Yeni seçilmiş prezident xalqa müraciət etdi VİDEO
Oxunub: 4660
10 Oct 2013 | 09:56
Yeni seçilmiş prezident xalqa müraciət etdi VİDEO

Azərbaycan prezidenti İlham Əliyev prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciət edib. Moderator.az yeni seçilmiş prezidentin müraciətini  təqdim edir:

 

“Əziz həmvətənlər!
 

Hörmətli xanımlar və cənablar!
 

Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm.
 

Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcək.
 

Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Təsadüfi deyil ki, Azərbaycan bu gün dünyada milli və dini dözümlülük məsələlərində çox önəmli ölkəyə çevrilmişdir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir.


Eyni zamanda, ölkəmizdə bütün proseslər müsbət istiqamətdə gedib. Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini verib. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmlənib. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız var. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır.
 

Azərbaycanda bütün istiqamətlərdə inkişaf, tərəqqi özünü göstərməkdədir. Biz beynəlxalq məsələlərin həllində bu gün dünya miqyasında çox önəmli ölkəyə çevrilmişik. Azərbaycan dünya birliyinin mütləq əksəriyyətinin dəstəyi ilə iki il bundan əvvəl dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur və hazırda bu təşkilata sədrlik edir.

 

Azərbaycanda iqtisadi sahədə çox böyük uğurlar əldə edilib. Deyə bilərəm ki, son on il ərzində iqtisadi islahatlarla bağlı atılan addımlar və əldə edilmiş nəticələr dünya miqyasında ən ciddi nəticələrdir. Təsadüfi deyildir ki, bu nəticələr insanların gündəlik həyatında da öz əksini tapmaqdadır.
 

Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi isə təxminən on dəfə azalıb. Bu, ölkədə aparılan ciddi iqtisadi və sosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilib.
 

İqtisadi güc bizə imkan verir ki, öz maraqlarımızı beynəlxalq arenada da lazımi səviyyədə müdafiə edək. Azərbaycan bu gün nəinki regional, dünya problemlərinin həllində də öz rolunu oynayır və getdikcə bizim rolumuz daha da artacaq.
 

Azərbaycanda bütün istiqamətlər üzrə konkret proqramlar var. Böyük infrastruktur layihələri icra edilir, şəhərlərimiz abadlaşır, gözəlləşir, insanların yaşayış səviyyəsi yaxşılaşır. Dünyanın aparıcı iqtisadi qurumlarının reytinqlərinə görə, hətta dünyanı bürümüş iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan uğurla inkişaf edir. Bizim iqtisadiyyatımız son on il ərzində dünya miqyasında 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatların arasına daxil edilib. Bizim bütün təşəbbüslərimiz regional əməkdaşlığa hesablanıb. Azərbaycanda bütün sahələr üzrə inkişaf, tərəqqi var. Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan artıq kosmik dövlətə çevrilib.
 

Bütün bu nailiyyətlər Azərbaycan xalqının zəhməti hesabına mümkün olub. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir.


Azərbaycanda aparılan enerji siyasəti nəinki region üçün, dünya üçün çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Bu gün Azərbaycan müasir, müstəqil dövlət kimi dünyada öz rolunu oynayır və bizim imkanlarımız getdikcə daha da genişlənəcək.
Bu gün bölgədə gedən proseslərdə bizim təsir imkanlarımız kifayət qədər genişdir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs - istər siyasi, istər iqtisadi mümkün deyil. O təşəbbüsün gələcəyi olmayacaq.
 

Bütün bunlar görülən işlərin nəticəsidir. Bütün bunlar müstəqil Azərbaycanın  qalibiyyətidir. Müstəqilliyimizin nə qədər böyük dəyər olduğunu Azərbaycan xalqı gündəlik həyatda görür. Biz azadıq, biz müstəqilik.Bu seçkilərdə mənə verilən səslər, hesab edirəm ki, müstəqilliyə, azadlığa, xoşbəxt gələcəyə verilən səslərdir.
Mən çox fəxr edirəm ki, son illər ərzində bütün təşəbbüslərim reallığa çevrilib. On il bundan əvvəl - 2003-cü ildə xalqa elan etmişdim və bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Son on il ərzində bu siyasətə sadiq qalaraq Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi üçün çox böyük işlər görülü. Müstəqilliyimiz dönməzdir, sarsılmazdır.
 

Bu illər ərzində müstəqil siyasətimiz istənilən sahədə özünü göstərib. Biz öz milli maraqlarımızı lazımi səviyyədə müdafiə edə bilərik, müdafiə edirik, edəcəyik. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları ən birinci yerdədir. Bu maraqların müdafiə edilməsi üçün xalqla iqtidar arasındakı birlik əsas şərtdir. Mən bütün addımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik. Məhz xalqla iqtidar arasındakı birlik, vəhdət Azərbaycanı fərqləndirən amillərdən biridir.
 

Bu seçkilərdə böyük səs çoxluğu ilə mənə göstərilən etimad həm görülən işlərə verilən qiymətdir, həm də Azərbaycanın gələcək inkişafı ilə bağlı olan, xalq tərəfindən ifadə edilən niyyətdir, tələbdir.
Biz gələcəyə çox böyük ümidlərlə, böyük nikbinliklə baxırıq. On ilin təcrübəsi bu inamı daha da artırır. Çünki son 10 il ərzində biz istənilən sahədə çox böyük uğurlara imza atdıq. Bu gün Azərbaycan güclü, inkişafda olan, müstəqil siyasət aparan dövlət kimi gələcəyə də çox böyük nikbinliklə baxır. Belə gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar var.
 

Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcək.
 

Biz Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı bundan sonra da ardıcıl siyasət aparacağıq. Müasir dövlət quruculuğu prosesi bundan sonra da davam etdiriləcək. Növbəti illərdə xoşagəlməz halların arada qaldırılması üçün, xüsusilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılacaq. Bu mübarizənin gözəl nəticələri var. Xalq tərəfindən bizim siyasətimiz, qətiyyətimiz, addımlarımız dəstəklənir. Sahibkarlığın inkişafı ilə bağlı siyasətimiz davam etdiriləcək. Bütün istiqamətlər - yeni iş yerlərinin açılması, yoxsulluğun, işsizliyin azaldılması, idxalın əvəz olunması üzrə bizim konkret proqramlarımız var.
 

Sosial siyasətlə bağlı bu il və əvvəlki illərdə atılmış addımlar onu göstərir ki, bu məsələlərə nə qədər böyük əhəmiyyət göstərilir. Mən dəfələrlə bəyan etmişəm və bunu həyat və atılan addımlar da təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır.
 

Növbəti illərdə biz bütün bu istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın. Son on il ərzində sabitliyin və ictimai asayişin qorunması bax bu reallıqları şərtləndirdi. Azərbaycanda insanlar təhlükəsizlik şəraitində yaşayır və bu, bizi fərqləndirən cəhətlərdən biridir.
 

Bir sözlə, əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Gələcək inkişafımızla bağlı məndə və əminəm ki, sizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inamlı inkişaf dövrünü yaşayacaq. Azərbaycan dövləti və mən prezident kimi Azərbaycanın milli maraqlarını müdafiə edəcəyəm, xalqın rifahını təmin edəcəyəm.
 

Mən bir daha sizə son on ərzində mənə göstərdiyiniz böyük dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, var gücümlə doğma xalqımızın rifahı, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacağam. Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq.


Yaşasın müstəqil Azərbaycan Respublikası!"

Oxşar xəbərlər
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma