Qafqaz İslam Ordusu – Turan ordusu
Oxunub: 2716
29 Oct 2020 | 14:00
Qafqaz İslam Ordusu – Turan ordusu

Çar hökumətinin yıxılması ilə Osmanlı dövləti hələ 1918-ci ilin fevral ayından etibarən Qafqaz, Dağıstan, Türküstan, Əfqanıstan və Rusiyanın müstəmləkəsi olan digər türk-müsəlman ərazilərinin nəzarətə alınması məqsədilə xüsusi ordu hazırlığına başlamışdı. Orduya başçılıq isə Nuru Paşa Killigilə tapşırılmışdı. Qeyd olunmalıdır ki, Qafqaz və Bakının ələ keçirilməsinə xüsusi diqqət verilirdi. Kəsəsi, Azərbaycan “Turan”ın mərkəzi hesab olunduğundan Qafqaz İslam Ordusu Bakının işğaldan azad edilməsini prioritet məsələ kimi qarşıya qoymuşdu.

       

Məsələ ondadır ki, Səfəvilər dövlətinin son onilliyində rus imperiyasının 1722-ci ildən başlayan işğalçılıq siyasəti Azərbaycanın müstəqilliyini təhlükə altına almışdı. Qısa zaman kəsiyində mövcud olmuş Əfşar imperiyası Azərbaycanı vahid dövlətdə birləşdirsə də, sonrakı Qacar-Rusiya müharibələri nəticəsində cənub Qacarların, şimal isə bildiyimiz kimi, çar imperiyasının tərkibinə qatılmışdı.  

       

Bu baxımdan, Azərbaycan Xalq Cümhuriyyətinin təsisi milli dövlətçiliyin dirçəlişində mühüm tarixi əhəmiyyətlə yanaşı, dünyanın aparıcı güclərinin Qafqaz siyasətində dəyişikliklər etməsinə gətirib çıxarmışdı. Belə ki, Qafqazın, eləcə də Azərbaycanın müstəqilliyinin söhbət predmeti olmadığı bir vaxtda Qafqaz İslam Ordusu qan və can qardaşlarının harayına yetişərək, milli mənlik şüurundakı intibahı gerçəkləşdirdi. Qafqaz İslam Ordusu həm də Osmanlı dövlətinin xarici siyasət xəttinin müəyyənləşdirilməsi yolunda atılmış gərəkli və çoxdan gözlənilən bir addım idi.

      

Tarixdə analoqu olmayan hadisə baş verirdi: İmperiya respublika quruluşunun yaradılmasına yardım göstərirdi, daha dəqiqi, imperiya respublika yaradırdı. Tiflisdə Azərbaycan türklərinin siyasiləşmiş ziyalıları-siyasi xadimləri Azərbaycan Cümhuriyyətini elan etmişdilər, şərqdə yaradılmış ilk parlamentli respublikanın baş şəhəri-Bakı işğalda idi. Belə bir gərgin vəziyyətdə təbii ki, əsgəri hissəsi olmayan Azərbaycan Cümhuriyyətinin qardaş Osmanlı imperiyasından hərbi yardım xahişinə müsbət cavab verildi.

      

Qeyd edək ki, mayın 25-də-Cümhuriyyətin elanından əvvəl Qafqaz İslam Ordusunun Gəncəyə gəlməsi Milli Şura üzvləri ilə Nuru Paşa arasında razılaşmanın olduğunu ortaya qoyur.

       

Azərbaycan Cümhuriyyətinin xadimlərindən biri, ömrünü Türkiyədə-mühacirətdə başa vurmuş Nağı bəy Şeyxzamanlı sonralar “Azərbaycan istiqlal mücadiləsi xatirələrində” adlı kitabında Qafqaz İslam Ordusunun Gəncəyə gəlişini təsvir edərək yazırdı ki, “sevincdən hər kəsin gözündən yaş gəlirdi”. Təkcə Nağı bəyin-Cümhuriyyətin əks-kəşfiyyat rəhbərinin bu ifadələri Qafqaz İslam Ordusunun Azərbaycanda hansı təsir və nüfuza malik olduğunun göstəricisidir.

      

İki əsrdən bəri gözlədiyi azadlığı, istiqlalı dadmağa başlayan, 200 ildən bəri müstəqil idarəçiliyini itirmiş xalqın dövlətçiliyi bərpa olunurdu, Azərbaycan adı coğrafi anlayışdan çıxaraq, siyasi anlam kəsb edirdi. Bütün bu cahanşümul hadisələr Qafqaz İslam Ordusunun sayəsində alınırdı. Tarix təkrar olunurdu:

         

Qafqaz İslam Ordusu adı verilmiş azadlıq ordusu sələflərinin-XI əsrdə Səlcuqların Qafqaz və Asiyanın siyasi, dini, mədəni, iqtisadi həyatında oynadığı rolu təkrar edirdi. Bildiyimiz kimi, XI əsrin ilk onilliklərindən tarix səhnəsinə çıxmış səlcuqlar böyük Səlcuq imperiyasını yaradaraq, sözügedən əraziləri öz nəzarətləri altına almaqla, xristian dünyasının istilasından və eyni zamanda xristianlaşmaqdan xilas etmiş, siyasi xəritənin xaçlı Avropasının xeyrinə dəyişməsinə imkan verməmişdilər. Məhz Səlcuq türklərinin gəlişi türk-müsəlman faktorunu gücləndirərək, Azərbaycanı xristian aləmi qarşısında istinadgaha cevirmişdi. Nəhayət, az qala 900 il sonra səlcuqların xələfləri olan osmanlı türkləri növbəti dəfə Qafqazda-Azərbaycanda türk-islam amilinin sıradan çıxarılmasının qarşısını alaraq, Yaxın Şərqdə ilk demokratik respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında həlledici rol oynadılar.  

        

Gəncənin paytaxt elan edilməsindən sonra Bakı üzərinə yürüş planlayan Nuru Paşa və silahdaşları 1918-ci ilin iyun-sentyabr ayları ərzində keçirdikləri qanlı döyüşlər və saysız itkilərdən sonra Bakını almağa müvəffəq oldular. Bununla da Qafqaz İslam Ordusunun tarixdə silinməyəcək qələbəsi həm də əbədi bir qardaşlığın təməlini, əvəzi heç zaman ödənilə bilməyəcək bir fədakarlığı ortaya qoydu.

       

Qətiyyətlə deyə bilərik ki, əgər Qafqaz İslam Ordusu və onun qəhrəman baş komandanı Nuru Paşanın millətçilik və hümmətçiliyi olmasaydı, Bakı heç zaman Azərbaycan Cümhuriyyətinin mərkəzi statusunu ala bilməyəcək və əbədi olaraq bolşevik Rusiyasının əyalətlərindən biri olacaqdı. Azərbaycan Cümhuriyyətinin də eyni aqibətlə üzləşməsi şübhəsizdi.

       

Əsrlərdi param-parça olmuş Azərbaycan torpaqları uğrunda “Mehmetcik”in qanlı çarpışması həm də türk və Turan uğrunda savaşdı. Qafqaz İslam Ordusunun əzəli türk birliyinə uzanmış mücadiləsi yurdumuzun azadlığına bağlı olduğundan Azərbaycanın gələcəyi daim diqqət mərkəzindəydi. Çox maraqlıdır ki, üstündən 100 il keçməsinə rəğmən Azərbaycan yenə də həmin statusdadı. Məhz yüz il əvvəl “Mehmet”- ciklərin qanı və qəhrəmanlığı bahasına Turan ocağını söndürməyə çalışanların niyyəti gerçəkləşmədi. Müqəddəs amal uğruna yola çıxan “Mehmetcik” zatən bunun üçün doğulmamışdımı? Tarixin başladığı andan ulu türk vuruşmağa, qədim dünyanı idarə etməyə çalışmamışdımı? Bu günə qədər saysız örrnəyi var bu mövzunun.

        

Qədim Ötükəndən başlamış azman yolun sakinləri böyük imperiyaları, sistemləri, ən sonunda sivilizasiyaları oluşduran göytürklərin övladaları deyildimi Qafqaz İslam Ordusunun “Mehmetcik”i? O, göytürklər ki, “Ey Türk, üstdə göy dəlinmədikcə, altda yer yarılmadıqca, sənin ilini, törəni kim poza bilər...Titrə və özünə dön!” düşüncəsi ilə bir qəhrəmanlıq nümunəsi yaratmışdılar. Bu nümunənin timsalında dünya xalqları haqqın, ədalətin, ləyaqətin, insanlığa sayğının-dövlətçilik təfəkkürünün şahidi oldular. Qafqaz İslam Ordusu da millətçilik təfəkkürü ilə düz mütənasib olan dövlətçilik ideologiyasının daşıyıcısı idi.

        

Demək istədiyim odur ki, 1918-ci ildə yaradılmış Qafqaz İslam Ordusu min illərdən üzübəri gələn törənin zənciriydi və bu ordunun əsgərləri sonucda şəhid olacaqlarını bilirdilər. Bu gün də yurdumuzun müxtəlif yerlərində saysız “Mehmetcik” şəhid məzarları var və insanlarımız bu qəhrəmanlıq abidələrinə hörmət, ehtiram duyurlar.

        

Məslək və əqidə insanı Hüseyn Nihal Atsızın “Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdi, Nə də yıldızlar kimi parlayıb sönməməkdir. Ölməzliyi düşünmək boşuna bir əməkdir. Qəhrəmanlıq saldırıb bir daha dönməməkdir!” misralarında Qafqaz İslam Ordusunu və baş komandan Nuru Paşanı gördüm. Mənə elə gəlir ki, türk dünyasının məşhur mübarizə insanlarından biri olan Nihal Atsız bu misralarla Qafqaz İslam Ordusuna ehtiramını bildirir. Düşünürəm ki, böyük şair həm də Qafqaz İslam Ordusunun timsalında bütün türk dünyasını qəhrəmanlığa səsləyir. Deyildiyi kimi, qəhrəmanlıq yalnız yüksəliş, ulduzlar kimi parlamaq deyil, qəhrəmanlıq Qafqaz İslam Ordusunun əsgərləri kimi ölümün gözünün içinə dik baxaraq, düz üzərinə getməkdi.

        

Hər bir Azərbaycan türkünün, hər bir Azərbaycan vətəndaşının bir vəfa borcu var Qafqaz İslam Ordusu və komandanı Nuru Paşa Killigil qarşısında.   

        

O Nuru Paşa ki, qısa ömrünü mübarizələrdə keçirmiş, Azərbaycan xilaskarı Qafqaz İslam Ordusunun komandanı kimi şərəfli bir vəzifə daşımış, qəhrəmanlığı dillərə dastan olmuşdu. İslam imanlı, Turan hədəfli Nuru Paşa bir yenilməzlik, qəhrəmanlıq simvoludu. Onun düşüncəsində müqəddəs amal uğruna döyüşməkdən sevimli bir iş yoxdu. Nuru Paşa, yuxarıda ismini qeyd etdiyim Hüseyn Nihal Atsızın “Bozqurdlar” romanındakı qədim türklərin həyatının təcəssümü idi. Ötükən türkləri də at belində doğulub, bu dünyanı at belində tərk edərdilər. Nuru Paşa da sanki qədim Ötükəndən-Orxon çayı vadisindən gəlmişdi. Gecə-gündüz at belindəydi, mənzili-döyüş meydanları, amacı böyük Turan idi.  

        

Nuru Paşanın tərcümeyi-halını oxuduqca qarşımızda bir yenilməz mübarizə adamının həyatı canlanır. Mübarizədən məcburən ayrıldıqdan sonra belə həyatı hərbi işlə bağlı olmuşdu. Bu cahana vuruşmağa, insanların haqqını bərpa etməyə vəzifələndirilmişdi. Mübaliğə olmasın, Nuru Paşa ismini “Böyük Turan” ifadəsinin sinonimi kimi anlayıram.

         

Düşünürəm, fikirlərimi necə ifadə edim ki, Nuru Paşa və Qafqaz İslam Ordusu əsgərlərinin böyük ruhuna layiq olsun. Hansı yöndən baxsaq, bu fenomenal hadisəyə-Qafqaz İslam Ordusu və baş komandan Nuru Paşanın milliyyət və hürriyyətpərvərliyinə adi şərh vermək olmur. Həqiqətən, hər insan belə qəhrəmanlıqlar göstərə bilmir, çünki, adi, gündəlik məişət tələblərindən kənara çıxa bilmir, yalnız şəxsi işləri ilə məşğuldur. Fenomenal şəxsiyyətlər isə daim böyük, əsrarəngiz düşüncələrlə yaşayır, bir sözlə, passionar şəxslərinsə həyatının leytmotivi mübarizədir.

       

Livanlı xristian şair, yazıçı və dramaturq Corc Cordaq bu şəxsiyyətləri aşağıdakı kimi xarakterizə etmişdir:

       

“Zülm və haqsızlığa qarşı mübarizə forma və məzmunundan asılı olmayaraq, ilk yaranış tarixindən mövcud olmuşdur. Təcavüzkar, zalım və despot hökumətlər dövründə bu ağır vəzifəni öz üzərlərinə götürmüş insanlar bəşər tarixinə cinayətkar zalımların zülmət bəxş etdiyi qədər fəxarət gətirmişlər... Dahi şəxsiyyətlər arasında bütün həyatları mübarizələrdə keçmiş insanlar olmuşdur. Onlar mübarizə aparmadan həyatlarına davam edə bilməzlər”. Fikrimcə, Qafqaz İslam Ordusunun passionarlığını bu qədər dəqiq  ifadə edəcək ikinci bir mülahizə tapmaq qeyri-mümkündür.

        

Deməliyəm ki, Qafqaz İslam Ordusu bolşevik Rusiyasının Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətini dəyişdirməsinə səbəb olmuşdur. Qafqaz İslam Ordusunun Bakını azad etməsi bolşeviklərin Azərbaycan uğrundakı planlarını iflasa uğratdığından, sovet tarixşünaslığının demək olar ki, bütün dövrlərində “türk işğalı” istilahı ilə qeyd edilməklə, qəhrəmanlıq epopeyasına çevrilmişdir. Bütün sovet tarixçiləri qeyd-şərtsiz olaraq, Azərbaycan Cümhuriyyətinin elanı və Bakının azad edilməsini Qafqaz İslam Ordusunun üzərinə qoymuşlar. Təkcə bu fakt Qafqaz İslam Ordusunun Azərbaycan və bütün türk dünyası üzərində nə qədər böyük haqqı olduğunu göstərir.

         

Qafqaz İslam Ordusu-yurdumuzun xilaskarı, Azərbaycan istiqlalının bayraqdarı, “Böyük Turan” eşqi ilə silahlanmış türk ordusu. İnsanlığa, hürriyyətə sevgi və bağlılıq, qalibiyyət rəmzidir Qafqaz İslam Ordusu.      

 

 

 Kərimli Ruhəngiz

 AMEA Tarix İnstitutunun doktorantı

 

Oxşar xəbərlər
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ