\"Kəlbəcər və Laçının süfrə suları həm yerli bazar, həm də ixracda böyük fayda verə bilər\"
Oxunub: 3186
27 Oct 2020 | 14:56
\
Moderator.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a müsahibəsində Ermənistanın işğalından azad edilmiş ərazilərimizin inkişaf perspektivlərindən danışıb.

- Əli müəllim, hər gün Ali Baş Komandan yeni-yeni ərazilərin işğaldan azad edilməsinin müjdəsini verir. Torpaqlarımızın düşməndən təmizlənməsi ölkə daxilində böyük coşqu ilə qarşılandığı bir vaxtda, bunun qlobal proseslərə təsirsiz ötüşməməsini gözləmək sadəlövhlük olar...

- Təbii ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin nəticələri qlobal proseslərə təsirsiz ötüşməyəcək. Eyni zamanda, işğaldan sonra yaşadığımız bölgədə geosiyasi vəziyyət xeyli dəyişəcək. Geosiyasi vəziyyətin dəyişməsi geoiqtisadi vəziyyətə, eləcə də həm regionun, həm də Azərbaycanın iqtisadiyyatının meyllərinə də öz təsirini göstərməyə başlayacaq.

- Bu meyllərə adekvat iqtisadiyyatın qurulması üçün hansı proqramların işlənib hazırlanmasına ehtiyac var?

- İqtisadiyyatımızı yeni çağırışlara hər cəhətdən cavab verə bilmə baxımından, daha dayanıqlı, rəqabətqabiliyyətli, innovasiyalı, kreativ və səmərəli meyarlar əsasında qurmaqdan ötrü iki mühüm proqram hazırlanmalıdır. Birincisi, Modern Azərbaycan iqtisadi modelini reallaşdırmaq üçün “Post-konflikt dövrünün yeniləşmiş Azərbaycanı Proqramı”dır. Yaşadığımız çox gərgin, mürəkkəb və koronavirus pandemiyasının fəsadlarından qaynaqlanan qeyri-müəyyənliklərlə zəngin mərhələdə yeni çağırışlara dolğun cavab vermək çox vacibdir. Həm müharibədən, həm də buna paralel olaraq pandemiyadan sonra iqtisadiyyatın real, maliyyə, sosial sferalarında qarşıda duran problemlərin həllini sürətləndirməliyik. Sürətli artıma təsir imkаnlаrı tükənmiş neft amilinin аpаrıcı rоlunа əsаslаnаn mоdеldən ölkənin davamlı inkiafına və regionların tərəqqisinə daha çox təminat yaradan iqtisadi inkişaf modelinə-«üç amil» prinsipinə əsаslаnаn Modern Azərbaycan  iqtisadi inkişaf modelinə keçməsi obyektiv tələbata çevrilib. Azərbaycanın «üç amil» prinsipinə əsаslаnаn Modern Azərbaycan iqtisadi inkişaf modelinə keçməsi dedikdə, insan kapitalından, zəngin resurs potensialından və əlverişli geosiyasi üstünlüklərdən yararlanmaqla inteqrasiya imkanlarından istifadənin səmərəliliyinin artırılması, innovasiyalı inkişaf modelinə keçid və bu əsasda Azərbaycanın rəqabət qabiliyyətinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bu mоdеlin nüvəsini insan amili təşkil etdiyindən, həyatımızın ictimаi-siyаsi, hüquqi, iqtisadi, sоsiаl, еkоlоji və digər tərəflərinə şamil оlunmаlı dəyərlər sistemi önə çəkilməlidir.

- Hər zaman üçün aktual olan neft gəlirlərindən asılılığı azaltmaq üçün təklifləriniz nədir?

- Ölkənin sosial-iqtisadi tərəqqisi naminə neft gəlirlərindən asılılığı azaltmaq və qeyri-neft sektorunun inkişafının təmin etmək, bеynəlхаlq prаktikаdа оlаn mütərəqqi cəhətlərdən yаrаdıcılıqlа istifаdə еdərək intеllеktuаl, tехnоlоji və mаliyyə rеsurslаrını аrtırmаq və səmərəli istifadə etməklə Аzərbаycаndа innоvаsiyа sıçrаyışınа nail оlmаq mümkündür. Bu əsasda əhalinin bütün təbəqələri üçün layiqli həyat səviyyəsini təmin etmək bu mоdеlin əsas qayəsini təşkil edir. Yeni inkişaf modelinin hərəkətverici qüvvəsi birbaşa neft, qaz yox, neft gəlirlərindən də səmərəli istifadə etməklə Azərbaycanda güclü intellektual bazaya, müasir biliklərə və səriştəyə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılmasıdır. Bunun əsasında elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, bilik, savad, səriştə dəyərlər sisteminin effektiv kombinasiyasından qaynaqlanan istehsal mədəniyyətinə, innovasiyalara hədəflənmiş Modern Azərbaycan quruculuğu məqsədi dayanır.

Bir sıra ölkələrin təcrübəsi göstərir ki, dayanıqlı,etibarlı və davamlı iqtisadi və sosial yüksəlişə və tərəqqiyə neftin, qazın, qızılın, gümüşın və digər təbii sərvətlərin zənginliyi ilə deyil, elmdə, innovasiyalarda və elmi texnologiyalarda üstünlük əldə etmək yolu ilə nail olmaq mümkündür. Azərbaycanda neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modelindən insan inkişafının prioritet təşkil etdiyi innovsiyalı inkişaf modelinə keçilməsi üçün nəzərdə tutulan dərinləşdirilmiş islahatların sistemli şəkildə həyata keçirilməsi ilə işğaldan azad olmuş ərazilərimizin də potensialını dövriyyyə qoşmaqla Strateji Yol Xəritəsində 2021-2025-ci  illər üçün proqnozlaşdırılmış 3 faizlik orta illik artım tempini  2 dəfə artırmaqla 6-7 faizlik artım trayektoriyasına çıxa,maliyyə sisteminin səmərəli fəaliyyətini və bu əsasda əhalinin bütün təbəqələrinin layiqli həyat səviyyəsi təmin edilə bilər. 

- Əli müəllim, yeri gəlmişkən ermənilərin işğalçılıq siyasətilə Azərbaycan iqtisadiyyatına dəyən zərərin təxmini miqdarı nə qədərdir?

- Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq əməlləri böyük insan itkiləri və iztirabları ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaratmaqla yanaşı, həm də böyük həcmdə maddi ziyan da vurub. 1988-1994-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri təcavüzün qurbanı olub. Bundan əlavə, 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi işğalçıların əlinə keçib. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin dağıdılması xüsusi yer tutur. Bunun nəticəsidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəyib. Hesablamalara görə 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40 mindən artıq muzey eksponatı erməni təcavüzünün qurbanına çevirlib. İşğal olunmuş ərazilərdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardı. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdıb, Ermənistana daşıyıb, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vurublar. Ermənistanın şovinizm,terrorçıluq və faşizmin məcmusundan ibarət olan hərbi-siyasi dairələrinin Azərbaycana  vurduğu ziyan yüz milyard dollarla ölçülür.

- Ermənilərdən geriyə dağıdılmış, viran qoyulmuş torpaqlar, xarabalıqlar qalıb. Azad edilmiş torpaqlarımızda normal həyat üçün yaşayışın bərpa mexanizmini necə görürsünüz?

- Azərbaycan işğal altında olan torpaqları intellektual müharibə üsulu ilə azad etdiyi kimi, işğaldan azad edilən ərazilərin bərpasını da intelektual vasitələrdən, ən effektli idarəetmə, tənzimləmə, müasir texnika və texnologiyadan istifadə edilməklə strateji yanaşma üsulu ilə həyata keçirməlidir.

 - İşğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının neçə faizini itirib və onların iqtisadiyyata qazandırılması ilə hansı artıma nail ola bilərik?

- Ermənistanın işğalı nəticəsində Azərbaycan öz iqtisadi potensialının ən azından 15 faizini itirib. Deməli bu ərazilərin optimal variantda bərpası və iqtisadi dövriyyəyə cəlb edilməsi Azərbaycanın iqtisadi potensialının ən azından 15 faiz artımına səbəb olacaq. Buna nail olmaqdan ötrü, hər şeydən əvvəl, “Post-konflikt  dövrünün  yeniləşmiş Azərbaycanı Proqramı”nın mühüm tərkib  hissəsi olan Post-konflikt Ərazilərin Bərpası  üzrə  “Böyük Qayıdış Proqramı”nın hazırlanmalıdır.

- Bəs, proqramın əhatə dairəsi necə müəyyənləşəcək?

- Post-konflikt Ərazilərin Bərpası üzrə “Böyük Qayıdış Proqramı”Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonlarını və Xankəndi şəhərini əhatə edən Yuxarı Qarabağ iqtisadi rayonu, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonuna şamil edilməlidir. Reallıq budur ki, bu şəhərlərin, onlara aid olan kənd və qəsəbələrin çoxu tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Ona görə də işğaldan azad olunmuş torpaqların tam bərpası üzrə genişmiqyaslı proqram və onun alt proqramları həyata keçiriləcək.

- Hər halda ilkin olaraq pilot layihələr həyata keçiriləcək. Bu məqamda Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin də üzərinə böyük iş düşəcək.

- Bəli. Bunun üçün bir sıra sahə və istiqamətlər üzrə pilot layihələrin həyata keçirilməsinə geniş meydan verilməsi zəruridir. Birincisi, işğaldan azad olunmuş ərazilərdə başlanan bərpa işlərinin gedişi göstərir ki, Post-konflikt Ərazilərin Bərpası  üçün “Böyük Qayıdış Proqramı”nın birinci hissəsi təxirəsalınmaz tədbirləri özündə əks etdirməlidir. İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. İşğaldan zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılması üçün 1996-cı ildə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb.

2016-cı ildə düşmən təhlükəsindən qurtarılan Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində görülən sürətli bərpa işləri göstərdi ki, Azərbaycan hökuməti Ermənistan tərəfindən dağıdılan yaşayış məntəqələrinin bərpası istiqamətində ən qısa zamanda ilkin xarakterli zəruri işləri görməyə qadirdir. Bura ərazilərin minalardan və digər hərbi sursatlardan təmizlənməsi, rayondaxili, rayonlararası və digər vacib yolların bərpası və inkişafı, su təchizatı, elektrik enerjisi, qaz və istilik təminatı sisteminin bərpası və inkişafı, səhiyyə və digər sosial obyektlərin bərpası və tikintisi və s. bu kimi məsələlərin həlli daxildir. Bu yöndə görülməsi zəruri olan işlərin miqyası artdığından, Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin də  gücləndirilməsi zəruridir.

- Bərpa işləri çərçivəsində tam müasir şəhərlərin salınması üçün yeni Baş planların hazırlanması da nəzərdə tutulur. Maraqlıdır, bu zaman daha kiçik kəndlərin birləşdirilməsi və vahid yaşayış məntəqələrinin salınması təcrübəsi nəzərdən keçirilə bilərmi?

- Böyük ehtimalla dağıdılmış şəhərlərin müasir üslubda yeni Baş planları hazırlanacaq. Digər yaşayış məntəqələrinə gəldikdə isə tamamilə dağıdılmış kiçik kəndlərin hamısının bərpasındansa, müasir tipli iri qəsəbələrin salınması variantı daha perspektivlidir. Bu zaman beynəlxalq praktikada getdikcə geniş tətbiq olunan ağıllı şəhər layihələrinin həyata keçirilməsi məqsədəuğun olar.
     
- Qayıdış, yeni layihələr, yenidənqurma böyük vəsait tələb edəcək. Bu vəsaitin cəlbi üçün dövlət və özəl qurumlar arasında bölgü hansı şəkildə aparılmalıdır?

- İrimiqyaslı infrastruktur xarakterli layihələr əsasən dövlət və mümkün dairədə beynəlxalq qurumlar hesabına, istehsal, xidmət və s. sahələrin qurulmasında isə özəl təşəbbüsə geniş meydan verilməlidir.

İşğaldan azad edilmiş regionlarda bankların regional filial şəbəkəsinin yaradılması və genişləndirilməsi vacibdir.

İşğal olunmuş ərazilərin bərpası və onun potensialının hərəkətə gətirilməsi böyük maliyyə  tələb edir. Təbii ki, bu məsələdə əsas güc dövlətin üzərinə düşəcək. Bununla belə özəl təşəbüssə geniş meydan verməklə  təklif etdiyimiz Post-konflikt Ərazilərin Bərpası üzrə “Böyük Qayıdış Proqramı”nda nəzərdə tutulan tədbirlərin dövlət büdcəsi; Dövlət Neft Fondu; büdcədənkənar digər dövlət fondları; mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların vəsaitləri; Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaitləri; yerli və xarici sahibkarların vəsaitləri; beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri; qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına geniş şaxali şəkildə maliyyələşdirilməsi bu yöndə həyata keçirilməli işlərin vaxtında və tam şəkildə reallaşdırılması üçün ciddi maliyyə təminatı yaradar.

İşğal olunmuş ərazilər yeni həyata qaytarıldqdan sonra həm  Qarabağın dağlıq və Aran hissələri sənaye istehsalı nöqteyi-nəzərindən inteqrasiyasına, həm də Dağlıq Qarabağla Azərbaycanın digər iqtisadi rayonları arasında iqtisadi əlaqələrinin bərpası və  inkişaf etdirilməsindən də böyük fayda əldə ediləcək. Azərbaycanın iqtisadi potensialı daha da artacaq, güclənəcək. Bu həm də iqtisadiyyatımızın dayanıqlı, rəqabətqabiliyyətli, innovasiyalı, kreativ və səmərəli  olmasına müsbət təsir edəcək.Yeni texnika və texnologiyanın tətbiq dairəsini genişləndirəcək.Tikinti-bərpa işlərinin vüsəti artdıqca bəlkə də yeni tikinti bumunun yaranmasına əsaslar da yaranacaq. Qeyri-neft sektorunun inkişafına yeni böyük təkan mərəhələsi başlanacaq, ölkə əhalisinin yerli məhsullarla təchizatında nəzərəçarpan dəyişiklik olacaq, ərzaq təhükəsizliyimizə yeni töhfələr veriləcək, qeyri-neft ixracı artacaq.

- Uzun müddətdir Azərbaycanda yerli idarəetmə orqanlarında boşluqlar olduğuna, təkmilləşməyə ehtiyac yarandığına dair çağırışlar var. İşağldan azad edilmiş torpaqlarımızda ərazi idarəetmə formalarını necə qurulmalıdır?

- Hazırda Azərbaycanda yerli idarəetmə sistemində şəhər, rayon yerli İcra Hakimiyyəti və bələdiyyələr variantından istifadə olunur. İşğaldan azad olunmuş ərazilərdə mövcud olan ayrı-ayrı şəhərlər üzrə həmin mövcud variantda idarəetmədən istifadə etməkdənsə, bütövlükdə işğaldan azad olunmuş ərazilər üzrə Qarabağın vahid regional idarəetmə pilot layihəsinin həyata keçirilməsi daha məqsədəuyğundur.

- Məlumdur ki, işğaldan azad edilmiş rayonlarımız ayrı-ayrı sahələr üzrə ixtisaslamışdı. “Böyük Qayıdış Proqramı”nda bu məqamlar nəzərə alınacaqmı?

- Ümumilikdə 850 mindən artıq əhali yaşamış 11 şəhər, 20 qəsəbə və 894 kəndin böyük əksəriyyəti tamamilə yerlə-yeksan edilib. Onda Azərbaycanın bu qədər yaşayış məskənlərini bərpa etməsilə bağlı məsələlər təbii ki, proqramın ikinci hissəsində hər ay, hər rüb, hər il üçün ərazi, sahə və funksional xarakterli konkret tədbirlər kompleksini özündə əks etdirməlidir. Bu baxımdan “Böyük Qayıdış Proqramı”nın ikinci hissəsi işğaldan azad edilmiş ərazilərimizdə yerləşən hər bir şəhər və rayonun spesifik xüsusiyyətləri və potensilını nəzərə almaqla hazırlanan alt proqramlar toplusundan ibarət olacaq. Burada bütövlükdə işğaldan azad olunmuş ərazilərin iqtisadi, coğrafi və tarixi baxımdan inkişaf xüsusiyyətləri, təbii şəraiti və potensialı, təbii sərvətlərinin miqyası və çeşidi, onların Ermənistan tərəfindən talan edilmə səviyyəsi, əhalinin məskunlaşma proqnozları, rayonun müqayisəli üstünlükləri və prioritetləri aidir. Bütün bu baza xarakterli amilləri nəzərə almaqla sözügedən regionun inkifanın yeni mərhələsini dövlət, özəl sektor, beynəlxalq qurumlarla əməkdaşlığın qurulması və xarici sərmayənin birgə fəaliyyətinin effektiv kombinasiyası əsasında icra etmək olar. Sənaye şəhərcikləri, sənaye məhəllələri, modern aqrostrukturlar, eləcə də sənaye, kənd təsərrüfatı, kiçik və orta biznes və s.üzrə klasterlər yaratmaqla yüksək səviyyəyə qaldırmaq olar.

- Xatırlatmağa ehtiyac yoxdur ki, həmin ərazilərimiz yeraltı və yerüstü sərvətlərlə zəngindir. Amma 30 ilə yaxın müddətdə işğalçı Ermənistan bütün sərvətimizi talamaqla bərabər, onlardan səmərəsiz istifadəyə yol verib. Bu baxımdan həmin ərazilərin yerüstü sərvətlərinin tamamilə dağıdıldığını nərəzə alaraq, yeraltı sərvətlərinin yenidən araşdırılmasına ehtiyac varmı?

- İşğaldan azad olunan ərazilərimizin çoxunun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanırdı. Bundan əlavə regionun yeraltı və yerüstü təbii sərvətləri yenidən öyrəniləcək. İşğal edilmiş ərazilər qızıl, civə, mis, qurğuşun, sink, üzlük daşı və s. ilə zəngindir. Məsələn,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına görə, 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq olunmuş yataqlar üzrə faydalı qazıntı ehtiyatları -130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min m3 mişar daşı, 1 312 min m3 gil, 2 540 min m3 qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 m3 mineral su, 12 428 min m3 tikinti daşı, 1 901 min m3 üzlük daşı və 4 473 min m3 sement xammalı mövcud olub. Xarici şirkətlərin də iştirakı ilə erməni işğalçıları tərəfindən bu yataqlar istismar edilib. İşğaldan azad olunacaq ərazilərdəki, o cümlədən Kəlbəcər rayonundakı mövcud yataqların ehtiyatları yenidən öyrəniləcək və qiymətləndirmə həyata keçiriləcək. Bu baxımdan Qarabağda dağ-mədən sənayesinin inkişafı potensialı böyükdür. Bu qəbildən olan bütün ərazilərin ehtiyatları yenidən öyrənildikdən və qiymətləndirildikdən sonra işğaldan azad olunmuş ərazilərin investisiya xəritəsinin hazırlanmasını zəruridir.

- İşğala qədər bu torpaqlarımızın kənd təsərrüfatında böyük paya malik olub. Torpaqların kənd təsərrüfatı dövriyyəsinə qaytarılması da hər halda böyük vəsait tələb edəcək. Nəzərə alsaq ki, torpaqlar əkilmədikcə gücdən düşüb, şoranlaşıb…

- Bəli, Yuxarı Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı mühüm yer tutub. Kənd təsərrüfatının başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik və s. olub. Bu iqtisadi rayonda heyvandarlıq əsasən ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdi. Eyni zamanda, iqtisadi rayonda baramaçılıq və arıçılıq inkişaf etdirilirdi. İşğaldan azad edilmiş ərazilər kənd təsərrüfatını inkişaf etdirmək baxımından böyük potensiala malikdir. Birinci Qarabağ müharibəsi zamanı 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi işğalçıların əlinə keçmişdi, işğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılmışdı. Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədəri işğal edilmiş və normal təsərrüfat fəaliyyətinin aparılması mümkün olmayan işğal zonalarına yaxın ərazilərdə istehsal olunub.

Ermənistan işğal altında saxladığı ərazilərin çox cüzi bir hissəsindən istifadə edib. Deməli həmin torpaqların xeyli hissəsinin kənd təsərrüfatı dövriyyəsinə qatmaq üçün əlavə vəsait tələb olunacaq. Həmin ərazilərin ənənəvi təsərrüfatçılıq təcrübəsindən çıxış etməklə demək olar ki, Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün yetərincə imkanlar mövcuddur. Eyni zamanda, burada kənd təsərrüfatı məhsullarının emalı və ərzaq sənayesinin inkişaf etdirməkdən ötrü də həm potensial, həm də ənənə var. Aqrar sahənin inkişafında fermer təsrrüfatlarının, kooperativlərin və aqroparkların, eləcə də kənd təsərrüfatı məhsullarının emalından son məhsul alınanadək bütün mərhələləri əhatə edəh klasterlərin yaradılmasına üstünlük verilməsi daha məqsədəmüvafiqdir. Aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlətin maliyyə yardımı ilə təmin edilməli və kənd təsərrüfatında bazar prinsiplərinə əsaslanan sığorta sistemi təşkil edilməlidir.
       
- Nəzərə almaq lazımdır ki, torpaqlara qayıdacaq gənclərin iş probleminin olması yüksəkdir. Bunun üçün təklifləriniz nədir?

- Gənclərə uyğun  iş yerlərinin yaradılması, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hərtərəfli təşviqləndirilməsinin işlək mexanizmi hazırlanmalı və tətbiq edilməlidir. Gənclərin sahibkarlıq fəaliyyəti və əmək məşğulluğu ilə bağlı genişmiqyaslı özünüməşğulluq layihələrinin həyata keçirilməsini və bu işdə müvafiq beynəlxalq təşkilatların dəstəyindən, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, onların beynəlxalq proqramlarda, layihələrdə iştirakının təmin olunması vacibdir.

Məskunlaşma genişləndikcə, hazırda həyata keçirilməyə başlanılan infrastruktur xarakterli tədbirlər, yəni su, işıq, istilik və s. təchizat sahələrində atılan addımlar həmin yerlərdə bağça, orta təhsil, texniki peşə, orta ixtisas və ali  məktəblərinin, eləcə də  səhiyyə və digər sosial obyektlərin yaradılması və maddi-texniki təchizatı ilə bağlı tədbirlərlə tamamlanacaq.

- İşğaldan azad edilmiş torpaqlarımızın kənd təsərrüfatı ilə yanaşı, turizm potensialı da böyükdür…

 -Mən deyərdim bu bölgələrin turizmdə rolu əvəzsiz ola bilər. Kurort-sanatoriya və turizmin inkişafına dair xüsusi tədbirlərin hazırlanması və həyata keçirilməsi,o cümlədən dağ turizminin inkişafına dair kompleks tədbirlərin həyata keçirilməsi işğaldan azad edilmiş ərazilərin sıçrayışlı inkişafına əvəzsiz töhfə verə bilər. Xüsusilə dağlıq ərazilərdə qış turizminin inkişafı üçün təbii şərait mövcuddur.

Həmçinin, işğaldan azad edilmiş regionun ənənəvi və turizmlə bağlı sənətkarlıq sahələrinin bərpası və inkişafına dövlət maliyyə yardımının göstərilməsi yeni iş yerlərinin dairəsinin  genişləndirilməsində, eləcə də turizmin inkişafında özünəməxsus vacib rol oynaya bilər.
Bundan başqa, zəngin su ehtiyatları, xüsusən də Kəlbəcər və Laçın rayonlarında şirin su ehtiyatları əsasında süfrə suları emalının və qablaşdırılmasının dəstəklənməsi layihəsi həm yerli bazar, həm də ixracda böyük fayda verə bilər.
     
Sadalanan tədbirlərin vaxtında,sistemli və davamlı şəkildə həyata keçirlməsi həm Azərbaycanın gücünə güc qatacaq, nüfuzunun artmasına, həm də əhalinin güzaranının yaxşılaşmasına müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:05, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü başladı - FOTO
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:16, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 12:32
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 12:27
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 12:36
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
06 May 2024 | 12:45
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 12:32
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 12:27
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 12:36
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
06 May 2024 | 12:45
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib