Gözün Aydın Olsun, VƏTƏN, bir yaran da sağaldı!
Oxunub: 1411
26 Oct 2020 | 10:57
Gözün Aydın Olsun, VƏTƏN, bir yaran da sağaldı!
Qubadlı rayonu – Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Bərgüşad (Bazarçay) çayının sahilində, Qarabağ yaylasının cənub-şərq qurtaracağında yerləşir. Toponim şahsevən tayfa birliyinə daxil olan bəydililərin kobatlı (qubadlı) tirəsinin adindandir. Dağlıq və dağətəyi rayondur. Rayonun ən hündür yeri Topağac yüksəkliyidir (dəniz səviyyəsindən 2003 m yüksəklikdə). İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axarlı Həkəri və Bərgüşad çayları keçir. Yazı düzü deyilən böyük əkin sahəsi var. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın və Hadrut rayonları, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Bakı şəhərindən 387 km məsafərə yerləşir.
Qubadlı XVIII əsrdə Qarabağ xanlığının ərazisinə daxil idi. Sonralar o, Zəngəzur mahalının, daha sonra Yelizavetpol (Gəncə) quberniyasının tərkibində idi. Qubadlı rayonu 1933-cü ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmiş, lakin 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Əhalisi azərbaycanlılardan ibarətdir. 93 kənddə və rayon mərkəzi olan Qubadlı şəhərində məskunlaşmışdır. Sahəsi 802 km2 , 7860 şəxsi evi və əhalisi 31504 nəfərdir (2005-ci ilin yanvarına olan məlumat). Kəndlərin əksəriyyəti Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardı. Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.
Rayonda 111 mədəni-maarif müəssisəsi, 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssisəsi, 81 məktəb, 86 səhiyyə müəssisəsi, 60 kitabxana, 28 klub və mədəniyyət evi, 32 rabitə müəssisəsi, ATS, tarix-diyarşünaslıq muzeyi, 31 süd-əmtəə ferması, üzümün ilkin emalı zavodu, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, asfalt zavodu, tikiş fabriki, mərmər sexi, daş karxanası, və Azərbaycan Neftqazavtomat təcrübə zavodunun filialı fəaliyyət göstərirdi.
Qubadlı qədim insan məskənlərindəndir. Bu ərazi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdır.
Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri, yaxınlığından tapılmış maddi-məişət nümunələri, əmək alətləri də təsdiq edir. Tapılmış maddi-mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir.
Qubadlı şəhəri ərazisində aşkar olunmuş “Xırman yeri”, Əliquluuşağı kəndində aşkar olunmuş “Qalaca”, “Koroğlu qalası”, Muradxanlı kəndi ərazisində “Mal təpə” abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.
Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.
1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlamış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.
1993-cü ilin avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Laçın, Ağdam, Fizuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqustun 30-31-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvasından didərgin düşmüş, respublikanın 28 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşmışdır.
Rayonun 1,2 milyard ABŞ dolları dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülkiyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdir.
Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Azərbaycanın xalq qəhrəmanlarından ikisi – Qaçaq Nəbi və Həcər Qubadlı rayonundandırlar.
Son əsrdə Azərbaycan elminə, hərb sənətinə, ədəbiyyatına samballı töhfə vermiş, yüksək ad-san qazanmış akademik Möhbalı Əmiraslanov, general Valeh Bərşadlı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimov Qubadlı torpağının yetirmələridir.
Ümumiyyətlə, əslən Qubadlıdan olan 2 nəfər akademik, 24 elmlər doktoru, 6 nəfər Sosialist Əməti Qəhrəmanı vardır.
Torpaqlarımızın erməni təcavüzündən qorunması uğrunda döyüşlərdə igidlik göstərən Qubadlı oğullarından 10 nəfəri – Əliyar Əliyev, Vasili Əliyev, Kərəm Mirzəyev, Ələkbər Əliyev, Aslan Atakişiyev, Bəylər Ağayev, Səfa Axundov, Kazımağa Kərimov, Aqil Məmmədov və Fəxrəddin Cəbrayılov Azərbaycan Respublikasınını Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Milli Ordumuzun zəfər yürüşü davam edir! Zəngilan və Qubadlıdan sonra Laçının və Zəngəzurun digər rayonlarının alınması 100 illik Həsrətimizə su çiləyəcək, məlhəm olacaqdır!
Yaşa, yenilməz Ordum!
Var Ol, Ali Baş Komandanım!.
QARABAĞ və Zəngəzur AZƏRBAYCANDIR!

Musa Urud, Millət vəkili
Oxşar xəbərlər
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:40, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:36, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
GÜNLÜK
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO