"Atəşkəsin niyə yalnız Rusiyanın vasitəçiliyi ilə əldə olunması haqda onu deyə bilərəm ki..."
Oxunub: 3036
23 Nov 2020 | 18:27
“Ümid edirəm, ECRP və Aİ Ermənistanın siyasi partiyalarının, o cümlədən ECRP-nin üzvü olan “Çiçəklənən Ermənistan” partiyasının “Böyük Ermənistan” ideyasınadan əl çəkmələri, Azərbaycanın ərazi bütövlüyünü tanımaları, qonşularına münasibətdə ərazi iddialarından imtina etmələri, onlarla normal münsibətlər qurmaları üçün öz səylərini əsirgəməyəcək”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının (European Conservatives and Reformists Party - ECRP) prezidenti Corcia Meloni (Giorgia Meloni) və baş katib Anna Fotıqaya (Anna Fotyga) ECRP-nin 10 noyabr tarixli bəyannaməsi ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“ECRP-nin 2020-ci il, noyabrın 10-da Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs haqqında birgə Bəyannamə barədə yaydığı açıqlamanı diqqətlə oxudum. Avropa İttifaqının tənzimləmə prosesindən kənarda qaldığana, Türkiyə və Rusiya hərbçilərinin sərhəd boyunca həyatın bir hissəsinə çevrilməsindən dolayısı narahatçılığınızı ifadə edirsiniz. Nəzərinizə çatdırmaq istəyirəm ki, Ermənistan Rusiyanın liderliyi ilə yaradılmış KTMT-nin üzvüdür, həmin ölkədə Rusiyanın böyük hərbi bazası olmaqla onun sərhədlərini də Rusiya Dövlət Sərhəd Xidməti qoruyur. Amma Qərb ölkələri bu günə qədər Rusiyanı Ermənistanın təcavüzkar siyasətinin təminatçısı kimi gördüyündən bu reallıq onları heç vaxt narahat etməmişdir. Türkiyəyə gəldikdə isə o Avropa İttifaqına üzvülüyə namizəd olmaqla NATO-nun, eyni zamanda münaqişənin həllinə kömək etməli olan ATƏT-in Minsk Qrupunun üzvüdür.

Atəşkəsin niyə yalnız Rusiyanın vasitəçiliyi ilə əldə olunması haqda onu deyə bilərəm ki, Avropa İttifaqının üzvü olan Fransanın həmsədr olduğu Minsk Qrupu heç vaxt işğalçı Ermənistandan BMT TŞ-nın işğal olunmuş Azərbaycan ərazilərindən erməni hərbi birliklərinin qeyd-şərtsiz çıxarılmasına dair 822, 853, 874 və 884 saylı qətnamələrinə icra etməyi tələb etməmişdir.

Bu müddət ərzində, təqribən 30 il, torpaqlarımızın 20 % (Dağlıq Qarabağ və ətrafındakı 7 rayon) işğal altında qalmış, bir milyon azərbaycanlı qaçqın bu gün də məşəqqətli bir həyat yaşamaqdadır. Erməni vandalları işğal olunmuş əraziləri tarixi və mədəni abidələrlə birlikdə tamamilə dağıtmış, işğal altında olan ərazidə ekoloji fəlakət yaratmışlar. İlkin hesablamalara görə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bu ərazilərdə həyata keçirilən vandalism aktları nəticəsində Azərbaycan Respublikasına və onun vətəndaşlarına 100 milyard ABŞ dollarından artıq ziyan dəyçişdir. Ölkənizin Azərbaycandakı səfirliyindən, Aİ-nin Azərbaycan nümayəndəliyindən bu barədə və Qarabağın, o cümlədən münaqişənin tarixinə dair ətraflı məlumat ala bilərsiniz.

Qeyd edim ki, son vaxtlar Ermənistan 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, növbəti bir müharibə cinayəti törədərək Livandan gətirilən ailələr hesabına işğal altındakı ərazilərimizi məskunlaşdırmağa başlamışdı və bu proses intensiv şəkildə həyata keçirilirdi.

Ermənistan isə bununla kifayətlənməyərək, öz hərbi cinayətlərini hərbi əməliyyatların getdiyi vaxtda da davam etdirdi. Azərbaycanın hərbi əməliyyatların getdiyi ərazidən kifayət qədər uzaqda yerləşən, hərbi təyinatlı obyektlərin olmadığı Gəncə, Bərdə şəhərləri və digər yaşayış məntəqələri ballistik raketlərlə, qadağan edilmiş kaset bombaları və ağ fosforlu mərmilərlə atəşə tutuldu. Nəticədə 94 mülki şəxs həlak oldu, 414 nəfər yaralandı, 512 mülki obyekt, 3410 yaşayış evi və 120 çoxmənzilli yaşayış binası yararsız hala düşdü.

Azərbaycanın bununla bağlı həyacan dolu çağırışlarına heç kim reaksiya vermirdi. Hamı Ermənistanın hərəkətlərindən məmnun kimi görünürdü. Ona görə də bizim BMT Nizamnaməsinə və BMT TŞ-nın qərarlarına istinad edərək güc tətbiq etməklə torpaqlarımızı işğaldan azad etməkdən başqa yolumuz qalmamışdı. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan etdi ki, Ermənistan BMT TŞ-nin qətnamələrinə uyğun olaraq işğal etdiyi ərazilərdən çıxacağına dair bəyənatla çıxış edib, qoşunların hansı müddətdə Azərbaycan torpaqlarından çıxarılacağına dair cədvəl təqdim edərsə döyüşlər dərhal dayandırılacaqdır. Bu baş verərdisə heç Rusiya sülhməramlılarına da ehtiyac qalmazdı. Amma Avropa İttifaqının üzvü olan Fransa Ermənistana düz yol göstərmək əvəzinə bizi hədələməyə, Ermənistanı isə qızışdırmağa başladı və bununla da özünün tərəfsiz vasitəçilik missiyasını ciddi şəkildə şübhə altına aldı, əlini çoxlu əsgərin qanına batırdı. 10 noyabr tarixli atəşkəsdən sonra isə Ermənistanın Baş Naziri mətbuta verdiyi ilk açıqlamada etiraf etdi ki, Ermənistanın “bir qarış da olsun torpaq qaytarmamaq” siyasəti yalnış olmuşdur. Bunu Avropada hamı bildiyi halda heç kim bir müsəlman ölkəsinə görə Avropadakı zəngin erməni diasporu ilə münasibətləri korlamaq istəmədi, haqqın yanında dayanmadı. Ona görə də biz vasitəçi kimi neytrallığını qoruyub saxlamış Rusiyanın iştirakı ilə atəşkəsə nail olmaqla yüzlərlə, bəlkə də minlərlə insanın həyatını xilas edə bildik.

Ümid edirəm, ECRP və Aİ Ermənistanın siyasi partiyalarının, o cümlədən ECRP-nin üzvü olan “Çiçəklənən Ermənistan” partiyasının, bütövlükdə isə erməni siyasətçiləri və diasporunun “Böyük Ermənistan” ideyasınadan əl çəkmələri, Azərbaycanın ərazi bütövlüyünü tanımaları, qonşularına münasibətdə ərazi iddialarından imtina etmələri, onlarla normal münsibətlər qurmaları üçün öz səylərini əsirgəməyəcək. Bu zaman bölgədə xarici hərbi iştiraka ehtiyac qalmayacaq, 5 il müddətinə gəlmiş Rusiya sülhməramlıları iaə öz vətənlərinə qayıdacaq, bölgə sürətlə inkişaf edəcəkdir.

Sonda onu da qeyd etmək istəyirəm ki, bu münqişəyə ECRP-nin münasibət bildirməsinin zəruriliyini əvvəllər ECRP-nin Şura iclasında qaldırsam da “bu işlə Minsk Qrupu məşğul olur” deyilərək, təəssüf ki, lazımi reaksiya verilməmişdir”.

Qeyd edək ki, ECRP noyabrın 10-da Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs haqqında Bəyannamə yayıb. Bəyannamədə deyilir: “Ermənistanla Azərbaycan arasında sülh nizamlanmasının imzalanmasından sonra Dağlıq Qarabağda hərbi əməliyyatların bitdiyini təsbit edirik. Bununla birlikdə, Rusiya Federasiyasının bu danışıqlarda iştirakı və Rusiya əsgərlərinin iki ölkə arasındakı sərhəddə yerləşdirilməsindən dərin narahatlığımızı bildiririk. Avropa İttifaqı və digər qərb dövlətlərinin razılaşmanın əldə edilməsi üçün kifayət qədər sürətli bir şəkildə hərəkət etməməsi və nəticədə bizə düşmən bir gücün iştirakı ECRP-ni çox təəssüfləndirir. Rusiyanın Ermənistan və Azərbaycan arasındakı sülhdə iştirakı bir daha özünü geopolitikanın kənar xəttlində oturmağa yönəltmiş Avropa İttifaqı üçün böyük bir xəcalət səbəbi olmalıdır. ECRP eyni zamanda bu müqavilənin kövrək bir bölgədə siyasi sabitlik üçün nə məna kəsb etməsinə dair narahatlığını dilə gətirir. Artıq Türkiyə və Rusiya qoşunları sərhəd boyunca mövqe almaqdadırlar. Ümid edirik ki, daha məqbul və qalıcı bir həll tapıla bilər. Əlavə olaraq, müqavilə imzalandıqdan sonra baş verən iğtişaşlardan sonra Yerevanda insanları sakitliyə çağırırıq. Vəziyyəti izləməyə davam edəcəyik. Avropa Mühafizəkarlar və İslahatçılar Partiyası olaraq İttifaqımızda həm Ermənistandan, həm də Azərbaycandan üzv partiyalar var”.

Xatırladaq ki, BAXCP 2015-ci ildən Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvüdür.
Oxşar xəbərlər
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
GÜNLÜK
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
AYLIQ
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO