“Məktubumu cavabsız qoyan Makron erməni lobbisinin əsirinə çevrilib” - Fransada Şuşa həsrəti ilə qovrulan həmyerlimiz
Müsahibə
Oxunub: 8907
19 Nov 2020 | 18:03
“Məktubumu cavabsız qoyan Makron erməni lobbisinin əsirinə çevrilib”  - Fransada Şuşa həsrəti ilə qovrulan həmyerlimiz
20 ildir ki, Fransada yaşayır. Deyir ki, gözü yolda qulağı hələ də səsdədir. Şuşada doğlub, uşaqlığı bu torpalarda keçib. Ermənilərin onun  uşaqlığını yarımçıq qoyduğunu bildirir. Doyunca uşaqlığını keçirə bilməyən Azərbaycanlı sənətçi Təranə Allahverdiyeva-Monbarbü Moderator.az saytının qonağı oldu. Bizimlə söbətində Şuşa nisgilindən və Fransada Qarabağ həqiqətlərinin tanıdılmasından danışdı. Fransada doğulan qızlarına Şuşa adı qoyan Azərbaycanlı sənətçi övladlarının şəxsiyyət vəsiqlərində də məhz bu adı daşıdıqlarını qeyd edir. 

- Təranə xanım, Şuşada ən son nə zaman olmusunuz? Oranı necə xatırlayırsınız? 
- Şuşada yaşadıqlarımı həyatımın ən gözəl, qayğısız illəri kimi xatırlayıram. Çox xoşbəxt uşaqlığım olub. Evin ən balacası idim, iki qardaşım var və mən ailənin şıltağı, sevimlisi olmuşam. Atam Şuşada tanınmış cərrah, anam fransız dili müəlliməsi idi. Mərkəzi bazarın yanında müəllimlər, həkimlər deyilən beş mərtəbəli binanın dördüncü mərtəbəsində olurduq, bu günə qədər evimizin telefon nömrəsi belə yadımdadır. Mən və qardaşlarım 2 nömrəli rus məktəbinə gedirdik. Məktəbimiz  güllü bağın düz yanında yerləşirdi. Məktəbdən əlavə qardaşlarım, rəsm, şahmat və rəqslə məşğul olurdular, mən isə Şuşa musiqi məktəbində piano və xor üzrə təhsil alırdım. Yaz, yay fəsilləri, havalar istiləşən kimi, hər bazar ailəlikcə Cıdır düzündə piknik edərdik, yayda Cıdır düzündə festivallar, konsertlər, at yarışmaları olardı. Bu festivallara keçmiş sovet ölkələrindən çoxlu qonaqlarımız, turistlər  gəlirdi. Turistlərin çoxu isə Şuşa sanatoriyasına istirahətə, müalicəyə gəlirdilər. Ümumiyyətlə şəhər elə bil muzey idi, hara tərpənsən bir tarixi abidə, tariximizin, mədəniyyətimizin, dahilərimizin izinə rastlamaq mümkün idi. Şuşanın təbiəti də bir başqa aləm idi, uşaqlıqda xarı bülbül, lalə, nərgiz, bənövşə dərərdim,  Cıdır düzündə, meşədə ləzzətli çöl çiyələyi yığardıq. Qışda dizə qədər qar yağardı. Şuşa bizim üçün alınmaz qala idi. Binamızın dərin zirzəmisi var idi. Şuşanın işğalından qabaq, bir il, demək olar hər gecə bomba səsləri eşidirdik. Səs gələn kimi evimizin altında o zirzəmilərə yığışırdıq.  
- Neçə ildir Fransada yaşayırsınız? Sizi Fransada Şuşalı Azərbaycan sənətçisi kimi tanıyırlar. Bu günlər ərzində Fransada Azərbaycanı necə təbliğ etmisiniz?   

- 20 ildir ki, Fransada yaşayıram və sənət xadimi kimi burda fəaliyyət göstərirəm. Sorbon Universitetini bitirmişəm. Bu illər boyu sənətimlə hər zaman Azərbaycanı tanıtmağa, sevdirməyə çalışmışam, Azərbaycanın həqiqətlərini dünyaya çatdırmağa səy göstərmişəm. Elə bu məqsədlə də bir neçə il öncə “Azərbaycan ruhu” adlı musiqili tamaşa yaratdıq. Parisdən başlayaraq, Fransanın bir çox şəhərlərində bu tamaşanı təqdim etdik. Konsert zamanı Qarabağdan danışır, Şuşanın dağlarından, nənəmdən, onun Laçındakı evindən bəhs edir, o yerlərə indi gedə bilmədiyimi deyirdim.  İndi bizim reallıq tam başqadır. 10 noyabrda Azərbaycan vətən müharibəsində qələbə çaldı və bu zəfər mənim tamaşamın məzmununu dəyişdi.  Bu mənim üçün inanılmaz sevinc və fəxrdir. 

- Qarabağın  işğaldan azad  olunma xəbərini eşidəndə necə reaksiya verdiniz?

- 27 sentyabrdan sanki 28 il öncəyə qayıtdım. Xəbərləri izləyir, gözüm yolda, qulağım səsdə idi.  Bu  günlərdə Azərbaycandan uzaq olmaq çox çətin gəlirdi. Azərbaycan ordusunun tarix yazdığı günlərdə həyəcan keçirirdim. Fransa dövlət başçısının ilk sözlərini eşitdikdə  isə çox məyus oldum. Tanıdığım deputat vasitəsi ilə 2 oktyabrda Makrona məktub ünvanladım, bu məktubu fransız mediasına verdiyim müsabiqədə işıqlandırmışam. İndiyə qədər o məktublardan heç bir cavab almamışam, bununla yanaşı, başqa siyasətçilərə - cənab Darmanin və Dupont Morettiyə ünvanladığım məktublar da cavabsız qaldı. Azərbaycana dəvətli olan və mənim müşayiət etdiyim tanınmış media işçisinə yolladığım məktuba da cavab ala bilmədim. 
- Fransa bu məsələdə Qarabağın Azərbaycana məxsusluğunu tanımadı. Əksinə, düşmənə dəstəyini əsirgəmədi. Bu, bir Azərbaycanlı kimi sizdə hansı fikirləri formalaşdırdı? 

- Fransada dövlət təmsilçiləri, media işçiləri iki standartlı yanaşma göstərdilər. Beynəlxalq hüququ, 1 milyon məcburi köçkünlərin talehini bir yana qoyaraq, şəxsi mənafelərini güddülər. Onlara səs verən, təzyiq göstərən erməni lobbisinin tərəfini tutdular. Ancaq bu vəziyyət, bir çox fransızlara tək ermənilərin əsl sifətini yox, həmçinin bir çox siyasətçilərin, dırnaqarası media işçilərinin və mədəniyyət xadimlərinin ikiüzlüyünü göstərdi. Bu müddət ərzində nə qədər çətin olsa da bütün ailəmlə ümid dolu idik. Çünki bu günlər başda prezidentimiz, Ali Baş Komandan olmaqla, ordumuz, xalqımız tarix yazdı. Və bu sınaqdan sonra dostumuzu, düşmənimizi yaxşı tanıdıq.

- Hazırda Fransada bu yöndə insanların fikri necədir? İstərdik Fransada yaşayan Azərbaycanlı sənətçi kimi bunu bizə şərh edəsiniz. 
- Fransızlar ümumiyyətlə demək olar ki, Qarabağ məsələsi ilə bir o qədər maraqlanmırlar. Təəssüflər olsun ki,  siyasətçilərə, mediaya qarşı inamları bir o qədər qalmayıb. İndi fransızları əsas maraqlandıran məsələ pandemiya və Fransanın ərazisində baş verən terror aktlarıdır. Fransızların dövlət işçilərindən tələb etdikləri odur ki, onlar ölkəiçi problemlərin həlli ilə məşğul olsunlar. Mənim şəxsən tanıdığım fransızlar isə ermənilərin siyasətini başa düşüblər artıq. Onların xəyalı ilə reallığın uyğun gəlmədiyini görürlər, onların isterik, yalançı davranışının əslində həqiqəti ört-basdır etmək üçün olduğunu görürlər. Yaxşı  tanıdığım fransızlar “necə olur ki, biz yalnız ermənilərin versiyasını eşidirik, bu ikili yanaşma nədən irəli gəlir?” sualını verirlər. Azərbaycanın 1 milyona yaxın məcburi köçkünü olduğunu öyrənəndə isə onlar ermənipərəst nüfuzlu şəxslər tərəfindən manipulyasiya olunduqlarını anlayırlar. Mənim yoldaşım fransızdır, iş adamıdır, Azərbaycanda çox olub və Azərbaycanı çox sevir. İndiyə qədər hər zaman Qarabağ həqiqətlərini çatdırmağa çalışıb və bu 44 gün vətən müharibəsi zamanı da çox fəal informasiya müharibəsi aparıb. Bunun nəticəsində çox tələblərimiz, məktublarımız cavabsız qalsa belə, konkret nailiyətlərimiz də olub. Fransada tanınmış humanitar şirkət sülh naminə fondlar yığmaq istəyirdi və bu maddi yardım Ermənistana yollanacaqdı, şirkətin müdiri ilə əlaqə yaratdıq. Onlara Qarabağ həqiqətlərini çatdırdıq,  hazırda ermənilərin müharibə zonasından kənar olan şəhərləri qadağan olunmuş silahlarla bombaladığını və çoxsaylı qurbanların içində südəmər uşaq belə olduğunu onlara çatdırdıq və nəticə olaraq bu humanitar aksiya həyata keçirilmədi, bu da bizim üçün bir qələbə oldu.
- Fransada doğulan qızlarınıza Şuşa adını qoymusunuz. Onlar Şuşanın azad olunduğunu eşidəndə hansı reaksiyanı göstərdilər? 
- Qızlarımın ikinci adları Şuşadır, şəxsiyyət vəsiqələrində də adları beləcə də yazılıb: Ulduza Şuşa və Leyli Şuşa. 9 və 11 yaşları var, hər şeyi çox gözəl dərk edirlər. 10 noyabr mənim ad günüm idi. Bu ad günümdə mən dünyaya yenidən gəldim.  Qızlarım, yoldaşım bunun şahidi oldular. Bu tək mənim üçün yox, bütün Azərbaycan xalqı üçün inanılmaz gün, dirçəliş günü oldu. Biz Simurq quşu tək külümüzdən yenidən doğulduq, bu gün bizim başımızı ucaltdı, üzümüzü ağartdı, qürurumuzu qaytardı. 44 gün ərzində Azərbaycan 28 il sürən işğala son qoydu, bu yaşadığımız müasir aləmdə gördüyüm unikal haldı. Yaşasın qəhrəman Azərbaycan əsgəri. Şəhidlərimizin ruhu şad olsun! İndi səbrsizliklə Şuşaya nə vaxt gedə biləcəyimizi gözləyirik, deyirəm görəsən mənim pianom bu 28 ildə öz evimizdə öz yerində durub məni gözləyirmi? Bir il olar ki, uşaqlıq rəfiqələrimi tapmışam.  Onlarla Şuşada bir həyətdə oynayardıq, indi söz vermişik ki, biz bir yerdə həyətimizdə görüşəndə gizlənpaç oynayacağıq. Biz ki, qəfl böyüdük, oynumuz yarımçıq qaldı. Bizim uşaqlıq arzularımız yarımçıq qalıb. Ermənilər torpaqlarımızdan çıxarkən evləri, meşələri yandırır. O vaxt isə bizim uşaqlığımızı yandırmışdılar. Ancaq biz  dimdik ayaqda qaldıq və qalib gəldik. İndi qızlarım analarının uşaqlıq yurdunu, yuvasını gəzib, görəcəklər inşallah !

 Xəyalə Məmmədova 
Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?