"Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır"
Oxunub: 1142
29 Oct 2020 | 16:00
“Döyüş meydanında Azərbaycan Ordusu qarşısında diz çökən qorxaq Ermənistan yenə də mülki əhalini hədəf seçdi. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” tipli yaylım atəşli reaktiv sistemləri ilə raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dən çox mülki vətəndaş ağır yaralanıb. Ermənistan ordusu tərəfindən dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı böyük cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir. Amma aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ya bunu dərk etmir, ya da maraqlarına cavab vermədiyi üçün hər dəfə susmağı çıxış yolu hesab edirlər. Dövlətimizin başçısı İlham Əliyevin böyük inam və qətiyyətlə bəyan etdiyi kimi, tezliklə bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bu gün Azərbaycana qarşı bütün imkanları səfərbər edən dövlətlər bunu bir daha fikirləşsinlər. Azərbaycan o dövlətlərdən deyil ki, onun maraqlarını kimsə kənara qoya bilsin. Gün gələcək, həmin dövlətlər əməkdaşlıq təklifləri ilə gələcəklər. Bəs, hansı üzlə bizə baxacaqlar?”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, beynəlxalq birlik Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmir: «İşğalçı dövlət bu terror əməllərini bilərəkdən, məqsədli şəkildə həyata keçirir. Hamının bildiyi həqiqətdir ki, kasetli bombalardan istifadə edilməsi beynəlxalq qanunla qadağan edilib. Əgər dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar münasibətlərdə hüquq probleminin yaşanmamasını düşünürlərsə, niyə terror əməllərini dövlət səviyyəsində həyata keçirən Ermənistana hələ də “gözün üstə qaşın var” demək istəmir, müharibə canisi Nikol Paşinyanın əmri əsasında həyata keçirilən cinayət əməllərinə göz yumurlar? Budurmu ədalət, budurmu beynəlxalq hüquq?»

Dövlətimizin başçısı İlham Əliyevin “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq” fikirlərini önə çəkən baş redaktor bildirib ki, məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin problemə ikili standartlar əsasında yanaşmasının nəticəsidir ki, münaqişənin nizamlanması ilə bağlı istər son 30 ilə yaxın müddətdə, istərsə də son bir ayda davam edən Vətən müharibəsi dövründə aparılan danışıqlar bir qayda olaraq ermənılər tərəfindən təxribatların törədilməsi ilə müşayiət olunub. Artıq hər kəsə məlumdur ki, işğalçı dövlət sülh danışıqlarında maraqlı deyil. Birbaşa Nikol Paşinyan tərəfindən verilən əmrə əsasən Bərdə şəhərinin atəşə tutulması nəticəsində törədilən soyqırımı aktının məhz oktyabrın 30-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Cenevrədə keçiriləcək görüşü ərəfəsində həyata keçirilməsi də təsadüfi deyil. Gəncənin birinci dəfə atəşə tutulması Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündən sonraya, ikinci dəfə soyqırımına məruz qalması isə ABŞ-ın təşəbbüsü ilə bu formatda keçirilən görüş ərəfəsinə təsadüf etmişdi. Bunu hər kəs dərk etdi, amma təəssüf ki, bu reallıq münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə «çatmadı.»

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev son bir ayda xarici mətbuata bütün müsahibələrində, o cümlədən oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində “öz gözlərində tiri görməyib başqasının gözündə çöp axtaran” Ermənistanın baş naziri Nikol Paşinyanın və ona havadarlıq edən dövlətlərin guya Türkiyə hərbçilərinin Azərbaycana sadəcə, kömək etmədikləri, onların hərbi fazaya fəal cəlb edildikləri ilə bağlı feyk xəbərlərinə münasibət bildirərkən bu məqamı xüsusi qeyd etmişdir ki, bu, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, münaqişəni beynəlmiləlləşdirmək və baş nazirin özünün alçaldılmış vəziyyətini ört-basdır etmək cəhdləridir. “İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil”

söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, Paşinyan Gəncəyə ballistik raketləri Ermənistanın atmadığını da bildirir. Bu, sadəcə, axmaqlıqdır. Bu raketin haradan buraxılmasını, bu soyqırımı aktının icraçılarına hansı döyüş tapşırığı verilməsini Rusiya da, Amerika da, Fransa da çox gözəl bilir. Bu döyüş tapşırığının hədəfi yaşayış məhəlləsi idi. İkinci dəfə də yaşayış məhəlləsi oldu.

Baş redaktor vurğulayıb ki, Bərdə şəhəri də eyni məqsədlərlə atəşə tutulub: “Görünən budur ki, Ermənistan terror aktlarını davamlı şəkildə törədir, çoxlu sayda insan tələfatı olur, dağıntılar törədilir, sonra havadarlarının dəstəyi əsasında özünü baş verənlərdən nəinki xəbərsiz aparır, hətta həyasızcasına Azərbaycanı günahlandırır. Ermənistanın son bir ayda cəbhə bölgələrindən xeyli uzaqda olan yaşayış məntəqələrini, şəhərlərimizi raket atəşinə tutması onun yeni ərazilər uğrunda müharibə planlarının tərkib hissəsidir. İşğalçı Ermənistanı hər zaman silahlandıran dövlətlər həyata keçirilən terror siyasətinin məqsəd və məramını çox yaxşı bilirlər. Amma unudurlar ki, nümayiş etdirdikləri ikili standartlar əsasında siyasətlərinin ağır nəticələrini görən ölkələrin, o cümlədən Azərbaycanın nəzərində onlar artıq böyük dövlətlər, güc mərkəzləri kimi mövqelərini itirir, ədaləti, haqqı, ən əsası beynəlxalq hüququ ayaq altına atan Ermənistan kimi dövlətlərin yanında olmaqla kiçilirlər. BMT Təhlükəsizlik Şurasının son iclası hər bir dövlətin münasibətlərdə nə dərəcədə səmimi və ədalətli olduğunu nümayiş etdirdi.»

“Ermənistanın vandalizminin və barbarlığının daha bir bariz nümunəsi olan Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırış olsa da, yenə də aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların susmaları cinayət əməlinə şərikliyə bərabərdir” söyləyən V.Rəhimzadə bir daha bildirib ki, Azərbaycan Ordusu heç vaxt dinc əhalini atəşə tutmayıb: «Azərbaycan Ordusu ermənilərin cinayət əməllərinin cavabını döyüş meydanında verir. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər düşünməsinlər ki, bu terror aktları Azərbaycanı zəiflədir, xalqımızın iradəsini sındırır, əksinə, bu cür vandalizm aktlarından sonra biz daha da güclənir, qələbə əzmimiz, döyüş ruhumuz yüksəlir. Oktyabrın 28-də Azərbaycan Ordusunun Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad etməsi Bərdədə törədilən terror aktına döyüş meydanında verilən cavabdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»
Oxşar xəbərlər
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO