviya, Suriya, Şərqi Ağdəniz və Cənubi Qafqazda sarsıdıcı məğlubiyyətlər -  Türkiyə-Fransa savaşı
Fransa dini və etnik münaqişələri qızışdırmaqla, yeni “səlib yürüşü”nə liderlik etdiyini biruzə verməyə çalışır... Ancaq Tramp administarasiyasının Fransaya “sarı jilet” geyindirməsi bu ölkənin bütün dünyaya meydan oxuyacaq gücdə olmadığını təsdiqlədi... Türkiyə isə toqquşduğu bütün regionlarda Fransaya sarsıdıcı məyusluq yaşatdı...

Fransa fəallaşıb. Həm də, rəsmi Parisin fəallığı mənfi məzmun daşıyır. Belə ki, Fransa hazırda dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət etmir. Əskinə, rəsmi Paris hazırda daha çox beynəlxalq siyasət məkanında xaosa yol aça biləcək davranışları ilə diqqəti çəkir.

Məsələ ondadır ki, son aylarda Makron hakimiyyətinin atdığı bir çox addımlar dünyada dini və etnik zəmində gərginliyin artmasına münbir şərait yaratmaqdadır. Buna misal olaraq, Fransada müsəlmanların açıq-aşkar təhqir olunmasını göstərmək olar. Çünki bu təhlükəli qalmaqalın məhz Makron administrasiyasının sanksiyası ilə baş verdiyi artıq heç kəsdə ciddi şübhələr doğurmur.


Əlbəttə ki, Fransa dünyanın nüfuzlu dövlətlərindən biridir. Bu ölkədə baş verən dini və etnik qarşıdurmaların yaxın gələcəkdə əvvəlcə Avropaya, daha sonra isə bütün dünyaya yayılma təhlükəsi kifayət qədər realdır. Hər halda, Fransa kimi nüfuzlu ölkələrdə baş verənlərin başqa ölkələrdəki analoji dünyagörüşlü qruplaşmalar üçün örnək rolunu oynaya biləcəyi qətiyyən istisna deyil.

Ona görə də, Fransanın son illərdəki davranışlarının əhəmiyyətsiz addımlar hesab etmək doğru olmazdı. Rəsmi Parisin dünyada pozuculuq siyasəti yürütməsinin beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən nəzərə alınması q     ətiyyən yersiz olmazdı.

Xüsusilə də, bütün dünyaya “demokratiya dərsi” keçən və Fransanın da aparıcı üzvlərindən olduğu Avropa Birliyinin rəsmi Paris tərəfindən atılan antibəşəri addımlara qətiyyətli reaksiya verməsi lazımdır. Halbuki, Avropa Birliyi bu məsələdə müəmmalı şəkildə susmaqdadır. Görünür, Avropa Birliyində Fransanın antibəşəri davranışlarını dəstəkləyən qüvvələr daha ön planda mövqe tutmaqdadırlar.

Ona görə də, belə anlaşılır ki, Fransa bu davranışlarını hələ bir müddət davam etdirmək imkanlarına malikdir. Görünən odur ki, rəsmi Paris dünyada yeni “səlib yürüşü”nün avanqard qüvvəsi rolunu öz üzərinə götürməyə çalışır.


Maraqlıdır ki, Fransanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olması da, rəsmi Parisə dünyada haqq və ədalətin boğulmasında yardımçı faktor rolunu oynayır. Çünki rəsmi Paris məhz bu statusundan yararlanmaqla, üçüncü dünya ölkələrinin haqqının tapdanmasında xüsusi fəallıq göstərə bilir.

Halbuki Fransa nə qədər nüfuzlu ölkə ölsa da, hər halda dünyaya bu qədər meydan oxuya biləcək gücdə dövlət də deyil. Bunun belə olduğu Fransanın ABŞ-a “buynuz çıxartmağa cəsarət etdiyi” dönəmdə necə aciz duruma salınmasıyla, artıq sübuta yetirilib.

Məsələ ondadır ki, Fransanın gücünü düzgün qiymətləndirməyən prezident Emmanuel Makron ABŞ-ı güncə sıxışdırmaq ideyasına müəlliflik etməyə çalışdı. NATO-ya alternativ olaraq, Avropa ordusu yaratmaq iddiasında oldu. Tramp administrasiyasının bir neçə sərt xəbərdarlığını “qulaqardı”na vurdu.

Nəticədə, Ağ Ev administrasiyası bütün Fransaya “sarı jilet” geyindirdi. Bu ölkəni iştişaşlar poliqonuna çevrildi. Rəsmi Paris Ağ Evin “tərs şapalağı” qarşısında geri çəkilmək məcburiyyətində qaldıqdan sonra isə prezident Donald Tramp E.Makrona xitabən “Mən Fransada səndən daha nüfuzluyam. Hətta səninlə seçki yarışına girsək, Fransada sən yox, mən prezident seçilərəm” deməklə, onu və ölkəsini aşağıladı.


Bütün bunları nəzərə aldıqda, Fransanın son illərdə bir qayda olaraq, “öz zərif çiyinlərini qaldıra bilməyəcəyi ağır beynəlxalq yüklərin altına verdiyini” də düşünmək olar. Fransanın Türkiyəyə qarşı beynəlxalq rəqabətinin mövcud nəticələrinə diqqət yetirdikdə də bu reallıq açıq-aşkar sezilir.

Məsələ ondadır ki, Fransa Türkiyənin İraq ərazisinə hərbi kontingent yeridərək, PKK-ya qarşı əməliyyatlar keçirtməsinə əngəl törədən ölkələrin arasında ön sıralarda yer alırdı. Ancaq rəsmi Ankara Fransanın etirazlarına heç əhəmiyyət belə, vermədi. PKK-ya qarşı genişmiqyaslı əməliyyatları reallaşdırdı.

Fransa Liviyada da Türkiyənin qarşısına çıxamağa çalışdı. Ancaq yenə də nəticə uğursuz oldu. Türkiyə Liviyaya hərbi kontingent yeritdi və Fransa dəstəklədiyi üsyançı silahlı dəstələrə sarsıdıcı zərbələr endirdi.

Rəsmi Paris Türkiyənin Suriya ərazisində PKK/YPG terror qruplaşmasına qarşı əməliyyatlarına da israrla müqavimət göstərirdi. Yenə də rəsmi Ankara Fransanın “bağırtılarını” ciddiyə almadı. Fransa Türkiyə qarşısında növbəti geopolitik məğlubiyyətlə barışmalı oldu.

Şərqi Akdəniz bölgəsindəsə, Fransa əsl geopolitik biabırçılıqla üzləşdi. Belə ki, Türkiyənin enerji resursları qaynaqlarına sahiblənərək, supergücə çevrilmə ehtimalından xoflanan rəsmi Paris əvvəlcə Yunanıstanı təhrik edərək, irəli verməyə çalışdı. Yunanıstanın Türkiyə qarşısında duruş gətirə bilməyəcəyini anladıqdan sonrasa, rəsmi Ankaranın əleyhinə özünün də birbaşa qatıldığı “Akdəniz ittifaqı” qurdu.

Ancaq yenə də məğluniyyətlə üz-üzə qaldı. Hətta rəsmi Ankaraya “hərbi əzələ” nümayiş etdirmək üçün Türkiyə donanmasına yaxınlaşan Fransa hərbi gəmisinin kapitanının Yunanıstan gəmilərini köməyə çağırarkən dedikləri dünya gündəmini əsas mövzusu oldu: “Üzərimizdə nə olduğunu anlamadığımız cisimlər dolaşır. Kömək edin”. İndi dünyada bəzi hərbi mütəxəssislər Fransa gəmisini qaçmağa məcbur edən həmin “cisimlər”in nə olduğunu aydınlaşdırmaq üçün baş sındırmaqda hələ də davam edirlər.

Nəhayət, Fransa Türkiyədən növbəti sarsıdıcı zərbəni məhz Cənubi Qafqaz regionunda aldı. Belə ki, rəsmi Paris Ermənistanı Azərbaycanla hərbi münaqişəni bərpa etməyə təhrik etdi. Əvvəlcə iyul ayında Ermənistan Azərbaycanın əsas beynəlxalq enerji xətlərininin keçdiyi Tovuz rayonu istiqamətində hərbi avantüraya əl atdı. Və Azərbaycan ordusunun sarsıdıcı hərbi zərbələrindən sonra geri çəkilmək məcburiyyətində qaldı.

Sentyabr ayındasa, Fransanın dəstəyinə arxayın olan Ermənistan Azərbaycanı müharibəyə təhrik etdi. Amma bu dəfə də böyük uğursuzluq baş verdi. Belə ki, Azərbaycan ordusu Ermənistanın silahlı dəstələrini darmadağın elədi. Və Türkiyə bu savaş dönəmində Azərbaycana intensiv siyasi dəstək verdi.


Yekun nəticədəsə, Fransanın Cənubi Qafqazda savaş vəziyyəti yaradaraq, Ermənistan üzərindən regiona nüfuz etmək cəhdləri boşa çıxdı. Üstəlik, savaşın nəticələri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasını arxa plana keçirtdi. İndi həmsədrlər artıq tam şəkildə oyundankənar vəziyyətdə olduqlarından Fransanın Cənubi Qafqazla bağlı yeganə təsir mexanizmi də artıq mövcudluğunu itirmək üzrədir.

Hətta həmsədrlərin missiyasi davam etsə belə, Fransanın bu modeldə iştirakının mümkünlüyü artıq ciddi şübhələr doğurmaqdadır. Çünki Cənubi Qafqazda hazırda münaqişənin nizamlanması prosesində qarşıduran tərəflərlə yanaşı, yalnız Türkiyə və Rusiya iştirak edir.

Bu baxımdan, Türkiyənin Fransanı Cənubi Qafqaz regionundan tamamilə sıxışdırıb, çıxartdığını iddia etmək üçün ciddi əsaslar olmamış deyil. Fransa prezidenti E.Makron erməni fondunu ziyarət edərkən ölkəsinin Cənubi Qafqazda cərəyan edən proseslərə təsir imkanlarını itirdiyini dolayısı da olsa, etiraf edib: “Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan ərazisidir. Suveren dövlətin daxili işinə qarışmaq olmaz”.

Bu açıqlama ilə E.Makron Fransanın Ermənistana dəstək məsələsində aciz duruma düşdüyünə haqq qazandırmağa çalışıb. Eyni zamanda, bunu həm də Fransa prezidentinin öz ölkəsinin Cənubi Qafqazdakı geopolitik proseslərdən kənarda qalmasından məyusluğunun ifadəsi kimi də dəyərləndirmək mümkündür.(Musavat.com)
Oxşar xəbərlər
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR