Döyüşün gedişatını dəyişən PUA-lar: “Gör və məhv et” düşmənin canına qorxu salır - FOTO
Oxunub: 2504
22 Oct 2020 | 16:20
Döyüşün gedişatını dəyişən PUA-lar:  “Gör və məhv et” düşmənin canına qorxu salır - FOTO
Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dünyaya “XXI əsrdə müharibə necə aparılar?” mövzusunda dərs oldu. Hətta bu gün Müdafiə Sənayesi Nazirliyi “İti qovan” adını verdiyi PUA-nı ictimaiyyətə təqdim etdi.

Bu döyüşlərdə Azərbaycanın ən müasir silahlardan istifadə etməsi qlobal güclərin də diqqətini çəkdi. Hətta düşmən də bunu etiraf etməli oldu. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycanın üstünlüyünü belə etiraf edib:

“Hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə olunur. Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük”.

Burada əsas yeri isə dronlar tutur. Türkiyə və İsraildən alınan, həmçinin, Azərbaycanın özünün istehsal etdiyi Pilotsuz Uçuş Aparatları (PUA) Ermənistan ordusunun məhv edilməsində müstəsna rol oynayır. 

Qafqazinfo Azərbaycanın hazırda döyüşlərdə istifadə etdiyi PUA-ların xarakteristikasına aid açıq mənbələrdə olan məlumatları toplayaraq təqdim edir.

Yerli “Zərbə”

İlk olaraq özümüzün, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “Zərbə” dronlarından başlayaq.

2016-cı il sentyabrın 21-də mərhum nazir Yavər Camalov bu PUA haqda Prezident İlham Əliyevə təqdimat edərkən məlumat vermişdi.

Belə ki, “Zərbə” Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanır və müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malikdir.


Qurğuda xüsusi izləmə mini-optik kamerası yerləşdirilib. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

“Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin, partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir.

Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. 

2016-cı ilin Aprel hadisələri zamanı da “Zərbə” PUA-larından istifadə olunub. Azərbaycan 2013-cü ildə İsraillə birgə “Orbiter-2M” və “Aerostar” tipli PUA-lar istehsal edib. Azərbaycan, həmçinin, “Orbitr-4” və “Orbitr-3” müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları da istehsal edir. Lakin bu dronlar haqda geniş məlumat yoxdur.

“Bayraktar TB2”

Son günlərdə öz adını Azərbaycan xalqına sevdirən və bütün dünyaya tanıtdıran Selçuk Bayraktarın müəllifi olduğu “Bayraktar” PUA-ları haqda məlumat verək.

Türkiyənin istehsal etdiyi bu dronlar iki cür olur: silahlı və silahsız.

“Baykar” şirkəti “Mini”, “DİHA”, “Malazgirt”və “Bayraktar TB2” dronları istehsal edir. “Mini”, “DİHA”, “Malazgirt” dronları müşahidə və kəşfiyyat məqsədləri üçün istifadə olunur. Bu dronlar yüksək keyfiyyətə malik kameralarla təchiz edilib, görüntü və rəqəmsal məlumat ötürmə xüsusiyyətinə malikdir.


Onların ən müasiri isə “Bayraktar TB2” zərbə dronudur. Məlumata görə, Azərbaycan Türkiyədən “Bayraktar TB2” PUA-sını ixrac edib. İstehsalçısı “Baykar Makina” şirkətinin texnoloji imkanları sayəsində kompleksin bütün detalları yerli və milli marka altında istehsal olunur. Buna görə də Azərbaycanın bu PUA-lardan istədiyi qədər ixrac etməyə imkanı var.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsi zamanı jurnalistin “Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?” – sualına dövlət başçısı gülərək, “Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır” deyə cavab verib. 

Dövlət başçısı müharibənin gedişatında verdiyi müsahibələrdə PUA-ların önəmindən danışıb. Ali Baş Komandan bildirib ki, PUA-lar insan itkimizin qarşısını aldı:

“Düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçan aparatlarına ehtiyacımız var idi. Çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi gözəl PUA və zərbə PUA-larını istehsal etməyə başlayıb. Azərbaycan ilk ölkələrdəndir ki, bu zərbə PUA-larını ala bilib. Yalnız Türkiyə istehsalı PUA-lar ilə bir milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib.

Müharibənin gedişatını çox dəyişdirib. Daha çox insan həlak ola bilərdi. Biz çox xoşbəxt ölkəyik ki, Türkiyə kimi bir müttəfiqimiz, qardaşımız var”.

“Bayraktar TB2”nin yerüstü idarəetmə stansiyası


Kompleks “Bayraktar TB2” PUA platformasından, yerüstü idarəetmə stansiyasından, məlumat terminalından, uzaqdan görüntü terminalından, aerodrom avadanlıqlarına və generatora malik qoşqu vasitəsindən ibarətdir.

Taktiki sinfə aid zərbə tipli “Bayraktar TB2” PUA-sı kəşfiyyat və müşahidə missiyaları üçün orta hündürlükdə uzun müddət uçuş üçün təsnif edilən sinfə aiddir. Üç ədəd avionika sistemi və sensor füzyon arxitekturası ilə tam avtonom taksi, qalxma, enmə və normal kreyser uçuşu qabiliyyətinə malikdir. 27 min 30 fut yüksəkliyə qalxmaqla havada 27 saat 3 dəqiqə qalaraq zaman və hündürlük kimi iki əsas rekordu birdən qırıb.

“Bayraktar TB2”nin uzunluğu 6 metr, kütləsi 650 kiloqramdır. Sürəti 250 km/saat-a qədər qalxa bilir. Səkkiz min metrdən yüksəkliyə qalxa bilən PUA-nın idarəetmə məntəqəsindən 150 kilometr radiusda fəaliyyətinə nəzarət olunur.

Dronun faydalı yükü 55 kiloqram olan dörd ədəd lazerlə idarəolunan raketlərdir. Kəşfiyyat, fasiləsiz havadan müşahidə və s. kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən PUA-ya, Türkiyənin “Roketsan” şirkətinin MAM-L və MAM-C milli və smart döyüş sursatları inteqrasiya edilib.

“Bayraktar TB2” zərbə PUA-sı, quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq, daşıdığı dörd ağıllı raketlə hədəfi məhv edə bilir. “Bayraktar TB2” hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli “gör və məhv et” funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir.

PUA-nın real zamanda müşahidə və video arxivləmə (BGAM) sistemi yüksək qətnaməli canlı görüntüləri eyni vaxtda çox sayda istifadəçi tərəfindən izlənilməsinə imkan verir. BGAM, istifadəçilərə şəbəkə və ya mobil tətbiqi istifadə etməklə planşetdə canlı görüntüləri etibarlı şəkildə izləməyə imkan verir. Bütün canlı görüntülər BGAM sistemi tərəfindən 30 dəqiqəlik qovluqlarda avtomatik olaraq arxivlənir.

Artıq vətəndaşlar da Müdafiə Nazirliyinin yaydığı görüntülərdə “Bayraktar”ın videoçəkilişinin şahidi olub. 

PUA-nın çəni 300 litr yanacaq tutumuna malikdir. “Bayraktar TB2” idarəetmə radiusundan çıxdıqdan sonra tam avtomatik uçuşa nəzarət edə bilir, üç ehtiyat avtopolit sisteminə malikdir. Dron yürüstü sistemlərindən asılı olayaraq tam avtomatik qalxma və enmə edə bilir.

Əvvəldən müəyyən edilən marşrut üzrə GPS asılılığı olmadan özünün daxili naviqasiya sistemi ilə avtomatik uçuş edə bilir. “Baykar”ın hazırladığı mobil yerüstü mobil idarəetmə stansiyası “Bayraktar TB2” platformasına bazadan uzaqda yerləşən ərazilərdə idarəetməni təmin edir və NATO-nun ACE III standartına uyğun qorunma səviyyəsindədir.

Türkiyə bu dronlardan Liviya və Suriyada əməliyyatlar zamanı geniş istifadə edib. “Bayraktar TB2” PUA-sı istehsalçı olan Türkiyə ilə yanaşı, yalnız Azərbaycan, Qətər və Ukraynada var.

Kamikadze “Harop”


Düşməni özü ilə birgə məhv edən bu kiçik dronları İsrail istehsal edir və bu ölkədən başqa yalnız Hindistan və Azərbaycana satılıb. Almaniya isə özünün müəyyən etdiyi xüsusiyyətlərdə “Harop”u birgə istehsal edərək əldə edib. Bu dron anti-radiasiya kateqoriyalı drondur – hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək, özünü həmin hədəflərə vurur.

Digər PUA-lardan fərqli olaraq, əsas döyüş başlığı daşımaqdansa, bu dronun özü bütövlükdə döyüş başlığı sayılır. Hədəfi özünü hədəfə vurmaqla məhv edir. Dron həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur.

Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən ölçüsünün kiçik olması ilə düşmən radarında görünmə ehtimalının aşağı olması nəzərdə saxlanılıb.

Bu cür kiçik dronlar düşmənin əsas Hava Hücumundan Müdafiə sistemlərinə, demək olar ki, görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər. Beləliklə, düşmənin radar bazalarını, Hava Hücumundan Müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər təyyarələr düşmən Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar.

“Harop” havada altı saat qala bilər və maksimal uçuş məsafəsi 1000 kilometrdir. “Harop” yerüstü baza və dənizdən buraxıla bilməklə yanaşı, lazım olarsa, havadan buraxılmaq üçün də modifikasiya edilə bilər.


“Harop” ilk dəfə hərbi əməliyyatlara 2016-cı il aprel ayında “Dörd günlük müharibə” zamanı Azərbaycan tərəfindən istifadə olunmaqla girdi. Bu hadisə dünya hərb tarixində ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşdü.

Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alındı. Bunlara Ermənistandan Qarabağ zonasına göndərilən könüllü, birinci Qarabağ müharibəsi veteranlarını daşıyan avtobus da daxildir.

Hazırda Azərbaycan ordusu dünyada ən uzaq mənzilə malik PUA-sı olan “Harop”un postsovet məkanında yeganə istifadəçisidir. HHM qüvvələri əsasən nisbətən iri hədəflərə - döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə, bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkirlər. 

Uzunluğu 2,5 metr, qanad ölçüsü üç metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək havada 6 saat qala bilir və maksimum 1000 km məsafəyə qədər fəaliyyət göstərə bilir. 
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama