Ədliyyə naziri həddini aşan hakimlərə xəbərdarlıq etdi
Oxunub: 5150
06 Oct 2013 | 12:35
Ədliyyə naziri həddini aşan hakimlərə xəbərdarlıq etdi


Mətbuatda da xəbər verildiyi kimi, bu günlərdə 250-dən çox gənc mütəxəssis ədliyyə orqanlarına işə qəbul edilib, çoxmərhələli imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlim kurslarını müvəffəqiyyətlə başa vuran 70-dən çox hüquqşünas isə hakim vəzifələrinə təyin edilib.Virtualaz.org-un əməkdaşı bu təyinatların ədalət mühakiməsinin səmərəliliyinə, ədliyyə orqanlarının fəaliyyətinə hansı təsir göstərəcəyi barədə fikirlərini bölüşmək üçün Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Nazirlə müsahibəni təqdim edirik. 

- Fikrət müəllim, məlumdur ki, son illər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər daha geniş vüsət alıb, müsbət nəticələr əldə edilib. Bu sahədə işlər bu gün də davam etdirilirmi?

- Əlbəttə. Məhkəmə islahatı qısa müddətdə yekunlaşa bilməz. Ümumiyyətlə, mütərəqqi islahatlar daimi xarakter daşıyır. Hazırda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması və özünüidarə funksiyalarının genişləndirilməsi, məhkəmə araşdırmalarının keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi üzrə geniş təhlil və ümumiləşdirmələr aparılır, müvafiq layihələr hazırlanır.

- Bu günlərdə mətbuatdan son üç ildə 30-dan çox hakimin kobud qanun pozuntularına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılması barədə informasiya ilə rastlaşdıq...

- Doğrudur. Məhkəmə-Hüquq Şurası insanların haqlı narazılığını doğuran hakimlərə qarşı tədbirləri daim görür, bundan sonra da görəcək. Eyni zamanda onları əvəzləyəcək yüksək mənəvi keyfiyyətlərə malik olan hazırlıqlı gənc hüquqşünasların seçimi də diqqətdən kənarda qalmır. Məhz bu səbəbdən Azərbaycanda hakimliyə namizədlərin seçiminin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilib. Bu prosedurlarla son illər ərzində 235 nəfər hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunublar. Hazırda hakim korpusunun 50 faizini, o cümlədən Bakı şəhərinin rayonları üzrə 80 faizini məhz bu hakimlər təşkil edir.

Cari ildə isə 72 nəfər hakimliyə namizəd bütün imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlim mərhələsini və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq hakim vəzifəsinə layiq biliniblər. Qeyd etməliyəm ki, həmin namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında keçirilən yüksək səviyyəli təlimlərdə insan haqlarının qorunması, Avropa Məhkəməsinin presedentləri, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası və digər aktual mövzuların tədrisinə xüsusi əhəmiyyət verilib, onların Türkiyədə yarımaylıq təlimi təşkil edilib.

- Yəqin ki, son hakim təyinatları da məhz bu şəxslərlə bağlı olub. Gənc hakimlərin təyinatı hansı keyfiyyət dəyişikliyinə səbəb olacaq?

- Elədir. Bu hakimliyə namizədlərin təyinatı ilə məhkəmə korpusunda mövcud olan vakansiyaların tam əksəriyyəti komplektləşdirilib ki, bu da hakimlərin iş yükünün xeyli azalmasına səbəb olacaq. Təsəvvür edin, əgər cəmi bir neçə il bundan əvvəl Bakı şəhərinin rayon məhkəmələrində 41 hakim işləyirdisə, bu gün onların sayı artıq 100-ü ötüb. Apelyasiya Məhkəməsi hakimlərinin sayı isə 35-dən 120-dək yüksəlib. Təbii ki, bütün bunlar süründürməçiliyin aradan qaldırılmasını, vətəndaşların əsassız get-gələ salınmasının qarşısının alınmasını, nəhayət, işlərə daha keyfiyyətlə baxılmasını şərtləndirəcək.

- Eyni zamanda 100-dən artıq şəxs də ədliyyə orqanlarına işə qəbul olunub. Bu barədə daha ətraflı məlumat vermənizi istərdik...

- Ədliyyə sistemində geniş vüsət alan islahatlar nəticəsində nazirliyin səlahiyyətləri xeyli genişlənib, üzərinə bir çox mühüm vəzifələr qoyulub, ştat sayı 20 faizdən çox artırılıb. İslahatlar kadr seçimi prosesini də əhatə edib. Nazirlik tərəfindən müxtəlif ədliyyə orqanlarına işə qəbulla bağlı mütəmadi olaraq şəffaf prosedurlarla, o cümlədən test üsulu ilə müsabiqə və müsahibələr keçirilir. Son illər keçirdiyimiz müsabiqələrdə iştirak etmiş 5 minədək şəxsdən 1500-ə qədəri müxtəlif ədliyyə orqanlarına işə qəbul olunub. Ötən gün isə bütün imtahanları və Ədliyyə Akademiyasında ilkin hazırlıq kurslarını müvəffəqiyyətlə keçmiş 101 nəfər yüksək hazırlıqlı gənc mütəxəssis ədliyyə orqanlarında təyinat alıb.

- Bəs həmin şəxslər hansı sahələrə təyin ediliblər?

- Qeyd etməlyəm ki, həmin şəxslər sırasında gənc hüquqşünaslar, xaricdə təhsil almış müdavimlər və tibb işçiləri var. Müsabiqə və müsahibədən uğur qazanmış 54 nəfərdən 60 faizi icra xidmətinə, digərləri isə qeydiyyat və notariat orqanlarına, regional ədliyyə şöbələrinə, Əhalinin Dövlət Reyestri Xidmətinə, Ədliyyə Akademiyasına təyinat alıb.

Həmçinin 43 nəfər penitensiar, 4 həkim isə tibb xidmətlərinə təyinat alıb. Yeri gəlmişkən qeyd etmək istərdim ki, nazirliyin Penitensiar Xidməti ilə Ryazan Hüquq və İdarəçilik Akademiyası arasında 2005-ci ildə bağlanmış müqaviləyə əsasən hazırda akademiyada penitensiar sahədə ixtisaslaşan 58 nəfər təhsil alır. Xidmətə qəbul olunanlardan 19-u məhz həmin akademiyanı bitirmiş müdavimlərdir.

- Eyni zamanda 151 nəfər də Penitensiar Xidmətdə kiçik rəis heyətinə qulluğa qəbul olunub...

- Bəli. Bildiyiniz kimi, penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi çərçivəsində yeni müasir tipli penitensiar komplekslər istifadəyə verilib. Bununla əlaqədar həmin müəssisələrin kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, fiziki hazırlıqlı, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacaran gənclər müsabiqə ilə seçilirlər. Penitensiar Xidmətə yenicə qəbul edilən şəxslərin 100-dən çoxu məhz həmin müəssisələrə təyinat alıb, qalanları isə xidmətin digər qurumlarına işə qəbul olunub. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, ədliyyə orqanlarına qulluğa yeni qəbul olunmuş şəxslərin 80 faizi gənclərdir, təxminən yarısı regionların təmsilçiləri, həmçinin əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, 15 fiazi isə qadınlardır.

- Qeyd etdiyiniz kimi, ədliyyə orqanlarına qulluğa qəbul müsabiqə yolu ilə aparılır. Bəs müsabiqədə iştirak qaydaları barədə nə deyə bilərsiniz?

- Ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar nazirliyin Müsabiqə Komissiyasının elan etdiyi müsabiqədə iştirak üçün müraciət edə bilərlər. Artıq 2006-cı ildən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbətdən ibarət açıq müsabiqələr keçirilir. İşə qəbulla bağlı prosedurlar son illər xeyli sadələşdirilib və test imtahanında iştirak etmək üçün təkcə ərizə ilə müraciət etmək kifayətdir.

Ötən müddətdə 9 müsabiqə keçirilib. Sonuncu müsabiqənin bitməsini gözləmədən peşəkar gənc kadrlara olan ehtiyac nəzərə alınaraq, eyni zamanda ali təhsil müəssisələrini bu il bitirmiş gənc məzunların müsabiqədə iştirakına şərait yaratmaq üçün növbəti - onuncu açıq müsabiqə elan olunub və hazırda sənədlərin qəbulu aparılır. İmtahan vahid auditoriyada keçirilərək dövlət orqanları arasında ilk dəfə olaraq onlayn rejimində internetdə yayımlanır, nəticələr namizədlər qarşısında dərhal elan olunur. Eyni zamanda test imtahanında daha çox şəxsin uğur qazanması məqsədilə nazirlik tərəfindən Ədliyyə Akademiyasında imtahana hazırlıq kursları təşkil olunub. Müsabiqənin ikinci mərhələsində - söhbətdə isə namizədlərin ümumi dünyagörüşü, özünü təqdimetmə, xarici dil bilməsi, ünsiyyət qurmaq kimi keyfiyyətləri qiymətləndirilir. İlk dəfə qulluğa qəbul olunan namizədlər müsabiqənin bütün mərhələlərindən müvəffəqiyyət qazandıqdan sonra Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılmaları üçün icbari təlimə cəlb olunurlar. Son dövrlər ədliyyə orqanlarında qulluğa qəbul olunmuş gənclər bu gün ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərərək püxtələşirlər. Təsadüfi deyil ki, xeyli sayda ədliyyə qulluqçusu Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və digər dövlət orqanlarında məsul işə keçirilib, hakim seçkilərində müvəffəqiyyət qazanıblar. Yeri gəlmişkən, müxtəlif ədliyyə orqanlarına keçirilən müsabiqələr bu gün də davam edir. Fürsətdən istifadə edib gənclərimizi bu müsabiqələrdə daha fəal iştiraka dəvət edir, sizə isə müsahibə təşəbbüsünüzə görə minnətdarlığımı bildirirəm. 

Moderator.az
Oxşar xəbərlər
19:16, Bu gün
Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO
18:47, Bu gün
İcra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi - FOTO
18:35, Bu gün
Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
18:30, Bu gün
Prezident İlham Əliyev: “Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur”
18:25, Bu gün
Sabah bu ərazilərdə su kəsiləcək
18:20, Bu gün
İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi - YENİLƏNİB + FOTO
18:15, Bu gün
BDU-da Astana nümayəndələri ilə görüş keçirilib - FOTO
18:10, Bu gün
Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO
18:05, Bu gün
Ərdoğan Mitsotakislə görüşdü - FOTO
18:00, Bu gün
Hərbi Hava Qüvvələrində MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
17:55, Bu gün
“Xarıbülbül” festivalı təkcə mədəni deyil, həm də siyasi cəhətdən yaddaqalan oldu - ŞƏRH + FOTO
17:53, Bu gün
Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
17:50, Bu gün
Nəsibə Zeynalovanın heç yerdə görmədiyiniz şəkilləri - FOTO
17:45, Bu gün
Vahid Ələkbərov sərvətinin böyük hissəsini Rusiyadan çıxarıb: Gizli yerdə saxlayır
17:40, Bu gün
Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO
17:35, Bu gün
"Yaxşı maaş versəydilər, 4-5 yerdə işləməzdim" - Həmidə Ömərova
17:30, Bu gün
Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO
17:27, Bu gün
Son 165 ilin ən güclü maqnit qasırğası baş verib
17:25, Bu gün
Fransanın gecikən bəyanatı: Makron hökuməti geri çəkilir - ŞƏRH + FOTO
17:20, Bu gün
15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın
17:18, Bu gün
Güclü yağış iki rayonu birləşdirən yolu yararsız hala salıb - FOTOLAR
17:13, Bu gün
Azərbaycanda vəzifəli şəxsin məhkəməsi başlayır
17:09, Bu gün
Ərdoğan Mitsotakislə görüşdü
17:08, Bu gün
Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq
17:03, Bu gün
Şəhid qardaşı: "Onun nəşinin tapılması bizə böyük təskinlik oldu"
17:00, Bu gün
Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir - ƏHD Partiyası
16:58, Bu gün
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ
16:56, Bu gün
Şahdağa qar yağır - FAKTİKİ HAVA 
16:54, Bu gün
İrandan ölkəyə 61 kiloqram narkotik keçirməkdə şübhəli bilinən şəxslər həbs olundu - FOTO/VİDEO
16:50, Bu gün
Premyer Liqada nəfəskəsən mübarizə: Dörd klubun avrokubok şansları - TƏHLİL
16:45, Bu gün
Ağcabədidə 40 yaşlı kişi öldürüldü
16:40, Bu gün
Mariya Stadnikin atası vəfat etdi
16:35, Bu gün
Rəqəmsallaşmanın həll edə bilmədiyi növbə problemi
16:30, Bu gün
Saxta hərbi bilet satan şəxslərin işi MƏHKƏMƏDƏ
16:25, Bu gün
MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib - FOTO
16:20, Bu gün
Prezidentin Şuşadan etdiyi çağırışlar revanşist ermənilər üçün ciddi xəbərdarlıqdı...
16:15, Bu gün
Tehranın müsəlman qardaşlığı avantürası: İran islam dünyasını şantaj edir - ANALİZ + FOTO
16:07, Bu gün
"Rusiya terroruna yalnız konkret silahla cavab vermək olar..."
16:02, Bu gün
Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO
15:57, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
15:53, Bu gün
Mərkəzi Bankda YENİ TƏYİNAT
15:49, Bu gün
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar - FOTO
15:46, Bu gün
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
15:44, Bu gün
İmişlidə yanğın olub - VİDEO
15:40, Bu gün
Nəsimi Paşayevə ağır itki
15:36, Bu gün
Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - VİDEO
15:30, Bu gün
"Ermənistan tarixdən dərs çıxarmalı, onu silahlandıranların oyununun parçası olmamalıdır"
15:25, Bu gün
Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib
15:20, Bu gün
Assol Mirmanova: “Almatıdakı görüşdə təkcə sülh müqaviləsi müzakirə olunmayıb” - MÜSAHİBƏ
15:15, Bu gün
Dünyanın gözü onun üzərində: Türkiyənin yeni silahı heyran etdi
15:11, Bu gün
Şoyqu niyə Belousovla əvəzləndi? - Putinin sirli gedişinin şifrələri
15:07, Bu gün
“Qeyri-müəyyən cinsəllikdə, amma çox istedadlı...”
15:03, Bu gün
London və Vaşinqtonun İsrail ilə bağlı mövqeləri nə ilə fərqlənir? - "Sky News"
14:59, Bu gün
Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI
14:55, Bu gün
"Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli oldu
14:50, Bu gün
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdüb - FOTO
14:45, Bu gün
Azərbaycan bayrağı və yüksək nümayəndə heyəti Kipr Türk Dövlətində - FOTO
14:40, Bu gün
Tanınmış meyxanaçıya AĞIR İTKİ
14:36, Bu gün
Bakıda obyekt sahibi qanunsuz ağac kəsiminə görə cəzalandırılacaq
14:32, Bu gün
COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclas keçiriləcək
14:28, Bu gün
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ
14:24, Bu gün
Bəzi qadınların maaşı artırıla bilər
14:20, Bu gün
İki azyaşlını vuran müğənni Zibanı hansı cəza gözləyir? - Vəkil danışdı
14:14, Bu gün
İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
14:09, Bu gün
Minimum əmək haqqı ilə bağlı şad xəbər
14:04, Bu gün
Biləsuvarda gənc oğlan arvadına dəhşətli işgəncələr verdi, qayınatasını öldürdü – Şok təfərrüat
13:59, Bu gün
Elnarə Abdullayevanın bu mahnını oxuması müzakirə YARATDI – VİDEO
13:53, Bu gün
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilib - FOTO
13:48, Bu gün
“Belə yolda maşının 100 il də təmirə ehtiyacı olmaz...”- Söhbət  hansı yoldan gedir?..
13:46, Bu gün
Babək prospektində piyadanı maşın vurub - FOTO
13:42, Bu gün
Ötən ay bu məhsullar bahalaşıb
13:34, Bu gün
Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alındı - FOTO/VİDEO
13:29, Bu gün
Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi
13:25, Bu gün
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM
13:20, Bu gün
Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq
13:15, Bu gün
Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
13:10, Bu gün
"Rusiyanın nüvə silahı Belarusda harada gizlədilib?" - "The New York Times" (VİDEO)
13:06, Bu gün
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVA PROQNOZU
13:03, Bu gün
Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq etdi
12:58, Bu gün
Əhməd Əhmədovla bağlı YENİ XƏBƏR - Ekspertiza rəyi... - YENİLƏNİB
12:55, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir
12:53, Bu gün
Minimum əməkhaqqı nə qədər artırıla bilər? - Ekspert AÇIQLADI
12:50, Bu gün
MEDİA onlayn media subyektləri üçün müsabiqə elan etdi
12:48, Bu gün
"Cənubi Qafqaz regionunda marağı olan güclər başa düşməlidirlər ki..."  - Tamam Cəfərova
12:45, Bu gün
Qanunsuz estetik əməliyyatlar icra edən klinikaların rəhbərlikləri məsuliyyətə cəlb olundu
12:43, Bu gün
İdarə rəisi 1500 manat cərimələnə bilər
12:40, Bu gün
Kişi para-taekvondoçularımızdan tarixi uğur
12:38, Bu gün
Mirzoyan Almatı görüşündən danışdı: "Konstruktiv keçib"
12:34, Bu gün
ATƏT sədri Bakıya gələcək
12:30, Bu gün
Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı endi
12:26, Bu gün
Azərbaycanda palçıq vulkanı AKTİVLƏŞİB: gecə saat 2 RADƏLƏRİNDƏ... - VİDEO 
12:22, Bu gün
Az qaldı: Yeni qərar qüvvəyə minir - Taksilərin qiyməti artacaq
12:18, Bu gün
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
12:14, Bu gün
“Qəhrəmanlar ucuz qiymətə işləmirlər” – amerikalı kəşfiyyatçının DTK zabiti haqqında istehzalı açıqlaması
12:06, Bu gün
Yüksək vəzifəyə təyin edilən Müşfiq Məmmədov kimdir? - DOSYE
12:02, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
12:00, Bu gün
“Anadolu Ankası - 2024” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub - VİDEO
11:55, Bu gün
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlandı - FOTO
11:53, Bu gün
Kreml varisləri – Son 100 ildə cəmi 1 dəfə siyasi xələf planı baş tutub
11:51, Bu gün
"Qarabağ" bu göstəricidə 1-ci oldu
GÜNLÜK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 21:59
Aşıq xanımların arası dəydi: “Mənə deyirdilər ki, Telli sənə paxıllıq edir amma inanmırdım, o sübut etdi ki..”- FOTO+ÖZƏL
12 May 2024 | 21:37
“Onlar yeganə qoşun növüdür ki, eyni vaxtda iki müxtəlif cəbhədə mübarizə aparıb”
12 May 2024 | 19:57
BMT-dən Belqorodda yaşayış binasına edilən hücuma reaksiya
12 May 2024 | 22:25
Yarımçıq müstəqillik, şikəst qürur, əbədi asılılıq...
12 May 2024 | 20:09
Blinken: ABŞ İsraili dəqiq silahlarla təchiz etməyi dayandırmayıb
12 May 2024 | 20:54
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
12 May 2024 | 20:37
“Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12 May 2024 | 21:25
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12 May 2024 | 22:26
Nigeriyada güclü daşqın xəbərdarlığı edilib
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
AYLIQ
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 21:59
Aşıq xanımların arası dəydi: “Mənə deyirdilər ki, Telli sənə paxıllıq edir amma inanmırdım, o sübut etdi ki..”- FOTO+ÖZƏL
12 May 2024 | 21:37
“Onlar yeganə qoşun növüdür ki, eyni vaxtda iki müxtəlif cəbhədə mübarizə aparıb”
12 May 2024 | 19:57
BMT-dən Belqorodda yaşayış binasına edilən hücuma reaksiya
12 May 2024 | 22:25
Yarımçıq müstəqillik, şikəst qürur, əbədi asılılıq...
12 May 2024 | 20:09
Blinken: ABŞ İsraili dəqiq silahlarla təchiz etməyi dayandırmayıb
12 May 2024 | 20:54
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
12 May 2024 | 20:37
“Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12 May 2024 | 21:25
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12 May 2024 | 22:26
Nigeriyada güclü daşqın xəbərdarlığı edilib